ÈĞÑÈÌÈÇ
BAKI MUSIQI AKADEMIYASI – 80
Ülviyyə IMANOVA
AZƏRBAYCANDA BƏSTƏKARLIQ ƏNƏNƏSININ YARANMASI TARIXINDƏN
Fərəh ƏLIYEVA
|
|
Xristian sevrəsinə aid bölgələrdə – Gürcüstan və Ermənistanda psixoloji-mənəvi səddlər olmadığından avropalaşma təhsil və ifaçılıqdan başlayaraq avropa zəmini üzərində milli bəstəkarlıq məktəbinin yaranması ilə nəticələndi.
Azərbaycan isə regionda gedən mədəni inkişaf proseslərini orijinal və bənzərsiz bir şəkildə ümumiləşdirdi.
Məlum olduğu kimi, XIX yüzillikdə Iran ilə Rusiya imperiyası arasındakı "bölgü"də Rusiyanın tərkibinə qatılan Şimali Azərbaycan əsrin ikinci yarısından başlayaraq əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri (ilk növbədə nefti) hesabına sürətli inkişaf yoluna qədəm qoyur. Bölgənin iki qüdrətli müsəlman dövlətləri Iran və Türkiyədə də ümumhəyat tərzinin müasirləşməsi istiqamətində addımlar atılır. Regionda məhz Şimali Azərbaycanda yenilikçi hərəkat güclü, məqsədyönlü xarakter alır və siyasi həllindən tutmuş (müsəlman Şərqində ilk cümhuriyyət, musiqi yaradıcılığındakı (ile opera və yüksək inkişaf səviyyəli müasir bəstəkarlıq məktəbi) parlaq nailiyyətlərlə təmsil olunur.
Bölgədə Iranın ənənəvi dil və mədəni nüfuzunu zəiflətmək məqsədilə çar hökumətinin atdığı addımlar – azəri türkcəsində məktəblərin açılması, azərbaycan türklərinin Rusiyanın təhlil ocaqlarına qəbul edilməsi, yerli mədəniyyətə himayə edilməsi və s. yeni, mütərəqqi maarifçi ziyalılar nəslinin yetişməsini sürətləndirdi. Bu nəslin nümayəndələri şərq-milli ənənələrlə yanaşı, rus-Avropa mədəniyyətinin təsiri ilə formalaşan yeni milli məfkurənin yaradıcıları və daşıyıcıları oldular. "ərbi Avropanın hürriyyət dəyərlərindən insani və mədəni düşüncəni ilk dəfə olaraq "əxz edən" böyük mütəfəkkir və ədibimiz Mirzə Fətəli Axundov və ilk azəri qəzetçisi Həsən bəy Zərdabi" bu yeni nəslin ağsaqqalı idilər. "XIX əsrin ortalarından başlayaraq Azərbaycanda milli ədəbi fikrin irəliyə doğru hərəkətini tam bir ideologiya, məfkurə sistemi, ideya-fəlsəfə cərəyan səviyyəsində məhz Axundovun adı ilə bağıl yeni bir təlim – maarifçilik şərtləndirir" (3, s. 212). Maarifçiliyin ən parlaq simalar
ı Abbasqulu ağa Bakıxanov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli və başqaları arasında Üzeyir bəy Hacıbəyov çoxşaxəli yaradıcılığı və fəaliyyətinin – bəstəkar, müəllim, alim, publisist, ictimai xadim kimi xidmətlərin xüsusi çəkisi və miqyası ilə seçilir. Üzeyir Hacıbəyovun xidmətlərinin sadalanması onu nəinki musiqi, ümumiyyətlə XX əsr Azərbaycan gerçəklikləri miqyasında milli tariximizdə yeni inkişaf konsepsiyasının fəal yaradıcılarından kimi səciyyələndirir.
XX əsrin 90-ci illərinədək Azərbaycan siyasi tarixinin 3 halını yaşamışdır.
1) Çar Rusiyasının müstəmləkəsi
2) Müstəqil dövlət – ADR (1918-1920)
3) SSRI-nin respublikalarından biri kimi (1920-1991).
Faktiki olaraq 2 illik müstəqillik dövrü istiçna olmaqla Azərbaycanda milli mədəniyyətin inkişafı iki böyük imperiyanın milli siyasəti ilə diktə edilirdi. Lakin birinci halda milli musiqi mədəniyyətinin inkişafı cəmiyyətin tərəqqipərvər ziyalılarının entuziazmı ümudinə qalırdısa, ikinci halda bu artıq dövlət səviyyəsində idarə və himayə olunan dəqiq ideoloji ölçülərə malik bir proses idi. Birinci halda inkişaf maneələri dəf edərək gedirdisə, ikinci halda inkişaf üçün şərait və potensial yaradılırdı.
40 illik zaman kəsiyində cəmiyyətin mədəni-mənəvi durumunda üç mühüm faktor müəyyənedici rol oynamışdır.
1) XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində böyük təsir dairəsinə və nüfuza malik, mədəniyyət sahəsində gedən proseslərin istiqamətini müəyyənləşdirən maarifçilik;
2) "türkləşmək, islamlaşmaq, avropalaşmaq" konsepsiyası;
3) sovet-bolşevik ideologiyası – «formaca milli, məzmunca sosialist" mədəniyyat konsensiyesi.
Maarifçilik tendensiyaları musiqi yaradıcılığının Azərbaycan üçün yeni forması olan bəstəkarlıq ənənəsinin yaranmasında ilkin mərhələdə onun və obraz-məzmun səçiyyəsində mühüm rol oynadı. Bu mənada musiqi Azərbaycan mədəniyyətində maarifçiliyin fəkan verdiyi yeniləsən sahələr sırasında idi. XIX əsrin sonu XX əsrin əvvəlləri ilk faciə (N.Vəzirov və Ə.Haqverdiyev), ilk milli roman (N.Nərimanov), ilk realist povest (C.Məmmədquluzadə), publisist bədii nəsr nümunələri (S.M.Qənizadə), ilk tarixi roman (Ə.Gorani) ilə yanaşı ilk milli opera və musiqili komediyalarla (Ü.Hacıbəyov) da təmsil olunur.
Azərbaycanda da maarifçilik bir çox Şərq ölkələrində olduğu kimi müasirləşmək, avropalaşmaq məzmunu daşıyırdı. Məhz maarifçilik ideyaları Azərbaycanda yeni ədəbi-bədii, fəlsəfi fikir tarixinə, yeni janrların yaranmasına təkan verdiyi kimi milli musiqinin də janr və mündəricə, üslub baxımından yeni pilləyə qalxmasını, avropa forma və janrlarının milli ənənələr müstəvisində mənimsənilməsini şərtləndirdi.
Əlbəttə, maarifçiliyin musiqi sahəsində təkan verdiyi müasirləşmə təmayüllərinin digər bir katalizatoru Bakının mədəni həyatında Avropa musiqi ənənələrinin getdikcə daha geniş təmsil olunması ilə bağlı olmuşdur. Azərbaycan Rusiya imperiyasının bir bölgəsi idi; Bakının musiqi mühiti əyalət mərkəzi kimi istər-istəməz Rusiya şəğərlərinin musiqi həyati modelini imkan daxilində canlandırırdı. Şəhərin etnik tərkibində azərbaycanlılarla yanaşı təmsil olunmuş ruslar və əcnəbilərin də musiqi zövqünü oxşamaq, onların mədəni tələbatını ödəmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilirdi. Bakıya qastrol səfərləri ilə opera truppaları gəlir, simfonik konsertlər verilir. Onların əhatə etdiyi dinləyici, tamaşaçı kütləsi Bakıda yaşayan rusdilli auditoriya idi (4). Lakin bu formalar və yeni musiqi üslubunun əhatə dairəsinə milli dinləyici və tamaşaçı auditoriyasının çox az hissəsi daxil idi Müxtəlif mədəniyyət ənənələri arasında körpü yaradılması, onların bir-birinə yaxınlaşması, q
aynayıb-qarışması ideyasının təşəbbüskarları Azərbaycanın maarifpərvər ziyalıları oldu.
Azərbaycanda maarifçilik musiqidə milli ənənələrin dirçəldilməsi və inikşafı perspektivinin Avropa forma və janr prinsipləri ilə aktiv sintezi istiqamətini ortaya qoydu.
Azərbaycan musiqisinin janr və üslub yeniləşməsi, yeni ictimai-kommunikativ səviyyəyə qalxması ideyası Azərbaycan maarifçiləri tərəfindən irəli sürülürdü. Bu aspektdə Həsən bəy Zərdabi, Əbdürrəhimbəy Haqverdiyev, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabirin musiqi görüşlərini araşdırmaq maraqlı olardı. Ən nəhayət, maarifçiliyin ən parlaq nümayəndələrindən biri – Üzeyir Hacıbəyov mühitin yenilikçi energiyasını musiqi sahəsinə yönəldərək Azərbaycanın ilk bəstəkarı, ilk klassiki tarixi missiyasını həyata keçirdi. Avropada olduğu kimi "Azərbaycanda da maarifcilik mənəvi ideoloji tərəqqidə əvvəlki epoxanın tükəndiyini orta əslərin sonunun yetişdiyini xəbər və eyni zamanda, kecidi ucra etmək üçün doğulmuşdu"(3). Ü. Hacıbəyovun missiyasının tərixi məzmunu da elə bu idi: "musiqidə yeni dövrə kecidi təmin edərək "orta əsrlər sərhədindən kənara cıxmaq yeni dövrə kecmək.
Bəstəkarlıq ənənəsinin məhz musiqili teatrla qoyulmasında maarifçiliyin əlverişli mənəvi iqlim yaratması bir çox aspektlərdən ümumdünya musiqi tarixinin mərhələləri kontekstində tipoloci qanunauyğunluqlar sırasına daxildir. Belə ki, Avropa musiqi mədəniyyətində də maarifçilik dövrü taleyüklü proseslərlə əlamətdardır. Tədqiqatçı T.Livanova qeydi edir ki, Qərb Avropada musiqi sənətinin möhtəşəm çiçəklənmə və yeniləşməsi məhz Maarifçilik epoxası ilə bağlıdır. "Maarifçilik dövrünün musiqi sənətində dünya incəsənətinin ən yüksək zirvələri əldə olunmuşdur – klassik simfonizm yaradılmış, dövrün qabaqcıl opera cərəyanları (Qlyuk, Mosart) inkişaf edir, yeni tipli kamera janrlarının möhkəm əsasları qoyulur" (5, s. 167). Y.Çernayanın fikrincə "rus bəstəkarlıq məktəbi də məhz rus maarifçiliyi bazasında yaranmış və təşəkkül tapmışdır". (6, s. 171). Avropa musiqisində də opera janrının inkişafı maarifçiliyin bədii idealları ilə əlaqələndirilir. Azərbaycan musiqisində 1910-cu illər
də mətbuat səhifələrində geniş müzakirə obyektinə çevrilmiş "opera və drama" mübahisələri də XVIII əsr Avropa musiqi tarixi ilə necə də səsləşir: "XVIII əsrdə opera və drama sıx əlaqəli şəkildə mövcud idi, onların "dialoqu"nda "aparıcı rolu məhz opera oynayır. Bütün avropa ölkələrində vəziyyət belədir". (5, s. 176)
Maarifçilik hərəkatının musiqi sahəsində ilk ifadəçilərindən biri görkəmli dramaturq, ədib və maarifçi ziyalı Ə.Haqverdiyevin fəaliyyəti qeyd olunmalıdır Peterburqda təhsil illərində Ə.Haqverdiyevə məşhur Aleksandriyski teatrında, opera teatrındaki tamaşalarının böyük təsiri olmuş, onun ilk əsərləri də tələbəlik illərində yazılmışdır. O, rejissorluq da etmişdir. Azərbaycanın musiqi mühitinə yeni formaların daxil edilməsi, bununla da yeniliklərin təşəbbüsü ilk dəfə Ə.Haqverdiyevə məxsus idi. Azərbaycan milli operasının bilavasitə sələfi hesab edilən "Məcnun Leylinin qəbri üstündə" musiqili səhnəciyi (1897) məhz Ə.Haqverdiyevin proyekti və rəhbərliyi altında göstərilmişdir. Azərbaycan musiqisinin yeni, daha demokratik, konsert formasında ilk təqdimatı ideyası da Ə.Haqverdiyevə mənsub olmuşdur. Ilk belə konsertlər 1901-ci ildə Şuşada, 1902-ci ildə Bakıda keçirilmişdi. Nəhayət, ilk Azərbaycan operasının yazılmasında Ü.Hacıbəyova mənəvi dəstək verən Ə.Haqverdiyev ilk tamaş
ada dirijorluq etməklə faktiki olaraq tarixə ilk dirijorumuz kimi düşdü. Beləliklə, Ə.Haqverdiyevin fəaliyyəti ilə Azərbaycan musiqisində yeni forma və təmayüllər aşkarlanır.
1) Ifaçılıq mədəniyyətinin toy, ziyafət, ədəbi-musiqili məclislər çevrəsindən konsert səhnəsinə, Avropa ənənəsi axarına çıxarılması. Musiqinin ifa dairəsi tanınmış xanəndə, aşıq və tarzənlərin iştirakı ilə geniş və müxtəlif ruhlu dinləyici, tamaşaçı auditoriyasını əhatə edir.
2) Musiqili teatr tamaşalarının dini mərasim və mövzu çevrəsindən çıxararaq, dünyəvi professional məcraya yönəlməsi.
Əlbəttə, hər iki faktor hələ ideya xarakteri daşıyırdı və daha çox Şərq və orta əsr ənənələrinin modernizə edilməsi idi. Lakin bu faktorlar da Azərbaycanda yeni milli musiqi ənənələrinin təməlinə qoyulan ilk daş oldu.
Azərbaycan maarifçiliyinin böyük nümayəndəsi, ağsaqqalı Həsənbəy Zərdabinin musiqi haqda baxışları da onun yeni janr və formaların mücdəsində olduğunu göstərir. O, milli musiqi materialı əsasında opera yazmaq ideyasının tərəfdarı olmuşdur. A.Sarabski bu baxımdan maraqlı bir faktı da gətirir ki, Fərhad Ağazadənin məlumatına görə, "H.Ə.Məlikov xəstəliyi vaxtı (1906-1907-ci illərdə) Ü.Hacıbəyovla görüşərkən ona xalq melodiyaları əsasında opera yazmaq ideyasını vermişdi" (7, s. 43). Məktəblərdə mahnıların xorla oxuması ideyasının tərəfdarı olan H.Zərdabi bəlkə də qeyri-ixtiyari, yeni musiqi ifadəsinə keçid ideyasını irəli sürürdü. Əsrlərlə monodiya şəklində inkişaf edən milli musiqinin Avropa sisteminə keçidi ilk növbədə, hər şeydən əvvəl çoxsəslilik probleminin qoyuluşunu nəzərdə tuturdu.
Nəhayət, milli bəstəkarlıq ənənəsinin təməlinin Azərbaycan maarifçiliyinin ən parlaq fədaisi Ü.Hacıbəyov tərəfindən qoyulması da "Azərbaycan bəstəkarlıq məktəbi məhz azərbaycan maarifçiliyi zəminində yaranmışdır" fikrini irəli sürməyə əsas verir. Üzeyir Hacıbəyov bir bəstəkar kimi də ilk növbədə Azərbaycan maarifçiliyinin nümayəndəsi kimi də çıxış edirdi. Üzeyir Hacıbəyov özü qeyd edirdi ki, «mən demək olar ki, Axundovun komediyaları "Xan Sarabi", "Məstəli şah", "Hacı Qara" və məşhur dramaturqumuz Ə.Haqverdiyevin "Dağılan tifaq" əsərləri üzərində böyümüşəm" (8, s. 198). Onun opera və musiqili komediyalarının doğurduğu ictimai əks-sədada əsərlərinin musiqi tərəfi ilə bərabər, toxunduğu məsələlərin əks etdirdiyi tanış mövzuların aktual səslənməsi də vacib cəhət kimi qeyd olunurdu.
.
|