À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
ASKERI BANDOLAR TARIHI
Osman Aydın ÖĞÜT (Türkiye)
VIKINQLƏR ÖLKƏSINDƏ (VƏ YAXUD MARKALARDA ƏKSINI TAPMIŞ SPRINQDANS) (ardı)
Eldar ISKƏNDƏROV
FORTEPIANO SƏNƏTININ TARIXINI VƏRƏQLƏYƏRKƏN... (ardı)
Lalə RZAYEVA
|
|
Səs cəhətdən müasir caz pianoçuluğu akademik Avropa səs mədəniyyətiylə açıq duyulan yaxınlaşmaq təmayülünü nümayiş etdirir (D.Ellinqton, B.Evans, C.Lyuis). Cazın əski mövcudiyyat dairəsi (səs–küylü rəqs salonları, klublar, barlar və i.a.), ilə bağlı köhnə caz ifaçılarının hədsiz dinamikası (f, ff,..) yerini dinamik, hətta termbr–kolorit müxtəlifliyinə verir ki, bu da öz növbəsində caz lirikasında müxtəlifliyin meydana gəlməsiylə peyda olmuşdu (T.Monkun “Round About Midnight” pyesi). Caz avanqardının isə pianoçuluğu prinsip etibarı ilə akademik musiqidəki avanqarddan seçilmir. Caz pianoçuluğundakı bu və digər dəyişiklər, zənnimizcə, klassik musiqi təhsili görmüş musiqiçilərin caza axını ilə bağlıdırlar (bu proses qismən cazın Avropa da intişar tapması ilə başlanmışdı).
Caz pianoçularının applikaturası da ilk musiqiçilərin məxsusi cizgisinə dönmüş pozisyon tipli “beşbarmaq” texnikasıdır, yəni sürətli passajlar ardıcıl olaraq beş barmaqla bir başa çalınıb həmən yolla davam edilir. Sol və sağ əllərin iyerarxiyasına gəldikdə, sağ əl şəksiz aparıcı rol oynayır, hətta çox zaman belə pianoçuluq “birəllidir”: sol əl yalnız harmoniyanı və ritmik rəsmi qeyd edir.
Cazın ənənəvi musiqi sənətinə təsiri müxtəlif şəkillərdə özünü göstərməkdədir. Ilk növbədə bu, bəstəkarlıq yaradıcılığında afroamerikan musiqisinin cizgilərindən müxtəlif dərəcə və formalarda istifadəsidir (D.Miyo, K.Debüssi, I.Stravinski, S.Barber, C.Herşvin, Q.Qarayev və bir çox başqalarının “cazlaşdırılmış” musiqisi). Akademik ifaçılıqda da hətta klassik musiqini çaldıqda cazın təsiri istər–istəməz aşkar olunur ki, bunlar da urbanistik mahiyyətli enerji, təcavüzkarlıq və nəticə kimi əlahiddə dərəcədə sürətli templər; metroritmik qabarıqlıq (bəzi ifaçılarda habelə paradoksallıq): ifa sərbəstliyi, eyni zamanda fikrimizcə intonasiya və harmoniya həssaslığı, bəzən blüz mənşəli “ləng” frazirovka və s.
* * *
XX–ci əsr bədii salnaməsini nəzərdən keçirərkən etiraf etməliyik ki, dekadentçiliyin böyük axını olaraq əsrin əvvəlindəki modern stili müxtəlif sahələrdə müxtəlif şəkillərdə mövcud idi. Simptomatik cəhət: memarlıq və dizayn (sənaye dizaynı, geyim dizaynı və s. daxil olmaqla) sahəsində modernçilik özünü yeni zamanın stili kimi büruzə verir–yeni materiallar, yeni formalar, yeni yaranma (o cümlədən tikinti) sürətləri, insanı əhatə edən əşyaların funksional tərəfinə diqqət, stil müşkülpəsəndliyi ilə sənaye forma və funksiyasının incə və uğurlu vəhdəti, ümumiyyətlə istənilən məhsul, tikinti obyekti, bədii əsər və. s–nin bütöv kompleks kimi düşünülməsi və həyata keçirilməsi bütün bunlara bədii tarixdə ilk dəfədir ki, təsadüf edilir (Bauhauz məktəbinin fəaliyyətini xatırlamaq kifayətdir). Xülasə, yuxarıda adı çəkilən sahələrdə baş vermiş köklü yeniliklər incəsənəti insanların gündəlik həyatına nüfuz etmişdi. Musiqidə modern, birincisi, müxtəlif təzahürlərdə çıxış etmişdi, başlıcası isə modernin həddən ziyadə,
hətta ifrat dərəcədə incəliyi tamam yeni üfüqlər açaraq eyni zamanda fikrimizcə akademik avropa ənənəli musiqinin XX əsrdə baş vermiş kütləvi dinləyicidən ketdikcə elitar qapanma istiqamətində uzaqlaşmasının əslində başlanğıcı idi.
|