ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
AZƏRBAYCAN BƏSTƏKARLARININ
YENI KAMERA MUSIQISI

.
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
AZƏRBAYCAN BƏSTƏKARLARININ
YENI KAMERA MUSIQISI

.
YENI MƏLUMAT KITABÇASI
IŞIQ ÜZÜ CÖRDÜ

Fərəh ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ
LƏNKƏRAN TƏŞKILATINDAN YAZIRLAR...

Yaqut HƏSƏNOVA

 


       BMA-nın tələbəsi N.Nağıyeva fəaldır, müxtəlif janrlarda yazdığı əsərlərlə tez-tez çıxış edir. Bu məqsədyönlülük, zəhmətkeşlik bizi sevindirməyə bilməz. Ona yalnız «ümumi hərəkət formaları»ndan yaxa qurtarıb, tez bir zamanda öz fərdi simasını aşkarlamağı arzulayardıq. Həmin sözləri iste’dadlı tələbə bəstəkar B.Axundovaya da ünvanlandırardım.

       Müxtəlif kamera hey’ətləri üçün külli miqdarda əsərin müəllifi, ansambl ifaçılığının çeşidli çətinliklərinə bələd olan T.Bakıxanovun viola və fortepiano üçün «Türk təranələri» süitası T.Aslanov və Ə.Salayev kimi mahir ifaçıların təfsirində səslənərək konsertin gözəl yekunu oldu.

       Bu gün Azərbaycan dinləyicisinə ciddi, akademik janrlarda işləyən həmvətənlərinin adları, çox əfsus ki, bəlli deyil. Ekranı, efiri səssiz, qoy məni bağışlasınlar, abırsız müğənnilər «işğal edib». Odur ki, konsertin televiziya tərəfindən çəkilişi bəstəkar adlarını daha geniş auditoriyaya tanıtdırmaq yönundə atılan kiçik də olsa, alqışlanmalı addımdır. Yaxşı olardı ki, gələcəkdə belə konsertləri göstərərkən, bəstəkar və musiqişünaslar müvafiq nümunələri şərh etsin.

       Bəstəkarlar Ittifaqına belə baxışları vaxtaşırı təşkil etmək, müəlliflərə isə fəallıq, axtarış, yaşından asılı olmayaraq öyrənmək həvəsi arzulayardım. Bu yaxınlarda sənətdə böyük zirvə fəth etmiş, Venesiya kinofestivalının baş mükafatını almış rejissor A.Konçalovski televiziya ilə çıxış edərkən həyatının ən başlıca qənaətini daim təkmilləşmək, yeni bilik və mə’lumatlar əxz etmək istəyini heç zaman itirməmək kimi müəyyənləşdirmişdir. Məşhur sənətkarın bu sözləri ətrafında düşünməyə, məncə, dəyər.

       Natalya Dadaşova («Kamera musiqisi» bölməsinin üzvü, Bəstəkarlar Ittifaqının baş məsləhətçisi): Bəstəkarlarımızın kamera musiqisi janrında yazdığı yeni əsərlərdən ibarət konsertlərin keçirilməsi artıq yaxşı ən’ənəyə çevrilmişdir. Kapellhauzda keçən konsert bu baxımdan növbəti belə tədbir oldu. Bəstəkarlar Ittifaqı tərəfindən kamera janrına olan diqqət və maraq təsadüfi deyil. Məhz bu sahədə axtarış və eksperimentlər, yeni üslub tendensiyaları daha qabarıq nəzərə çarpır.

       Konsertin proqramına daxil olan əsərlər müxtəlif nəsillərin nümayəndələrinə məxsus idi. Burada həm çox tanınmış müəlliflər, həm də tələbə-bəstəkarlar iştirak edirdi. Daha geniş şəkildə konsertdə solo fortepiano musiqisi təmsil olunmuşdu. Vokal əsərlər içərisində Arif Məlikovun Vokal silsiləsi xüsusi diqqətə səbəb oldu. Bəstəkar bu dəfə də sevimli şairi N.Hikmətin yaradıcılığına müraciət etmiş və böyük türk şairinin fəlsəfi lirikasını dolğun açmağa müvəffəq olmuşdur. Romans janrı həmçinin G.Abdullazadənin V.Əzizin sözlərinə bəstələnmiş «Sən olmasaydın» romansı ilə təmsil olunmuşdu və müəllifin incə duyumundan xəbər verirdi. G.Abdullazadə bu əsərdə şairin yaratdığı obrazı səciyyələndirməkdə yüksək peşəkarlıq nümayiş etdirmişdir. Bilavasitə sözlə musiqinin vəhdəti yaranmış və nəticədə müəllif obrazın daxili dünyasını acmağa müvəffəq olmuşdur.

       Qalan əsərlər instrumental duetlər idi. Bu əsərlər müəlliflərin kamera musiqisinin ən müxtəlif üslubda və tərzdə şərh etmək bacarığını nümayiş etdirdi. Lakin solo və duet formalarından başqa yaradıcılığın bu sahəsi öz arsenalında digər daha iri ansambl strukturlarına da malikdir. Yaxşı olardı ki, gələn baxışda bəstəkarların trio, kvartet, kvintetləri də göstərilsin. Bu isə öz növbəsində dinləyicilərin kamera musiqisi sahəsində təsəvvürlərini genişləndirmiş olar. Sirr deyil ki, bu cür əsərlər bəstəkarların yaradıcılıq çantasında az deyil. Təəssüf ki, yeni musiqinin təbliği məsələsi çox vaxt ifaçılıq problemi ilə rastlaşır. Bizdə daim işləyən kamera ansambllarının olmaması kamera konsertlərinin repertuarını çox kasadlaşdırır. Buna görə də xüsusən gənc bəstəkarların lazımi tərkiblərin axtarış entuziazmı əksər vaxtda uğursuzluğa düçar olur. Məhz buna görə indiki konsertdə Vasif və Ceyhun Allahverdiyevlərin kvartetləri, Xədicə Zeynalova və Lalə Quliyevanın sekstetləri və digər yeni əsərlər ifa olunmadı. H albuki onlar kamera musiqisi bölməsinin müsbət rə’yini almış və konsert üçün seçilmişdi.

       Bikə Axundova (BMA-nın II kurs tələbəsi): 22 iyun 2002-ci il tarixi mənim həyatımda çox önəmli bir yer tutur. Çünki, mən ilk dəfə olaraq Bəstəkarlar Ittifaqının təşkil etdiyi tədbirdə çıxış edirdim. Elə ilk anlarda konsertin keçiriləcəyi zala ayaq basarkən qapının girəcəyində gördüyüm afişa qəlbimi riqqətə gətirdi. Çünki bu afişada mənim adım şəxsiyyətlərinə pərəstiş etdiyim görkəmli bəstəkarlarımızın adları ilə yanaşı çəkilmişdi. Bu günə qədər şəhərimizin bir sıra konsert salonlarında, o cümlədən Sankt-Peterburqda keçirilən «Gənc pianoçu-bəstəkarların I Beynəlxalq müsabiqəsi»nin qalibi kimi Sankt-Peterburq Filarmoniyasının M.I.Qlinka adına zalında çıxış etməyimə baxmayaraq bu konsert mənim üçün böyük bir sınaq idi. Çünki ilk dəfə olaraq Bəstəkarlar Ittifaqının üzvləri qarşısında Bakı Musiqi Akademiyasının tələbəsi kimi əsərlərimi təqdim edirdim. Konsertdən sonra, Vasif Adıgözəlov, Azər Rzayev, Ramiz Zöhrabov, Azər Dadaşov kimi şəxsiyyətlərin mənim haqqımda söylədikləri xoş sözlər mənə böyük ruh yüksəkliyi aşıladi və zənnimcə, bütün bunlar gələcək işlərimdə öz əksini tapacaq. Bu uğuruma görə ilk növbədə müəllimim Arif Məlikova borcluyam. Arzu edirəm ki, gələcəkdə belə tədbirlərdə biz gənclərə həmişə yer ayrılsın.

       Ramiz Zöhrabov (Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə hey’ətinin katibi, sənətşünaslıq doktoru, professor): - Azərbaycan bəstəkarlarının yeni kamera əsərlərindən ibarət konsertdə istər yaşlı, istər orta, istərsə də gənc nəslin nümayəndələri iştirak edirdi. Bu da çox önəmlidir.

       Onu da qeyd edim ki, konsert üçün repertuarın seçilməsində Bəstəkarlar Ittifaqının “Kamera musiqisi” bölməsi yaxından iştirak etdi. Buna görə də başda görkəmli bəstəkar Azər Rzayev olmaqla bölmənin üzvlərinə minnətdarlığımızı bildiririk. Seçilmiş yeni əsərlərin səviyyəsi də yüksək idi. Bu keyfiyyət onu göstərir ki, bizim bəstəkarlar başqa janrlarda olduğu kimi, kamera-instrumental, kamera-vokal musiqisi sahəsində əzmlə çalışır, yeni-yeni əsərlərilə həm ifaçılıq repertuarını, həm də tədris proqramını zənginləşdirirlər.

       Konsertdə iştirak edən ifaçıların da ağır zəhmətini qeyd etmək istərdim. Onlar bu yeni əsərlərin üzərində xeyli əmək sərf etmiş, nəticədə əsərlər lazımi səviyyədə səsləndirilmişdir.

       Məncə, kamera musiqisindən ibarət yeni əsərlərin ifasının ən’ənəvi olaraq ildə heç olmazsa iki dəfə keçirilməsi məqsədəuyğundur.

       Hamınızı təbrik edir, yaradıcılığınızda yeni uğurlar diləyirəm.

       Materialı hazırladı:
       Lalə HÜSEYNOVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page