ČĐŃČĚČÇ
AZƏRBAYCANDA BƏSTƏKARLIQ ƏNƏNƏSININ YARANMASI TARIXINDƏN
Fərəh ƏLIYEVA
Search

ČĐŃČĚČÇ
BAKI MUSIQI AKADEMIYASI – 80
Ülviyyə IMANOVA
AZƏRBAYCANDA BƏSTƏKARLIQ ƏNƏNƏSININ YARANMASI TARIXINDƏN
Fərəh ƏLIYEVA

 


       Ilk Azərbaycan operası «Leyli və Məcnun»un böyük uğuru qısa bir müddətdə eynitipli opera əsərlərinin yaranmasına səbəb oldu. Indiyədək bu və ya digər dərəcədə XX əsrin ilk onilliklərinin musiqi tarixi ilk bağlı elmi işlərdə muğam operaralarının siyahısı əksərən Ü.Hacıbəyov, Z.Hacıbəyov və M.Maqomayevin operaları ilə məhdudlaşır. M.Dilbazovanın təqdim etdiyi siyahıda 1889-1918-ci illərdə Bakıda tamaşaya qoyulmuş operalar sırasında yalnız Ü.Hacıbəyov və Z.Hacıbəyovun əsərlərinin adları çəkilir (4). L.Karaqiçevanın məqaləsində bu əsərlərə A.Zeynalov-A.Ohaneşvilinin «Fərhad və Şirin», M.C.Əmirovun «Seyfəl-Mülük», A.Əliverdibəyovun «Harun əl-Rəşid» operaları əlavə edilir. Qeyd edək ki, məqalədə «Fərhad və Şirin» operasının muəllifi kimi səhvən A.Zeynalov göstərilmişdir: bu adlı şəxsə biz ümumiyyətlə heç bir mənbədə rast gəlməmişik. Məşədi Cəmil Əmirovun adı da səhvən M.Əmirov kimi göstərilmişdir (9). E.Abasova və Q.Qasımovun «Oçerkləri»ndə muğam operaları siyahısında həm də «Mehr və Mah»ı n adı çəkilir (10) . Musiqi tariximizdə bəstəkar yaradıcılığının yarandığı və formalaşdığı dövrdə axtarışların getdiyi ən mühüm sahə olan muğam operası canrının inkişaf tendensiyalarını izləmək üçün ilk növbədə bu canrda yazılmış əsərlərin hamısının da olmasa mümkün qədə böyük qisminin tədqiqat çevrəsinə daxil edilməsi zəruridir.

       Beləliklə, fikrimizcə elmi ədəbiyyata məlum olan müğam operalarının siyahısı unudulmuşların da adlarını əlavə etmək vaxtı gəlib çatmışdır.

       Opera müəllifləri qismində musiqi biliyi və savadı olan aktyorlar müəlliflərlə yanaşı, şair, pedaqoq, ədiblər də çıxış edirlər.

        «Bəsirət» qəzetində çıxmış, «Bakı müsəlmanlarının opera işlərində tərəqqiləri» adlı məqalə bu baxımdan böyük maraq doğurur (11). Bakı səhnələrində gedən musiqili əsərləri haqda məlumat və əldə olan mənbələrə əsaslanaraq aşağıdakı siyahısını təqdim etmək istərdik. «Bakı müsəlmanlarının opera işlərində tərəqqiləri» məqaləsində opera və operettalar bir siyahıda verilir. Biz onları ayıraraq iki sütunda verməyi məqsədəuyğun sayırıq. Bir məqama da diqqət yetirmək istərdik. Mətbuatda və ədəbiyyatda müştərək yazılmış operalarda yalnız bir müəllifin adının göstərildiyi halda biz əsl vəziyyəti əks etdirən tarixi reallığı üzə çıxarmağı məqsədəuyğun sayırıq və bunu nə səbəbdən etdiyimizi az sonra açıqlayacayıq. Eyni zamanda elmi ədəbiyyatda əsrin əvvəllərinin mətbu orqanlarında memuar xarakterli mənbələrdə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin arxivində aşkarladığımız məlumatlara da istinad etmişik. Əlbəttə, bu dövrun musiqi tariximizdəki tutumunun hələ daha dəqiq və dərin işıqlandırılmasına ehtiyac böy ükdür. Biz bu istiqamətdə apardığımız araşdırmaların ilkin nəticələrini təqdim etmək istərdik.

       Ü.Hacıbəyovun, Z.Hacıbəyovun, M.Maqomayevin operaları elmi ədəbiyyatda kifayət qədər işıqlandırılmışdır. M.C.Yusifzadə və S.Ohanezaşvilinin «Fərhad və Şirin» operası haqqında F.Şuşinski (12) qısa məlumat vermiş M.S. Əfəndiyev (13), M.Ə. Rəsulzadə, operanın tamaşasına resensiyalarla mətbuatda cixış etmişlər (14). Ağaəli Əliyev adlı bir müəllifin «Əsli və Kərəm» operası haqda «Bəsirət»dəki məqalədə söylənilir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu müəllifin həqiqətən də Bakıda 1912-ci ilin martında (mart 17-si) operası oynanılmışdır. Ü.Hacıbəyovla A.Əliyev arasında mətbuatda aydınlaşdırmalar da getmişdir. Bu haqda mətbuat səhifələrində getmiş məqalələrdən məlum olur.

       M.C.Əmirovun «Seyfəl mülük» operası haqda Q.Qasımov və E.Abasova (10), Bülbül (15), F.Şuşinski (12) qısa məlumat verir. H.Şərifovun «Mehr və Mah» operası haqda məlumat, Q.Qasımov və E.Abasova (10), Ə.Bədəlbəyli (16), C.Cabbarlı (17), A.Rzayev (18) tərəfindən verilmişdir. Biz uzun müddətli axtarışlardan sonra Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin fonunda həmin operanın klaviri və əlyazmasını aşkar etmişik. Həmin opera haqda N.Nərimanovun (19) çap etdirdiyi resenziya da mövcuddur. Məlum olmuşdur ki, operanın həmmüəlifi Azərbaycanda yaşayan rus musiqiçisi, dirijor D.Slavinskidir. H.Şərifovun yenə də D.Slavinski ilə həmmüəlliflikdə yazdığı və tamaşaya qoyulmuş «Əsli və Kərəm» operası haqda N.Nərimanovun qəzetdə çap etdirdiyi məqaləsi vardır.

       H.Şərifovun daha bir «Tahir və Zöhrə» operasının tamaşaya qoyulması «Azərbaycan» qəzetində çıxmış resenziya ilə təsdiqlənir (20). Beləliklə, 1908-1929-cu illərdə tamaşaya qoyulmuş muğam operaları haqqında bu günə təxmini siyahı belədir:

       1908 – «Leyli və Məcnun» – Ü.Hacıbəyov
       1909 – «Şeyx Sənan» - Ü.Hacıbəyov
       1910 – «Rüstəm və Söhrab» - Ü.Hacıbəyov

       1911 – «Fərhad və Şirin» – M.C.Yusifzadə – A.Ohanezaşvili
       1912 – «Əsli və Kərəm» – Ağaəli Əliyev və Xanlarov
       1912 – «Əsli və Kərəm» - Üzeyir Hacıbəyov
       1912 – «Şah Abbas və Xurşudbanu» – Ü.Hacıbəyov
       1914 – «Mehru və Mah» – H.Şərifov – D.Slavinski
       1915 – «Seyfəl-mülük» – M.C.Əmirov
       1916 – «Aşıq Qərib» – Z.Hacıbəyov
       1918 – «Əsli və Kərəm» – H.Şərifov, D.Slavinski
       1919 – «Tahir və Zöhrə» – H.Şərifov, D.Slavinski
       1919 – «Şah Ismayıl» M.Maqomayev

       Ədəbiyyatda haqqında məlumat getmiş, lakin tamaşaya qoyulması haqda hələki əlimizdə məlumat olmayan, və yaxud tamaşaya heç qoyulmamış operalar:

        «Leyli və Məcnun» – Səməd Mənsur
        «Əsli və Kərəm» – Rza Zaki
        «Harun əl-Rəşid» – Ağalar Əliverdibəyov
        «Harun və Leyla» - Ü.Hacıbəyov

Vodevil. Musiqili komediya, operettalar

       1911 - «Evli ikən subay» - Z.Hacıbəyov
        «Kərbəlayi Xudu» – Mirmahmud Kazımovski, D.Slavinski
        «Vur-ha vur» – Mirmahmud Kazımovski, D.Slavinski
        «Nə qanır, nə qandırır» – Mirmahmud Kazımovski
        «Məkri zənan» – Əhmədbəy Qəmərlinski-Məlikov
        «Xırdavat alan» - Salman Səfərov
       1923 – «Namuslu qız» Məşədi Cəmil Əmirov

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page