À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
ASKERI BANDOLAR TARIHI
Osman Aydın ÖĞÜT (Türkiye)
VIKINQLƏR ÖLKƏSINDƏ (VƏ YAXUD MARKALARDA ƏKSINI TAPMIŞ SPRINQDANS) (ardı)
Eldar ISKƏNDƏROV
FORTEPIANO SƏNƏTININ TARIXINI VƏRƏQLƏYƏRKƏN... (ardı)
Lalə RZAYEVA
|
|
«Bukkexorn» (Bukkehorn) – «keçi buynuzu» - müştüklü nəfəs alətidir. Keçi buynuzundan hazırlanır, 3-6 çalğı pərdəsi (deşiyi) var. Səsdüzümü çox sadədir.Səsin özü güclü və nəskindir. Alətdə qısa havalar, rəqs melodiyaları ifa edirmişlər. Çobanlar ondan geniş istifadə edər və bir də, adatə görə, evlənmək eşqinə düşən cavanlar axşamlar bu alətdə qəmli melodiyalar çalarmışlar.
«Varqan» (latınca «ordnum» - alət sözündən) – dilçəkli simli musiqi aləti bir çox xalqların əski mədəniyyətində geniş yayılıb. Səsinin gücsüz, diapazonunun qısa olmağ ucundan repertuarında yalnız qısa oyun havaları, ənənəvi melodik nümunələrə yer verilir. Varqanın digər xalqlarda yayılmış növləri türklərdə «komuz», çuvaşlarda «kupas», başkurtlarda və tatarlarda «kubız», şotlandlarda «tromp», yaponlarda isə «kutsi-biva» adlanır.
Norveç xalq musiqisinin çox böyük kəsimi «slotter» adlanan, kəndlilərin ifa etdiyi rəqslərdən ibarətdir ki, onların melodiyaları adətən «xardinqfele» (yaxud «xardinq violinosu») adlanan və violinayaoxşar (skripkaya oxşar) simli alətdə çalırlar. Öz ölçülərinə görə «xardinqfele» adi violinodan kiçikdir, kupu (boyuncuğu) qısa, ust qapağı (taxtası) qabarıqdır. Dörd qalğı simi ilə yanaşı dörd zəng (alikvot) simləri sayəsində metal cingiltili çalarda səslənir. Norveç həmişə slotter çalğıçıları ilə tanınıb ki, onlardan Torqer Ayqonsek (markada violino ilə əksi var), Knut Dale və bir çox başqalarının adı indi də yad edilir. Slotterin vətəni ölkənin güneybatısında yerləşən Telemarken bölgəsidir.
Xalq violaçıları öz improvizasiyalarında üç tip rəqsə yer verirlər:
1. «Xallinq» - kişi solo rəqsidir. Kişi mərdliyi, diribaşlığı və zirəkliyi rəqsin başlıca cəhətləridir ki, bütün bunlar cüt ritm ölçüsündə enerjili ritm cizgisində öz əksini tapır. Melodik və rəqsi hərəkətlərin gözlənilməz dəyişkənliyi də xallinqin özəl cəhətidir.
2. «Sprinqdans» («spring» - hoppanmaq, tullanmaq deməkdir) – Norveçdə çox geniş yayılıb, üçsaylı, çevik, yüngül hərəkli, ritmik fiqurları tez-tez əvəzlənən, xanədə vurğunun yeri dəyişən rəqsdir.
3. «Qanqar» (kəndli marşı) – Norveçdə geniş yayılmış yürüş (keçid) – rəqs tiplidir. Çox əski zamanlardan kimi-qadın cütü ilə ifa olunan asta, təntənəli ruhda, vəznidəyşməz şəkildə (6/8 ölçüdə), adətən kənd toylarında ifa olunur. Ayrıca qeyd olunmalıdır ki, yuxarıda göstərilən tiplər musiqi materialına görə biri-birinə yaxındırlar: hər üçü cəld, diribaş, enerjili ritmləri, hətta yumor çalarları həm seçilir, həm də biri- birinə oxşayır. Məsələn, qanqarın ifası zamanı rəqsin məzmununa zarafatyana səhnəciklər salına bilər.
Rəqslərdən savayı, Norveç musiqisinin digər növlərində melanxoliya, - qəmgətirici izlər osanlıqla aşkarlanır. Və rəqsləri sərt və dözümlü ritləri ilə təzad yaranır. Norveç musiqisinin intonasiya sistemi Avropa musiqisinə heç də tam uyğun deyil
Hələ XIX yüzilliyin 40-cı illərində Norveç bəstəkarı Ksorulf milli musiqi mədəniyyəti haqqında düşüncələrlə qayğılanırdı. Əslində onun qarşıya qoyduğu məqsəd, - musiqidə milli ideyaya hələ 10 il öncə polyak F. Şopen və rus (əslində belarus) M. Qlinka ömürlərini həsr etmək qərarına gəlmişdilər. Çox-çox sonralar, XX yüzilliyin başlanğıcında dahi azərbaycanlı Üz. Hacıbəyov bu yolda, lazım gələrsə, həyatını qurban verməyə hazır idi. Lakin Ksorulf norveç üslubunda yalnız romans və xor musiqisibəstələyirdi. Onun XIX yüzilliyin 60-cı illərində davamçısı tanınmış skripkaçı Yuxan Svensen idi, ki, musiqiçilər truppası ilə ölkədən-ölkəyə qastrol səfərlər edərmiş. 1878-ci ildə Parisdə ümumdünya sərgəsində Y. Svensenin simli kvarteti çox böyük uğur qazanır, lakin onun «Parisdə karnaval» musiqili lövhəsi daha geniş yayılır və uzun zaman ifa olunur. Y. Svensenin musiqisində milli çalarlara az yer verilməsə də, bütövlükdə götürsək, onu alman romantik məktəbinə bağlılıcı hər şeyi ystələyir.
Y. Svensen Norveç simfonizminə yol açdı, lakin Edvard Qriq öz dahiliyi sayəsin simfonik musiqini «norveçləşdirdi», - daha doğrusu, milliləşdirdi. Özü də ustad qələminə xas olan incəliklə. Özündən sonra gələn norveç bəstəkarlarının dörd nəsli üçün E. Qriq milli musiqitarixinin ən parlaq şəxsiyyəti, bir növ onun rəmzi digər Norveç bəstəkarları və musiqiçiləri üçün sənət meyarı olaraq qalmaqdadır. Dünya miqyasında E. Qriq yaradıcılığının uğurlarının başlanğıcı onun 1888-ci ildə London konsertləri ilə bağlıdır. Artıq Londondakı çıxışlarından öncə E. Qriq özünün ən sayımlı əsərlərinin çoxunu yazıb yaratmışdı: bu sırada fortepiano ilə orkestr üçün Konsertin, «Ballada’nın, simli Kvartetin və J. Ibsenin və O. Vinyenin sözlərinə romans silsilələri adları ayrıca vurğulanmalıdır. Bundan savayı, 1884-cü ildə Qriq fortepiano üçün «Xolberq zamanından» süitasını yazaraq, XVIII yüzillikdə ömür sürmüş tanınmış Norveç yazıçısı və maarifçisi Lüdviq Xolberqin xatirəsinə öz musiqili abidəsini ucaldır.
Süita əsasən XVIII yüzillik (I yarısı) üslubunda yazılıb: burada süitanın bölümləri, bədii ifadə yolları hər bölümünün içquruluşu, harmonik quraşdır, - bütün bunlar bütövlükdə çox incəliklə yerinə yetirilən üslublaşma (stilizasiya) olub, həsr olunduğu dövrün mahiyyətini əks etdirir. Lakin həmin əsərdə Qriq yalnız Norveç musiqisinə xas olan öz tapıntılarını, - öz harmonik çalarlarını və intonasiya gedişlərini çox incə, zövqlə və cizgilərlə əsərə yeridir. Bir il sonra bəstəkar süitanın orkestr variantını tamamladı. Hələ bundan da öncə, 1876-cı ildə H. Ibsenin xahişi ilə onun bütün dünyaya səs salmış «Per Günt» əsərinə musiqi yazır və daha sonra həmin musiqi əsasında 2 simfonik süita yaradır. Bu iki süita, dram əsərinin özü kimi, böyük əks-səda doğurur və indiyədək simfonik orkestrlərin repertuarından düşmür. N.Ibsenin «Per Güntü»nə dərəcədə dahi və dərin mənalıdırsa, bir o dərəcədə də millidir – E. Qriqin H. Ibsen və onun dramı haqqında dediyi sözləri onun özünün parlaq milliliyi, son dərəcə məzmunluluğu
, qabarıq sürətlərlə zəngin musiqisi haqqında da demək olar.
E. Qriqin 1868-ci ildə yazdı fortepiano ilə orkestr üçün Konserti də dünyanın ən tanınmış pianoçularının repertuarında özünə daimi yer tutur. Qriq əsərlərinin ifasında pianoçu kimi tez-tez çıxış edərdi: məsələn, violonçel ilə fortepiano üçün Sonatasını Pablo Kazals kimi ən məşhur violonçelçalanla, violino (skripka) ilə fortepiano üçün I və II Sonatalarını isə G. Venyavski kimi virtuozla ifa edərmiş. Çox zaman onu «Quzeyin (şimalın) Şopeni» adlandırarmışlar.
E. Qriqin məktubları da olduğca böyük maraq doğurur. Məsələn, onun Brams haqqında yazdıqlarından: «Duman və buludların arxasından parça-parça görünən, əski kilsə və məbədlərin xarabalıqları uyuyan şəhərlərin əcaib mənzərələri»
|