ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MUĞAM TƏDRISINƏ DAIR QIYMƏTLI METODIK TÖVSIYYƏ
Ariz ABDULƏLIYEV
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
“CAHARGAH” ALƏMINDƏ GƏZIŞMƏLƏR
Fəttah XALIQZADƏ
ELMI FIKRIN INKIŞAFI NAMINƏ
Ariz ABDULƏLIYEV
ƏFRASIYAB BƏDƏLBƏYLININ ELMI YARADICILIĞINDA NIZAMININ ŞERIYYƏTI
Babək QURBANOV, Əhməd ISAZADƏ
AZƏRBAYCAN MUSIQI NƏZƏRIYYƏSI ELMININ TƏDRISINDƏ YENI BIR NAILIYYƏT
Səadət SEYIDOVA
MUĞAM TƏDRISINƏ DAIR QIYMƏTLI METODIK TÖVSIYYƏ
Ariz ABDULƏLIYEV
XXI ƏSRIN DƏRS VƏSAITI
Kamilə DADAŞZADƏ

 


       Musiqiyə aid yeni ədəbiyyatlar sırasında daha maraqla qarşılanan nəşrlərdən biri də “Humayun instrumental muğam dəstgahı”dır. Bakı Musiqi Akademiyasının xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında baş müəllim Arif Əsədullayev tərəfindən metodik tövsiyə kimi yerinə yetirilmiş “Humayun instrumental muğam dəstgahı” Respublika Təhsil Nazirliyi Elmi-Metodik Şurasının “Incəsənət və musiqişünaslıq” bölməsində təsdiq edilərək, 2002-ci ildə çapdan çıxmışdır. Metodik tövsiyə musiqişünaslıq və bəstəkarlıq ixtisası üzrə təhsil alan tələbələrə “Muğam” fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulubdur.Işıq üzü gördüyü qısa müddət ərzində metodik tövsiyə yalnız xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının fənn müəllimləri və müvafiq tələbələr tərəfindən deyil, ümumən BMA-nın geniştərkibli müəllim və tələbə heyəti tərəfindən müsbət rəylə qarşılanmışdır. Metodik tövsiyə həmçinin muğama bədii və elmi yaradıc ılıq istiqamətlərində yanaşan peşəkar bəstəkar və musiqişünasların da ciddi marağına səbəb olmuşdur.Muğama dair bu tədris-metodik işin belə müsbət rəy və maraqla qarşılanması bir sıra səbəblərlə bağlıdır. Ilk növbədə qeyd etməliyik ki, metodik tövsiyə tələb olunan yüksək səviyyədə yerinə yetirilmişdir. Ikinci səbəb bundan ibarətdir ki, tövsiyənin tərtibçisi Arif Əsədullayev zəngin ifaçılıq təcrübəsinə malikdir. O, özünəməxsus ənənələrin daşıyıcısı olan nüfuzlu Bakı-Abşeron məktəbinin yetirməsidir, peşəkar muğam ifaçısı və bilicisidir. Digər tərəfdən, A.Əsədullayev həm də təcrübəli muğam pedaqoqudur. Uzun illərdir ali musiqi məktəbində muğamı ifaçı, bəstəkar və musiqişünas tələbələrə tədris edir. Muğamın tədrisi sahəsində kifayət qədər təcrübəsi, müşahidə və nəticələri vardır. Bu faktlar isə metodik vəsaitin yüksək səviyyədə yerinə yetirilməsini və musiqi-pedaqoji ictimaiyyət, muğam ifaçıları, bəstəkar və musiqişünaslar tərəfindən müsbət rəylə və maraqla qarşılanmasını təmin etmişdir.Metodik tövsiyənin az vaxt içərisində maraq doğurmasının digər bir səbəbi muğamın notlaşdırılması ilə bağlıdır. Bu sahədə son illər mövcud olan boşluq istər tədris sahəsində, istər bədii yaradıcılıq və muğamın təhlil-tədqiqi sahsində müəyyən ehtiyac və çətinliklər yaradırdı. A.Əsədullayevin tərtib etdiyi metodik tövsiyə muğamın notlaşdırılmasına olan bu ehtiyac və tələbatı müəyyən dərəcədə ödəmişdir. Indiyə qədər yazıya alınmış muğamlar sırasında bu işə ən az cəlb olunanı Humayun olduğundan, müəllifin ilk metodik tövsiyəsini məhz Humayuna həsr etməsi ona olan marağı bir qədər də artırmışdır. Şübhə yox ki, “Muğam” fənnini tədris edən A.Əsədullayev bu işi davam etdirərək digər muğamlara aid də metodik tövsiyələr yazacaqdır və əminliklə bildirmək olar ki, onlar da eynilə müsbət rəylə qarşılanacaqlar.Nəhayət, metodik tövsiyənin tələb olunan səviyyədə yerinə yetirilməsi və maraqla qarşılanmasının digər bir səbəbini də qeyd edək. Bu metodik iş sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun redaktorluğu ilə və sənətşünaslıq doktoru, profes sor Elxan Babayevin məsləhəti ilə yerinə yetirilmişdir. Şifahi ənənəli professional musiqinin tədrisi və elmi tədqiqi sahəsində nüfuz qazanmış bu görkəmli alim-pedaqoqlar öz dəyərli bilik və məsləhətlərini əsirgəməmiş, bununla metodik tövsiyənin müasir elmi-pedaqoji işin tələblərinə uyğun yazılmasına və müsbət rəy doğurmasına kömək etmişlər.Metodik tövsiyə “Giriş”, “Humayun haqqında məlumat”, “Qısa tövsiyələr” və Humayun instrumental muğamın not yazısından ibarətdir. Not yazısına qədər olan hissələrdə “Humayun” adının mənası, muğamın qısa tarixçəsi, bədii-emosional təsiri, instrumental dəstgaha Bərdaşt şöbəsinin əlavə olunması, bu muğamın hansı görkəmli sənətçilər (xanəndələr və instrumentalçılar) tərəfindən ifa edilməsi, muğamın tədrisdə öyrədilmə qaydası haqqında lazımi məlumatlar, dəyərli tövsiyələr verilmişdir. Burada Humayun muğamının iki növü - Humayun və Qafqaz Humayunu (Rast-Humayun), hər birinin özünəməxsusluğu, fərqləri, şöbələri, Humayunun vokal-instrumental və instrumental ifasındakı fərqlər haqqı nda da müəllim, tələbə, həmçinin muğam tədqiqatçıları və ifaçılar üçün maraqlı məlumat, izah və tövsiyələr vardır. Bütün bu məlumatlar, izah və tövsiyələr isə Humayun haqqında daha geniş təsəvvür yaratmağa, tədrisin daha düzgün qurulmasına və muğamın daha yaxşı mənimsənilməsinə xidmət edir.Metodik tövsiyədə toxunulan vacib məsələlərdən biri də muğam ifasının alətlərin kökü ilə bağlı olmasıdır. Ifaçılıq ənənələrindən irəli gələn “muğamın yeri” və “muğamın kökü” kimi anlayış və praktik məsələlər barədə lazımi qədər məlumat verilməsə də, hər halda tərtibçinin tövsiyə xarakterli qısa məlumatı fənn tədrisində nəzərə alınması vacib olan bir məsələdir.Humayun instrumental dəstgahın not yazısına gəlincə, ilk əvvəl qeyd etməliyik ki, tərtibçi bu muğamı özünün ifası əsasında yazıya almışdır. Buna isə A.Əsədullayevin həm mənəvi haqqı var, həm də geniş imkanları yol verir. Qeyd etdiyimiz kimi, o, çoxillik təcrübəyə malik peşəkar ifaçı və pedaqoqdur, muğamlara kifayət qədər bələddir. Muğamın ifası və tədrisi sahəsində kif ayət qədər təcrübəyə, biliyə malikdir. A.Əsədullayev musiqişünas və bəstəkar tələbələrə “Muğam” fənnini tədris etməsi sayəsində muğamların notlaşdırılması ilə bağlı lazımi elmi-metodik təcrübə və nəticələr əldə etmişdir. Başqa sözlə, “Humayun instrumental muğam dəstgahı” xüsusilə, Humayunun not yazısı peşəkar ifaçılığın, pedaqoji təcrübənin və elmi-metodik bazanın sintezi əsasında meydana gəlmişdir. Bu baxımdan not yazısının etibarlılığı şübhə doğurmur. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan sovet musiqişünaslığında xalq çalğı alətləri və muğam müəllimlərinin muğama elmi və elmi-metodik maraq göstərməsinə, bu sahədə imkan və bacarığa malik olmasına uzun illər ərzində skeptikcəsinə (bəzən hətta ironiya ilə) yanaşılmışdır. Sevindirici haldır ki, musiqişünaslıq belə zərərli stereotiplərdən getdikcə xilas olmaqdadır. A.Əsədullayevin elmi-metodik axtarışları bu yolda uğurlu addımlardan sayıla bilər. Humayun instrumental dəstgahı tərtibçi tərəfindən aşağıdakı şöbə ardıcıllığı ilə notlaşdırılmışdır: Bərdaşt, Humay un, Bəxtiyari, Zəngi Sütür (Zəngi-şütür olmalıdır - A.A.), Feli, Böyük Məsnəvi, Mövləvi, Şüştər, Tərkib, Bidad, Kiçik Məsnəvi, Ayaq (Koda).Not yazısında iki şöbənin yeri dəyişdirilmişdir ki, tərtibçi bunu belə izah edir: “Kamança ifaçıları (A.Əsədullayev kamança ifaçısıdır - A.A.) alətin xüsusiyyətindən asılı olaraq “zəngi-şötör” guşəsini “Feli” şöbəsindən əvvəl ifa edirlər” (səh.8).Metodik tövsiyənin müsbət cəhətlərindən biri instrumental muğam-dəstgahın səs qatarının yazılı göstərilməsidir. Səs qatarında şöbələri təmsil edən dayaq səslərinin fərqləndirilməsi, eləcə də “istifadə olunan əlavə səslər”in göstərilməsi həm not yazısının əyaniliyi baxımdan, həm də Humayun haqqında dəqiq və geniş təsəvvür yaradılması baxımdan olduqca təqdirəlayiqdir. Belə ki, muğamın səs qatarının, eləcə də “əlavə səslər”in yazı şəklində göstərilməsi səs qatarının tədrisdə ifa edilməsinə imkan yaradır. Bu da öz növbəsində Humayun muğamının səslənməsi, lad-intonasiya əhatəsi, şöbə dayaqları, şöbələrin səs qatarında yeri barədə ilkin məlumat və təsəvvür yaradır ki, nəticədə muğam daha ətraflı qavranılır və mənimsənilir.Metodik tövsiyənin ən müsbət cəhətlərindən biri də muğamın notlaşdırılmasının onun real səslənməsi əsasında aparılmasıdır. Bu, muğamın nota yazılması işində elmi-metodik baxımdan düzgün yoldur. Çünki bu məsələ bilavasitə muğam ifaçılığı ənənələrilə, konkret desək, muğamın lad-tonallığı və alətin kökü arasındakı asılılıqla bağlıdır. Notlaşdırma zamanı A.Əsədullayev bu mühüm məsələni nəzərə alaraq, səslənməni əsas götürmüş və Humayunu real səsləndiyi lad-tonallıqda (kökdə) nota yazmışdır.Notlaşdırmanın digər bir müsbət cəhəti onun sadə, oxunaqlı olmasıdır ki, bu da tədris üçün lazımlı şərtdir. Tərtibçi muğamı notlaşdırarkən əvvəldən axıra qədər vahid bir yazı üsuluna və üslubuna, vahid texniki prinsipə əməl etmişdir. Öz növbəsində isə bu, not mətninin oxunaqlı olmasını və asan ifa edilməsini təmin edir. Nəticə etibarilə bu cür notlaşdırma yazı mətninin ifasını muğamın real səslənməsinə, muğamın ifa üslubuna maksimum yaxınlaşd ırır ki, bu da öz növbəsində muğamın tələbələr tərəfindən yaxşı qavranılmasına kömək edir. Notlaşdırma ilə bağlı başqa bir təqdiredici fikrimiz də var. Bu da muğam melodiyasının metr-ritm dövrləşdirilməsilə bağlıdır. Məlumdur ki, muğamda fikrin improvizasiyalılığı, müstəqilliyi, bəzən nəqli xarakteri, fəlsəfi dərinliklərə varması, eləcə də fikir axınının sonsuz və qeyri-müntəzəm davamlılığı muğam melodiyasını əvvəldən axıra qədər vahid bir metr-ritm qəlibinə daxil etməyə yol vermir. Odur ki, A.Əsədulllayev notlaşdırma zamanı muğamı bu cür süni metr-ritm qəliblərinə salmamışdır. Tez-tez dəyişən metr-ritm göstəriciləri ilə not yazısının oxunuşunda yoruculuğa yol verməmişdir. Tərtibçi düzgün olaraq muğam melodiyasını, muğamdakı fikir axınını və fikir ardıcıllığını məhz muğamın ifasında olduğu kimi yazıya almışdır. Muğamdakı “nəfəs”lər, ibarə və cümlələr, müxtəlif tutumlu musiqi fikirləri tez-tez dəyişən metr-ritm göstəriciləri ilə deyil, xüsusi işarələr vasitəsilə düzgün ardıcıllaşdırmışdır. Bu prinsip həm not m ətninin asan oxunmasını təmin edir, həm də muğamdakı ibarələri, fikir axınını izləməyə və muğamın musiqi dramurgiyasını yaxşı qavramağa kömək edir.Metodik tövsiyə barədə yazdığımız bu rəydə bir məsələyə də toxunmamaq olmaz. Belə ki, A.Əsədullayev buraya Qafqaz Humayunu kimi tanınan Rast-Humayun muğamını da daxil etmişdir. Qeyd olunması vacibdir ki, tərtibçinin peşəkar ifaçılıq təcrübəsi ona Qafqaz Humayunu haqqında da məlumat və tövsiyələr verməyə, ən başlıcası Qafqaz Humayununu notlaşdırmağa imkan vermişdir. Metodik tövsiyənin ən müsbət cəhətlərindən biri də məhz ilk dəfə olaraq Rast-Humayun dəstgahı barədə fənn müəllimlərinə lazımi məlumat və tövsiyələr verilməsidir. Həm də vurğulamaq istəyirik ki, Rast-Humayun instrumental muğamının ilk not yazısı məhz bu metodik tövsiyədə işıq üzü görmüşdür.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page