ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
QIRX YAŞLI MUSIQI MƏKTƏBI
Ariz Abduləliyev
DÜNYA PEDAQOJI MƏKTƏBLƏRI SISTEMINDƏ MUSIQILI-ESTETIK TƏRBIYƏNIN ROLU
Gülnarə SƏFƏROVA
G.G.ŞAROYEV ADINA 35 SAYLI ONBIRILLIK MUSIQI MƏKTƏBI: ƏNƏNƏLƏRIN DAVAMI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
MUĞAM JANRININ TƏDRISI PROBLEMLƏRI
Arif ƏSƏDULLAYEV
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI
|
|
Bədii-estetik tərbiyə rus pedaqoqların tədqiqatlarında da mühüm yer tutur. Daha dərin bu problemə V.Suxomlinski (XX əsr) yanaşmışdır. Öz tərbiyə nəzəriyyəsini o, sələflərin zəngin tarixi təcrübəsi əsasında qurmuşdur. Tədqiqatçı belə hesab edir ki, peşəkar müəllimin ən vacib və zərif xüsusiyyətlərindən biri - uşağa düşünmə imkanı yaratmaqdır. Bu məsələni hansı yollarla həll etmək olar? Təbiyyətin vasitəsi ilə. Məlumdur ki, hər hansı bir informasiyanı eşidib dərk edərək, uşaq öz təsəvvüründə bu informasiyaya uyğun surətlər təsvir edir: «Uşağın beyni tələb edir ki, onun zəkası fikrin mənbəyi yanında - əyani obrazlar içərisində və, ən əvvəl - təbiyət qoynunda formalaşsın ki, fikir əyani surətdən bilavasitə onun «emalına» yönəldilsin». Beləliklə, Suxomlinski təbiyəti uşaq üçün əsas fikir mənbəyi hesab edir. Suxomlinskinin bədii-estetik tərbiyə sistemində uşaq yaradıcılığının ayrılmaz bir hissəsi olan oyun və nağıl ilə yanaşı, musiqi də böyük rol oynayır.
Azərbaycanda pedaqogika bir elm sahəsi kimi, əsasən, XIX əsrin ikinci yarısında formalaşmağa başlamışdır.
Mütərəqqi pedaqoji fikrinin inkişafında M.F.Axundovun xidmətləri böyükdür. Yeni Azərbaycan əlifbasının üzərində ciddi tədqiqatlar aparmış, öz əsərlərində real surətlər yaratmış M.F.Axundov Şərqin mədəni inkişafına böyük təhsir göstərmişdir.
Mütərəqqi milli ziyalılar S.Ə.Şirvani, M.Ə.Sabir, H.Zərdabi, C.Məmmədquluzadə, F.Ağazadə, Ü.Hacıbəyov, S.S.Axundov və b. Azərbaycanda demokratik pedaqogikasının inkişafında mühüm rol oynamışlar. Bunların arasında xüsusən Ü.Hacıbəyovu qeyd etmək lazımdır.
Ü.Hacıbəyov Azərbaycanda professional musiqi sənətinin əsasını qoymuş və, ümumiyyətlə, respublikamızın musiqi mədəniyyətində köklü dönüş yaratmışdır. XX əsrin əvvəlində Azərbaycanın mühüm problemləri arasında musiqi təhsili məsələləri də xüsusi diqqət tələb edirdi ki, cəmiyyətin gələcək inkişafı məhz təhsil sisteminin düzgün qurulmasından, biliyin yüksək səviyyəyə qaldırılmasından asılı idi. Mədəniyyətimizin milli özünəməxsusluğunu nəzərə alaraq, Ü.Hacıbəyov, ilk dəfə olaraq, məqsədyönlü təhsil sistemi yaratmışdır. Bu sistemin əsas məqsədi - tədris prosesini Şərq və Qərb musiqi mədəniyyətlərinin qarşılıqlı əlaqəsi əsasında qurmaq idi. Demək olar ki, Azərbaycanın musiqili-estetik tərbiyəsinin inkişafında dahi Ü.Hacıbəyovun fəaliyyəti həlledici bir rol oynamışdır.
Hər tarixi dövr pedaqogikada öz izini qoymuşdur və təbii ki, rasional elmi fikirlərlə yanaşı, təlim-tərbiyə sistemində bir sıra nöqsanlar da yox deyil. Məsələn, qədim yunan və, həmçinin, feodal dövrünün pedaqoji məktəblərində təhsil yalnız cəmiyyətin elita adlanan yüksək təbəqəsi üçün nəzərdə tutulmuşdu; Renessans dövrünün humanistləri tərbiyə sistemini bir qədər ideallaşdırmış, problemə utopik baxımdan yanaşmışlar; bundan başqa, əsrlər boyu təlim əsasən oğlanlar üçün nəzərdə tutulurdu, yəni kişi və qadın arasındakı sosial bərabərsizlik elmi-pedaqoji təfəkkürə də öz təsirini göstərmişdir.
Amma bütün bu problemlərə baxmayaraq, pedaqogika və onun bir hissəsi olan estetik tərbiyə daimi inkişafdadır. Aktual pedaqoji məsələlər daim alim-pedaqoqların diqqət mərkəzində olub, və musiqili-estetik tərbiyə hər zaman təlim prosesinin vacib hissələrindən biri hesab olunub. Dünya pedaqoji təfəkkürünün inkişafının tədqiqi də bunu təsdiqləyir. Yalnız hərtərəfli təlim güclü, yüksək əxlaqi tələblərə uyğun şəxsiyyətin formalaşmasına imkan yaradır.
ƏDƏBIYYAT:
1. Abu Ali Ibn Sina. «Kanon vraçebnoy nauki», ç.I. M.-Taşkent, 1994.
2. Dolin A., Popov Q. «Kompo-tradiüiə voinskix iskusstv». M., 1990.
3. Piskunov A. «Xrestomatiə po istorii zarubecnoy pedaqoqiki». M., 1981.
4. Komenskiy Ə.A., Lokk D., Russo C.C., Pestaloüüi I. «Pedaqoqiçeskoe nasledie». M., 1989.
5. Suxomlinskiy V. «Serdüe otdaö detəm». Kiev, 1988.
|