À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
ASKERI BANDOLAR TARIHI
Osman Aydın ÖĞÜT (Türkiye)
VIKINQLƏR ÖLKƏSINDƏ (VƏ YAXUD MARKALARDA ƏKSINI TAPMIŞ SPRINQDANS) (ardı)
Eldar ISKƏNDƏROV
FORTEPIANO SƏNƏTININ TARIXINI VƏRƏQLƏYƏRKƏN... (ardı)
Lalə RZAYEVA
|
|
Modern fortepiano sənətini xeyli zənginləşdirmişdi. Yeni əlamətlər bir neçə sahəni əhatə edirdilər. Birincisi –fakturanın strukturu ki, bu da modern ornamentinin bilavasitə əksiydi (notoqrafiyanın özü belə, yugend–stil ornamentini əks edir–A.Skryabin, K.Debüssi, M.Ravel). Düzdür, faktura ornamentallığının habelə digər qaynaqları vardır, lakin məlum olduğu kimi hazırda üzərində dayandığımız bədii stil üçün bu cəhət son dərəcə səciyyəvidir. Yuxarıda qeyd edildiyi kimi, modern özü–özlüyündə eyni tərkibli olmadığından ümumi səs idealını bəlkə də göstərmək çətindir, amma ümumi təmayül burada da hiss olunur. Bunlardan ən səciyyəvisi səs, tembr, koloritə müstəsna diqqət nəticəsində sözü gedən sahədə yeni üfüqlər açılmışdı (S.Rahmaninov, A.Skryabin, impesyonistlər). Daha sonra–aşkar duyulan intonasyon həssaslığın xüsusi inkişafı, fakturanın polifonizasiya istiqamətində daha da çox irəliləməsi və ritmik (o cümlədən poliritmik) rəsmin getdikcə güclənən mürəkkəbləşməsi. Gördüyümüz kimi, bütün bunlar, romantizmin
daxilindəki proseslərin yeni estetik şəraitdə əslində məntiqi davamıydı (və burada M.Druskinin dövrləşdirmə prinsipinin doğru olması bir daha sübut olunur). Amma modernçilik ondan əvvəlki dövrün bir sıra keyfiyyətlərinin inkişafı və gücləndirməsiylə yanaşı habelə yeni məqamları ortaya qoymuşdu ki, bunlar da seypçilik və kənarlaşdırma üsulu idi.
Doğrudur seyrçilik motivləri romantizmdə geniş yayılmışdı, lakin yeni əsrdə seyrçilik özünün ifrat dərəcəyə çatdırılması ilə hətta bəzən əcaib şəkildə çıxış edirdi. Kənarlaşmaya gəldikdə isə bu üsul ümumiyyətlə olduqca maraqlıdır və əyər XIX əsrdə (hazırki curnalın 2001-ci il 1-2¹-də qeyd etdiyimiz kimi) belə üsulun bəlkə də yeganə nümunəsi F.Şopenin b-moll sonatasının dramaturji həlliydisə, XX əsr boyu bəstəkarlar kənarlaşmaya əl atırlar (I.Stravinski, K.Debüssi, F.Qarayev və s.).
Hazırki məqalənin nə məqsədləri, nə də ki həcmi məsələlərin, bütün təfsilatı ilə şərhinə imkan vermədiyindən müəllif, bu sahədəki çoxillik təcrübəsinə arxalanaraq mulahizələrini özünün qənaətinə görə ən səciyyəvi təzahürlər üzərində qurmaq prinsipinə üstünlük verir. Məhz buna görə modern pianoçuluğundan söhbət açarkən A.Skryabin və yaxud M.Ravel kimi güclü simalardan vaz keçməyə məcbur olub, mümkün qədər ətraflı şöbəni K.Debüssiyə həsr edir. Beləliklə –«debüssiçi impesyonizm». Bəstəkarın əsərlərində təsadüf etdiyimiz surət və mövzular arasında yeni motivlər yeni zamanın göstəricisi kimi qeyd edilməlidirlər: paradoks bədii üslub, eyni zamanda stil elementi, bədii məfəkkür növü; ekssentriada; «susma», «səslənən sükut» musiqi hekayətinin tam hüquqlu amili kimi (söhbət, pauza, sezura, hərəkətin sürəti, ümumən musiqi əsərində zamanın başqa cür dərk edilməsi, anlanmasından gedir); «fantastik apofeoz» və başqaları. Debüssiçi səs idealına gəldikdə o, belədir: ataka, tuşe tiplərinin çoxsimalılığı, yəni aktiv v
ə ləng ataka arasında müvazinət; məişət musiqi məşğuliyyətinə xas olan sadə, yumşaq tuşe və dolğun romantik (müəyyən dərəcədə yenidən dərk edilmiş) səs; klassisistcəsinə «saf» səs – və obertonlarla əhatə olunmuş not (Debüssi: «Səsi dərin qərq etməli»). Şübhəsiz Debüssi yaradıcılığı illüzor-pedallı pianoçuluğun təntənəsidir ki, onun əsas əlamətləri də burdardır: sıx, kip, birikmiş-səpələnmiş faktura; səs layları, səs kütlələri ilə düşünmək (bu kütlələrin qarşılıqlı əlaqəsi, qarşı-qarşıya qoyulması, intensivləşməsi-seyrəlməsi, yəni yenə də yuxarıda göstərdiyimiz kimi «saf», «xalis» sənət, səs özü-özüzlüyündə müstəqil dəyər kimi); səs forması bədii məzmuna bərabərdir, daha dəqiq desək isə, səslənmə forması elə əsər məzmununun özüdür; pedal vasitəsi ilə fakturanın həyata keçməsi, hətta pedal faktura elementi kimi; fakturanın dekorativliyi və ornamentallığı fransız klavirçi ənənələrinin inkişafı kimi və eyni zamanda əsrin əvvəllərindəki modernin təzahürü kimi («yugend-stil») – elə not yazısının özü bu dekorativliy
i, təsviriliyi əks etdirir. Aqogika-axınaqlıq-rubato. Non leqato con pedale, liqaaltı nöqtələr, «fransız liqaları», mikrodinamika-səs fəzası və zamanının yeni qayda üzrə təşkil edilməsinin ifadəsi və son nəticədə – fortepianonun yeni səslənən surətinin yaradılması. Fonun təzədən düşünülmüş yeni rolu, hansı ki (başqa komponentlər arasında) «duvaqlı virtuozluq» (L.Qakkel) effektini yaradır, əsər məğzinin, toxumasının fövqəladə bütövlüyü fenomenini yaradan tematizm və fiqurasiya arasındakı tuşlanmış sərhəd. Formaya gəldikdə, burada məlum özünəməxsusluqlar cərgəsində diqqəti qədim fransız ənənələrini canlandıran süita növünə yönəldərək (F.Kuperenin «ordrez»ləri). Bəstəkarın fortepiano musiqisinin irəli sürdüyü bəzi ifaçılıq məsələləri: səs və tembr fantaziyası (fransız liqaları və i.a.), rəng və rəng çalarlarının müxtəlifliyi, spesifik «duvaqlı» viruozluq, metroritmik «dözüm», «səbir», ümumiyyətlə elə «pauzanı saxlamaq» bacarığına aid olan ifaçılıq aktın teatrlaşması. Bu faktın özü bizə, Debüssi pianoçuluq mədən
iyyətinin perspektivlərindən söhbət açmaq imkanı verir –müasir musiqi festivalları buna sübutdur; debüssi yaradıjılığında irəli sürülən başqa ideyanın inkişafı sonorçuluqdur («Suda qərq olmuş kilsə» və s.); səpələnmiş faktura yeni Vyana məktəbinin təmsilçiləri tərəfindən inkişaf edilmişdir; not mətninin qrafikası da müasir not yazısını proqnozlaşdırır: bu günkü partituraların mətni onların səs təcəssümünə az qala mistik surətdə yaxınlaşır. Debüssi pianoçuluğunun kenezisi milli klavir və fortepiano ənənələrindən əlavə özunun F.Şopen, F.List pianoçuluğunda büruzə verir. Bəzi hallarda R.Şumanın, bədii surəti xarakterik detal vasitəsilə çatdırmaq (A.Alekseyev) üsulundan istifadə edilir («General Lavin…», «Mister S. Pikvika hörmət rəmzi…» və başqaları).
(ardı var)
ƏDƏBIYYAT
1. Qakkelğ L. Fortopiannaə muzıka XX veka. L, 1990.
2. Alekseev A. Iz istorii mecdunarodnıx muzıkalğnıx konkursov. M., 1966.
3. Stearns V. The story of jazz. London, 1957.
4. Kollner, Dc.L. Stanovlenie dcza. M., 1984.
|