ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
QÖRÜŞLƏR...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Azərbaycan hərbi orkestr
Aydın Öğüt (Türkiye)
INTERNET SƏHIFƏLƏRINDƏ...
Pərviz QULIYEV
YARADIJILIQ...
-
QÖRÜŞLƏR...
-
MUZEYLƏRDƏ...
-

 



        Bizim redaksiyamızın bir neçə sayımlı qonağı gəlib. Həmin şəxslər Azərbaycan incəsənətini dünyaya tanıdan musiqiçilər adlandırılmalıdırlar. Onlardan birincisi istedadlı qaboyçalan Vaqif Babayevdir və ilk sualları da ona veririk.
        Tariel Məmmədov: Vaqif, sizin həyatınız, fəaliyyətiniz, ifaçılığınız, işlədiyiniz orkestr, - bütün bunlar bizi olduqça maraqlandırır. Çünki uzun illərdir ki, Sizinlə görüşmürük.
        Vaqif Babayev: Mən çox şadam ki, Vətənimdə belə bir jurnal buraxılır və onun təsisçilər Azərbaycan Bəstəkarlar Ittifaqı və mənim köhnə dostum Tariyel Məmmədovdur. Özüm haqqında isə onu deyə bilərəm ki, 1975-dən başlayaraq mən SSRI-dən xaricdəyəm. 4 il Əlcəzairdə və daha sonra Iraqda işləmişəm. Son 10 ili isə Suriyada müəllim kimi də, simfonik orkestrin solisti kimi də fəaliyyətdəyəm. Son müqaviləni mən Rusiya beynalxalq mədəniyyət mərkəzində imzalamışam, özü də qaboy sinfinin müəllimi kimi.
        Suriyada işləmək həm çətindir, həm də şərəflidir. Orada məndən savayı Azərbaycan Respublikasını gözəl skripkaçımız Əlimuxtar Babayev, mahir pianoçumuz Firəngiz Hacıyeva, tarzən Əskər Ələkbərov təmsil edirlər.
        T. M.: Siz hamınız Dəməşqdəsiniz?
        V. B.: Mən həmişə Dəməşqdə işləmişəm, lakin Əlimuxtar Babayev əvvəlcə Hələbdəydi, hazırda o da Daməşqdə işləyir.
        T. M.: Ərəb dilini bilirsinizmi?
        V. B.: Mən bir qədər fransız dilinibildiy imdən Əlcəzairdə həmin dildə dərs deyirdim. Iraqda və Suriyada ingilis dilinə üstünlük verildiyindən ərəb dilinə keçməli oldum. Doğrudur, ərəbcə oxuyub-yaza bilmirəm, lakin danışmağım pis deyil.
        T. M.: Vaqif, dərs dediyiniz tədris ocağı haqqında danışın.
        V. B.: Mən Dəməşqdə milli musiqi institutunda qaboy sinfi aparıram. Səviyyəcə bizim indiki musiqi akademiyasından bir qədər aşağıdır. Ümumilikdə. Lakin bəzən olduqca parlaq istedadlar da yetişdiririk. Müəllimlərin səviyyəsi olduqca yüksəkdir, konservatoriyalarının yetirmələridirlər. Ermənilər də vardı, sonra ixtisara düşdülər.
        T. M.: Hansı ixtisaslarınız var?
        V. B.: Demək olar ki, hamısı. Daha doğrusu, bəzilərini çıxmaq şərtilə. Xor dirijorluğu şöbəsi yoxdur, lakin Rusiyadan bir müəllim institutun birləşmiş xoruna rəhbərlik edir. Nəzəriyyə şöbəsi yenicə açılıb. Bəstəkarlıq ixtisası yoxdur, çünki milli bəstəkarlıq məktəbi yoxdur. Adətən, pianoçu yaxud skripkaçılar nəsə bəstələyirlər.Ümumiyyətlə, ərəb ölkələrində peşəkar bəstəkar anlayışı yoxdur.
        T. M.: Milli musiqi nəzəriyyəçisi, folkloru öyrənənlər varmı?
        V. B.: Mən bilən, Suriyada bu yönlü nə bir qurum var, nə də musiqişünas.
        T. M.: Bəs musiqi sənətini işıqlandıran mətbuat varmı?
        V. B.: Sırf musiqi haqqında deyə bilmərəm, lakin incəsənətə aid curnallar çap olunur.
        T. M.: Bəs konsert həyatı haqqında nə deyə bilərsiniz?
        V. B.: Hər ay heç olmasa bir sanballı konsert veririk. Azərbaycan musiqisinə maraq böyükdür. Bəstəkarlarımızdan Q. Qarayevin, F. Əmirovun, T. Quliyevin, R. Mirişlinin, A. Gərayın, S. Ələsgərovun və digərlərinin gsgrlgrini tez-tez ifa edirlər.
        Suriyada gözəl ud və qanunçalanlar var və onlar bəstəkarlarımızın xalq çalğı alətləri üçün əsərlərini, o cümlədən tar ilə orkestr üçün konsertlərini ud və qanuna uyğunlaşdırıb çalırlar. Orkestrin baş diricoru həm də institutun rektorudur və bu yöndə ən böyük təşəbbüskar elə özüdür. Suriyalılar deyirlər ki, «sizin musiqiniz bizə yaxındır və təzə nəyiniz varsa, verin, çalaq». Imtahan proqramlarında da bəstəkarlarımızın əsərləri az deyil.
        T. M.: Yəqin özününlə nəsə aparacaqsınız?
        V.B.: Əlbəttə, versələr, apararam. Təkcə məndən asılı deyil. Gərək bəstəkarlar ittifaqı da maraqlı olsun.
        T. M.: Orkestriniz və onun repertuarı haqqında nə deyə bilərsiniz?
        V. B.: Orkestrin heyəti 95 nəfərdir, bütün alətlər təmsil olunub. Repertuara gəldikdə isə, olduqca genişdir: I. S. Bax, L. Bethoven, P. Çaykovski, I. Brams, G. Hendel və Q. Malerdən tutmuş ... rus və Azərbaycan bəstəkarlarınadək. Biz Kaliforniyada qastrol səfərlərində bir neçə Azərbaycan bəstəkarını ifa etmişik. Orada azərbaycanlı dinləyicilər də çoxuydu.
        T. M.: Dirijorunuz kimdir?
        V. B.: S. Əl-Vadi. Yeri gəlmişkən, deməliyəm ki, o Bakıya gəlməyi çox arzulayır. Əgər dəvət etsələr, məmnuniyyətlə gələr.
        T. M.: Vaqif, Suriyadakı musiqili həyatınızdan razısınızmı?
        V.B.: Mənim, cümə günündən başqa (Suriyada istirahət günüdür) bütün günlərim gərgin keçir. Həftənin 5 gününü saat 8-dən 12-yədək ali məktəbdə dərs deyirəm. Iki gün də musiqi məktəbində. Həftənin 3 günü saat 17-dən 20-dək simfonik orkestrdə məşq edirik. Kamera orkestrinin məşqlərində də iştirak edirəm. Bəzən solo konsertləri ilə də çıxış edirəm.
        Indiyədək 6 qaboyçalan buraxmışam. Yetirmələrim artıq özləri də ərəb ölkələrində solo konsertləri veriblər. Hazırda sinfimdə 9 tələbə təhsil alır. Musiqi məktəbində də şagirdlərim var.
        T. M.: Suriyada mədəniyyət nazirliyi varmı?
        V. B.: Bəli, var, lakin musiqi sənətinə başçılıq edən adını çəkdiyim S. Əl-Vadidir. Bir növ, mədəniyyət nazirinin müavini səviyyəsində. Hazırda, onu da deməliyəm ki, yeni mədəniyyət naziri ilə bizim rəhbərimizin arası soyuqdur, ona görə müqavilələrimizin uzadılması məsələsi yubanır.
        T. M.: Mədəni əlaqələr nə səviyyədədir?
        V. B.: Suriyaya ABŞ, Fransa və digər ölkələrdən tez-tez ansambllar və solistlər, - pianoçular, vokalçılar, skripkaçılar və digərləri gəlib maraqlı proqramlarla çıxış edirlər. Son dəfə Adana simfonik orkestri, o cümlədə 10-dək azərbaycanlı musiqiçi Dəməşqdə konsert proqramı ilə çıxış etdilər. Türkiyə ilə arada olan gərginlik getdikcə aradan qaldırılır.
        T. M.: Bəs boş vaxtınız olurmu? Suriyada darıxmırsınız ki?
        V. B.: Boş vaxtım, demək olar ki, yoxdur. Yalnız istirahət vaxtlarımda çox sevdiyim bir işə qayıdıram: kətan, yağlı boyalar və fırçaya ...
        T. M.: Bu da ki, ailə ənənənizin davamıdır. Sizin rəhmətlik qardaşınız rəssam idi, özü də tanınmış.
        V. B.: Bəli, rəssamlıq mənə rahatlıq vermir. Ara-sıra çəkirəm. Istirahət vaxtlarımda. Dəməşqdə sonuncu dəfə «Insan və kosmos» mövzusunda sərgidə də iştirak etmişəm. Rusiyanın tanınmış bir kosmonavtı sərginin açılışında qonaq sifətilə çıxış edirdi. 30-dan çox əsərim var, onlardan 3-nü Rusiyada dostlarıma bağışlamışam. Sərgidə nümayiş olunan 2 əsərim də maraq doğurmuşdu. Heç kim məndən bunu gözləmirdi. Əlbəttə, vaxt gələcək ki, Vətənə qayıdacağam və o zaman rəssamlığa vaxtım çox olacaq. Ola bilsin ki, lap bir ildən sonra. Vətən üçün heç darıxmamaq isə mümkün deyil.

* * *


        Digər qonağımız isə Azərbaycanın ən gələcəkli, ən ümidverici bəstəkarlarından biri Fərhəng Hüseynovdur. Fərhəng eyni zamanda gözəl ifaçı və tanınmış skripka müəllimidir. Bugünkü ağır şərait onu Türkiyədə işləməyə məcbur edib. Bəsçtəkar və skripkaçı kimi Fərhəng dünyanın çox-çox ölkəsində tanınıb. Jurnalımız öncəki saylarında onun yaradıcılığı haqqında yazılar da çap olunub.
        Tariyel Məmmədov: Fərhəng, səni oxucularımız yaxşı tanısa da, bugünkü ağır sınaq günlərində həyat və yaradıcılığında hansı yeniliklər baş verib və verir?
        Fərhəng Hüseynov: Mən Adanada, universitetdə simli alətlər kafedrasının müdiriyəm. Sinfimdə çoxsaylı tələbələrim var, - 7 yaşından 47 yaşına kimi.
        T. M.: 47 yaşında da təhsil alan var?
        F. H.: Yaşlılar doktorluq (bizim namizədliyə bərabər) dərəcəsi almaq üçün çalışırlar. Mən onların elmi rəhbəriyəm. Digərlərinin isə skripka müəllimi və professoru.
        Türkiyədə 7 yaşından musiqi təhsili yox dərəcəsində idi. Baxmayaraq ki, həmişə müstəqil ölkə olub. Mən Adanada belə anlaşılmaz sistemi aradan götürüb arasıkəsilməz musiqi təhsili təklif etdim. Təklifim bəyənildi. Hazırda 7 yaşından başlayaraq uşaqlar 11 illik litseydə oxuyur və sonra universitetin konservatoriyasına qəbul olunurlar. Şagird və tələbələrim çoxdur. Güclüləri, istedadlıları da az deyil. Yazıqlar olsun ki, bə ziləri məndə təhsili başa vurmamış başqa ölkələrə köçürlər. Mənim öyrətdiyim 12 yaşlı fitri istedad dünyanın bir sıra ölkələrində konsertlər verir. Ata-anası Torontoya (Kanada) köçdüklərindən oradakı Kral musiqi akademiyasında təhsil alır. Və hamı onun ilk müəllimminin azərbaycanlı olduğunu bilir. Həm kədərli, həm də fəxredicidir. Qeyri-təvazökarlıq olmasa da, deməliyəm ki, hazırda mən tanınmış musiqiçiyəm. Həm skripkaçı, həm də bəstəkar kimi.
        T. M.: Fərhəng, bəs təhsil proqramı nə səviyyədədir? Məsələn, nəzəri fənnlər ...
        F. H.: Elə bizdəki kimi. Məsələn, həm dünya musiqisinin tarixi, həm də Türkiyə musiqisinin tarixini ...
        T. M.: Türkiyədə musiqi tarixi? Axı, nəzərimcə, Türkiyədə bəstəkarlıq məktəbinə həsəd aparmağa dəyməz ...
        F. H.: Doğrudur, lakin tədris olunur.
        T. M.: Fərhəng, gəlin Sizi «ikiyə bölək». Yə ni ifaçı Fərhəng və bəstəkar Fərhəng. Birincidə Siz digərlərini təfsir edir, ikincidə Sizi təfsir edirlər. Özünüz-özünüzü də təfsir etdiyiniz hallar olur. Hər bir halda Siz hansı yaşantılar keçirirsiniz?
        F. H.: Əlbəttə, ifaçı kimi çətindir, çünki bəstəkaram. Mən başqa bəstəkarı ifa edəndə, haradasa özümü də ifa edirəm. Bu daha çətindir. Lakin, bəlkə də xoşbəxtlikdən, az çıxış edirəm, çünki müəllimlikdən savayı, musiqi yazmağa daha böyük üstünlük verirəm.
        T. M.: Hansı zallarda çıxış edirsiniz?
        F. H.: Ankara, Izmir, Mersin və Bursada. Çox zaman ifaçılıq sənətkarlığı kursları zamanı. Belə kurslar ABŞ, Argentina və Yaponiyada da keçirilir və orada mütləq gərək ifa edəsən. Mən də proqramlarımla çıxış edirəm.
        T. M.: Yaxşı, bəs bəstəkar kimi Azərbaycanda çox yaratmısınız, yaxud Türkiyədə?
        F. H.: Saymamışam, demək çətindir. Azərbaycanda musiqi yaratmaq asan idi. Mən skripka ifaçılığı ilə yanaşı hələ Moskvada bəstəkarlıq sinfində oxuyurdum. Bakıya qayıtdıqdan sonra Qara Qarayevin sinfində bir daha bəstəkarlıq kursunu daha yüksək səviyyədə keçdim. Əsərlərim konsertlərə ayaq açdı, bəstəkarlar ittifaqına üzv oldum.
        T. M.: Bəli, bizim yaratdığımız «Azərbaycan bəstəkarlar ittifaqı» INTERNET saytında Sizin səhifəniz də var ...
        F. H.: Doğrudanmı?... Sizə minnətdaram. «Qara Qarayev» saytında adınız olmalıdır.
        T. M.: Fərhəng, öz bəynalxalq yaradıcılıq əlaqələrinizdən danışın. Deyirlər ki, Yaponiyada hörmətiniz var və getdikcə artır ...
        F. H.: 1991-ci ildə UNESKO və Yaponiyada «Asaxi» televiziyasının keçirdiyi müsabiqəyə əsərtəqdim etmişdim. «Zamana səyahət» adlanan 5 bölümlü simfonik orkestr üçün konsert kimi də yozula bilər. Lap öncədən təqdim olunmuş 278 əsərdən 10-u seçilmişdi ki, onlar arasında mənimkinin də adı var idi. Mən Yaponiyadan məktub aldım. Məktubda deyilirdi ki, əgər əsərim II turda nəzərdə tutulan «beşliyə» düşsə, mən mükafatlanacağam və ölkənin qonağı sayılıram. Mən Yaponiyaya gəldim, II turdan sonra qaliblər sırasına düşdüm. Daha doğrusu, II yerə çıxdım, I yeri isə 2 yapon bəstəkarı bölüşdürmüşdü.
        T. M.: Əsərin məzmunu haqqında nə deyə bilərsiniz?
        F. H.: Müsabiqənin mövzü başlığı «Böyük ipək yolu» və onun tarixi ilə bağlı idi. Bildiyiniz kimi, «Böyük ipək yolu» Adriatika sahillərindən Yaponiyanın Naqasaki limanınadək uzanırdı. Əsərimin hər bölümünün başlığı varıydı: «Dəşti-Qıpçaq», «Savaş», «Böyük səfirlik» (Rum qeysərinin Türk xaqanlığına göndərdiyi səfirlik nəzərdə tutulur) və i.a.
        T. M.: Əsərin içquruluşunu hansı tipə aid etmək olar?
        F. H.: Simfonik süita tipinə. Hər bir bölüm ayrı-ayrılıqda ifa oluna bilər. Dil-üslubda impressionist boyalara üstünlük vermişəm. Daha sonralar yaponlar mənə opera yazmağı təklif etdilər. Tanınmış yapon yazıçısı Xatsuraqava Xosyunun romanı əsasında hazır libretto aldım və işə başladım. Burada bir yapon gəmi kapitanının başına gələn gerçək əhvalatdan söhbət gedir. Kapitanın gəmisi Aleut adaları yaxınlığında fırtınaya düşür və batır. Onun özünü rus dənizçiləri xilas edirlər, Oxotska gətirirlər. Sonra kapitan Irkutska, oradan isə Peterburqa gəlir, II Yekaterina ilə görüşür və vətəninə qayıtmağa icazə alır. O dövrdə isə Yaponiya bağlı ölkə idi. Kapitanı ömürlük həbsə salırlar və o, intihar edir.
        Musiqi materialına gəldikdə, mənə çoxlu videokassetlər və audiokassetlər verilmişdi ki, yapon incəsənətinin bütün kəsimləri, - «qaqaku», No teatrı, milli musiqi alətləri ifaçılığı və i.a. burada təmsil olunmuşdular. Rus musiqisindən, rusların dəsti-xəttindən də faydalanmışam.Nəhayət, Azərbaycan musiqisinin əks-sədaları da eşidilir. Məsələn, II Yekaterinanın ariyası rus, italyan və Azərbaycan musiqi materialından quraşdırılıb. Və hamı hamımıqla, məni tanımadan belə, dinlədikdə, əsərin Azərbaycanlı bəstəkar tərəfində yazıldığını önə çəkirlər.
        Bundan başqa, bir əsərim solistlər, xor və orkestr üçün oratoriyadır. Başlığı da belədir: «Qoy dünyada sülh olsun» («Mem pis»). Bu əsərdə ingilis şairlərinin şerləri ilə yanaşı, ayrı-ayrı dillərdə sülh duası oxunur. Həmin əsərə görə mən BMT-nin xüsusi mükafatını almışam. Lakin yalnız partiturasına görə, çünki əsərin ifası çox böyük pul məbləği tələb edir, orkestr, xor və solistlər heyəti çox genişdir, hətta elektronika da var ...
        T. M.: Bəs elektron musiqiyə necə baxırsınız?
        F. H.: Doğrusunu desək, bir az saymazyana. Mən süni effektlərdən uzağam, həmin elektronika akustik effektlər üçün, bir duanın 80 dildə səslənməsi üçün lazım idi. Lakin necəsinin mənə dəxli yoxdur, bu mühəndislərin işidir. Əsər hələlik ifa olunmayıb.
        T. M.: Yaxşı, qayıdaq yapon operanıza. Hansı dildə operanız ifa olunub?
        F. H.: Yapon və rus dillərində ikidilli operadır.
        T. M.: Bəs axı bu iki dil musiqili frazeologiya baxımından köklü sürətdə fərqlənir və yapon dilini, mətni bilmirdiniz?
        F. H.: Burada da çıxış yolu tapıldı. Yaponlar təklif etdilər ki, musiqini öncədən yazım, mətni isə sonra onların özü uyğunlaşdıracaqlar. Belə də etdik. Əlbəttə, yapon dilinin melodiklik dərəcəsi rus dilindən daha yüksəkdir.
        T. M.: Belə operayapatmaya, yəqin ki, ilk dəfədir ki, rast gəlirik. Indiyədək buna bənzəri haqqında eşitməmişik. Bununla yanaşı, yeganə çıxış yoludur ... Daha hansı əsərlər yazmısınız?
        F. H.: Yaponiyada olarkən yapon solistin sifarişi ilə A.S. Puşkinin sözlərinə, - yaponcaya tərcüməsinə 4 romans bəstələdim. Lakin müğənni mənə dil çevrəsində kömək etdiyindən, həmin iş daha asanlıqla ötüşdü.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page