ÈÐÑÈÌÈÇ
BAKI MUSIQI AKADEMIYASI – 80
Ülviyyə IMANOVA
AZƏRBAYCANDA BƏSTƏKARLIQ ƏNƏNƏSININ YARANMASI TARIXINDƏN
Fərəh ƏLIYEVA
|
|
H. Sarabskinin də muğam operası sahəsində təşəbbusləri haqda məlumatlar var: 1915-ci ildə «H. Sarabskinin şair Qədir Ismayılzadənin «Seyfəlmülük» adlı operasının musiqi hissəsini yazıb qurtardiğını və bu ğünlərdə cəmiyyətə təhvil vərəyini bildirir (21, s. 418). Və yaxud belə bir məlumat da diqqəti cəlb edir 1917-ci ildə «Təhmasib Qulubəyov «Fərhad və Şirin» adlı 5 pərdəli operasını artist Sidqi Ruhullaya hədiyyə vermişdir» (21, s. 23). Böyük Azərbaycan dramatürqu və şairi C. Cabbarlı da muğam operası janrında qələmini sınamaq niyyətində olmuşdur. Onun "Sitarə" muğam operasının yarımcıq libretto-direksionu vardır (22).
Beləliklə muğam operalarının müəllifləri kimi avropa musiqi savadı olmayan ən müxtəlif peşə sahibləri cıxış edirdilər.
Indi də ilk Azərbaycan operaları və musiqili komediyalarının müəllifləri ilə yaxından tanış olaq.
M.Ə.Rəsulzadənin münəvvər bir alim və vaseh məlumata sahib bir şerşünas adlandırdığı Mirzə Cəlal Yusifzadə (1861–192?) maarifçi ziyalılar nəslinin nümayəndəsidir. O, 1862-ci ildə ildə Qarabağda anadan olmuş, ilk təhsilini də burada almışdır. Ərəb və fars dillərini mükəmməl öyrənən Mirzə Cəlal təhsilini Iranda və Iraqda davam etdirmişdir. Vətənə qayıtdıqdan sonra o, ömrünün axırınadək müəllimliklə məşğul olmuşdur. M.C.Yusifzadənin həyat və fəaliyyətinin bir mərhələsi də Orta Asiya ilə bağlı olmuşdur. O, 1912-ci ildə Buxarada çıxan ilk tacik qəzeti «Buxarayi-şərif», eləcə də «Turan» qəzetinin redaktoru və naşiri olmuşdur. Pedaqoci fəaliyyətlə yanaşı ədəbiyyat və poeziyanı dərindən bilən Mirzə Cəlal qəzəllər, mənzum hekayələrdə yazmış, muğamları da gözəl bilir, ifa edirdi. M.C.Yusifzadənin musiqi təhsili olmamışdır. Lakin o məhz musiqi tarixinə «Fərhad və Şirin» operasının müəlliflərindən biri kimi daxil olmuşdur. Operanın librettosunu o yazmışdır. Mirzə Cəlalın t
arzən Mirzə Zeynalı cəlb etməsi haqqında da məlumatlar vardır (20). Mirzə Cəlal Yusifzadənin oğlunda «Fərhad və Şirin» operasının əlyazma şəklində 2 libretto-direksion nüsxəsi saxlanılır eyni zamanda. Sonralar operanın musiqi tərəfinin işlənməsinə kamançaçalan Aleksandr Ohanezaşvilini (1899–1932) cəlb edilir. «Fərhad və Şirin» Ohanezaşvilinin opera sahəsində ilk və yeganə qələm sınağıdır. A.Ohanezaşvili 1899-cu ildə Tiflisdə anadan olmuşdur. Mahir kamançaçalan Ohanezaşvili əsrin əvvəllərində Cabbar Qaryağdı oğlu və Qurban Primovla birgə çıxışlar edirdi. Onun Mirzə Cəlal Yusifzadə ilə birgə yazdığı «Fərhad və Şirin» operası 1911-ci ildə tamaşaya qoyulmuşdur. Ohanezaşvili Şərq musiqisinin Qərb sistemində separat şəkildə inkişafının tərəfdarı idi. Onun təşkil etdiyi Şərq Konservatoriyasında tədris ənənəvi şifahi üsullarla aparılırdı. Üzeyir Hacıbəyova qərəzli münasibət bəsləyən S.Ohanezaşvili 20-ci illərdə Azərbaycanın musiqi həyatında nüfuzlu mövqeləri ələ keçirmək iddiasında idi. «Dan yıldızı» curnalınd
a çap edilən məqalələrdə o, Ü.Hacıbəyovun bəstəkarlıq istedadı və bacarığını belə şübhəyə alır, ona qarşı əsassız ittihamlar irəli sürürdü. Şərq Konservatoriyasının professoru kimi fəaliyyət göstərən A.Ohanezaşvili milli musiqi təhsili sistemində Qərb üsulları və metodikasının tətbiq olunmasının qəti əleyhdarı olmuşdur. Ömrünün son illərini Ohanezaşvili Tiflisdə keçirmiş və 1932-ci ildə orada vəfat etmişdir.
Hacıbaba Şərifov (?–1920) – Azərbaycan teatrı ilə sıx bağlı bir nəslin nümayəndəsi, görkəmli aktyor olmuşdur. Dörd qardaş – Ağasəlim, Hacıbaba, Niyazvə Ağakərim Şərifovların həyatı teatrla bağlı olmuşdur (23). Ağasəlim və Abğakərim Şərifovlar həvəskar kimi uşaq rollarını oynayırdılar. O zamanın teatr afişa və proqramlarında onların adlarına da rast gəlinir. Hacıbaba Şərifovun o biri qardaşı görkəmli rejissor Niyaz Şərifov bir çox musiqili komediyaların quruluşçusu olmuşdur. Digər bir qardaş – Abakərim Şərifov görkəmli teatr tarixçisi, tədqiqatçı, Azərbaycan Teatr Muzeyinin direktoru olmuşdur. Hacıbaba Şərifov ilk milli operalarda həm aktyor, həm rejissor kimi çıxış edirdi. O, Ü.Hacıbəyovun «Şeyx Sənan» operasının recissoru olmuş, M.Maqomayevin «Şah Ismayıl» operasının premyerasında Aslan şah partiyasını ifa etmişdir. C.Cabbarlı onun sənətinə, fəaliyyətinə yüksək qiymət verərək yazırdı: «Bu adam özündə çırpınan həvəs və şövq nəticəsində ta cocuqluqdan bütün varlığını səhnəyə, daha doğrusu, sənayei-nəfisəyə vəq
f etmiş, Azərbaycan səhnəsinin fəlakətlərinə ağlamış, müvəffəqiyyətlərilə sevinmiş və bir bir vaxt səhnəmizdə çalışmaq üçün ağır şəraitə və sıxıntılara baxmayaraq, bir addım geri aparmış və öz göz yaşlarına bulanmış bir parça çörəyə qənaətlə daima irəli, irəli getdikcə sıxlaşan əzab və məşəqqətlər içərisinə doğru irəliləmişdir» (17). C.Cabbarlı və A.Rzayev H.Şərifovun ölümü münasibətilə yazdıqları nekroloqlarda onu akkord və rejissor, eləcə də, opera əsərlərinin müəllifi kimi qiymətləndirirlər. C.Cabbarlı onun ölümünü Hacı Hacınski, Vəli (Ə.Əliyev – Ə.F.) və Hüseyn Ərəblinskidən sonra Azərbaycan səhnəsinə dəyən ən müdhiş zərbə hesab edirdi. H.Şərifov Azərbaycan teatrında həm aktyor, həm rejissor köməkçisi kimi çalışırdı. O, mahir aktyorluq istedadına, gözəl səsə malik idi. 6 opera librettosunun müəllifi olmuşdur: 1920-ci ilədək Hacıbaba Şərifovun rus musiqiçisi və dirijoru D.Slavinski ilə yazdığı 3 operası – «Əsli və Kərəm», «Mehr və Mah», «Tahir və Zöhrə» tamaşaya qoyulmuşdur. Hacıbaba Şərifov öz operalarınd
a aktyor kimi də çıxış edirdi: «Mehr və Mah»dv o, Kürdoğlunun «Tahir və Zöhrə» operasında Çingizin partiyalırını ifa etmişdir. H.Şərifovun «Mehr və Mah» operası Nicat cəmiyyəti tərəfindən alınmışdır.
Hacıbaba Şərifzadənin həmmüəllifi David Samoyloviç Slavinski Bakıda yaşayan, musiqi həyatında daha çox dirijor kimi tanınan musiqici idi. Onun haqqında məlumatlar o qədər də çox deyil. Slavinski Bakıda fəaliyyət simfonik okrestrlərdə dirijor kimi calışırdı. 1907-ci ildə Ictimai cəmiyyətin Ağsaqqallar Şurası Bakıda fəaliyyət göstərən daimi simfonik orkestri maddi çətinliklər üzündən buraxmağı qərara alır. Bakıda dirijor M.I.Çernyaxovskinin təşəbbüsü ilə «Orkestr musiqiçiləri» cəmiyyəti yaradılır və iki orkestr formalaşır. Onlardan birinə gənc dirijor D.S.Slavinski rəhbərlik etməyə başlayır. Slavinskinin Ü.Hacıbəyovla şəxsi tanışlığı məhz bu dövrdə başlanmışdır. 1909-cu il yay simfonik mövsümlərində o, dirijor kimi çalışmışdır. Azərbaycanda Şura hökuməti qurulandan sonra D.Slavinki XI Qızıl Ordunun Siyasi Şöbəsinin Simfonik orkestrinə dirijor təyin edilir. 20-ci illərdə Slavinski fəaliyyətini davam etdirir: onun dirijorluğu ilə Bethovenin, Çaykovskinin, Rimski-K
orsakovun, Qunonun, Sarasatenin əsərləri ifa edilir. Məlum olduğu kimi, 1909-cu ildə «Leyli və Məcnun» operasına Ü.Hacıbəyov bir sıra yeniliklər və dəyişikliklər edir. Operanın tamaşasına Slavinski dirijorluq edirdi. Ilk operaların orkestrovkasında Ü.Hacıbəyovun Slavinskinin köməyini qeyd edərək yazırdı: «Şəxsən mənə və Azərbaycan operasına Slavinski və Şatkovskinin simfonik ansamblının və yəhudi xor qrupunun böyük köməyi dəymişdir. Bu təşkilatların hər ikisinin öz dövrünə görə böyük bədii təcrübəsi vardı. O zaman yeganə Azərbaycan bəstəkarı olan, özü də yazma təzə başlayan mən isə belə bir təcrübəyə malik deyildim. Mən məhz onların köməyi sayəsində orkestrə yeni alətlər daxil etmiş, xorun səs ahəngini zənginləşdirmiş və sairəyə nail olmuşam» (24, s. 276). Qeyd edək ki, D.Slavinski bəstəkarlıq fəaliyyəti ilə də məşğul olmuşdur. O, Hacıbaba Şərifovla, elərədə aktyor Mir Mahmud Kazımovski ilə əməkdaşlıq edərək vodevil və opettalar yazmışdır: «Vur ha vur», «Kəndxuda», «Molla Cəbi».
Məşədi Cəmil Əmirov (1875-1928) – XX əsr Azərbaycan musiqi sənətinin tanınmış simalarından biri, maarifpərvər ziyalı, muğam ustası, tarzən, bəstəkar olmuşdur. O, udda və kanonda skripka, kemança, qarmon, fortepianoda çalırdı. O, gözəl pedaqoq olmuş, Gəncədə ilk musiqi məktəbi (1923) açmışdır. Muğam sənətinin sirlərini M. C. Əmirov məşhur musiqiçi-alim Mir Möhsün Nəvvabdan öyrənmişdir. Məşədi Cəmil Bülbül, Seyid Şuşinski, Məşədi Məmməd Fərzəliyevi tarda müşayiət edirdi. M.C.Əmirov qabaqcıl dünyagörüşlü bir şəxsiyyət idi. O, Türkiyədə Istambulda musiqi savadını təkmilləşdirir, Avropa musiqisi ilə yaxından tanış olur. Onun «Heyratı» muğamının nota yazısı «Şəhbal» curnalında çap olunmşdur. M.C.Əmirov Azərbaycan musiqi teatrının formalaşdığı illərdə onun fədailərindən biri olmuşdur. O, Şuşada, Gəncədə Ü.Hacıbəyovun «Leyli və Məcnun», «Əsli və Kərəm», «O olmasın, bu olsun» əsərlərində müvəffəqiyyətlə çıxış etmiş, dirijor kimi qüvvəsini sınamışdır. M.C.Əmirov «Seyfəl
-Müluk» operasının, «Namuslu qız» operettasının müəllifidir.
|