ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
AZƏRBAYCANDA MÜƏLLIF HÜQUQLARININ TƏMINATI MƏSƏLƏLƏRI
Natiq ISAYEV
Search

ÌÖßËËÈÔ Âß ÙÖÃÓÃ
ƏLAQƏLI HÜQUQLAR
Kamran IMANOV
AZƏRBAYCANDA MÜƏLLIF HÜQUQLARININ TƏMINATI MƏSƏLƏLƏRI
Natiq ISAYEV

 


        Qanunun 28-ci maddəsinə əsasən , əsərdən istifadəyə müəyyən hüquqlar müəllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında keçir. Lakin qeyd etmək vacibdir ki, burada söhbət ancaq müəllifin əmlak hüquqlarından gedir. Yəni müəllifin şəxsi (qeyri-əmlak) hüquqları bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarının kimə məxsus olmasından asılı olmayaraq müəllifə məxsus olur və əmlak hüquqları başqasına keçdikdə də müəllifdə qalır. Bu hüquqlar vərəsəlik üzrə də keçmir. Müəllifin vərəsələri şəxsi hüquqların qorunmasını ancaq həyata keçirə bilərlər. Həm də vərəsələrin bu səlahiyyətləri müddətlə məhdudlaşdırılmır.
        Qanunun 31-ci maddəsinə əsasən, müəllif müqaviləsində aşağıdakılar müəyyən edilə bilər: əsərdən istifadə üsulları, hüquqların verildiyi müddət və ərazi, qonorarın məbləğlərinin və (və ya) əsərdən istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları; ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər.
        Müəllif müqaviləsi üzrə verilən hüquqlar, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, qeyri- müstəsna hüquqlar olur. Yeni Qanun keçmiş qanunvericilikdən fərqli olaraq müəllif müqaviləsinin ancaq yazılı formasını məqbul sayır. Müəllif müqaviləsinin nümunəvi forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38¹ -li Qərarı ilə müəyyən edilmişdir.
        Tərəflər müqavilə şərtlərini təsdiqləyəndən sonra həmin şərtlər ancaq qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər və müəllif qonorarının müqavilədə göstərilmiş ölçülərinin birtərəfli qaydada dəyişdirilməsinə qeyri qanuni hal kimi baxmaq lazımdır. Buna görə də müqavilə bağlanandan sonra bir tərəfin müəllif qonorarının ölçülərinin dəyişdirilməsi tələbi qanuni sayıla və yerinə yetirilə bilməz. Qeyd etmək vacibdir ki, bu şərt yalnız müqavilə ilə müəyyən olunmuş qonorar məbləğinin vaxtında ödənildiyi hala aiddir.
        Müqavilə ilə nəzərdə tutulan qonorar məbləğinin ödənilmə vaxtının ötürüldüyü hallar da praktikada tez-tez rast gəlinən halardandır. Əgər qonorar almaq hüququ müqavilə əsasında yaranmışdırsa və faktiki olaraq ödəniş müqavilə ilə nəzərdə tutulan müddətdə icra edilməmişdirsə, Mülki Məcəllənin 443.5-ci maddəsinə əsasən, kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu bu müddətdə də öhdəliyini icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə vaxtın ötürülməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
        Mülki Məcəllənin müvafiq maddələrinə uyğun olaraq, Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Əgər Mülki Məcəllədə və ya tərəflər arasında bağlanmış müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun gönüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.
        Iddiaçı hüquqlarının pozulması nəticəsində əldən çıxmış faydanın ödənilməsi tələbini məhkəmədə qoya bilər. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınmalıdır.
        Həmin normalardan hər hansı birinin tətbiq olunması mahiyyətcə o deməkdir ki, ödəniş vaxtı keçmiş məbləğdən əlavə zərərçəkənin həmin müddət ərzində itirdiyi qazanc da tutulmalıdır. Onun üsullarının müxtəlifliyinə baxmayaraq bütün hallarda ödəniş yalnız vaxtı ötmüş müddətə görə və məbləğə münasibətdə aparılmalıdır.
        Mülki Məcəllənin 447.1-ci maddəsində göstərilir ki, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
        Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Lakin nəzərə almaq lazımdır ki, müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışdırsa, bu qayda tətbiq edilə bilməz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məs»uliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halda və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübüta yetirsin.
        Borclu öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi üçün, əgər bu Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, təqsiri olduqda məs“uliyyət daşıyır. Lakin borclu öhdəliyin lazımınca icrası üçün ondan asılı olan bütün tədbirləri gördüyünü sübuta yetirərsə, təqsirsiz sayılır.
        Bəzi hallarda müəllif hüququ ilə bağlı məhkəmə işlərində vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməsi tələbi də qoyula bilər. Müəllif hüququ sahəsində mənəvi ziyan vurulması özünü əsasən müəllifin şəxsi hüquqlarının (14-cü maddə) pozulması şəklində göstərə bilər. Bu cür hüquq pozuntusunun yaranmasının tipik səbəbləri aşağıdakılar ola bilər: əsərdən özgə ad altında istifadə olunması (plagiat); əsərin məzmunun dəyişilməsi, təhrif olunması və ya hər hansı digər formada yenidən işlənməsi; müəllifin adının göstərilməməsi, yaxud onun təxəllüsünün açılması; həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı digər hərəkətlərin edilməsi.
        Şəxsi hüquqların pozulması ilə bağlı məhkəmə işlərinə baxılarkən mənəvi zərərin əvəzinin ödənilməsinin müqavilədənkənar öhdəliklər sırasına aid olduğu və müəllif müqaviləsi ilə müəyyən edilmədiyi nəzərə alınmalıdır. Əgər əsərin nəşri barədə bağlamış müqavilə müddətində əsər çapdan çıxmamışdırsa, belə halda müəllif ona vurulmuş mənəvi zərərin əvəzinə kompensasiya ödənilməsini yox, müqavilə ilə müəyyən olunmuş qonorar məbləğini tələb edə bilər. Qanunvericilik əsaslı səbəblər olmadan müqavilə öhdəliklərindən birtərəfli qaydada imtina etməyə yol vermədiyinə görə, vurulmuş zərərin əvəzinə ödəniləcək kompensasiya müəyyən edilərkən hüquqları pozan şəxsin günahının az və ya çox olması, həmçinin onun sonrakı hərəkəti də nəzərə alına bilər.
        Mənəvi zərərə görə kompensasiya müəyyən edərkən hakimlərin vurulmuş zərərin mahiyyətini aydınlaşdırmaqla yanaşı, mənəvi zərərin ölçüləri ilə bağlı iddianı tənqidi mövqedən qiymətləndirməsi də vacib amillərdəndir. Bir halda nəşriyyat əsərin tərcüməçisinin adını göstərməməklə ona müəyyən mənəvi zərər vurmuş, lakin sonradan tərcüməçidən üzr istəmişdir. Aydındır ki, belə halda mənəvi zərər müəyyən edilərkən bu fakt hüquq pozucusunun məs“uliyyətini yüngülləşdirən amil kimi nəzərə alına bilər. Başqa halda elmi əsər tərcümədə nəşr edilərkən yenə də tərcüməçinin adı göstərilməmişdir və tərcüməçi hesab edir ki, onun elmi şöhrətinə zərər vurulmuşdur. Belə halda hakim elmi şöhrətin tərcümənin yox, elmi fikirlərin dərinliyi hesabına qazanılması amilini nəzərə almalıdır.
        Qanunun 45-ci maddəsinə əsasən, Müəlliflik hüququ və əlaqəli hüquqlarla əlaqədar mübahisələrə baxılarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə əmlak xarakterli iki müxtəlif tədbirin görülməsi də mümkündür: 1. Zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququ və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2. Zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə minimum əmək haqqının 100 mislindən 50 min mislinədək məbləğdə kompensasiya ödənilməsi.
        Qeyd edilməlidir ki, göstərilən tədbirlər yalnız ayrı-ayrılıqda tətbiq edilə bilər. Bu və ya digər tədbirin seçilməsi isə müəllifin hüququdur.
        Dəymiş zərərin əvəzinə hüquq pozucusunun əldə etdiyi gəlirin tutulması mülki hüququn praktikada yaxşı mə“lum olan adi tədbiridir. Zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə minimum əmək haqqının 100 mislindən 50 min mislinədək məbləğdə kompensasiya ödənilməsi tədbiri isə müəllif-hüquq qanunvericiliyi və məhkəmə praktikası üçün yenidir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page