ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
QIRX YAŞLI MUSIQI MƏKTƏBI
Ariz Abduləliyev
DÜNYA PEDAQOJI MƏKTƏBLƏRI SISTEMINDƏ MUSIQILI-ESTETIK TƏRBIYƏNIN ROLU
Gülnarə SƏFƏROVA
G.G.ŞAROYEV ADINA 35 SAYLI ONBIRILLIK MUSIQI MƏKTƏBI: ƏNƏNƏLƏRIN DAVAMI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
MUĞAM JANRININ TƏDRISI PROBLEMLƏRI
Arif ƏSƏDULLAYEV
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI
|
|
Pedaqoji elmin əsası hələ qədim Şərq fəlsəfəçilərin traktatlarında qoyulmuşdur. Qədim mütəfəkkirlərin fikirlərinə görə, mütəşəkkil tərbiyə sistemi şəxsiyyətin və, ümumiyyətlə, cəmiyyətin hərtərəfli, harmonik inkişafı üçün zəruri olan şərtlərdən biridir. Bu prinsiplər daha parlaq şəkildə Çin fəlsəfəçi Konfusinin (m.ö. VI-V əsr) əsərlərində öz əksini tapmışdır. O yazır: «Insanda təbiilik tərbiyəyə üstün gəlirsə, o, nadandır. Tərbiyə təbiilikdən üstündürsə, o, quru, təcrübəsiz alimə bənzəyir. Yalnız tərbiyə və təbiilik tarazlıqdadırsa insan alicənab bir şəxsiyyət ola bilər». Konfusi hər insan üçün gərəkli olan etik qaydalar kompleksini işləmişdir. Qədim Şərqdə tərbiyənin ayrılmaz biz hissəsi olan möhkəm fiziki hazırlıqla yanaşı, insanın incəsənətə yiyələnməyi onun mənəvi həyatının ikinci yarısı hesab olunurdu. Təsadüfi deyil ki, «altı incəsənət növü» («lü-i») adlanan Konfusinin kompleksinə cənk arabası idarə etmək, yaydan atışma, riyaziyyat, etiket, musiqi və kalliqr
afiya daxildirlər.
M.ö. VI-IV əsrlər dövrü qədim Yunanıstan və Romada da təlim-tərbiyə sistemlərinin yaranması ilə əlamətdar idi. Tərbiyə problemləri xüsusən yunan mütəfəkkirlərin marağını cəlb edir. Görkəmli fəlsəfəçilərin əsərlərində tərbiyənin məqsədi, mətni və metodları haqqında fikirlər toplanmışdır. Məsələn, Sokrat (m.ö. V-IV əsr) «dinləyicinin qoyulmuş suallara düzgün və sərbəst cavab tapmaq bacarığına yönəldilmiş induksiya təlim metodunu» tövsiyə etmişdir. Aristotel isə (m.ö. IV əsr) vaxtı ilə Demokritin ifadə etdiyi «təbiyyətə uyğun tərbiyə» haqqında fikrini əsaslandırmış, insanın hərtərəfli tərbiyəsi haqqında ideya irəli sürmüşdür. Qeyd edək ki, qədim yunan məktəblərində mövcud olan tədris sistemi oxu, yazı, idman ilə yanaşı kiçik yaşlı uşaqlarda musiqini və oxumağı da öyrətməyi nəzərdə tuturdu.
Bu faktlar qədim sivilizasiyada təlim-tərbiyə prosesində incəsənətin aparıcı rolunu təsdiqləyir.
Orta əsrlər, və xüsusən, Renessans dövründə dünya pedaqogikası T.Kampanella, T.Mor, F.Rable M.Monten və s. kimi yeni alim adları ilə zənginləşmişdir. O dövr üçün ən radikal pedaqoji ideyalar ingilis humanisti T.Mor və italyan tədqiqatçısı T.Kampanellanındır. Onlar öz əsərlərində ilk dəfə olaraq ictimai tərbiyə, ana dilində təlim, tədris prosesinin əməklə bağlılığı kimi qabaqcıl fikirlər irəli sürmüşdürlər. Burada xüsusən T.Kampanellanın «Günəş şəhəri» kitabını göstərmək lazımdır. Uşaqların tərbiyə prinsiplərini təsvir edərək, müəllif əsas diqqəti intellektual inkişafa, şagirdlərin müxtəlif peşələrə yiyələnməsinə yönəldir. Kampanellaya görə, ibtidai təlim bütövlüklə əyani prinsipinin üzərində qurulmalıdır və bu fikir gələcəyin qabaqcıl pedaqoji məktəblərində geniş inkişaf etdirilib istifadə olunmuşdur.
Tərbiyə problemləri habelə Şərqin görkəmli alimlərinin əsərlərində də açıqlandırılmışdır. Burada əsas yeri Avropada Avissena kimi tanınmış Əbu Əli Ibn Sina (X-XI əsr) tutur. Onun ömür və yaradıcılıq yolunun tədqiqatçılarından birisi olan U.Kərimov qeyd edir ki: «Ibn Sinanın əsərləri… orta əsr Şərqində elmi inkişafın ən yüksək pilləsini təmsil edir».
Dahi həkim, fəlsəfəçi, şair Avisenna həm də musiqi-nəzəriyyə problemlərinin tədqiqatçısı kimi də şöhrət qazanmışdır. Öz traktatlarında o, uşaqların ruhi və fiziki tərbiyəsi haqqında bir sıra elmi müddəalar irəli sürmüşdür. Məsələn, o, altı yaşından başlayaraq uşaqlarda məqsədyönlü, sistematik təlimin gərəkliyini vurğulayır. Avisenna hətta musiqiyə cəmiyyətə təsir göstərə bilən bir dövlət işi kimi də yanaşırdı.
Musiqini populyarlaşdırma, ən yaxşı əsərləri dahiləşdirmə məqsədi ilə görkəmli Azərbaycan musiqiçisi və alim S.Urmavi (XIII əsr) hərf-rəqəm tabulaturası adlanan musiqinin yazılı fiksasiyasını yaratmışdır. Onun davamçısı olan Ə.Q.Maraqi (XIV-XV əsrlər) elmi traktatlarından birini («10 fayda») musiqi tədrisi metodikasına həsr etmişdir (adlanan traktat itirilmişdir).
Yeni əsrin pedaqogikası əsaslarını XVII əsrin ortasında görkəmli çex mütəfəkkir və pedaqoqu Y.A.Komenski qoymuşdur. Ilk dəfə dünya pedaqoji təcrübəsində şagirdlərin yaşına uyğun dördpilləli tədris sistemi işlənmişdir:
1. körpələr üçün,
2. uşaqlar üçün,
3. yeniyetmələr üçün,
4. yetkinlər üçün.
Burada xüsusən birinci pilləni qeyd etmək istərdik. Komenskinin sələfləri məktəbəqədər tərbiyənin problemlərini faktiki olaraq kənarda qoymuşdular və bunun əsas səbəbi - kiçik yaşlı uşaqlarla məqsədyönlü pedaqoji iş aparılmağın qeyri-mümkünlüyünün zənn etməkləri idi. Məhz Komenskinin pedaqogikasında «ana məktəb» adlanan ibtidai tərbiyə sistemi tədqiq və təklif olunur. Bu məktəbin əsasını elementar səviyyədə bir sıra fənnlərlə tanışlıq təşkil edir ki, bunların içərisinə incəsənət növləri - şer və musiqi də daxildir. Beləliklə, Komenski ailəni tərbiyənin vacib faktoru kimi hesab edirdi.
Uşaqların yaradıcılığa həvəsini nəzərə alaraq, o, tərbiyənin məqsədini təbii istedadların aşkarlanmasında görürdü. Bu Komenskidə bir sıra ideya formalaşdırmışdır ki, bunlardan biri - yeni, asan, aydın mətnli, hər materiala parlaq nümunəli dərsliklərin yaranması idi. Komenskinin tərtib etdiyi təlim prosesinin qaydalarının məqsədi - asan, möhkəm və əsaslı öyrətmək, liberalizmdən uzaqlaşmaq idi. Çex pedaqoq-tərbiyəçinin nəzəriyyəsinin rasional özülü gələcək pedaqoji məktəblərdə də öz əksini tapmışdır.
Maarif dövrünün alim-mütəfəkkirləri arasında J.J.Russonu (XVIII əsr) qeyd etmək lazımdır. Russonun elmi əsərlərininin əsası - sensualistik dünyagörüşüdür. Təlim prosesində hiss üzvlərin inkişafı şəxsiyyətin formalaşmasında özül kimi hesab olunurdu. Ümumiyyətlə, Russo belə hesab edirdi ki, uşağa əsas üç tərbiyə amili təsir göstərir: təbiyət, insanlar və cəmiyyət. Hər amilin öz rolu var: təbiyət hisslər və bacarıqları inkişafına kömək edir, insan onlardan istifadə etməyi öyrədir, əşya və hadisələr isə təcrübəni zənginləşdirirlər. Bütövlükdə, bunların hamısı uşağın təbii inkişafına təminat verir. Tərbiyəçinin məqsədi - bu amillərin hərəkətini müvazinə etməkdir. «Emil, və yaxud tərbiyə haqqında» kitabı Russonun pedaqoji problemlərin araşdırılmasına həsr olunmuş əsas əsərlərindən biridir. Müəllif, uşaqların inkişafının, fiziki, intellektual, əxlaqi qanunlarına əsaslanaraq, sərbəst, təbii tərbiyə haqqında nəzəriyyəni dərindən araşdırır.
|