ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
QIRX YAŞLI MUSIQI MƏKTƏBI
Ariz Abduləliyev
DÜNYA PEDAQOJI MƏKTƏBLƏRI SISTEMINDƏ MUSIQILI-ESTETIK TƏRBIYƏNIN ROLU
Gülnarə SƏFƏROVA
G.G.ŞAROYEV ADINA 35 SAYLI ONBIRILLIK MUSIQI MƏKTƏBI: ƏNƏNƏLƏRIN DAVAMI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
MUĞAM JANRININ TƏDRISI PROBLEMLƏRI
Arif ƏSƏDULLAYEV
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI

 



– I –

       IMITASIYA - Latın sözü olan «imitatio» - «təqlid etmə» deməkdir. Incəsənətdə, eləcə də adi həyatda imitasiyaya tez-tez rast gəlmək olar. Demək olar ki, hər bir insan başqa ğirisinin danışıq tərzini, hərəkət və mimikalarını, eləcə də quşların və heyvanların səsini təqlid edə bilər. Bəzi incəsənət növlərində - teatrda, kinoda, radio və televiziya tamaşalarında adətən, yağışın səsini, küləyin vıyıltısını, dənizin uğultusunu təqlid etmək (bənzətmək) lazım gəlir. Musiqidə isə «imitasiya» xüsusi bədii üsuldur. Melodiyanın eynilə başqa bir səsda və ya alətdə təkrar səslənməsinə «imitasiya» deyilir. Imitasiyadan, adətən, polifonik yazı üslubunda geniş istifadə edilir. Məsələn; I. S. Baxın fuqalarına nəzər salsaq, görərik ki, fuqa birsəsli melodiya ilə başlanır. Birinci səsdə keçən bu melodiya sonra başqa yüksəklikdə - ikinci səsdə təkrarlanır. Daha sonra isə üçüncü səsdə və s. səslənir. Imitasiya polifonik musiqidə səslərin həmahəngliyi üçün istifadə olunan ən əsas yazı üsuludur. Homofon - harmonik musiqidə isə imitasiyadan nadir hallarda istifadə edilir.
       IMPRESSIONIZM - XIX əsrin sonunda Avropa ölkələrinin mədəniyyətində yaranmış bədii cərəyandır. Ilk dəfə təsviri sənətdə (rəngkarlıqda) yaranan bu cərəyanın nümayəndələrinin (fransız rəssamları K. Mone, K. Pissarro, O. Renuar və b.) yeni yaradıcılıq üslubu XX əsrin əvvəllərində tədricən digər incəsənət növlərinə də sirayət etdi. Impresionistlər ətraf mühiti dərk edərək, onun xırda təzahürlərindən aldıqları ani təəssüratları əks etdirmək üçün xüsüsi bədii ifadə vasitələrindən istifadə edirdilər. Fransız rəssamı K. Mone öz əsərini məhz «Impression» («Təəssürat») adlandırmışdı. Musiqi incəsənətində impressionizmin ən parlaq nümayəndələrindən biri fransız bəstəkarı K. Debüssi olmuşdur. Impressionizm xüsusiyyətləri həmçinin digər fransız bəstəkarlarının - M. Ravel, P. Dyuka, ispan M. De Falya və b. yaradıcılığında öz bədii əksini tapmışdır.
       IMPROVIZASIYA - Latın sözü olan «improvisus» - «gözlənilmədən», «qəfil» mənasında işlənir. Musiqidə «improvizə etmə» dedikdə, öncə hazırlıq görmədən, bədahətən bəstələnmiş yeni əsərin birbaşa tamaşaçıların gözü önündə ifa edilməsi nəzərdə tutulur.
       Orta əsrlərdə improvizə etmə sənəti çox geniş yayılmışdı. Konsertdə çıxış edən hər bir musiqiçi tamaşaçıların təklif etdiyi müəyyən forma (variasiya, fuqa, sonata və s.) və mövzü (melodiya) əsasında improvizə etməyi bacarmalı idi.
       Musiqi tarixindən maraqlı bir hadisəni nəql etmək istərdik. XVII-XVIII əsrlərdə ifaçılar arasında yarışlar təşkil edilirdi. 1717-ci ildə Drezden şəhərində təşkil edilmiş bu yarışa o dövrdə məşhur fransız orqan və klavesin çalanı, bəstəkar Lui Marşan və hələ heç kəsin tanımadığı alman musiqiçisi Iohann Sebastyan Bax dəvət olunmuşdular. Yarışdan bir gün əvvəl I. S. Bax öz rəqibinin ifasını dinləyir və onun ifa etdiyi improvizasiyanı olduğu kimi, hətta daha böyük ustalıqla təkrar edir. Dahi improvizator olan I. S. Baxın qarşısında aciz qalacağını başa düşən fransız musiqiçisi yarışdan imtina etməyi qərara alır.
       Dahi Avstriya bəstəkarı Motsart hələ kiçik yaşlarından müxtəlif Avropa şəhərlərində konsertlər verir, tamaşaçıların təklif etdiyi mövzuları improvizə edirdi.
       Bethoven, eləcə də o dövrün digər bəstəkarları gözəl improvizator olmuşlar. Dahi italyan skripkaçısı və bəstəkarı Nikkolo Paqanini məşhur improvizator imiş və öz improvizasiyalarını heç zaman təkrar çalmamışdır. Müasirlərinin söylədiyinə görə, onun ən kamil əsərləri bəlkə də, hamıya məlum olan və çap olunmuş əsərləri deyil, məhz improvizasiyaları olmuşlar.
       Müasir dövrdə improvizasiyadan caz musiqisi sahəsində və orqan ifaçılığında geniş istifadə edilir.
       Azərbaycanda improvizənin inkişaf yolu, istiqaməti öz kökü etibarilə xalq musiqisinə bağlıdır. Aşıq yaradıcılığında, muğam dəstgahlarının ifasında improvizə etmə ən vacib şərtlərdən biridir. Lakin xanəndə və ya sazəndələr improvizəni müəyyən qaydalar çərçivəsində aparmalıdırlar.
       Improvizə etmə şer sənətinin də əsas ifadə xüsusiyyətlərindən biridir. Xalq yaradıcılığında, xüsusilə, aşıq sənətinin (deyişmə, bağlama, qıfılbənd, hərbə-zorba və s.) şer formalarında improvizə etmə məqamı əsas yer tutur.
       INVENSIYA - latın sözü «inventio» - «kəşf etmək» deməkdir. Dahi alman bəstəkarı I. S. Bax öz şagirdləri üçün xüsusi olaraq yazdığı polifonik pyeslərini belə adlandırmışdır.
       Bu pyeslər çətin polifonik əsərləri, əsasən fuqaları ifa etmək üçün nəzərdə tutulmuş xüsusi çalışmalar idi. Invesiyalar yalnız yüksək ifaçılıq bacarığı əldə etmək üçün deyil, həmçinin musiqiçilərin polifonik üslubda melodiyalar bəstələmək qabiliyyətini inkişaf etdirmək üçün çox gərəkli çalışmalar idi.
       I. S. Bax 15 ikisəsli, 15 üçsəsli invensiya yazmışdır. Üçsəsli invensiyalarını o, «simfoniya» (yunanca - «razılıq», «həmahənglik») adlandırmışdı. Baxın invensiyaları hal hazırda uşaq musiqi məktəblərinin tədris proqramında geniş istifadə edilir.
        INTERVAL - Latın sözü olan «intervallum» - «məsafə» mənasında işlənir. Gündəlik həyatda bu sözlə tez-tez rastlaşırıq: «Avtobuslar arasındakı interval 15 dəqiqədir». Yəni, sərnişin avtobuslarının hər 15 dəqiqədən bir gəlməsi nəzərdə tutulur.
       Muisqidə də interval məsafə mənasında işlənir. Lakin burada zaman deyil, iki səs yüksəkliyi arasındakı məsafə kimi anlaşılır. Intervalın alt səsi onun əsası, üst səsi isə onun zirvəsi adlanır. Intervalın əsası və zirvəsi arasındakı məsafə pillə sayına görə müəyyənləşdirilir və latınca belə adlandırılır: prima (1), sekunda(2), tersiya (3), kvarta (4), kvinta (5), seksta (6), septima (7), oktava (8). Oktava çərçivəsini aşmayan bütün intervallar sadə intervallarıdır. Oktava çərçivəsindən geniş intervallara isə mürəkkəb intervallar deyilir. Mürəkkəb intervallar xalis oktavanın sadə intervallarla birləşməsindən əmələ gəlir. Məsələn, nona (oktava + sekunda), detsima (oktava + tersiya), tersdetsima (oktava + kvarta) və s.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page