ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
AZƏRBAYCAN BƏSTƏKARLARININ YENI KAMERA MUSIQISI
.
YENI MƏLUMAT KITABÇASI IŞIQ ÜZÜ CÖRDÜ
Fərəh ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ LƏNKƏRAN TƏŞKILATINDAN YAZIRLAR...
Yaqut HƏSƏNOVA
|
|
Müasir dövrümüzdə ən geniş çeşidli və xarakterli çap məhsulları arasında informasiya daşıyıcıları – mə’lumat kitabçaları, ensiklopedik nəşrlər və s. xüsusi yer tutur. Informasiyanın ən lazımlı əmtəəyə çevrildiyi, dünyanın sürətli inteqrasiyası və qloballaşması şəraitində bu tipli nəşrlərə cəmiyyətdə böyük ehtiyac duyulur. Məhz buna görə Azərbaycan Bəstəkarlar Ittifaqının mə’lumat kitabçasının nəşr edilib musiqisevərlərə, mütəxəssislərə təqdim edilməsi yüksək qiymətləndirilməlidir.
Mə’lumat kitabçası Azərbaycan bəstəkarları və musiqişünaslarının 1990-2001-ci illərdə yaradıcılığı haqda tam informasiya verir. Qeyd edək ki, bu cür kitabçalar artıq XX əsrin 50-ci illərindən başlayaraq çap olunurdu. Təqdim olunan növbəti nəşr Azərbaycanın müstəqillik dövrünü əhatə etdiyi üçün iki aspektdən böyük maraq doğurur. Müstəqillik, yeni milli ideologiya ölkəmizin yeni beynəlxalq siyasi, iqtisadi və mədəni şəraitdə mövcudluğu bəstəkar yaradıcılığına, musiqişünasların elmi-publisistik maraq dairəsinə yeni mövzular, problemlər gətirmişdir. Dövrün ən aktual milli-problemləri – milli-azadlıq hərəkatı, Qarabağ müharibəsi, milli ən’ənələrə yeni münasibət, yeni ictimai status, genişlənən beynəlxalq əlaqələr bəstəkar yaradıcılığına da böyük tə’sir göstərmiş və nəticə e’tibarilə yeni-yeni əsərlərin yazılmasına təkan vermişdir. Mə’lumat kitabçası həm ayrı-ayrı bəstəkarların yaradıcılıq məhsuldarlığını, fəallı
ğını, həm də ümumi dinamikanı, meylləri informasiya mənbəyi kimi əks etdirir. Eyni zamanda, obyektiv və subyektiv səbəblərdən yazılan əsərlərin bir qisminin çapı və ifası sahəsində çətinliklər olduğu üçün bu əsərlər haqda mə’lumat mənbəyi kimi məhz mə’lumat kitabçası çıxış edir.
Mə’lumat kitabçasının ötən nəşrlərlə müqayisədə daha bir yeniliyi də diqqəti cəlb edir. Respublikamızin artıq 4 bölgəsində – Naxçıvan MR-da, Gəncə, Şuşa və Lənkəran şəhərlərində fəaliyyət göstərən Azərbaycan Bəstəkarlar Ittifaqının bölgə təşkilatlarının da üzvləri haqda mə’lumat buraya daxil edilmişdir. Kitabçada Bəstəkarlar Ittifaqının hər bir üzvü haqda qısa, həm də müfəssəl mə’lumatın da verilməsi təqdirəlayiqdir. Azad, demokratik cəmiyyətin yaratdığı şərait bir çox sənətkarların xarici ölkələrdə yaşamasına, yaratmasına imkan vermışdır. Onlarla şəxsi ünsiyyət əlaqəsi itsə də, Bəstəkarlar Ittifaqının dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən üvzlərinin də yaradıcılığı haqda mə’lumatların kitabçaya salınması çox önəmlidır.
Adı çəkilən mə’lumat kitabçasının tərtibçiləri və ərsəyə gətirənləri – Azərbaycan Bəstəkarlar Ittifaqı aparatının işçilərinin əməyini xüsusi qeyd etmək istərdik. Bəstəkarlar Ittifaqının 173 üzvü ilə şəxsən əlaqə saxlamaq, əsərləri düzgün pasportlaşdırmaq, toplanmış çox geniş informasiyanı sistemləşdirmək və yoxlamaq kimi olduqca çətin, müəyyən mə’nada «cansıxıcı» işin öhdəsindən müvəffəqiyyətlə gələn tərtibçilər hər bir musiqisevərin, mütəxəssisin stolüstü kitabına çevriləcək nəşr hazırlamışlar.
Zənnimcə, mə’lumat kitabçasının elektron versiyasının da hazırlanması məqsədəuyğun olardı. Internet vasitəsilə bütün dünyada Azərbaycan musiqisinin müasir durumu, Bəstəkarlar Ittifaqının işi ilə maraqlananlar üçün də bu kitabça mö’təbər informasiya qaynağıdır.
|