ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
MUĞAM TƏDRISINƏ DAIR QIYMƏTLI METODIK TÖVSIYYƏ
Ariz ABDULƏLIYEV
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
“CAHARGAH” ALƏMINDƏ GƏZIŞMƏLƏR
Fəttah XALIQZADƏ
ELMI FIKRIN INKIŞAFI NAMINƏ
Ariz ABDULƏLIYEV
ƏFRASIYAB BƏDƏLBƏYLININ ELMI YARADICILIĞINDA NIZAMININ ŞERIYYƏTI
Babək QURBANOV, Əhməd ISAZADƏ
AZƏRBAYCAN MUSIQI NƏZƏRIYYƏSI ELMININ TƏDRISINDƏ YENI BIR NAILIYYƏT
Səadət SEYIDOVA
MUĞAM TƏDRISINƏ DAIR QIYMƏTLI METODIK TÖVSIYYƏ
Ariz ABDULƏLIYEV
XXI ƏSRIN DƏRS VƏSAITI
Kamilə DADAŞZADƏ

 


Belə bir fakt metodik işə muğamşünas-tədqiqatçıların və musiqişünasların elmi marağının yaranmasına səbəb olmuşdur.Lakin bütün bu müsbət cəhətlərlə yanaşı metodik tövsiyə bəzi nöqsanlara da malikdir. Onları oxucuların diqqətinə çatdıraq1. Məlum olduğu kimi uzun illərdir “Muğam” fənni musiqişünas və bəstəkar tələbələrə məhz xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında tədris olunur. A.Əsədullayev də bu fənni məhz həmin kafedrada tədris edir. O, özünün metodik tövsiyəsini də məhz bu kafedrada yerinə yetirmişdir. Lakin kiçik “Giriş” hissəsində muğamın məhz Bakı Musiqi Akademiyasında tədris olunduğu, bu istiqamətdə kafedrada uğurlu fəaliyyət aparıldığı barədə bir kəlmə olsun belə məlumat verməyibdir. Əvəzində isə yeni yaradılmış Milli Konservatoriya haqqında danışılır. Əlbəttə, musiqi ictimaiyyəti bu konservatoriyanın yaradılmasını bəyənir və dəstəkləyir. Lakin hələ tədris prosesinin getmədiyi bu konservatoriyanı muğamın düzgün tədrisinə təsir göstərə bilən ali məktəb kimi təqdim etmək başa düşülən deyildi r. O mənada ki, muğam tədrisi ilə uzun illərdir məhz BMA məşğul olur və metodik tövsiyə məhz burada yerinə yetirilmişdir. A.Əsədullayev də muğam tədrisində pedaqoji təcrübəsini məhz BMA-da qazanmışdır. Halbuki bu barədə heç nə yazmadan yalnız Milli Konservatoriya barəsində danışır2. Müəllif yazır: “Muğam nota köçürülərkən 12 pərdəli səs sistemi nəzərdə tutlmuşdur” (səh. 8). Niyə? Təəssüf ki, tərtibçi bu suala qısaca da olsa, aydınlıq gətirmir. Halbuki bu sualın cavabı muğamı öyrənən tələbələrə və tədris edən müəllimlərə çox vacib idi3. Tövsiyədə eyni muğam şöbələrinin adı fərqli yazılmışdır. “Humayun haqqında məlumat” hissəsində şöbələrin adları ilə not yazısındakı adlar arasında uyğunsuzluq var. Məsələn, Bəxtiyarı-Bəxtiyari, zəngi-şötör - Zəngi Sütür, Möləvi-Mövləvi. Zəngi-şötör həm defislə, həm də defissiz yazılmışdır.Bundan başqa şöbələrin gah böyük, gah kiçik hərflə yazılması, muğam adının gah dırnaq arasında, gah dırnaqsız yazılması da irad tutula bilər. Yeri gəlmişkən qeyd edək ki, bu qəbildən nöqsanlar a muğama, xalq musiqisinə dair elmi, elmi-metodik ədəbiyyatlarda tez-tez rast gəlinir4. Müəllif yazır: “bəzi ifaçılar bidad əvəzinə üzzal ifa edirlər”. Lakin bu fikrinə aydın gətirmir. Bilmək olmur: bidad və üzzal ayrı-ayrı adlara malik eyni məzmunlu şöbələrdir, yoxsa adları kimi musiqi məzmunları da başqa-başqadır? Halbuki muğamı tədris edən və öyrənənlər üçün bu məsələ lazımlı bir məsələdir. Onu da qeyd edək ki, müəllifin Kiçik Məsnəvi haqqında yazdığı “bəzən bu şöbəyə saqinamə də deyirlər” fikri o qədər inandırıcı deyildir...5. Muğamla bağlı metodik tövsiyələrdə anlayış və termin məsələlərinə xüsusi diqqət verilməlidir. Çünki belə vəsaitlər gələcək mütəxəssislərin elmi və pedaqoji hazırlığı üçün müstəsna rol oynayırlar. Həmin metodik tövsiyə bu baxımdan da nöqsansız deyildir.Məlumdur ki, muğama dair çoxsaylı elmi və metodik işlərdə, dərs vəsaitlərində Ayaq hissəsinin qarşılılıqlı termini kimi bir qayda olaraq “kadensiya” yazırlar. Bu artıq qəbul edilmiş bir normadır. Buna baxmayaraq, A.Əsədullayev “Ayaq” a dının iki cür qarşılığını işlədibdir: məlumat hissəsində “kadensiya”, not hissəsində “koda”. Əgər bunu məqsədli şəkildə edirdisə, muğamı öyrənənlərə bu barədə mütləq açıqlama verməli idi. Əks təqdirdə, muğamın tədrisinə dair tövsiyələrdə eynimənalı adlar və anlayışlar arasındakı uyğunsuzluq tədrisdə çaşqınlıq yarada bilər6. Anlayışlar barədə daha bir mülahizəmiz də var. A.Əsədullayev Humayunun not yazısının əvvəlində muğamın səs qatarını təqdim edibdir. Məlumdur ki, şifahi ənənəli peşəkar musiqinin nəzəriyyəsi sahəsində XX əsrdə “səs qatarı” anlayışını ilk dəfə Ü.hacıbəyov işlətmişdir. “Xalq musiqisinin əsasları” elmi tədqiqatında bu anlayış ladlara aid edilmişdir. Bu vaxta qədər xalq musiqisinin tədrisi ilə bağlı metodik tövsiyələrdə də “ladın səsqatarı” anlayışından istifadə olunubdur. Elə isə A.Əsədullayevin “muğamın səs qatarı” anlayışını necə başa düşmək olar? Üzeyir bəyin lad nəzəriyyəsinə inansaq, muğamın səs qatarı müəyyən qədər onun lad modelini verə bilər. Odur ki, müəllif Humayunun səs qatarını tə qdim edərkən, qısa olsa da bu anlayış üzərində dayansa idi və “muğamın səs qatarı” ilə “ladın səs qatarı” arasındakı eyni və fərqli cəhətləri aydınlaşdırsa idi, tövsiyənin maraqlılığını daha da artırmış olardı.Onu da qeyd edək ki, səs qatarını təqdim edərkən, müəllif “istifadə olunan köməkçi səslər”i də göstəribdir. Lakin bu səslərin niyə məhz “köməkçi” olmaları və səs qatarının hansı prinsiplə “əsas” və “köməkçi” səslərə bölünməsi izah olunmayıbdır7. Qafqaz Humayununun ilk dəfə nota yazılmasına və ilk dəfə çap edilməsinə baxmayaraq, təəssüf ki, müəllif muğamın tam not mətnini və tam səs qatarını verməyibdir. Söhbət bütöv bir muğamdan - Rast-Humayun muğamından gedir. Odur ki, vahid dramaturgiyaya malik muğam dəstgahını süni şəkildə iki hissəyə bölmək, Rast hissəsini yox. yalnız Humayun hissəsini notlaşdırmaq təəssüf doğurur. Bu, bütöv bir muğamın tam lad quruluşu, səs qatarı, tam melo-intonasiya və bədii-emosional məzmunu və tam ifa üslubu haqqında yarımçıq təsəvvür yarada bilər.Lakin hesab edirik ki, bütün bunlar kiçik nöqsanlardır, texniki xətalardır. Bu kiçik nöqsanlar metodik tövsiyənin dəyərinə, əhəmiyyətinə və müsbət cəhətlərinə heç də kölgə sala bilməz. Inanırıq ki, müəllif bizim bu kiçik iradlarımızı səmim qəbul edəcək və növbəti metodik tövsiyələrində bunları nəzərə alacaqdır.Metodik tövsiyə son illərin xalq musiqisinə dair tədris-metodik ədəbiyyatı daha da zənginləşdirmişdir. A.Əsədullayevin bu əməyini BMA-da muğam tədrisinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində müsbət addım kimi qiymətləndirmək olar.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page