ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADIJILIQ...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Azərbaycan hərbi orkestr
Aydın Öğüt (Türkiye)
INTERNET SƏHIFƏLƏRINDƏ...
Pərviz QULIYEV
YARADIJILIQ...
-
QÖRÜŞLƏR...
-
MUZEYLƏRDƏ...
-

 



        Hörmətli oxucu! "Musiqi dünyası" jurnalında tanınmış musiqi xadimləri, bəstəkarlar və pedaqoqlara həsr olunmuş məqalələrin çıxması artıq bir ənənəyə çevrilmişdir. Jurnalın bu nömrəsində də biz ənənəyə sadiq qalırıq.
        Bu günkü qonağımız Bakı Musiqi Akademiyasının dosenti Gövhər Qulu qızı Hüseynovadır.
        Noyabr ayının 19-u Gövhər xanımın doğum günüdür, 2001-ci il isə Gövhər xanım üçün yubiley ilidir.
        Gözəl insan, musiqişünas, müəllim haqqında onun keçmiş tələbələrinin xatirə və təbriklərini sizə təqdim edirik.
        Ayrı-ayrı şəxslər tərəfindən yazılmış xatirələrdə oxucu bir ümumilik, bir oxşarlıq duyacaq.
        Təəccüblənməyin! Bu, Gövhər xanımın şəxsiyyətindən irəli gələn ümumilikdir. Gövhər xanım bütün zamanlarda dəyişməz, öz üslubuna sadiq qalan, sənətdə öz dəst-xətti, öz mövqeyi olan müdrik bir insandır.
        Geniş oxucu kütləsini yubilyar haqqında şagirdlərinin, tələbələrinin dedikləri ilə tanış etməyi özümüzə borc bilirik.
        Ilk sözü Azərbaycan Mədəniyyət və Incəsənət Universitetinin kafedra müdiri, sənətşünaslıq namizədi, dosent Iradə Köçərliyə veririk:
        "Musiqi elementar nəzəriyyəsi" fənnini ilk dəfə Gövhər xanımdan öyrənmişik. O vaxt bizim 7–8 yaşımız vardı. Biz hələ müəllim sənətinin,azyaşlı uşaqlara ilk musiqi savadını öyrətməyin nə qədər çətin olduğunu hələ anlamırdırq. Yalnız illər keçdikdən sonra özümüz müəllim kimi fəaliyyət göstərərkən və ya elmi işlərlə məşğul olarkən müəllimin bizə verdiyi biliyi qiymətləndirir, müəllim peşəsinin ağırlığını başa düşürük. Bu baxımdan bütün müəllimlərimizə, o cümlədən Gövhər xanıma borcluyuq. "Musiqi nəzəriyyəsi" musiqi elminin əsası kimi mühüm bir fənndir və Gövhər xanım keçdiyi dərslər zamanı bizim biliklərimizin möhkəm bünövrəsini qoymuşdur və biz elmi-pedaqoji fəaliyyətimizdə bu biliklərimizin müsbət nəticələrini hər gün hiss edirik.
        Gövhər xanım mənim üçün hərtərəfli biliyə, böyük təcrübəyə, həm ənənəvi, həm də müasir dünyagörüşünə malik müəllim olmaqla bərabər, həmişə heyranlıqla yanaşdığım gözəl bir Azərbaycan qadınıdır.
        Hələ uşaq vaxtı, bütün qızlar kimi, mən də gözəl olmağı və Gövhər müəlliməyə oxşamağı arzulamışam. Onun həm zahiri görünüşü, həm müəllimlərə gərək olan davranışı, mədəniyyəti, savadı biz şagirdlər üçün həmişə nümunə olmuşdur.
        Gövhər xanım həmişə olduğu kimi, yenə də gözəldir, yaradıcılıq axtarışlarında, müəllimlik fəaliyyətindədir. Onu yubileyi münasibətilə təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.
        Gövhər xanım haqqında xatirələrini Bakı Musiqi Akademiyasının dosenti, bəstəkar Elnarə Dadaşova belə qələmə almışdır:
        Gövhər xanımla mənim ilk görüşüm çox-çox illər öncə olub. Yadımdadır, mənim musiqi nəzəriyyəsi üzrə dərslərim konservatoriyanın dördüncü mərtəbəsində, 412 ¹-li sinifdə keçirdi. O vaxt mənim cəmi-cümlətanı altı yaşım var idi. Qrupumuz həmin illər üçün kifayət gədər iri idi. Mən bu faktı qəsdən nəzərinizə çatdırıram. Məlumdur ki, altı yaşlı uşaqlar nadinc, səs-küylü olurlar. Lakin Gövhər xanımın dərslərində biz (altı yaşlı, hazırlıq qrupunun şagirdləri) özümüzü çox ədəblə aparırdıq. Bu ondan irəli gəlirdi ki, müəlliməmiz – Gövhər xanım – öz təmkinli, gözəl davranışı ilə bizi cəzb edirdi.
        Xarici gözəlliyi ilə daxili aləmi biri-birindən üstün olan Gövhər xanım həm də ahəngli danışıq qabiliyyətinə malik bir insan olub və indi də bu keyfiyyətlərini itirməmiş bir insandır. Bu xüsusiyyət musiqidə ilk kövrək addımlarını atan balaca "həmkarlarıma" da, mənim özümə də çox böyük təsir göstərirdi. Biz onun xoşuna gəlmək istəyirdik. Oğlanlı-qızlı, hər birimiz hazırcavab olmağa çalışırdıq.
        Solfecio dərsləri isə bizim üçün əsl bayram idi. Indiyə kimi o illərdə oxuduğumuz mahnılar yadımdadır. Oxuduqlarımız səhnələşdirilmiş şəkildə ifadələnirdi. Onu da deyim ki, hər birimiz müəlliməmizin səliqəsinə heyran olurduq, özümüz də səliqəli, nümunəvi, gözəl olmağa çalışırdıq.
        Çox illər sonra mən Gövhər xanımla çiyin-çiyinə işləməyə başladım.
        Vurğulamalıyam ki, bu gün də Gövhər xanım təravətini, incə zərifliyini itirməyib. Bütün bunlar Gövhər xanım Hüseynovanın yüksək peşəkarlığına mane olmur. Əksinə – bu amillər biri digərini tamamlayır. O, öz davranışı ilə tələbələrin də, müəllim heyətinin də hörmətini qazanmış bir şəxsiyyətdir.
        Gövhər xanımla birgə işləmək, ondan dərs almaq və ünsiyyətdə olmaq mənim üçün çox illər bundan öncə olduğu kimi, bu gün də böyük zövq və fərəh bəxş edir.
        Mən Gövhər xanımla dəfələrlə imtahanlarda iştirak etmişəm. Imtahanlarını çox kolleqial, nəzakətli, məzmunlu keçirərək, Gövhər xanım təmkini və xeyirxahlığı ilə mənə örnək olurdu və indi də belədir.
        Arzu edərdim ki, bizim bu günkü tələbələrimiz də çox illər sonra rastına çıxan şagirdlərindən xəcalət çəkməsinlər, şagirdlərinin xatirələrində uzun illər dəyişilməz, nümunəvi şəxsiyyət kimi qala bilsinlər. Beləliklə də, əgər onlar yaşa dolduqca bütün bu amilləri özlərində saxlayıb artıra bilsələr – onda əsl müəllim səadətinə layiq bir insanlar sayıla bilərlər.
        Gövhər xanım sözü bütöv, səbrli və sədaqətlidir. Ona bundan sonra da bu keyfiyyətləri ilə seçilməyi arzu edirəm.
        Indi isə Bakı Musiqi Akademiyasının dekanı, sənətşünaslıq namizədi, dosent Şəhla Mahmudovanın müəllimi haqqında dediklərini sizə təqdim edrik:
        Gövhər xanımdan söz açmaq mənimçin həm asandır, həm çətin. Asandır ona görə ki, sənətdə artıq öz sözünü demiş, peşəkarlığın ən yüksək səviyyəsinə çatmış bir musiqişünasın fəaliyyəti barədə təsəvvür yaratmaqəçın sadəcə olaraq onun gördüyü işləri sadalamaq kifayət olardı. Çətindir ona görə ki, Musiqi adlı dünyanın qapısını mənimçin açan, mənə not əlifbasını və nəzəriyyənin əsaslarını öyrədən, tələbəlik çağımdan məni elmi işə həvəsləndirən və rəhbərlik edən, daim qayğısını hiss etdiyim sevimli müəllimim, bu gün isə kolleqam, iş yoldaşım olan bir insana subyektiv münasibətimi gizlədə bilməyəcəyimdən, hissə qapılaraq, demək istədiklərindən hansınısa unudacağımdan ehtiyat edirəm.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page