ÈÐÑÈÌÈÇ
AZƏRBAYCANDA BƏSTƏKARLIQ ƏNƏNƏSININ YARANMASI TARIXINDƏN
Fərəh ƏLIYEVA
Search

ÈÐÑÈÌÈÇ
BAKI MUSIQI AKADEMIYASI – 80
Ülviyyə IMANOVA
AZƏRBAYCANDA BƏSTƏKARLIQ ƏNƏNƏSININ YARANMASI TARIXINDƏN
Fərəh ƏLIYEVA

 


       Ağalar Əliverdibəyov (1880-1953) – Ü.Hacıbəyovun dayısıdır. Uşaqlıqdan musiqi istedadı ilə seçilən Ağalar Əliverdibəyov dayısı Mirbaba Mirabdulla oğlu Vəzirovun rəhbərliyi ilə muğamı öyrənir. M.Vəzirov Qarabağda musiqiyə dərindən bələd olan ziyalı bir şəxs kimi məşhur idi. Onun yetirmələrindən biri məşhur xanəndə Hacı Hüsü də var idi. M.Vəzirov, H.Vəzirov, Ə.Haqverdibəyov ilə dostluq edirdi. M.Vəzirovdan nəzəri biliklər aldıqdan sonra praktiki cəhətdən muğamı xanəndə Muxtar Bədəlbəylidən alır. Musiqi ilə dərindən maraqlanan A.Əliverdibəyov 1896-cı ildə başlayan müxtəlif xalqların musiqi tarixi haqda materialları yığır və 40-cı illərədək Azərbaycan diliedə ilk dəfə «Musiqi tarixi»ni yaradır. A.Əliverdibəyov Azərbaycan musiqisini çox gözəl bilirdi. Onun ifaçında Qliyer «Şahsənəm» operası üzərində işləyərkən bir neçə mahnını nota salmışdır. A.Əliverdibəyovun oxuduğu xalq mahnıları A.Zeynallı, F.Əmirov, S.Rüstəmov, Ə.Bədəlbəyli nota salmışdır. A.Əliverdibəyov «Harun əl-Rəşid» operasının müəllifidir. Bu haqda onun «Musiqi tarixi» əlyazmasına yazılmış giriş sözündə məlumat verilir. Qeyd edək ki, 20-ci illərdə mətbuatda da bu operanın yazılması və tamaşaya hazırlanması haqda məlumatlar getmişdir. Hal-hazırda onun nə klaviri, nə də librettosu tapılmamışdır.

       Səməd Mənsur (1879-1927) – Azərbaycan şairidir. O, «Bəsirət», «Iqbal», «Molla Nəsrəddin» və s. jurnallarda, qəzetlərdə məqalələrlə çıxış edirdi. "Səfa"nın ənfəal üzvləri icərisində Azərbaycan teatrında xeyli xidməti olan, səhnəmizə bir sıra tərcümə, təbdil ... və orijinal ... əsərlər verən S. Mənsur xüsusi yer tuturdu. A.M. Sərifzadə kimi böyük bir sənətkarın səhnəyə cəlb edilməsində onun müəyyən rolu olmuşdur" (25, s. 67). «Şeypur» curnalının naşiri olmuş S.Mənsur, «Səfa» mədəni-maarif cəmiyyətinin fəallarından biri olmuş opera tamaşalarında çıxış edirdi. «Bəsirət «siyahısında» o, «Leyli və Məcnun» operasının müəllifi kimi qələmə verilir.

       Ağaəli Əliyev və Xanlarov – Bu iki müəllifin «Əsli və Kərəm» operası haqda mətbuatda məlumat getmişdir. H.Q.Ibrahimov bu tamaşaya resenziya yazmışdır (21).

       Ağahəsən Mirzəzadə – məktəb sahəsində çalışmış pedaqoq, əsasən uşaq ədəbiyyat sahəsində yazan yazıçıdır. O, «Azərbaycan mahnıları» toplularını nəşr etdirmişdir. 1917-ci ildə A.Mirzəzadənin 2 pərdəli «Tənbəl» uşaq operasının libretto-direksionu «Məktəb» nəşriyyatı tərəfindən nəşr edilmişdir (26).

       Əlbəttə, təqdim olunan əsərlər və müəlliflər siyahısının hələ dəqiqləşdirmələrə ehtiyacı var. Bu gələcək araşdırmalarda sübhəsiz üzə çıxacaq.

* * *

       Üzeyir Hacıbəyovun qarşısına qoyduğu əsas məqsəd Azərbaycan mühitində Avropa mədəniyyət dəyərlərinə inteqrasiya prosesinə musiqi ənənələrinin qoşulması idi. Bakı mühitində Avropa mədəni təbəqəsi elitar xarakter daşıyır və cəmiyyətin müəyyən bir zümrəsinə xidmət edirdi. Azərbaycan cəmiyyətinin böyük bir hissəsini yeni formalara, üsluba alışdırmağın ən məqbul şəkli kimi məhz musiqili teatrın seçilməsi teatrın böyük təbliğatı, tərbiyəvi potensialının dərk olunmasından irəli gəlirdi. Eyni zamanda milli musiqi fondunu Avropa canrları, sisteminə daxil edilərək geniş ictimai-siyasi rezonans yaratmağın da yeganə yolu teatr idi: formaca avropalı, məzmunca milli. Maarifçilik görüşləri opera və operettaların qiymətləndirilməsində uzun müddət əsas meyar rolunu oynadı. Ü.Hacıbəyov özü qeyd edirdi ki, «teatr ictimai həyatın güzgüsüdür», o sənət məbədidir, teatrda göstərilənlər həyatımızın yalnız etik tərəfinin tərbiyələndirməməli, həm də insan təbiətinə xas olan estetik hissləri də qidalandırmalıdır (24). Muğam ope raları və xüsusilə də operettalara yazılmış resenziyalarda, mətbuatda gedən tənqidi yazılarda məhz tərbiyəvi, əxlaqi-etik aspekt çox güclü idi. Bu meyar – aktyorların oyunundan tutmuş, libretto və sücet incəliklərinədək geniş diapazonu əhatə edirdi. Musiqili teatr da ictimai həyatın güzgüsü kimi qavranılırdı. Musiqi yaradıcılığı mövzu, obraz, süjet baxımdan ümummədəni prosesin konteksti kimi götürək:

       a) qadın azadlığı;
       b) şəxsiyyət azadlığı;
       v) mənəvi gözəllik.
       Opera və operettaların məhz ümummədəni problemlər güzgüsündən işıqlandırılması 1916-1919-cu illərdə mətbuat səhifələrində gedən böyük bir diskussiyanı şərtləndirdi. Muğam operası haqqında diskussiya dövründən ən mobil informasiya kanalı - qəzetlər vasitəsilə aparıldığı üçün cəmiyyətin həm müxtəlif təbəqələrinin rəyini ifadə edir, həm də geniş oxucu kütləsini bu müzakirələrdən agah edir, onu da cəlb edirdi. Maraqlıdır ki, musiqiçilərin qəzet səhifələrində iştirakına dəlalət edəcək məqalələrə hələ ki, rast gəlməmişik. Fikir çarpışmalarında iki mövqe nəzərə çarpır: bir tərəfdən opera və operettaların obyektiv tənqid məcrasında qiymətləndirilirdi. M.Rəsulzadə, N.Nərimanov, M.S.Əfəndiyevin və b. resenziyaları bu ruhda idi. Digər tərəfdən, subyektiv, «inkarçı» mövqelərdən yazılan məqalələr «Zənbur», «Tuti», «Kəlniyyət» kimi mətbu orqanlarında öz əksini tapmışdır. «Kaspi» qəzetində gedən silsilə məqalələr geniş diskussiya təkan verdi. Alqışlanan operanın sonradan mübahisə obyektinə çevrilməsinə nə səbəb oldu?

       Insan şəxsiyyətinin azadlığı, insan hiss və duyğularının azad ifadəsi şəxsi seçim insanlara humanistik münasibət kimi aspekt qadın azadlığının problemində toplanırdı. Bu baxımdan problemin gündəmə gətirilməsində opera və operettalar mühüm rol oynadı. Qadın azadlığı məsələsi Azərbaycan cəmiyyətində, həm mətbuatda, həm poeziya, həm dramaturgiya vasitəsi ilə ən müxtəlif təbəqələrin «fəal» zona kimi daima yanar vəziyyətdə saxlanırdı. Mətbuatda gedən ən qızğın təbliğatda «Molla Nəsrəddinçi»lər ön cəbhədə gedirdi. «Molla Nəsrəddin» qadın azadlığının ən qızğın tərəfdarı kimi onu kəskin satirik planda, bütün ifşa və tənqid gücü ilə işıqlandırırdı. C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, M.Ə.Sabirin, Ə.Nəzminin bu mövzuda çap etdirdikləri şer, felyeton, məqalə və hekayələr böük təsir qüvvəsinə malik idi. Ü.Hacıbəyov təkcə sosial deyil, həm də sırf musiqi problemləri baxımından acibliyini görürdü. Qadının milli musiqi sənətində yeri və mövqeyi şifahi ənənələr kontekstində problem yaratmırdısa, opera və operettala rda hiss olunacaq bir boşluq və eybəcər bir təzahürdə qadın rollarının kişilər tərəfindən ifa olunmasında üzə çıxırdı. Əgər muğam operalarında milli qadın və kişi arasında fərq o qələr hiss olunmurdusa, avropa opera prinsiplərinə tam keçid zamanı mövcud vəziyyət milli qadın opera ifaçılığı qarşısında ən böyük maneə yaradırdı. Ü.Hacıbəyov musiqili komediyalarında bu məsələni musiqi ifadə vasitələri ilə daha kəsərli təbliğat səviyyəsinə keçirir. Hər üç operettada qadın azadlığı mövzusunun aparıcı rol oynamasını həm Ü.Hacıbəyov özü, həm onun müasirləri həm tədqiqatçılardan E.Abasova (27), X.Məlikov (28) dəfələrlə qeyd etmişlər. Biz cəmiyyətin qabaqcıl ziyalıları tərəfindən çox kəskin kontekstdə qoyulduğu zaman Ü.Hacıbəyovun problemin təqdimatında fərqli rol seçimini xüsusi vurğulamaq istərdik. Qadın hüquqsuzluğu mövzusu müxtəlif obrazlar, ideya və canr müstəvisində təqdim olunurdu. H.Cavid «Maral» pyesində Azərbaycan qadının kölə vəziyyətini faciə canrında romantik bir vüsətlə əks etdirir. M.Ə.Sabir şerlərində b u mövzunu öldürücü satira boyaları ilə çatdırır. C.Məmmədquluzadə «Ölülər»də göz yaşları içrə gülüşlə tamaşaçılarını silkələyirdi, Ü.Hacıbəyov isə «O olmasın, bu olsun», «Arşın mal alan»da problemin yumoristik müstəvidə – lirik, nikbin bir ovqatda təqdim edir. Musiqili komediya janrının özünün təbiətindən doğan bir aspektdə – bəlkə də cəmiyyətin daha tez və asanlıqla müqavimətsiz qavraya biləcək musiqi ifadə vasitələri musiqili canr vasitəsilə çatdırılması.

       Ilk Azərbaycan operası «Leyli və Məcnun»da Ü.Hacıbəyov Şərq qadının hüquqsuzluğunu, ümumən Şərq azadlığı problemi müstəvisində qoyur.

       Məlum olduğu kimi, geniş mənada maarifçilik müxtəlif bədii və ideoloji təlimlərin məna və məzmun tərkibinə daxil ola bilər. Sovet dövründə mədəni-maarif işinin musiqi sahəsində geniş vüsət alması ilə maarifçilik hərəkatı sanki yeni bir təzahür formasında üzə çıxır.

       Ü.Hacıbəyov çox gözəl anlayırdı ki, məqsəd yalnız Avropa tezinkası canrları və formalarında əsər yazmaqda deyil, bu əsərləri qavraya biləcək, yeni musiqini anlaya biləcək, onu əxz edərək mənən zənginləşə biləcək, bununla da inkişafı tələb və təmin edəcək kütləvi mədəni-bədii mühiti, elitar deyil, məhz Azərbaycan xalqının bütün zümrələrini əhatə edə biləcək mühitin, dinləyicinin yetişdirilməsi, bəlkə də, əsərlərin bəstələnməsi qədər ağır və məsuliyyətli sahədir. Yeni Avropa ənənələrin məhz yeni milli ənənənlər kateqoriyasına keçidi təmin edən, Ü.Hacıbəyov sovet quruluşunun potensial imkanlarından çox gözəl və qətiyyətlə istifadə etdi. Qəlbən maarifçi olan Ü.Hacıbəyovun təşkilatçılıq dühası məhz təhsil və ifaçılıq problemlərinin həllinə yönəldi.4 Əsrin ilk 20 ilində musiqi təhsili və Avropa ifaçılığı əcnəbilərin inhisarında idi. Bakıda fəaliyyət göstərən musiqi məktəbləri və kursları ruslar və rusdilli təbəqə üçün nəzərdə tutulmuşdu. 1900-cü ildə açılmış Yermolayevanın musiqi məktəbi ilə yanaşı «azad sə nətkar Şefferlinqin musiqi məktəbi, azad sənətkar Semyonovun musiqi məktəbi, azad sənətkar Rozinin musiqi məktəbi» (29) fəaliyyət göstərirdi. Onların müdavimləri arasında azərbaycanlıların olması haqqında mövcud ədəbiyyatda heç bir məlumat verilmir. Pyanocu X. Qayıbovanın təşkil etdiyi «Şərq musiqi kursları» və ya "Şərq konservatoriyası" (1920) isə ənənəvi şərq üslubunda şifahi şəkildə tədris aparırdı. Beləliklə, musiqi tədrisində Şərq və Qərb təhsili ayrılıqda mövcud olmuş və Bakı çərçivəsində qapanmışdı. 20-ci illərin əvvəlində Bakıda Konservatoriya açılanda da vəziyyət dəyişmədi. Ü.Hacıbəyov bunu görür və yazırdı «Ümumi musiqi sənət təliminin Azərbaycan türkləri arasında nə qədər lazım və vacib olduğunu iqrar edərik... Bunun üçün Azərbaycanın paytaxtı olan Bakıda Konservatoriya deyilən ali musiqi məktəbi açılıbdır. Orada 7 minə qədər mütəəlim və mütəəllimələr şəhərimizin məşhur musiqi müəllimləri vasitəsilə musiqi sənətini öyrənməyə məşğuldurlar. Fəqət bu 7 min nəfər şagirdin ən cüzi qismini təşkil edən mü səlmanlardır» (30, s. 202). Milli musiqi təhsilinin sözün məcazi deyil. Əsl mənasında milli xarakter daşıması üçün təhsili rus dili, rus-Avropa modeli çərçivəsindən çıxarıb «Şərq musiqimizdən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq» (30, s. 199) məcrasına yönəltmək işinin də təşəbbüskarı və dönməz icraçısı Üzeyirbəy Hacıbəyov oldu.

       Sovet dövründə kütləvi maarifləndirmə siyasəti geniş xalq kütlələrinin dünya və rus mədəniyyəti ilə tanış etmək, rus mədəniyyətinin nümunə kimi bütün incəsənət sahələrində təbliğ edilməsi proqressiv tendensiya idi. Xalqı maarifləndirmək – Sovet quruluşunun əsas devizlərindən biri idi. Maarifçilik musiqi sahəsində məhz real texniki təminat, 1921-ci ildə Bakıda, Şərqdə ilk Konservatoriyalardan birinin, musiqi texnikumu, musiqi məktəblərinin açılması, rəngarəng repertuarlı, təbliğat konsertlərinin keçirilməsi, kollektivlərin təşkili – bir sözlə, təhsil və ifaçılıq bazasının yaradılması və bu işin dövlət səviyyəsində milli siyasət kimi ardıcıl həyata keçirilməsinə təzahür edir.

       Beləliklə, maarifçilik mayası ilə yoğrulmuş XX əsrin 40 ilində Azərbaycan bəstəkarlvq sənəti məktəb səviyyəsində formalaşır, klassik canr və forma – operadan tutmuş romansadək – milli klassikanı yaradır, yeni ifaçılıq formaları yaranır və inkişaf edir, yeni musiqi mədəniyyəti sistemində bəstəkar – ifaçı – dinləyici üçlüyünün ünsiyyəti formalaşır. Ən əsası isə bütün bunlar Azərbaycan maarifçiliyinin əsas qayəsi – milləti, xalqı tərəqqi yoluna çıxarmaq, millət, xalq naminə tərəqqi etmək amalına köklənmişdi. Üç müxtəlif ictimai-siyasi məkanda – rus çarizminin müstəmləkəsi, azad, demokratik respublika, Sovet imperiyasında gedən mədəniyyət, o cümlədən musiqi prosesləri əsrin əvvəllərindən Azərbaycan gerçəklərinin istiqamətini müəyyənləşdirən “türkləşmək, islamlaşmaq, müasirləşmək” sütunlarına dayaqlanan yeni məfkurə qidalandırırdı. Sovet ideologiyası qondarma sosialist realizmi metodu, dəhşətli mənəvi və fiziki represiyaları ilə özəl Azərbaycan məfkurəsinə düzəlişlər etsə də, musiqi mədəniyyətinin «öz araba sına» qoşa bilmədi. Azərbaycan bəstəkarlıq məktəbinin təşəkkülü və inkişafı xronoloci baxımdan sovet dövründə yerləşsə də, inkişaf konsepsiyası baxımından milli ideologiyanın “mədəni-estetik prinsiplərinə dayaqlanırdı. Bu məktəb Azərbaycan milli, ümumşərq və avropa ənənələri təməlində formalaşdı. Zahiri sovetləşmə təbəqəsi altında musiqi təbii, ona xas şərtilik, obrazlar və özünüifadə prinsiplərinə görə milli simasını, ümumşərq və zəngin milli irsi köklərini, müasirləşmək potensialını reallaşdırdı. Bu, ilk növbədə Ü.Hacıbəyov və onun məsləkdaşlarının ən böyük tarixi xidməti oldu.

(ardı var)



ƏDƏBIYYAT

1. Türk musiqişunasları avropa janrlarının milli növlərinin və ümumiyyətlə, avropa ənənələrinin milli musiqi ənənələri ilə mintezinə əsaslanan bəstəkarlıq məktəbinin Azərbaycanda ilk əmələ qələməsini özləri qeyd-edirlər.

2. Iranda Azərbaycan muğam operasının təsiri ilə demokrat şair M. Eşqi "Rəstaxizə-səlatine-Iran" ("Iran səltənətinin dircəlişi") müğam operasını yarmışdır.

3. Y.Qarayev. Meyar şəxsiyyətdir. B., Yazıçı, 1988.

4. M.Dilğbazova. Iz muzıkalğnoqo proşloqo Baku. B., 1985.

5. T.Livanova. Muzıka v gpoxu Prosveheniə (Problemı prosveheniə v mirovoy literaturu), M., 1970.

6. E.Çernaə. «Rolğ muzıkalğnoy drası v kulğture Prosveheniə» (Problemı prosveheniə v mirovoy literature», M., 1970.

7. A.S.Sarabski. Vozniknovenie v razvitie Azerbaydcanskoqo muzıkalğnoqo teatra. Baku, Iz-vo Akademii NA AZ. SSR, 1968. s. 42-43.

8. Üzeyir Hacıbəyov. Opera və dramın tərbiyəvi əhəmiyyəti barədə. Əsərləri. II cild, Bakı, 1965, s. 198.

9. L.Karaqiçeva, Muqamnaə opera Azerbaydcana. Sovetskaə muzıka. 1988, ¹ 12.

10. K.Kasimov. G.Abasova. Oçerki muzıkalğnoqo iskusstva Sovetskoqo Azerbaydcana. B, Glm, 1970.

11. «Bəsirət» qəzeti, 1916, 27 fevral, ¹ 82. «Bakı müsəlmanlarının opera işlərinqdə tərəqqiləri» məqaləsi.

12. F.Şuşinski. Azərbaycan xalq musiqiçiləri. B, Yazıçı, 1985.

13. M.S.Əfəndiyev. «Fərhad və Şirin» operası münasibətilə. «Yeni həyat» qəzeti, 1911, 8 mart, ¹ 37.

14. M.Ə.Rəsulzadə. «Fərhad və Şirin» operasının II redaksiyasına resenziya. «Iqbal» qəzeti, 1914, 20 yanvar, 557 s.

15. Bölbölğ. Putğ artista. "Bakinskiy raboçiy". 16 marta 1938.

16. Ə.Bədəlbəyli. Bir operanın taleyi. «Ədəbiyyat və incəsənət» qəzeti, 19.06.1971.

17. C.Cabbarlı. Hacıbaba Şərifzadə.Əsərləri II cild, B., 1976.

18. A.Rzayev. Nekroloq. H.B.Şərifov, «Kommunist» qəzeti, 14.VI.1920.

19. N.Nərimanov «Mehru və Mah» yaxud və «Əsli və Kərəm»in astarı. «Yeni iqbal» 28 aprel 1916, ¹ 294.

20. «Azerbaydcan» qəzeti, 1919, 4 sentyabr, ¹ 187, - M.P. imzası ilə «Tahir və Zöhrə» operasına resenziya.

21. Azərbaycan teatrının salnaməsi (1850-1920). Toplayanı, tərtib edəni və izahların müəllifi Q. Məmmədli. B.. 1975.

22. C.Cabbarlı. Əsərləri II cild, B., 1976.

23. H.Kərimov. O xəzinə yaratdı. «Azərbaycanda türk teatrı tarixi materialları», B., 2000.

24. Üzeyir Hacıbəyov. "Leyli və Məcnun"dan "Koroglu"ya qədər. Əsərləri. II cild, Bakı, 1965, s. 276.

25. C. Cəfərov. Azərbaycan teatrı (1873-1973). B., Az.Dövlət Nəşr., 1974.

26. Agahəsən Mirzəzadə. "Tənbəl". Musiqi ilə tərtib olunmuş iki məclisli opera. Bakı, "Məktəb" elektrik mətbəəsi. 1917. 27. E.Abbasova. Uzeir Qadcibekov. B., 1975.

28. X. Melikov. Ob osobennostəx muzıkalğnoqo əzıka i dramaturqii muzıkalğnıx komediy U. Qadcibekova. B., 1972.

29. Azerbaydcanskaə Qosudarstvennaə Konservatoriə im. Uzeira Qadcibekova – 50 let. B., 1972.

30. Üzeyir Hacıbəyov. Vəzifeyi-musiqiyyəmizə aid məsələr. Əsərləri. II cild, Bakı, 1965, s. 200.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page