ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
QIRX YAŞLI MUSIQI MƏKTƏBI
Ariz Abduləliyev
DÜNYA PEDAQOJI MƏKTƏBLƏRI SISTEMINDƏ MUSIQILI-ESTETIK TƏRBIYƏNIN ROLU
Gülnarə SƏFƏROVA
G.G.ŞAROYEV ADINA 35 SAYLI ONBIRILLIK MUSIQI MƏKTƏBI: ƏNƏNƏLƏRIN DAVAMI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
MUĞAM JANRININ TƏDRISI PROBLEMLƏRI
Arif ƏSƏDULLAYEV
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI

 



        «Kadensiya» sözü (italyanca - «kadenza») - «sonluq» mənasında işlənərək, həmçinin kiçik musiqi epizodunun, melodik və harmonik dönmələrin tamamlanmasını bildirir. Bu məqsədlə, çox zaman kökü eyni olan «kadans» termini işlədilir.
        KAMERA MUSIQISI - XVI əsrdə hələ iri konsert zallarının, filarmoniyaların olmadığı bir dövrdə instrumental musiqi və kiçik vokal əsərləri musiqi həvəskərlarının evlərində ifa edilirdi. Bu konsertlərdə adətən, klavesinin müşayiəti ilə skripka, violonçel, hoboy və b. solo alətləri çalınırdı. Bəstəkarlar belə musiqi yığıncaqları üçün kiçik həcmli əsərlər - sonata, trio, kvartet, romans və s. yazırdılar.
        «Kamera musiqisi» anlayışı (italyanca «camera» - «otaq» deməkdir) elə o zamanlardan mövcüd olub, böyük konsert zallarında və ya kilsədə deyil, məhz kiçik salonlarda ifa olunan musiqij anrları kimi formalaşmağa başlamışdır. Tədricən, kamera musiqisi salonlardan kənara çıxaraq iri konsert zallarında ifa edilmişdir. Lakin «kamera» anlamı yenə də saxlanmışdır. Hal-hazırda kamera musiqisi konsertləri simfoniya və oratoriyaların ifa edildiyi iri konsert zallarında deyil, nisbətən kiçik həcmli xüsusi kamera musiqisi salonlarında keçirilir.
        KAMANÇA - Azərbaycanda yaranan qədim simli musiqi alətidir. Qədim kamança yalnız bir simli olub, uzun qoldan və aysıcıqdan ibarət idi. Üç simli kamançanın tarixi isə XVII əsrdən məlumdur. Müasir dövrdə 4 simli kamançadan istifadə edilir.
       Kamançanın uzunluğu 650-900 mm olub, tut və yaxud qoz ağacından hazırlanır. Gövdəsinin açıq hissəsinə balıq dərisindən pərdə çəkilir. Kamançanın qolu dairəvi və pərdəsizdir. Qolun aşağı qurtaracağına mil vurulur. Bu mil bütün gövdənik içərisindən keçərək ayaq kimi kənara çıxıb alətin söykənəcəyinə xidmət edir. Kamança çox vaxt sümüklə və sədəflə bəzədilir. Onun üzərindəki xərək çəp qoyularaq simlərin düzgün və rəvan səslənməsinə kömək edir. Əvvəllər kamançanın telləri damarlı simlərdən ibarət olmuşdur. Sonralar isə damarlı simlər metal simlərlə əvəz edilmişdir.
        KAMANÇA KAMANLA - hər tərəfdən uclarına çox sayda at tükü bağlanmış azca əyri çubuqla çalınır.
       Müasir kamançanın diapazonu kiçik oktavanın «lya» səsindən II oktavanın «mi» və ya «sol» səsinədək davam edir. Müasir kamançanın simləri xalis kvarta və kvinta üzrə köklənir.
       Kamança Azərbaycan xalq çalğı alətləri ansamblı və orkestrlərində özünə həm solo, həm də müşayiətçi kimi layiqli yer tutmuşdur. Milli musiqi yaradıcılığında kamança məşhur sazandalar «üçlüyü»nə (tar, kamança, qaval) daxil olan alətlərdən biri kimi muğam ifaçılığında əvəzsizdir. Son dərəcə təsirli, məlahətli tembrli kamançanın ifasında Azərbaycan bəstəkarlarının lirik mahnıları və pyesləri, eləcə də klassik Avropa musiqi nümunələri, çox ifadəli səslənir.
        KAMERTON - Adətən poladdan hazırlanan, ikidilli uzun çəngələ bənzər xüsusi cihazdır. Kamertondan (almanca «kammer» - otaq, «ton» - səs) musiqi alətlərinin dəqiq köklənməsində və a capella xor oxunuşunda istifadə edilir. Adətən, kamer- ton birinci oktavanın «lya» notunu səsləndirir.
        KANON - Yunan sözü olan «kanon» - «qayda-qanun», «nümunə» deməkdir. Əsas polifonik yazı üsullarından biri olan kanon imitasiyaya əsaslanır. Kanonda bütün səslər növbə ilə eyni bir melodiyanı təkrar edir. Hər yeni səs özündən əvvəlki səsə nisbətən bir qədər «gecikir» və melodiyanı ciddi şəkildə dəyişilmədən təkrarlayır. Kanonun xüsusi bir növü sonsuz kanondur. Burada melodiyanın sonuncu dəfə səslənməsindən sonra yenidən əvvələ qayıdılır və sonsuz sayda təkrarlana bilir.
       Kanon, əsasən, mürəkkəb polifonik əsərlərdə (fuqada) geniş tətbiq edilir. Bundan başqa kanon kiçik həcmli müstəqil pyes kimi, və yaxud iri musiqi əsərinin bir epizodu kimi işlənə bilər. Məsələn; M. Qlinkanın «Ruslan və Lüdmila» operasından I pərdədəki kvartet; P. Çaykovskinin «Yevgeni Onegin» operasından V şəkildən Onegin ilə Lenskinin dueti kanon formasında yazılmışdır.
        KANTILENA - Latın sözü «cantilena» - ifadəli oxuma tərzi kimi anlaşılar. Gözəl, axıcı, geniş nəfəsli melodiyaları da kantilena adlandırmaq olar. Italyan bəstəkarlarının, Qlinka, Çaykovski və b. rus bəstəkarlarının, eləcə də Azərbaycan bəstəkarlarının operalarında gözəl kantilena nümunələrinə rast gəlmək olar.
        KAPELLA - Muasir anlamda «kapella» - xor kollektivi kimi işlənir. «Cappella» sözü italyanca «kilsə» deməkdir. Hələ ötən əsrlərdən katolik kilsələrində ibadət musiqi ilə müşayiət olunurdu. Iri kilsələrdə orqan quraşdırılır və orqançalan müxtəlif dini mahnıları improvizə edərək xoru müşayiət edirdi. Kiçik kilsələrdə isə orqan yox idi və xor orqan müşayiəti olmadan oxuyurdu. Beləliklə, tədricən müşayiətsiz xor oxunuşu - «a capella» (yəni «kilsədəki kimi»), xorun özü isə kapella adlanmağa başladı.
       XVIII əsrdə müxtəlif tərkibli orkestrlər də kapella adlanırdı. Hal-hazırda kapella dedikdə yalnız xor kollektivi və ya a capella - müşayiətsiz xor üçün yazılmış xor əsəri nəzərdə tutulur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page