ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
INTELLEKTUAL MÜLKIYYƏT ANLAYIŞI VƏ ONUN HUQUQI QORUNMA SISTEMI (1-ci məqalə)
Natiq ISAYEV
Search

ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
INTELLEKTUAL MÜLKIYYƏT ANLAYIŞI VƏ ONUN HUQUQI QORUNMA SISTEMI (1-ci məqalə)
Natiq ISAYEV

 



        Qeyd edilən ilk qanunların müəyyən özünəməxsusluqları çox zaman onların daha çox naşirlərin və istehsalçıların maraqlarının qorunmasına xidmət etdiyi qənaətinə gəlməyə əsas verir. Çünki bazarda satılan yaradıcılıq əməyinin nəticələri adətən müəlliflərə və ixtiraçılara yox, məhz naşirlərə və istehsalçılara məxsus olurdu. Buna görə də onların bazarda monopoliyaya malik olması adi zərurətə çevrilir, texniki nailiyyətlərin bilavasitə yardıcılarının hüquqları isə cəmiyyəti az maraqlandırırdı. Lakin naşirlər və istehsalçılar müəlliflərə və ixtiraçılara məxsus hüquqları əvvəlcədən satın almadan onları monopol rejimdə istifadə etməsi artıq qeyri qanuni sayılırdı, yəni əvvəl əsərin, texniki nəticənin, yaxud texniki həllin yaradıcısının intellektual hüququ tanınmalı və sonra ondan istifadə etmək məsələləri müzakirə obyektinə çevrilməlidir. Şübhəsiz, bu cür tanınma öz yaradıcılıq əməyinin nəticələrini istifadəçilərə satmaq imkanı əldə edən müəlliflərə daha çox sərf e dirdi.
        Bir sıra ölkələrdə artıq anlaşıqlı olan və nəzəri cəhətdən əsaslandırılmış ədəbi (bədii) və sənaye mülkiyyəti ifadələrini müəyyən müddətdən sonra bir konstruksiyada birləşdirmək və intellektual mülkiyyət termini ilə adlandırmaq meyli güclənir və bu anlayış tədricən öz əksini qanunvericiliklərdə tapmaqda davam edirdi.
        Bununla birlikdə, Avropa ölkələrinin çoxunda müəlliflik hüququ və patent hüququna mülkiyyət kimi baxılması və ya yaradıcılıq nəticələrinin yaradıcılarının hüquqlarının mülkiyyət hüququna bərabər tutulması 19-cu əsrdə daha geniş yayılmışdı. 1883-cü ildə qəbul edilmiş Sənaye mülkiyyətinin qorunması üzrə Paris Konvensiyası intellektual mülkiyyət hüquqlarının müəllif hüququ ilə yanaşı, digər vacib sahəsinin sənaye mülkiyyəti hüquqlarının qorunması üzrə ən nüfuzlu beynəlxalq Sazişlərdən biri sayılır. Artıq intellektual mülkiyyət termini əksər ölkələrin qanunvericiliyində, elmi ədəbiyyatda və praktikada geniş istifadə edilməkdədir.
        14 iyul 1967-ci ildə Stokholmda Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜMƏT) təsis edən Konvensiya imzalandı. Bu Konvensiyaya uyğun olaraq intellektual mülkiyyət qorunma obyekti istehsal, elmi və bədii sahələrdə yaradıcılıq fəaliyyətinin konkret nəticələrinə olan hüquqlar kimi şərh olunurdu.
        Artıq qeyd edildiyi kimi, müxtəlif ölkələrin qanunvericiliklərində intellektual mülkiyyət termininin geniş şəkildə işlədilməsinə baxmayaraq, bu anlayışın əleyhidarları da qalmaqda davam edir. Onların əsas arqumenti budur ki, material obyektlərin və öz mahiyyətinə görə müəllif əsərləri və müxtəlif texniki yeniliklər olan qeyri maddi obyektlərin hüquqi rejimini eyniləşdirmək olmaz. Əsas səbəblərdən biri də ondan ibarətdir ki, ərazi məhdudiyyəti qoyulmayan mülkiyyət hüququndan fərqli olaraq, müəlliflər, ixtiraçılar və onların hüquqi varisləri hüquqların qorunması ilə bağlı vaxt və arazi məhdudiyyətlərini özlərinə hiss edirlər; müxtəlif və patent hüquqları mülkiyyət hüququnun müdafiəsi üçün tətbiq olunanlardan tamamilə fərqli hüquqi vasitələrlə müdafiə olunur.
        Intellektual mülkiyyət anlayışı ilə bağlı bir cəhətə də diqqət yetirmək vacibdir ki, Azərbaycanın iştirak etdiyi Beynəlxalq müqavilələrdə onun mahiyəti necə izah edilir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜMƏT) təsis edən Konvensiyanın 2-ci maddəsinin 8-ci bəndində göstərilir ki, intellektual mülkiyyət aşağıdakılara olan hüquqlara aiddir.
        - ədəbi, bədii və elmi əsərlərə;
        - ifalara, fonoqramlara və yayım təşkilatlarının verilişlərinə olan hüquqlara;
        - insan fəaliyyətinin bütün sahələrində olan ixtiralara;
        - elmi kəşflərə;
        
        - haqsız rəqabətə qarşı müdafiyəyə;
        - həmçinin ilkin istehsalat, elmi, ədəbi və bədii sahələrdəki intellektual mülkiyyətə olan bütün digər hüquqlara.
        Bu siyahıdakılardan görünür ki, «Intellektual mülkiyyət» termini yaradıcılıq fəaliyyətinin nəticələrinə və ona bərabər tutulan obyektlərə olan bütün hüquqları özündə birləşdirir.
        
        Artıq qeyd etdiyimiz kimi «intellektual mülkiyyət» anlayışı ümumiləşdirici xarakter daşıyır və onun tərkibində qeyd etdiyimiz ədəbi- bədii, elmi və sənaye mülkiyyətindən başqa, onların qorunduqları qanunlarla əhatə olunmayan müəyyən obyektlər də vardır. Bu cür obyektlərin qorunması üçün xüsusi qanunların qəbul edilməsi lazım gəlir. Buna görə də «intellektual mülkiyyət» anlayışına ədəbi-bədii və sənaye mülkiyyəti birlikdə götürüldüyü dairədən daha böyük və geniş anlayış kimi baxmaq lazımdır.
        Müasir dünyada əqli mülkiyyət obyektlərinin və bununla əlaqədar baxılan hüquqlar sisteminin mənbəyi araşdırılarkən əqli mülkiyyətin 4 nisbi müstəqil olan institutunu fərqləndirmək olur. Bu institutların aralarında çox sıx qarşılıqlı əlaqə və bir sıra ümumi normaların olmasına baxmayaraq, onların hər birinin öz əksini xüsusi qanunlarda tapmış özünəməxsus xüsusiyyətləri, vəzifələri, prinsipləri vardır.
        Hər şeydən əvvəl, müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəllif hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan müqasibətləri tənzimləyir.
        Hüquqi ədəbiyyatda elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması üzrə fəaliyyətin stimullaşdırılmasını müəllif hüququnun əsas vəzifələrindən biri kimi qeyd edirlər. Bu məqsədlə qəbul edilmiş qanunvericilik aktları, o cümlədən 8 oktyabr 1996-cı il tarixdən qüvvəyə minən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında“ Azərbaycan Respublikası Qanunu yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün lazımi şərait yaradılmasına imkan verir, yaradıcılıq fəaliyyətinin nəticələrinin hüquqi tanınmasını və qorunmasını təmin edir, müəlliflərin öz əsərlərindən istifadəyə hüquqlarının qanunla möhkəmləndirilməsinə və istifadəyə görə qonorar alınmasına şərait yaradır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu Qanun bütövlükdə müəllif hüquqlarının qorunması və idarə edilməsi sisteminə əhəmiyyətli yeniliklər gətirmiş, pozulmuş müəllif hüquqlarının müdafiəsi üzrə məhkəmə işlərinə baxılması məsələlərində prinsipal müsbət dəyişikliklər etmişdir. Bu Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1996-cı il tarixli Fərmanı, həmçinin yeni qəbul olunmuş Azərbaycan Respulikası Mülki Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə, Cinayət Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına müəllif hüququ və əlaqəli hüquqlar üzrə dünya standartlarına uyğun olan müddəaların daxil edilməsi də intellektual mülkiyyət hüquqlarına Azərbaycan dövlətində yüksək qiymət verilməsinin təzahürlərindəndir.
        Müəllif hüququnun digər vacib vəzifəsi cəmiyyətin maraqları naminə əsərlərdən geniş şəkildə istifadəyə şərait yaradılması sayılır. Başqa sözlə, müəllif hüquqlarının qorunma səviyyəsinin yüksəldilməsi o demək deyildir ki, əsərlərdən müəyyən məqsədlər üçün, məsələn təhsil və maariflənmə məqsədi ilə istifadəsinə, geniş oxucu, dinləyici və tamaşaçıların onlarla tanış olmalarına qadağa qoyulsun. Müəllif hüququnun göstərilən vəzifələri onların əsas mənbələrinin, ideyalarının universal, yüksək dərəcədə imperativliyə malik olan və ictimai əhəmiyyət daşıyan prinsipləri ilə sıx surətdə bağlıdır.
        Müəllif hüququnun prinsipləri müəllif-hüquq normalarının məcmusunun təhlilindən çıxarılır. Bu prinsiplərin nəzərə alınması müəllif-hüquq qanunvericiliyinin düzgün şərh edilməsinə və praktikada onun ayrı-ayrı normaların tətbiq edilməsinə, həmçinin qanunvericilikdə birbaşa cavabı olmayan bəzi məsələlərin cavabının tapılmasına gömək edir.
        Azərbaycan intellektual mülkiyyət hüququnun əsas prinsiplərindən biri kimi Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsində öz əksini tanmış aşağıdakı müddəaları xüsusi qeyd etməyə ehtiyac vardır:
         «Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.» Bu müddəa yaradıcılıq mystəqilliyini təmin etməklə təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsülundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan bütün elm, ədəbiyyat və incəsənət əsərlərinin qorunmasına hüquqi baza yaradır və obyektiv formada olan hər hansı yaradıcılıq nəticəsini qorumaqla yaradıcı şəxslərə mövzu, janr və forma seçimində tam azadlıq, müstəqillik imkanı yaratmış olur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page