ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
AZƏRBAYCAN BƏSTƏKARLARININ NÖVBƏTI SIMPOZIUMUNDA
Azad ZAHID, Azad Ozan KƏRIMLI
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
AZƏRBAYCAN BƏSTƏKARLARININ NÖVBƏTI SIMPOZIUMUNDA
Azad ZAHID, Azad Ozan KƏRIMLI

 


Mən deyərdim ki, bu olduqca xeyirxah bir ənənədir, yeni ənənədir, daha doğrusu, sevindirici haldır, artıq ənənə şəklini alır. Həmin xoş məramın müəllifi isə bizim Gənclər və Idman naziri Əbülfəz Qarayevdir. Zuqulbada bəstəkarlar üçün keçirilən simpoziumla yanaşı kino işçiləri, idmançılar, rəssamlar, yazıçılar, fiziklər və başqa sənət sahibləri üçün də Gənclər və Idman nazirliyi tədbirlər keçirir. Bu simpoziumun güddüyü məqsədlər bir deyil, çoxdur. Təkcə onu demək kifayətdir ki, bizdə böyük informasiya qıtlığı var və həmin informasiya qıtlığını hansı yollasa doldurmaq lazım gəlir.
Bəri başdan qeyd etməliyik ki, bəstəkar yaradıcılığının çox sahələrində əməkdaşlıq gərəkdir və belə əməkdaşlığa, sıx təmasa çox gözəl şərait yaradır.
Çox zaman fikir yayılıb ki, simpozium mütləq ifaçılıqla başa vurulmalıdır, amma Beynəlxalq səviyyədə keçirilən böyük simpozuimlar əvvəlcədən təşkil olunur, əsərlər bir neçə ay öncədən göndərilir və həmin ölkənin musiqi kollektivlərinə verilir. Bizim simpoziumda isə yeni yaratdığımız əsərlərimizi bir-birimizə göstərir, bəstəkarların yaradıcılıqları ilə əlaqədar, əlbəttə ki, böyük çətinliklər var. Bəstəkarlarımızı lazımi səviyyədə maddi imkanları yoxdur ki, əsərlərin ifasını təşkil etsinlər. Xırda, yığcam həcmli əsərləri ifa etmək mümkün olur. Böyük həcmli əsərləri ifa etmək üçünsə nəinki maddi imkan, hətta təşkilatçılıq işi də aparmaq lazım gəlir. Çox zaman bəstəkarlarlarımızın yeni yazılan əsərlərdən və bir-birindən xəbəri olmur, ancaq simpoziumda həmin yeni əsərlər nəhayət ki, üzə çıxır. Ümumiyyətlə, yaradıcılıqda həmişə əməkdaşlığa tələbat var. Simpoziumda bir sıra bəstəkarlar öz əsərlərini, lent yazalarında da olsa, göstərə bildilər. Yazşı haldır ki, əsərlərdə janr rəngarəngliyi özünü əyani göstərir di. Son zamanlar kamera janrına maraq daha çox artmışdır, simpoziumda təqdim olunan əsərlər bunu bir daha sübut etdi.

Ramiz ZÖHRABOV
Burada təqdim olunan əsərlər ona görə yadda qalan olacaq ki, onların altında Zuğulbada ifa olunan əsər sözləri yazılacaq. Belə simpoziumlar əvvəllər də keçirilib və bu ən’ənə indi də davam etdirilir. Bəstəkar simpoziumunun əsas məqsədi cavan musiqiçilərin bir-birini yaxşı tanıması və bir-birinin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı verir.

Vasif ADIGÖZƏLOV
Hətta bu ilki simpozium zamanı bir sıra yeni əsərlər də yazıldı. Bizim simpozium onu göstərir ki, Azərbaycan Bəstəkarlar Ittifaqı gənc bəstəkarların yaradıcılığına böyük diqqət ayırır, indiki ağır zamanda onlara yaradıcılıq işlərində köməklik göstərir. Artıq dörd ildir ki, belə tədbir həyata keçirilir və arzum budur ki, gələn il biz ansamblları, orkestrləri dəvət edək və əsərlər artıq orkestrlərin iffasında səslənsin.

Cavanşir QULIYEV
Simpoziumun işi və rəhbərliyi bəstəkar Cavanşir Quliyevə tapşırılmışdı. Hər bir simpoziumun öz məqsədi və amalı olur, bu da nədən ibarətdir? Hər bir forum qurtarandan sonra orada iştirak edən insanlar, həmin forumdan ayrılanda yeni bir ideyanın dəstəklənməsi və yaxud tənqid olunması ilə qarşılaşır. Son simpozium çox canlı keçdi. Müzakirələrdə iki fikir xüsusilə toqquşdu: musiqişünasların tənqidi və bəstəkarların tənqidi qəbul etməməsi.Bu simpoziumda qeyd etdiyimiz kimi, bəstəkarlarımızın əsərləri ilə yanaşı, dünya musiqi örnəklərindən nümunələr də səsləndi. Bir neçə Asiya bəstəkarlarının, o cümlədən Çin, Monqolustan, Özbəkistan, Türkmenistan bəstəkarlarının əsərləri də geniş təqdim olundu. Həmin əsərlər çox maraqla qarşılandı. Sərdar Fərəcovda C. Klarkın əsəri var idi və bu əsərə də çox maraqla qulaq asıldı. Bütövlükdə götürsək, hər bir ölkənin təqdim olunan bəstəkar yaradıcılığı bir axşamlıq nəzərddə tutulmuşdu. Dinləmələrlə yanaşı, Cavanşir Quliyevin verdiyi geniş informasiya və izahatları, suallara dolğun cavabları olduqca faydalı idi.

Vəfa BABAYEVA
Bir gələcək musiqişünas kimi simpoziumda iştirak etmək mənim üçün çox maraqlı oldu. Bəstəkarların hamısı da olmasa, əksəriyyətinin əsərlərinə qulaq asdır. Müzakirələr apardıq, sözsüz ki, bəsətkarların yaradıcılığı ilə tanış olmaqda bunların çox böyük əhəmyyəti vardır. Ən yadda qalan təəsüratlarım isə Sərdar Fərəcovun və Azad Əfhidin əsərləri idə bağlıdır. Müzakirələr zamanı özüm üçün bir sıra yeniliklər açmış oldum. Belə simpoziumu təşkil edənlərə öz dərin minnətdarlığımı bildirirəm. Mənə elə gəlir ki, bu günkü ənənə davam etdirilməlidir, çünki bəstəkarlarla musiqişünasların arasında olan münasibətlərin daha da zənginləşməsinə çoz böyük stimuldur.

Rüfət RAMAZANOV
Qeyd etmək istəyirəm ki, bir həftə ərzində keçirilən simpozium bizim üçün səmərəli və maraqlı idi. Həftənin daxilində səslənən ən maraqlı musiqilərə, əsərlərə gəldikdə tədbir daxilində olmadı ğımız zaman bu əsərlərə diqqət yetirmək çox çətindir. Bəstəkar və qələm dostlarımızın yaradıcılığı ilə maraqlanmaq bizdə böyük bir yaradıcı fikir tamamlığı yaratdı. Qrupun rəhbəri Cavanşir Quliyev çox maraqlı söhbətlər apardı. Həm masa arxasındakı söhbətlər, həm də musiqiyə qulaq asdıqdan sonrakı müzakirələrdə yaradıcılığın gətirdiyi problemlər haqqında düşünmək, bu barədə söz demək çox faydalı oldu. Tədbir gələcəkdə öz işlərimizi qurmağa, planlarımızı hansı səmtə yönəltməyə kömək edəcək, eyni zamanda bəstəkarların arasında səmtə yönəltməyə kömək edəcək, eyni zamanda bəstəkarların arasında dostluq yaratmağa təkan verəcək.

Firuddin ALLAHVERDIYEV
Mən bəstəkar simpoziumunda artıq ikinci dəfədir ki, iştirak edirəm. Və əvvəlkilər barədə də bir az məlumatım var. Ən maraqlı simpozium sonuncu olmuşdur. Bu simpozium əvvəlkilərdən fərqli olaraq daha məhsuldar görünür. Simpoziumda həm də əsər yaza bildik. Mən tədbiri təşkil edənlərə öz təşəkkürümü bildirirəm.

Sunay MƏMMƏDƏLIYEVA
Əvvəla öz təşəkürümü Gənclər və idman nazirliyinə bildirmək istəyirəm ki, bəstəkarların artıq 4-cü simpoziumunun keçirilməsinə bu cür gözəl şərait yaradıblar. Indiki simpoziumda professional bəstəkarlarla, gənc bəstəkarların ünsiyyətinə, yeni nəslinin inkişafına, onların yaradıcılıq səmərliliyinin artırılmasına yönəldilmişdir. 4-cü simpozium bunu bir daha sübuta yetirdi. Mən özüm üçün çox maraqlı bəstəkarlar olan Sərdar Fərəcovu və Azad Zahidi kəşf etdim. Gənc nəslin nümayəndəsi Xədicə Zeynalovanın musiqisi məndə çox xoş təəsüratlar oyatdı. Arzu edirəm ki, gələcəkdə simpozium öz ənənəsinə sadiq qalaraq bu kimi istedadlı bəstəkarları öz ətrafına toplasın.

Xadicə ZEYNALOVA
Burada Azərbaycan və digər ölkə bəstəkarlarının əsərlərinə qulaq asdır, öz fikirlərimizlə bölüşdük. Arzu edərdim ki, səslənən əsərlər orkestr ifasında səslənsin və belə tədbirlər biz bəstəkarlar üçün vacibdir.

Azad ZAHID
Simpoziumda maraqlı bir məqam var idi. Cavanşir Quliyev Kıprız şairəsinin bir şe»r kitabını gətirmişdi. Və təklif etmişdi ki, bəstəkarlar onun sözlərinə romanslar yazsınlar. Hamı yekun konsertdə öz əsərlərini göstərə bilmədi. Yaxşı əsər yaratmaq üçün vaxt lazımdır. Amma bir neçə əsəri orada eşitdik və bu əsərlər bir-iki aya tamamlanıb bəstəkarlar ittifaqında müzıkirəyə veriləcək.

Azad OZAN
Sevindirici haldır ki, bizim bəstəkarlarımız Kıprız mövzusuna müraciət ediblər. Tanınmış bəstəkarımız Faiq Sücəddinovun özü Kıprızda işləyir, lakin digər bəstəkarların, az da olsa, belə xeyirxah işdə iştirak etməsi vacibdir. Həmin əsərləri göstərmək üçün gənc və cavanbəstəkarlar özləri oxuyub, özləri də alətdəifa etdilər.

Sərdar FƏRƏCOV
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onun bəstəkarlıq məktəbi, bəstəkarlıq sənəti hardasa baxımsızlıq təəsüratı yaradır. Yəni bəstəkarların əvvəlki dövrlərdə olduğu kimi yaradıcılıq evlərində, plenumlarda və qurultaylarda, cürbəcür belə tədbirlərdə iştirak etmək imkanı yoxdur. Zuğulbada keçirilən gənc bəstəkarların seminarı bu boşluğu doldurmaq üçün bir cəhddir.
Seminarın üstün cəhəti ondan ibarətdir ki, gənc bəstəkarlar öz həmkarları və yaşlı nəsil ilə daha yaxından tanış olurlar, ünsiyyət qura bilirlər, təcrübələrindən faydalana bilirlər, hansısa yeni musiqi üslubları haqqında məlumatlar toplayırlar. Bütün bunlar olduqca vacib məsələdir.
Builki seminar çərçivəsində gənc bəstəkarlar öz əsərlərini qısa vaxt ərzində yazmaq məqsədini qarşılarına qoydular və bunu seminar daxilində əyani şəkildə nümayiş etdirdilər. Əksər bəstəkarlar yaradıcı fikirlə məşğul idilər, çalışırdılar, yazırdılır. Bunları nəzər aldıqda demək olar ki, seminar öz məqsədinə nail olmuşdur. Ümumiyyətlə gənclər arasında olmaq böyük impulsdur.

Azad ZAHID
Azərbaycan bəstəkarlar ittifaqına təşəkkürümü bildirmək istəyirəm. Ilk dəfə idi Azərbaycan radiosunun nümayəndəsi bu simpoziumu işıqlandırmaq üçün dəvət olunmuşdu.

Azad OZAN
Radionun nümayəndəsi,musiq redaktoru bu simpoziumu işıqlandırmaq üçündəvət olunmuşdu. Yaxşı olardı ki, bu özü ənənə şəklini alsın. Dövlət radiosu öz yerində, özəl radiolar isə öz yerində. Yaxşı olardı ki, bizim ilk lent yazılarımız dövlət radiosunda səsləndirilsin. Bu işdə də, həmişəki kimi, sizin xidmətləriniz, o ühmlədən silsilə verlişlərimiz əvəzsizdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page