ÏÎÅÇÈÉÀ Âß ÌÓÑÈÃÈ
FIKRƏT ƏMIROVUN MAHNILARINDA SÖZ ILƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏSININ BƏZI MƏQAMLARI HAQQINDA
Ceyran SABITOĞLU
|
|
Yuxarıdakı mətnin son iki misrası mahnının sonunda ona uyğun melodik cümlələrlə birlikdə təkrarlanaraq, kompozisiyada üç hissəli formanın yaranmasına gətirib çıxarır:
Mahnıdakı kulminasiya anı bir cümləni əhatə edir və yüksək registrdə səslənmə ilə səciyyələnir:
Beləliklə, mahnıda təkrarlanan poetik sətirlər təkrarlanan melodik cümlələrlə müşayət olunur və bununla da özünəməxsus haşiyə əmələ gətirir.
Fikrət Əmirovun ən məşhur mahnılarından biri də Mirvarid Dilbazinin sözlərinə yazılmış “Azərbaycan elləri” mahnısıdır. Yeddi hecalı mətnə əsaslanan bu mahnı nəqəratsız formada yazılmışdır. Mahnı hərəsi iki ibarədən təşkil olunmuş iki melodik cümlə ilə başlayır:
Pilləvari hərəkətli ilk cümlələrdən fərqli olaraq, kulminasiya bölməsi kvarta sıçrayışlı nida xarakterli ifadədən ibarətdir. Həmin anda, mahnıda ilk dəfə olaraq, “ Azərbaycan elləri” ifadəsi səslənir:
Sonra sekvensiyavari ibarələr vasitəsilə melodiya bir qədər aşağı registrə enir. Kulminasiyadan sonra mahnının əvvəlindəki melodik cümlələr cüzi melodik dəyişikliklərlə yenidən səslənir. Ilk dəfə kulminasiya anında səslənmiş və mahnının adını da müəyyən edən “Azərbaycan elləri” söz birləşməsi bu hissədə dəfələrlə təkrarlanır və bununla da yekun əhvali-ruhiyyəsi yaradır. Mahnının maraqlı xüsusiyyətlərindən biri də odur ki, o, ənənəvi olaraq tonika pərdəsində deyil, onun bir oktava yuxarıda uzadılmış səslənməsi ilə tamamlanır.
Yuxarıda nəzərdən keçirilən mahnılar daha çox mahnı-romans (“Gülüm” , “Azərbaycan elləri”), mahnı-ballada (“Kor ərəbin mahnısı”) səpkili idisə, indi araşdıracağımız mahnılar bu janrın tipik nümunələrindəndir. Onların arasında ilk növbədə T. Əyyubovun sözlərinə yazılmış lirik xarakterli “ Mən səni araram” mahnısını göstərmək istərdik. Cəmi dörd cümlənin variant şəklində təkrarlanması üzərində qurulmuş bu mahnı ifadəli melodiyaya və mənalı mətnə malik olduğundan maraqlı bir musiqi nümunəsi kimi haqlı olaraq F. Əmirov yaradıcılığının yaddaqalan səhifələrindən birini təşkil edir. Mahnının ilk melodik cümləsinə nəzər salaq. Burada şerin ahənginə uyğun olaraq pauza vasitəsilə misranın sonuncu sözü daha qabarıq səsləndirilir:
Bu tendensiya sonrakı melodik cümlələrdə də davam etdirilir və, nəhayət, dördüncü cümlədə “cəmləşmə” (“summirovanie”) nəticəsində melodiya artıq pauzasız, aramsız səslənir:
Bəstəkarın mətnlə məharətlə işləmək bacarığı bu mahnıda özünü bütün parlaqlığı ilə göstərir.
F. Əmirovun gözəl mahnılarından biri də
T. Əyyubovun sözlərinə bəstələdiyi “ Reyhan” dır. Sadə, lakonik melodiyaya malik bu mahnıda bəstəkar minimal vasitələrlə maksimum edə bilmiş və gənc, şıltaq qızın yaddaqalan obrazını yaratmağa nail olmuşdur. Mahnının ilk cümləsi aşağı hərəkətli sekvensiya üzərində qurulmuşdur. Sekvensiyanın hər bölümü “Reyhan” adının təkrarlanması ilə müşayət olunur. Bəstəkar burada bir çox mahnılarda müşahidə olunan tendensiyadan uzaqlaşaraq, mahnının həsr olunduğu şəxsin adını nəqərat bölümündə deyil, birinci kupletdə verir:
Nəqərat isə sual-cavab xarakterli qısa ibarələrin növbələşməsi üzərində qurulur. Burada da,
“Mən səni araram” mahnısında olduğu kimi, bəstəkar melodik cümləni pauzalar vasitəsilə bir neçə hissəyə ayıraraq, mətndə vacib saydığı ifadələri vurğulayır:
Fikrət Əmirovun kompozisiya və poetik mətn baxımından maraqlı olan digər mahnısı “ Aslanın mahnısı” dır. Bu mahnı bəstəkarın “ Səhər” kinofilminə yazdığı musiqiyə aid olsa da, kino ekranının sərhədlərini aşaraq, tez-tez ifa olunan mahnıya çevrilmişdir:
Mahnının melodiyasınını araşdırarkən görürük ki, onun inkişafında ən yuksək kulminasiya anı, adətən olduğu kimi, nəqərat bölümünə deyil, kupletin ikinci cümləsinə təsadüf edir. Bu da mahnı janrı üçün heç də səciyyəvi hal sayıla bilməz:
Nəqərat bölümü isə bütövlükdə kupletin ilk cümləsinin variant şəklində təkrarlanması üzərində qurulur.
Mətn nöqteyi-nəzərindən də nəqəratın birinci misrası kupletin ilk misrasının təkrarından ibarətdir – “ Mənim yarım Sevdadır” .
Beləliklə, qısa da olsa, F. Əmirovun bəzi mahnılarında mətn ilə musiqinin qarşılıqlı əlaqələrini araşdırdıq. Göstərilən nümunələrindən aydın olur ki, bəstəkar yaratdığı mahnı nümunələrində kompozisiyanın bütün tərkib hissələrinə diqqət yetirərək, melodiya ilə mətnin həmahəng səslənməsinə nail olmuş, şerin bütün üslub və məzmun çalarlarını musiqidə tərənnüm etməklə kamil musiqi əsərləri yaratmışdır. Bu baxımdan Fikrət Əmirovun mahnıları bu janrda yazılan tam mənasında klassik nümunə hesab oluna bilər. Məqalənin sonunda bir fikri də xüsusi olaraq vurğulamaq istərdik. Indi geniş yayılmış olan yanlış fikirlərdən fərqli olaraq, gözəl, illərlə yaşanacaq və musiqi tarixinə dəyərli örnək kimi daxil olacaq mahnı bəstələmək heç də asan iş deyil. Bunu yalnız əsil musiqi istedadına, söz ilə musiqinin ahəngini hiss etmək bacarığına və yüksək bəstəkarlıq peşəkarlığına sahib olan kəs edə bilər. Yalnız bu cəhətlərin məcmusu yazılan mahnının bir gün ya da bir il yox, onilliklərlə yaşayacağına zəmanət verə bilər. Uz
un illər bundan öncə yaranmış və indiyədək öz təravətini itirməmiş Fikrət Əmirovun mahnıları buna ən parlaq nümunədir.
|