ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
AZƏRBAYCANDA MÜƏLLIF HÜQUQLARININ TƏMINATI MƏSƏLƏLƏRI
Natiq ISAYEV
Search

ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
ƏLAQƏLI HÜQUQLAR
Kamran IMANOV
AZƏRBAYCANDA MÜƏLLIF HÜQUQLARININ TƏMINATI MƏSƏLƏLƏRI
Natiq ISAYEV

 


        Müasir cəmiyyətdə sosial-iqtisadi və siyasi problemlərin həlli daha çox onun intellektual potensialından və mədəni inkişaf səviyyəsindən asılıdır. Bu sahədə dinamik inkişafın təmin olunması isə cəmiyyətdə əqli mülkiyyətlə bağlı münasibətlərin sivil qaydada, ilk növbədə hüquqi baza əsasında tənzimlənməsini tələb edir. Respublikamız öz müstəqilliyini bərpa edəndən sonra bu sahədə böyük işlər görülmüş, yaradıcılıq əməyinin nəticələrindən istifadənin tamamilə hüquqi müstəviyə keçirilməsi istiqamətində nəzərəçarpacaq addımlar atılmışdır. Xüsusən 8 oktyabr 1996-cı il tarixdən qüvvəyə minən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında“ Azərbaycan Respublikası Qanunu (bundan sonra Qanun) bütövlükdə müəllif hüquqlarının qorunması və idarə edilməsi sisteminə əhəmiyyətli yeniliklər gətirməklə bərabər, pozulmuş müəllif hüquqlarının müdafiəsi üzrə məhkəmə işlərinə baxılması məsələlərinə də prinsipal dəyişikliklər etmişdir. Bu Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublika sı Prezidentinin 8 oktyabr 1996-cı il tarixli Fərmanı, həmçinin yeni qəbul olunmuş Azərbaycan Respulikası Mülki Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə, Cinayət Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına müəllif hüququ və əlaqəli hüquqlar üzrə dünya standartlarına uyğun olan müddəaların daxil edilməsi də intellektual mülkiyyət hüquqlarına Azərbaycan dövlətində yüksək qiymət verilməsinin təzahürlərindəndir.
        Azərbaycan qanunvericiliyində artıq formalaşmış «Müəllif hüququ və əlaqəli hüquqların müdafiəsi» anlayışı altında müəllif hüququ və əlaqəli hüquqların tanınmasına, yaxud pozularkən bərpasına və ya bu hüquqlar mübahisə obyektinə çevrilərkən onların sahiblərinin mənafelərinin müdafiəsinə yönəldilmiş məcburi tədbirlərin məcmusu başa düşülür. Mövcud qanunvericilikdə bu tədbirlərin kifayət qədər rəngarəng forma, vasitə və üsulları öz əksini tapmışdır və bunlar zərərçəkənlərə geniş müdafiə imkanları verir.
        Yeni müəllif-hüquq qanunvericiliyi müəllif hüquqlarından istifadə ilə bağlı keçmişdə mövcud olan bir sıra müddəaları kökündən dəyişdirmiş, daha çox müəllif-istifadəçi münasibətlərini əsas götürməklə müəllif hüquqlarının qorunmasının və pozulmuş hüquqların bərpasının bir sıra yeni prinsiplərini gündəliyə çıxarmışdır. Təbii ki, belə vəziyyətdə pozulmuş müəllif hüquqlarının müdafiəsi ilə bağlı baxılan işlərdə ədalətli qərarların qəbul edilməsi bu Qanunun və digər qanunvericilik aktlarına daxil eilmiş müəllif hüququ və əlaqəli hüquqlarla bağlı müvafiq müddəaların nə dərəcədə tətbiq olunmasından və tələblərinə əməl edilməsindən çox asılıdır. Sözsüz ki, bəzi hakimlərin yeni müəllif-hüquq qanunvericiliyinin tətbiqi sahəsində təcrübələrinin hələ kifayət qədər olmadığı bir şəraitdə müəyyən dərəcədə mübahisə doğura biləcək qərarların qəbul edilməsini də gözləmək olar. Qeyd edilənləri nəzərə alaraq, qanunvericiliyin təhlilindən və son illərin müşahidəsindən doğan bə“zi prinsip və nəticələrin müəllif hüquqlarının müdafiəsi ilə bağlı baxılan işlərdə nümunə kimi qəbul edilə bilməsi ehtimalını əsas götürərək, onları hakimlərin nəzərinə çatdırmağı lazım bilirik.
        Yeni Qanunla əsərdən sərbəst istifadənin məhdudlaşdırılması, Qanunda göstərilən xüsusi hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadəyə müstəsna hüququn müəllifə və ya əsərə müəlliflik hüququnun digər sahibinə məxsus olmasının (Qanunun 15-ci maddəsi) və həmin hüquqların müəllif müqaviləsi əsasında verilə bilməsinin (Qanunun 30-cu maddəsi) təsbit edilməsi, müəllif hüququnun və əlaqəli hüquqların sahiblərinin, habelə səlahiyyətli dövlət orqanlarının və ya həmin hüquqları kollektiv əsasda idarə edən təşkilatların müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malik olması (Qanunun 44-cü maddəsi), həmçinin əsərdən hər hansı formada və üsulla istifadəyə görə müəllif qonorarının ölçülərinin müqavilə əsasında müəyyən olunması (Qanunun 31-ci maddəsi) onun prinsipial xüsusiyyətlərindən sayılır.
        Əqli yaradıcılıq məhsulları və onlardan istifadə ilə bağlı münasibətlər mülki qanunvericiliyin prinsiplərinə əsasən, fiziki və hüquqi şəxslərin mülki hüquqlar və vəzifələr doğuran hərəkətləri nəticəsində əmələ gəlir və təbii ki, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq və vəzifələr, onların müdafiəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 2-ci fəslində göstərilmişdir.
        Mülki Məcəllənin 17-ci maddəsinə əsasən (“Mülki hüquqların müdafiəsi“) “Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları, təşkilatlar, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət etməli və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.
        Qanunun 47-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
        Mülki hüquqların məhkəmə müdafiəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) müəyyənləşdirdiyi iş aidiyyatına uyğun olaraq ümumi yurisdiksiya məhkəmələri və iqtisadi məhkəmələr həyata keçirirlər.
        MPM-nin 4-cü maddəsinin 4.1. bəndinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarının qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
        Pozulmuş müəlliflik hüququ və əlaqəli hüquqların bərpa edilmə proseduraları Azərbaycanda mövcud qanunvericilikdə nəzərdə tutulan aşağıdakı ümumi qaydalarla həyata keçirilir. Qanunun 44, 45 və 46-cı maddələrinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə səlahiyyətli dövlət orqanları və həmin hüquqları kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilərlər. Bu zaman pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı üçün səlahiyyətli vəzifəli şəxslər və orqanlar müdafiəsini Azərbaycan Respublikasının mülki-prosessual və cinayət-prosessual məcəllələrinə və digər qanunvericilik aktlarına uyğun lazımi tədbirləri görməlidirlər.
        Mülki Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
        Müəlliflik hüququ və əlaqəli hüquqlarla əlaqədar mübahisələrə baxılarkən praktikada daha çox mülki-hüquqi müdafiənin ümumi vasitələrindən (mülki hüquqların tanınması, hüquqların pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi və hüquqları pozan hərəkətlərin qarşısının alınması, zərərin əvəzinin ödənilməsi və s. - Mülki Məcəllənin 18, 21 və s. maddələri) istifadə olunması mümkündür.
        MM-nin 21-ci maddəsinə əsasən, «Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmasın».
        Zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM-nin 21 maddəsinin 21.2-ci bəndi). Əgər hüququ pozmuş şəxs bunun nəticəsində gəlir əldə etmişdirsə, hüququ pozulmuş şəxs digər zərərlə yanaşı, əldən çıxmış faydanın da ödənilməsini tələb edə bilər (MM-nin 21 maddəsinin 21.3-cü bəndi).
        Keçmiş sovet qanunvericiliyi müəllif qonorarının məcburi stavkalarını müəyyən etdiyindən tərəflər qonorarın məbləğini hökumətin qonorar qərarları ilə müəyyən edilmiş maksimum miqdarlardan artıq göstərə bilmirdilər. Bu qayda hakimlərə yaxşı məlum olduğundan onlar məhkəmə işlərində daha çox qonorarın aşağı və yuxarı hədlərinə nə dərəcədə əməl olunması məsələsinə diqqət yetirir və qərar qəbul edərkən bu faktı əsas götürürdülər.
        Yeni Qanuna müəllif qonorarının ancaq minimum miqdarlarının müəyyən edilməsi haqqında müddəanın daxil edilməsi ilə (40-cı maddə) keçmişdə mövcud olan maksimum miqdarlar avtomatik olaraq ləğv olunmuş və onun müəyyən edilməsi məsələsi müəllif (və ya hüquq sahibi) və istifadəçinin ixtiyarına buraxılmışdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page