ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
QIRX YAŞLI MUSIQI MƏKTƏBI
Ariz Abduləliyev
DÜNYA PEDAQOJI MƏKTƏBLƏRI SISTEMINDƏ MUSIQILI-ESTETIK TƏRBIYƏNIN ROLU
Gülnarə SƏFƏROVA
G.G.ŞAROYEV ADINA 35 SAYLI ONBIRILLIK MUSIQI MƏKTƏBI: ƏNƏNƏLƏRIN DAVAMI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
MUĞAM JANRININ TƏDRISI PROBLEMLƏRI
Arif ƏSƏDULLAYEV
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI

 



       Bütün intervallar keyfiyyət ölçüsünə görə bir-birindən fərqlənirlər: xalis, böyük, kiçik, artırılmış, əskildilmiş, iki dəfə artırılmış, iki dəfə əskildilmiş. Verilmiş hər hansı bir intervalın keyfiyyət ölçüsü onun tərkibindəki tonların və yarım tonların sayı əsasında müəyyənləşdirilir.
       Səslənmə xüsusiyyətilnə görə intervallar iki cür olur: harmonik və melodik.
        INTERMEDIYA - Latın sözü «intermedia» - orta, aralıq mövqe bildirir. Teatr tamaşalarında fasilə zamanı ifa edilən kiçik pyeslərə (tamaşalara) intermediya deyilir. Əvvəllər dramatik teatrda və opera teatrında intermediyalar geniş yayılmışdı. Daha sonra bu kiçik tamaşalar - intermediyalar əsasında yeni komik opera janrı yarandı. Ilk əvvəl bu operalar müstəqil olmayıb, yalnız ciddi opera janrı – opera-seriyanın pərdələri arasındakı antraktlarda səslənirdi.
       Intermediya polifonik pyeslərdə (fuqalarda) mövzunun iki ardıcıl səslənmələri arasındakı hissəcik kimi də anlaşılır. Intermediyanın bu anlamı onu interlüdiya sözü ilə yaxınlaşdırır. Belə ki, interlüdiya iri həcmli əsərlərin hissələri arasında səslənən kiçik pyeslərdən ibarət olub, bağlayıcı vəzifəsi tutur.
       Bu sözlə kökü eyni olan başqa bir termin - «intermetso», (italyanca «intermezzo» - fasilə, antrakt) iri həcmli silsilə əsərlərin hissələri arasında səslənən kiçik pyeslərdən ibarətdir.
        INTERPRETASIYA - musiqi əsərinin ifaçı tərəfindən özünəməxsus tərzdə təfsir edilməsinə deyilir. Latın sözü olan «interpretatio» - «izah etmək», «şərh etmək» kimi anlaşılır.
       Digər incəsənət növlərindən fərqli olaraq musiqi yaradıcılığında bilavasitə ifaçıya böyük ehtiyac var. Çünki əsərin not yazısı məhz ifaçı tərəfindən şərh edilərək tamaşaçıya çatdırılır. Hətta A. Rubinşteyn demişdir ki, «ifa etmə - ikinci yaradıcılıq prosesidir». Həqiqətən, ifaçının dünyagörüşü, daxili mədəniyyəti, professional hazırlığı nə dərəcədə yüksək səviyyədədirsə, əsərin təfsiri də o qədər keyfiyyətli olacaq.
       IFAÇI - pianoçu, diricor, solist-müğənni və b. - bəstəkarın öz əsəri ilə dinləyəcilərə qatdırmaq istədiyi əhval-ruhiyyəni, ideya və düşüncələri əks etdirməyə çalışır.
       INTRODUKSIYA - «Introduktio» - latınca «giriş» mənası daşıyır. Teatr tamaşalarının, oratoriya və ya kantataların əvvəlində müqəddimə kimi səslənən orkestr pyeslərinə introduksiya deyilir. Bəzi operaların əvvəlində verilən xor səhnələri və ya vokal ansamblları da introduksiya adlandırılır. Məsələn; M. I. Qlinka «Ivan Susanin» və «Ruslan və Lüdmila» operalarının başlanğıc səhnələrini Introduksiya adlandırmışdır.

– J –

       JANR - Ədəbiyyatda, musiqidə və digər incəsənət sahələrində müxtəlif əsər növləri tarixən intişar tapıb formalaşmışdır. Məsələn; ədəbiyyatda - roman, povest, hekayə; poeziya - poema, sonet, ballada; təsviri sənətdə - peyzaj, portret, naturmort; musiqidə - opera, balet, simfoniya və s. Bu əsərlərin hər biri öz forma, mövzü müxtəlifliyi, ifadə vasitələri və digər əlamətləri ilə bir-birindən fərqlənir. Sənət əsərlərinin belə fərqlənməsi janr bölgüsündə öz əksini tapmışdır. Fransız sözü «genre» - «növ», «tərz» kimi tərcümə edilir.
        Musiqi əsərlərini bir neçə əsas janrlara bölmək olar: simfonik, opera, kamera, vokal və s. Bu terminin daha geniş mənada tətbiqi rəngarəng janr təsnifatı yaradır. Məsələn; simfonik janrda - simfoniya, simfonik poema, süita, simfonik muğam və s.; opera janrında - lirik opera, komik opera, epik opera və s.; vokal janrında - mahnı, romans, ballada və s. janr müxtəlifliyi yaranmışdır.
– K –

        KADENSIYA - Instrumental konsertlərin (fortepiano, violonçel, skripka üçün) birinci hissəsində virtuoz passaclardan ibarət geniş solo-improvizasiyadır. Burada solo alətin texniki imkanları qabarıq şəkildə göstərilir. XVIII əsrdə kadensiya nota yazılmırdı. Hər bir ifaçı kadensiyanı özü «bəstələyir», öz texniki ustalığını və improvizasiya qabiliyyətini nümayiş etdirirdi. Ilk dəfə L. Betxoven 1809-cu ildə V fortepiano konsertinin notunda solo-kadensiyanı yazmışdır. Sonralar digər bəstəkarlar da kadensiyanı yazılı şəkildə göstərməyə başladılar.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page