ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
MUĞAM JANRININ TƏDRISI PROBLEMLƏRI
Arif ƏSƏDULLAYEV
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
QIRX YAŞLI MUSIQI MƏKTƏBI
Ariz Abduləliyev
DÜNYA PEDAQOJI MƏKTƏBLƏRI SISTEMINDƏ MUSIQILI-ESTETIK TƏRBIYƏNIN ROLU
Gülnarə SƏFƏROVA
G.G.ŞAROYEV ADINA 35 SAYLI ONBIRILLIK MUSIQI MƏKTƏBI: ƏNƏNƏLƏRIN DAVAMI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
MUĞAM JANRININ TƏDRISI PROBLEMLƏRI
Arif ƏSƏDULLAYEV
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI

 



       Professional Azərbaycan musiqisinin banisi Üz. Hacibəyovun «Azərbaycan xalq musiqinin əsasları»ndan qidalanan bəstəkar və nəzəriyyəçilərimiz muğam sənətinin çox qədim tarixə, Şumer dövrünə qədər uzanan yola malik olduğunu artıq sübut ediblər. Son illər muğam elminə olan maraq, mənəvi dəyərlərimizin əlçatmaz zirvədə olduğunu bir daha ictimaiyyət qarşısında nümayiş etdirdi.
       Azərbaycan musiqi mədəniyyətinin və xalq incəsənətinin görkəmli ifaçıları (sazəndə və xanəndələr) bu ənənələri nəsildən-nəsilə yaşadaraq böyük və zəngin bir irs yaratmışlar. Klassik musiqiçilərin təcrübə və yaradıcılıq irsini yalnız not və səsyazma sayəsində öyrənib araşdırmaq XX əsrdə mümkün olduğu üçün bu əsri Azərbaycanda musigişünaslıq elminin inkişaf dövrü adlandırsaq heç də yanılmarıq.
       Azərbaycan xalq musiqisinin əsas sahələrindən biri sayılan muğamların əvvəllər səkkiz, sonralar on, daha sonralar isə on iki olmasını iddia edən alimlər hazırda muğamların sayını regionlarla (müxtəlif ölkələrlə) əlaqələndirirlər. Bu da bir həqiqətdir ki, Azərbaycanda muğam adlandırılan bu şifahi ən ənəli xalq musiqisini Şərq ölkələrində makom, makam, dəstgah, raqa, nuba adlandırırlar. Artıq bütün Şərqdə və eləcə də dünyanın bir çox ölkələrində mövcüd olan şifahi ənənəli xalq musiqisinin (muğam, makom, makam, dəstgah, raqa, nuba) bir ananın övladı olması hamıya bəllidir. Etiraf etmək lazımdır ki, artıq şifahi ən ənəli xalq musiqisi əslərlə bundan öncə xalqlar tərəfindən özəlləşdirilib və xalqın mənəvi varlığına çevrilmişdir. Onu da qeyd etmək lazımdır ki, bugünki Azərbaycan muğamları dünyanın bütün ölkələrində yaşamaqda olan şifahi ənənəli xalq musiqisinin yüksək inkişaf yolu keçmiş, zənginləşmiş xüsusi forma və özünəməxsus proqram (yüksək səviyyəli, sivil) qazanmı ş aparıcı bir janrdır. Şifahi ənənəli Azərbaycan xalq musiqisini tələbələrə öyrədən «Muğam» dərsi «Bəstəkarlıq», «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedralarında təhsil alan öyrəncilər üçün çox vacib, həm də məsuliyyətli bir fənndir.
       Əvvala, bu fənni bilən tədris proqramında göstərilən bütün şöbə və guşələri hər hansı bir xalq çalğı alətində özü də professional səviyyədə ifa edə bilən, lazım gələrsə tədris olunan muğamı fortepianoda çala bilən təcrübəli müəllimlər aparmalıdırlar. Onu da qeyd etmək istərdim ki, son illərdə Üzeyir bəy Hacibəyov adına Bakı Musiqi Akademiyasının sənətşünaslıq doktorları E. Babayevin, R. Zöhrabovun, R. Imraninin və başqalarının bu sahədə yazdıqları elmi əsərlər müəllim və tələbələr üçün əvəzsiz bir töhrədir. Azərbaycan xalq musiqisinin yaradıcıları olan musiqi ifaçıları və xanəndələri, hələ b.e.əvvəlki minilliklərdə musiqi mədəniyyətimizi bütün Şərqə, daha doğrusu, dünyaya yaymışlar. Muğamlarımızın qorunub saxlanılmasında və inkişaf etdirilməsində hər bir ifaçının özünüməxsus zəhməti olmuşdur. Bu baxımdan xanəndələrdən Cabbar Qaryabdıoğlunun (1861-1944), Seyid Şuşinskinin (1889-1965), Zülfü Adıgözəlovun (1898-1963), tarzənlərdən Mirzə Fərəc Rzayevin (1847-1927), Mə nsur Mənsurovun (1887-1967), Əhməd Bakıxanovun (1892-1973) və son illərdə Kamil Əhmədovun (1920-1998), eləcə də gözəl xanəndə-müəllim Nəriman Əliyevin (1930-1998) muğam sənətinin qorunub saxlanılmasında və tədris olunmasında gördükləri əvəzsiz xidmətlər diqqətəlayiqdir. (Onu da deməyi özümə borc bilirəm ki, bu gün bütün muğam ifaçıları və xanəndələri kimi mən də məhz adları çəkilən insanlara – sənət fədailərinə minnətdaram, onların ruhları qarşısında baş əyirəm).
       Muğam sənətini yaradan, inkişaf etdirən, bu günümüzə qədər yaşadan sənətçilərin xidmətlərindən birini açıqlamaq istərdim: «Rast» muğamı bütün Şərq ölkələrində (istər müsəlman, istərdə də başqa dinə mənsub olsun) özünə «vətən» qazanmışdır. Ən maraqlısı odur ki, «Rast» özünə çox geniş və maraqlı bir ailə yaratmışdır. Əgər «Rast»kiçik oktavanın sol səsini (səslənir kiçik oktavanın fa diyez səsi) özünə dayaq nöqtəsi yaratmışsa, «Mahur hindi» rastdan xalis kvarta (X.4) yüksək, birinci oktavanın do səsini (səslənir kiçik oktavanın si səsi), «Orta Mahur» istinad pərdəsi «Mahur hindi»dən xalis kvarta (X.4) zil fa səsini (səslərin birinci oktavanın mi səsi), «Bayatı-Qacar» isə özünə söykənəcək – tonika (şöbə və guşələrin ana nöqtəsi) «Orta Mahur»dan xalis kvarta (X.4.) daha zil si-bemol səsini (səslənir birinci oktavanın lua səsi) «seçmişdir». «Rast» + 2,5t = «Mahur Hindi» + 2,5t = "Orta Mahur + 2,5t = «Bayatı Qacar» + 2,5t = «Dügah».
       Yuxarıda göründüyü kimi, «Dügah» muğamı «Bayatı Qaçar»dan xalis kvarta (X.4.) zil səslənməli olardı (ikinci oktavanın mi bemol, səslənir ikinci oktavanın re səsi). Lakin dügah bir oktava bəm (birinci oktavanın mi bemol – səslənir birinci oktavanın re səsi) çalınıb-oxunur. Buradan belə qənaətə gəlmək olar ki, «Dügah» dəstgah şəklində istinad etdiyi pərdədə deyil, bir oktava bəmdə ifa olunub. (ikinci oktavanın mi bemol – səslənir ikinci oktavanın re səsi xanəndə ifaçılığından çox uzaqdır). Bu pərdə də (səs) «Şur» dəstgahına (ladına) aid olduğu üçün (bayatı türk pərdəsi), burada «Dügah» dəstgah şəklində deyil, şöbə şəklində ifa olunub («Bayatı türkdən» sonra) və eyni zamanda Rast ladı ilə Şur ladı arasında keçid rolunu oynayıb. Elə həmin səbəbdən də «Dügah» muğamı «Bayatı Qaçar» kökündə (birinci oktavanın si bemol – səslənir birinci oktavanın lya səsi) dəstgah şəklində ifa olunub və haqlı olaraq Üzeyir Hacıbəyovun təşkil etdiyi xüsusi muğam şurası tərəfindən çıxarıla n qərara əsasən dügah şöbə kimi ifa olunmağa və tədris proqramına daxil edilib. Hal-hazırda dügah «Bayatı Qacar» dəstgahının (vokal-instrumental yaxud instrumental) tərkibində «zəmin xaradan» sonra ifa olunur. Ola bilsin ki, bəzi ifaçılar keçmiş zamanlarda (buna bənzər hadisələr indi də təsadüf olunur) «Bayatı Qacar» ifa edib, adına «Dügah» deyiblər. Bu ifaçıların səhlənkarlığı üzündən təkrar olunub.
       Hal-hazırda «Rast» muğam ayləsinə aid olan kiçik həsmli «Qatar» muğamı da mövcuddur. «Qatar» muğamı «Mahur hindi» dəstgahının bir şöbəsi olaraq, sonralar kiçik həsmli dəstgah şəklində (XIX əsrin sonu - XX əsrin əvvəllərindən) ifa olunmağa başlamışdır (muğamın ən parlaq ifaçısı Cabbar Qaryağdı oğlu olmuşdur). Öz kökünü «Mahur hindi»dən alan «Qatar» muğamı rast ladına əsaslanır. «Qatar» muğamının kökündə ifa olunan özünəməxsus «Çoban bayatı»sı var ki, bu gün Azərbaycanda mövcud yeganə muğam – bayatıdır. Azərbaycanda çox geniş yayılmış və xalq tərəfindən böyük rəğbətlə qarşılanan «Heratı» (Heyratı) zərbi muğamı «Rast» muğam ayləsinə mənsubdur. «Heratı» zərbi muğamı da, «Qatar» dəstgahı kimi «Mahur hindi» muğamının kökündə ifa olunur (Əraq – pəncgah şöbələrinin intonasiyaları əsasında).

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page