ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
QÖRÜŞLƏR...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Azərbaycan hərbi orkestr
Aydın Öğüt (Türkiye)
INTERNET SƏHIFƏLƏRINDƏ...
Pərviz QULIYEV
YARADIJILIQ...
-
QÖRÜŞLƏR...
-
MUZEYLƏRDƏ...
-

 



        A. O. K.: Gəlin təvazökarlığı qoyaq qırağa və «Azərbaycanfilm»dəki səs re]issorluğunuzu oxucuya çatdıraq. Beləliklə ...
        Ə. H.: «Insan məskən salır» (rej. A. Babayev), «Səmt küləyi» (rej. E. Quliyev), «Ən başlıca müsahibə» (rej. E. Quliyev), «Xoşbəxt olun, qızlar» (rej. E. Quliyev), «Həyat qurucusu» (rej. H. Seyidbəyli), «Əlavə iz» (rej. N. Bəkirzadə) və bir neçə film ... T. Ismaylovla da işləmişəm ... Yaxşı yadımdadır ki, Səməd Vurqun haqqında sənədli-publisistik və Nəsimi haqqında sənədli filmlərin də səs rejissoru olmuşam. Mən Bakıda az işlədim axı, 1970-dək. Hər çəkilən filmin səs sırası bizlərdə daha çox vaxt aparırdı, çünki sonucu Moskvaya ezamiyyətdə keçirdi. Özü də günlərlə deyil, aylarla ...
        A. O. K.: Deməli, Eldar Quliyevlə az işləməmisiniz ...
        Ə. H.: Mən Eldar Quliyevlə uşaqlıqdan dostam, bir məktəbdə oxumuşuq, həm də yaşıdıq. Məktəbi bir ildə bitirdik, lakin mən həmin ildəcə daxil oldum, Eldar isə bir il sonra. Unudulmaz rejissordur, həm də maraqlı insan ...
        A. O. K.: Sonrakı illər Bakı ilə əlaqə saxlayırsınızmı?
        Ə. H.: Mənim əlaqələrim yerlilərimə bacardığım köməkdən ibarət idi. Əlbəttə ki, istəsəydim, yenə də hansısa filmə səs rejissoru kimi dəvət alardım. Bakıda mənim işimi qiymətləndirirlər. Lakin mən belə məqamlara çox ehtiyatla yanaşıram, çünki istəyirəm ki, digərləri də işləsinlər. Çünki işləməsən, öyrənə və arta bilməzsən. Bununla yanaşı, bizimkilər Leninqrada tamamlama işlərinə gələndə, «öz adamları onlara arxa olmalıydı.» Mən də nə köməyimi əsirgəyirdim, nə də məsləhətlərimi. Özü də təmənnasız. Necə olsa, azərbaycanlıyıq ...
        A.O.K.: Bəs musiqili filmlərin səs recissorluğunu boynunuza götürmüsünüzmü?
        Ə. H.: Bəli, özü də ilk musiqili filmim Sverdlovsk (indiki Yekaterinburq) kinostudiyasında çəkilib. Lakin bu bir qədər şərti məsələdir. Lap götürək «Patsanı» bədii filmini: məgər mahnıların, musiqili anların çoxluğu onu həm də musiqili film kimi yozmağa əsas vermirmi?... Yaxud da müzikxoll mövzusunda rejissor Y. Mezentsevin çəkdiyi «Yeddi uğurlu not» filmi «bədii» adı ilə gedirsə, əslində musiqili film deyilmi? Mahnılar və rəqslər biri-birini əvəz edir. Əgər yadınızdadırsa, hər yeni il gecəsində göstərilməsi nəzərdə tutulan filmlər çəkilirdi. «Yeddi uğurlu not»üçün mən Leninqrad müzikxollunun bütün proqramını lentə yazmalı oldum. Başdan ayağadək, özü də «Lenfilm» studiyasında. Bütün repertuar. Yalnız bundan sonra ssenari qurulmalı və filmin quraşdırılması başlanmalıydı.
        A. O. K.: Çox maraqlıdır ...
        Ə. H.: Bəli, bu qeyri-adi musiqili filmdə əski repertuarın mahnıları, rəqsləri və məzəli nömrələri ilə yanaşı şlyagerlərin yeni aranjimanları və Maksim Dunayevskinin film üçün yazdığı orijinal musiqi toplanmışdı. Və bütün bunları bir üslub çəpçivəsinə salmaq lazım gəlirdi. Olduqça qeyri - adi və məsul bir məqsəd idi, çünki heç ssenari hələ, demək olar ki, yox idi. Belə tutumlu proqramı lentə köçürmək üçün adətən xarici ölkələrdə səs rejissorları varlandırıcı qonorar tələb edirlər. Bizdə isə «nə verdilər, - verdilər» prinsipi gözlənilirdi. Məsuliyyət isə həmin məsuliyyətdi.
        Məsuliyyət dedikdə, filmlərin mahiyyətinə qayıdaq. Mənim üçün səs və, o cümlədən, musiqi filmə yapışqanla bərkidilmiş qrim, - bığ yaxud saqqal deyil, filmin üzvi ifadələrindən biridir. Yalnız belə durumda səs və musiqi filmin dramaturgiyasını əks etdirir və, hətta, bir sıra hallarda təkcə özəl deyil, qeyri-adı vəzifə daşıyıcısına çevrilir.
        A. O. K.: Yəqin ki, ən tanınmış bəstəkarlarla işləmisiniz?
        Ə. H.: Və ən çətin bəstəkarlarla, o cümlədən Edison Denisovla. Yaxşı yadımdadır ki, «Prişvinin kağız gözləri» filminin hazır epizodları üçün o musiqi bəstələyirdi. Yəni «hazır ekran» üçün. Çox çətin idi və tez-tez bir-birinə zidd sonuclara gəlirdik. Rejissor Valeri Oqorodnikovun bu filmini film-fantaziya adlandırmaq olardı. Sonralar həmin rejissorla «Evyaran oğru» və, nəhayət, Rusiya Dövlət mükafatı və «Nika» mükafatına layiq görülmüş «Barak» filmləri üzərində işləmişəm. E. Denisov olduqca çətin, ərköyün və şıltaq bir insan idi, hər şeydən əsəbiləşirdi. Lakin qeyri-adi bəstəkarlığı da vardı.
        E. Denisov və M. Dunayevskidən savayı, bir sıra bəstəkarları da xatırlaya bilərəm. A. Artemyevi, yəqin ki, təqdim etmək lazım deyil. A. Knayfel. Onunla yazıçı Rıtxeunun eyniadlı əsəri üzrə «Sibir porsuğunun izi ilə» filmdə işləmişik. Çox maraqlı və qeyri-adi bir iş idi. Lap öncədən mən Çukotkanı gəzdim, Maqadan və Verxoyanskda oldum və Şimal folklorundan bacardığım qədər maqnit lentə yazıb gətirdim. A. Knayfel həmin folkloru qavramalı və həmin folklora «baş vupmalıydı və üzməliydi». Belə də oldu. Çox gözəl və orijinal kompozisiya alındı. Və həmin orijinallığın davamını Qırğızıstanda gördük.
        Rejissor Bulat Şamşiyev «Ağ gəmi» filminni çəkərkən tanınmış bəstəkar Alfred Şnitkeni dəvət etdi. Şnitke ilə onlarınkı tutmadı. Böyük əsəb gərginliyindən sonra B. Şamşiyev məndən soruşdu ki, «Ələkbər, nə etməli?». Mən də A. Knayfelin musiqisini qoşdum, o da dinləyib həmin bəstəkarı dəvət etdi. A. Knayfel isə bu dəfə «qırğız bəstəkarına» çevrildi. Əlbəttə, Qırğızıstanda bəstəkar yox dərəcəsində deyil, lakin lazımlı səviyyədə yoxdur. Biz sonralar bəstəkarı hətta «qırğız musiqinin klassiki» adı ilə çağırırdıq. «Ilk durnalar» filminə musiqini də Knayfel yazıb.
        Daha sonra «Rayon miqyaslı fövqəladə hadisə» və «Gedib qayıtmayan adam» filmlərində də Knayfellə əməkdaşlıq etmişik. Sonuncu sovet dövlətində gözlənilən qiyam mövzusunda idi. Həmin film üzərində işi 1991-ci ilin iyulunda başa vurduq və mən dincəlmək üçün, həmişəki kimi, Bakıya gəldim. Və qəribəsi odur ki, avqust qiyamı gecəsi həmin film televiziya ilə göstərildi.
        Mən, demək olar ki, Sankt-Peterburq bəstəkarlarının hamısı ilə işləmişəm: A. Petrov, B. Tişenko, A. Qavrilin, S. Kuryoxin. Axırıncı çox tanınmasa da, olduqca istedadlı idi, lakin 38 yaşında dünyasını dəyişdi. Isaak Şvartsla çox işləmişəm. Son işimiz 2 kanallı deyil, 6 kanallı stereofonik rəqəmli yazıdır ki, bu da səsli kino texnikasının son uğurlu qazancıdır.
        A. O. K.: Nəhayət, sonuncu sualımız. Vətən üçün darıxmırsınız?
        Ə. H.: Mən Azərbaycandan uzaqlarda olsam da, ürəyim buradadır. Iki ailəm var: birincilər Sankt-Peterburqda həyat yoldaşım və üç oğlum, ikincilər Bakıda yaşayan qardaşımın və bacımın ailələridir (Ələkbər müəllimin qardaşı Tərlan Həsənov dzyudo yzrə tanınmış mütəxəssis, Azərbaycan Respublikasının əməkdar məşqçisi və beynəlxalq dərəcəli hakimdir; bacısı Cananə Xəlilova isə mədəniyyət və incəsənət universitetinin müəllimidir - A.O.K.). Oğlanlarımın hər üçü mənim yolumla gedib hazırda səs recissoru assistenti işləyirlər.
        Mən «Bakıdakıların» hər bir addımından daim xəbərdaram, günaşırı zəng vurmaqdan çəkinmirəm. Xeyir işlərdə, qiyabi olsa da, iştirak edirəm (Gülür). Lakin Vətən anlamı, fikrimcə, daha genişdir.
        Iş ondadır ki, mənim üçün, Azərbaycandan uzaqda yaşayıb işləsəm də, Azərbaycansız yaşamaq mümkünsüzdür. Azərbaycan yer üzündə əvəzsiz enerci mənbəyidir. Və mən hər il yayı Azərbaycanda keçirir, lap iş zamanı Azərbaycana cəmi bir neçə, hətta birgünlük səfər imkanlarını əldən verməmişəm və vermirəm. Əgər dediklərim gerçək olmasaydı, mən çox-çox öncə maddi qazanc ardınca, digərləri kimi, okeanın o tayındaydım. Azərbaycan mənəvi güc mənbəyidir. Mənəviyyatsız sənətkarlıq isə yoxdur və ola da bilməz.
        SÖZARDI: Ələkbər Həsənzadə ilə söhbətimiz hələ ki, yarımçıq qalıb. Yarımçıqdır ona görə ki, səs rejissoru olduğu filmlər çoxsaylıdır və tam «biblioqrafiyasını» hələ əldə etməmişik. Lakin həmyerlimiz söz verdi ki, yaxın zamanlarda həmin «biblioqrafiyanı» bizə göndərəcək. Beləliklə, gələn saylaradək!
        P. S. Jurnalımızın hazırki sayı yığılarkən, Sankt-Peterburqdan məktub aldıq. Ələkbər Həsənzadə səs rejissoru olduğu bir sıra filmlərin (hamısının yox!!) siyahısını bizə göndərdi. Biz bilə-bilə filmlərin adlarını dilimizə çevirmirik. Orta yaşlı oxucularımız həmin filmlərin, demək olar ki, çoxuna tamaşa etmişlər.

         «Azerbaydcanfilğm»
        1. «Çelovek brosaet əkorğ» - rec. A. Babaev, kompozitor K. Karaev.
        2. «Qlavnoe intervğö» - rec. G. Kuliev, komp. P. Bölğ-Bölğ oqlu.
        3. «Sçastğə vam, devoçki» - rec. G. Kuliev, komp. P. Bölğ-Bölğ oqlu.
        4. «Poputnıy veter» - rec. G. Kuliev, komp. P. Bölğ-Bölğ oqlı.
        5. «Urok peniə» - rec. Q. Azim-zade iz filğma «Straniüı cizni» rec. Q. Seyidbeyli, komp. V. Adıq¸zalov.
        6. «Dopolnitelğnıy sled» - rec. N. Bekir-zade, komp. T. Kuliev.
        7. «Svetilğnik materi» rec. - T. Ismaylov, komp. F. Amirov.
        Na raznıx korotkometracnıx filğmax rabotal s kompozitorami G.Sabitoqlu, A. Azizovım, F. Karaevım, O. Zulğfiqarovım i molodım F. Badalbeyli, zapisıval ix debötnuö oriqinalğnuö muzıku.

         «Lenfilğm»
        8. «Sled rassomaxi» - rec. Kropaç¸v, komp. L. Knayfelğ.
        9. «Gy, na linkore!» - rec. O. Sneckin, komp. S. Baneviç.
        10. «ÇP rayonnoqo znaçeniə» - rec. O. Sneckin, komp. A. Knayfelğ.
        11. «Petroqradskie qavroşi» - rec. O. Sneckin, komp. A. Knayfelğ.
        12. «Nevozvraheneü» - rec. O. Sneckin, komp. A. Knayfelğ.
        13. «Vern¸msə osenğö» - rec. A. Simonov, komp. A. Turbin.
        14.«Blaqoçestivaə Marta» - rec. Ə. Frid, komp. Q. Qladkov.
        15.«Rannie curavli» - «Kirqizfilğm» («Lenfilğm»), rec. B. Şamşiev, komp. A. Şnitke i A. Knayfelğ.
        16.«Kedrovaə şişka» - rec. D. Asanova, komp. V. Kisin.
        17. «Paüanı» - rec. D. Asanova, komp. V. Kisin.
        18. «Milıy, doroqoy, edinstvennıy» - rec. D. Asanova, komp. V. Kisin.
        19. «Vospominanie bez datı» - rec. E. Qribov, komp. A. Şnitke.
        20. «Vzlomhik» - rec. V. Oqorodnikov, komp. V. Kisin.
        21. «Bumacnıe qlaza Prişvina» - rec. V. Oqorodnikov, komp. G. Denisov i V. Qavrilin.
        22. «Barak» - rec. V. Oqorodnikov, komp. Q. Fore (v sovremennoy orancirovke V. Şuləkovskoqo).
        23. «Olğqa i Konstantin» - rec. E. Mezenüev, komp. I. Şvarü.
        24. «Dikarka» - rec. D. Pavlov, komp. I. Şvarü.
        25. «O Moskve i mokviçax» - rec. D. Riverov, komp. A. Rıbnikov (Şklərovskiy).
        26. «Semğ sçastlivıx not» - rec. E. Mezenüev, komp. M. Dunaevskiy.
        27. «Qori, qori əsno» - rec. A. Şaxmalieva, komp. G. Artemğev.
        28. «Urok solğfedcio» - rec. L. Desətnikov, komp. A. Petrov.
        29. «Lox - pobeditelğ vodı» - rec. A. Tiqay, komp. S. Kurexin.
        30. «Nikotin» - rec. E. Ivanov, komp. S. Kurexin.
         «Sverdlovskaə kinostudiə»
        31. «Odnofamileü» - rec. A. Voronüov, komp. E. Krılatov.
        32. «Qonka s presledovaniem» - rec. A. Voronüov, komp. E. Krılatov.
        33. «Vot takaə muzıka» - rec. A. Voronüov, komp. Q. Portnov.
         «Tadcikfilğm»
        34. «Pustğ priletaöt çayki» - rec. B. Arabov, komp. Q. Aleksandrov.

Materialları hazırladı: Azad Ozan KƏRIMLI

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page