ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
MUZEYLƏRDƏ...
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...
.
YARADICILIQ...
.
MUZEYLƏRDƏ...

IFAÇILIQ...

 


L. VƏ M.ROSTROPOVIÇLƏRIN EV MUZEYININ
AÇILIŞI HAQQINDA MƏLUMAT


       Mart ayının 4-ündə Azərbaycanın mədəni həyatında hamı üçün oldüqça maraqlı bir hadisə, L. və M. Rostropoviçlərin ev-muzeyinin təntənəli açılışı oldu. Artıq 1997-ci ildən fəaliyyət göstərən L. və M. Rostropoviçlərin ev-muzeyinin açılışı əlamətdar bir tarixə təsadüf edir. Belə ki, fevralın 26-si görkəmli violonçelist, professor L.Rostropoviçin 110 illik yubileyi olmuş, martın 27-si isə dünya şöhrətli violonçelist, dünya vətəndaşı M.Rostropoviçin 75 illik yubileyi tamam olacaq. Muzeyin açılışında doğma Bakımızı heç zaman unutmayan və bu ərəfədə Azərbaycana gələn Maestro M.Rostropoviç həyat yoldaşı Q.Vişnevskaya ilə, qonaqlardan Sankt-Peterburqda L. və M. Rostropoviçlər adına musiqi məktəbinin direktoru I.M.Malıgina, T.Qrum-Qrjimaylo, Mədəniyyət Naziri P.Bülbüloğlu, Prezident aparatının humanitar işləri üzrə şö’bə müdiri Fatma Abdullazadə, bəstəkar A.Rzayev, I.Zeynalov, F.Bədəlbəyli, ICOM-un Azərbaycan şö’bəsi nin sədri R.Tağıyeva və bir çox muzeylərin direktorları iştirak etmişlər. Muzeyin direktoru Şeyla xanım Heydərova qonaqları muzeyin ekspozisiyası ilə tanış etdi. Iki hissədən ibarət muzeyin ekspozisiyasının bir hissəsində Rostropoviçlər Bakıda keçmiş Kolodezni küçəsində (indiki L. və M. Rostropoviçlər küçəsi) yerləşən evlərinin ab-havası, məhz o mühit əks olunur. Görkəmli violonçelist, RSFSR-in əməkdar artisti, professor L.Rostropoviçin yaşadığı bu evdə daima istedadalı musiqiçilər toplaşır və musiqi axşamları keçirilirdi. Bakıda yaşadığı illərdə bəstəkar, ifaçı, pedaqoq kimi fəaliyyət göstərən L.Rostropoviçin ekspozisiyada şəxsi not kitabları, məktubları, verdiyi konsertlərin afişaları, ailəsi ilə olan fotoşəkilləri, onlara məxsus olan, antik mebel, xalça və bu kimi qiymətli əşyalar nümayiş olunur. Ekspozisiyanın digər hissəsində isə M.Rostropoviçin həyat və yaradıcılı fəaliyyətinin ən mühüm anları, eyni zamanda onun Bakı ilə əlaqələrini təsdiqləyən materiallar, maestronun konsert frakı, dirijor çubuğu və bu kimi qiymətli materiallar nümayiş olunur. Muzeyin açılışında T.Salaxovun yağlı boya ilə çəkdiyi M.Rostropoviçin kompozisiyalı portreti ilk dəfə təqdim oluqmuşdur. Sonra isə ad günü münasibəti ilə M.Rostropoviçə Rostropoviçlərin nəsil şəcərəsini özündə əks etdirən lövhə və M.Rostropoviçin uşaqlıq illərində ən sevimli oyuncağı olan ayı bağışlandı. Bir anlığa doğma Bakımızda keçirdiyi uşaqlıq illərini xatırlayan M.Rostropoviç bu hədiyyəni böyük sevinclə qarşıladı. Sonra M.Rostropoviç ad günü tortunu kəsib Q.Vişnevskaya və qonaqlarla birlikdə stol arxasında əyləşdilər. Hər gəlişində olduğu kimi bu dəfə də Maestro muzeyə 250-dən artıq şəxsi arxivindən olan və yaradıcılıq fəaliyyətini əks etdirən materiallarını, konsertlər zamanı öz ifası, eləcə də Q.Vişnevskaya ilə birlikdə yazılmış diskləri hədiyyə etmişdir. Və M.Rostropoviç atasının xaritirəsinin əziz tutulduğuna və muzeyinin ekspozisiyasında L.Rostropoviçin yaradıcılığının xüsusi yer tutduğuna görə öz dərin minnətdarlığını bildirmişdir.

Şeyla HEYDƏROVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page