ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
AZƏRBAYCANIN ILK
QADIN BƏSTƏKARI

Fəttah XALIQZADƏ
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
FIKRƏT ƏMIROV –
AZƏRBAYCAN MUSIQISININ KORIFEYI

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
AZƏRBAYCANIN ILK
QADIN BƏSTƏKARI

Fəttah XALIQZADƏ
BÖYÜK BƏSTƏKAR, ƏSL VƏTƏNDAŞ
Lalə HÜSEYNOVA
RAUF HACIYEV – 80
ONUN MUSIQISI HƏMIŞƏYAŞARDIR

Ramiz ZÖHRABOV
BƏZƏN BIR ÜMID, BƏZƏN GÖZ YAŞI…
(Emin Sabitoğlu yarıdıcılığı
və şəxsiyyəti haqqında lirik d&uum

Zümrüd DADAŞZADƏ

 


       
Bu il respublikamızın musiqi ictimaiyyəti Azərbaycanın əməkdar incəsənət xadimi unudulmaz bəstəkar və ictimai xadim Ağabacı Rzayevanın 90 illik yubileyini qeyd edir. Bəstəkar öz yaradıcılığında musiqinin bir sıra janrlarına müraciət etsə də, (Variasiyalar, Sonatina, musiqili səhnə əsərləri, müxtəlif alətlər üçün pyeslər, xalq çalğı alətləri orkestri üçün əsərlər), o, ilk növbədə çoxlu sayda mahnı və romans nümunələrinin müəllifi kimi tanınmışdır. Qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən «Neftçi Qurban», qoyun sürülərini göy çəmənliklərə yayan çoban haqqında mahnı – «Çoban Qara», ata-anaların gözlərini sevincdən yaşardan «Evimizə gəlin gəlir», balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan «Kukla», şer gülüstanından seçilmiş gözəl nümunələri öz sehrli musiqisi ilə yoğurub yapmış saysız-hesabsız vokal əsərləri, mübaliğəsiz demək olar ki, milli mədəniyyətimizə möhkəm d axil olmuşdur. Azərbaycanın ilk qadın bəstəkarı kimi yüksək bir adı daşımaq şərəfi də A. Rzayevaya nəsib olmuşdur. Bu mənada qocaman Şərqin və hətta bütün dünyanın ən mədəni xalqları ona həsəd apara bilərlər.

       A. Rzayevanın çətin və əzab-əziyyətlərlə dolu olan bəstəkarlıq sənətinə gəlişi heç də təsadüfi olmamışdır. Zəmanəsi, yaşadığı mühit və təmasda olduğu böyük musiqiçilər bunun üçün əlverişli şərait yaratmışdır. O, 1912-ci ildə Bakıda musiqiyə dərin hörmət bəslənilən ziyalı ailəsində anadan olmuşdur. Atası Ismayıl Rzayev ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onları tarda çalmağı öz atası məşhur tarzən Mirzə Fərəcdən (1847-1927) öyrənmişdi. Bakıda tarın ilk ifaçısı (alət hələ 5 simli idi), gözəl muğamşünas və müəllim kimi tanınmış Mirzə Fərəcin ilk və ən istəkli nəvəsi Ağabacıya musiqi istedadı irsən keçmiş, o, bacı-qardaşları kimi, ilk musiqi təəssüratlarını çal-çağırlı ev şəraitində almış, qulaqları lap uşaqlıqdan muğamın sehrli sədaları ilə dolmuşdur. Ikincisi, ən başlıcası isə o, dahi bəstəkar, fövqəladə nurani şəxsiyyət Üzeyir bəyin dərsləri və musiqi əsərləri sayəsində özü də yavaş-yavaş yaradıcılıq həvəsinə düşmüşdü. Lakin bu hələ sonralar baş verəcəkdi.

       Ailəsinin ilk sevinci, «tünd xasiyyətli» patriarxal mühitdə çadranı atmış ilk qızlarımızdan, sonra da ilk müəllimələrdən biri kimi o, həmçinin milli bəstəkarlıq sənətimizin də ilk qadın nümayəndəsi olacaqdı. Lakin bu və başqa birinciliklər qətiyyən asan başa gəlmirdi. Onun həyat və yaradıcılıq yolu daşlı-kəsəkli olmuş, bədxahların haqsız tənqidi, böhtan və maneələri onu ömrü boyu izləmiş, zərif qadın qəlbini sarsıtmışdır. Dünya görmüş babası bütün bunları qabaqcadan duyurmuş kimi nəvəsinin bəstəkarlıq qədər əzab-əziyyətli «kişi» sənətinə gəlməsini və heç tar çalmağını da arzulamazdı.

       Ağabacı babasının vəfatından sonra əvvəlcə Pedaqoji texnikumu bitirib (1929), bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada yerli radio qovşağı yaradılarkən gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilərdi. Onu da qeyd etmək lazımdır ki, A. Rzayeva musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirmişdi.

       1934-cü ildə əvvəlcə konservatoriyanın nəzdində xalq musiqisi şöbəsi təşkil olunarkən Üzeyir bəy Ağabacı ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb, adəti üzrə bığlarını tumarlaya-tumarlaya deyir: «Qoçaq qızlarsız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər»1.

       Beləliklə, bacılar şöbənin ilk qız tələbələri olurlar.
       Ağabacı not çalğısı üzrə ali təhsilli ilk tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə isə babasının tələbələrindən biri Mirzə Mənsur Mənsurovdan dərs alır. Musiqi – nəzəri fənlərdən isə ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər. Bir il sonra o, başqa rəfiqələri ilə birlikdə Ü.Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir.

       Peşəkar musiqi təhsili və zəngin ifaçılıq təcrübəsi tələbələrin istedadını rəndələyir, onun inkişafına düzgün istiqamət verir. Tədricən Ağabacının qəlbində musiqi bəstələmək istəyi baş qaldırır və o özünün ilk əsəri olan «Gənc vətənpərvərlər marşını» yoldaşları ilə məşq etsə də, əsəri Ü.Hacıbəyova göstərməyə heç cür cürət etmir.

       Lakin bunu əziz müəllimdən heç gizlətməkmi olardı. Dahi bəstəkar öz tələbəsinin marş əsərini dinləyib çox məmnun olur və uzaqgörənliklə deyir: «Sən sübut etdin ki, qadın da bəstəkar ola bilər»(1). Bu sözlər gənc musiqiçini daha böyük həvəslə işləməyə ruhlandırır və o, Ü.Hacıbəyovun bəstəkarlıq dərslərinə də davam etməyə başlayır. Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəlirlər.

       Ağabacı Rzayevanın özünəməxsus dəst-xətti sənətdə atdığı ilk addımlardan müəyyənləşir. Xalq musiqisinə yaxınlıq, ifadəli melodik üslub, daxili hisslər aləmini səslər vasitəsilə dinləyicilərə çatdırmaq və şerlərin ruhuna həssaslıqla yanaşmaq istəyi, şübhəsiz, Ü.Hacıbəyov sənətinin müsbət təsirinin nəticəsi idi.

       Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. Ilk qadın bəstəkarımızın müraciət etdiyi klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şer ustalarının təkcə adlarını sadalasaq, onun vokal yaradıcılığının mövzu və janr etibarı ilə nə qədər rəngarəng olduğunu görə bilərik. Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu və b.

       Bəstəkarın mahnı və romanslarında müasir şerimiz o qədər geniş təmsil olunmuşdur ki, həmin əsərlər vasitəsilə poeziyamızın müxtəlif simaları, əsas təmayülləri və ümumi inkişafı barədə müəyyən təsəvvür əldə etmək olar. N.Rəfibəyli, I.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və başqalarının şerləri onun bəstəkar qəlbini ilhamlandırmışdı. Bundan başqa, bəzən Ağabacı Rzayeva özü də şairliyə meyl etmiş, bəzi mahnıları öz sözlərinə bəstələmişdir – «Durna qatarlı qızlar».

       Bəstəkarın vokal yaradıcılığında müxtəlif səpkili romanslar (o cümlədən, qəzəl-romans janrı), vətənpərvərlik və sülh, əmək və məhəbbət mövzuları, eləcə də uşaq həyatının müxtəlif səhnələrini canlandıran mahnılar çoxsaylı nümunələrlə təmsil olunmuşdur.

       Əziz müəllimi, ölməz Ü.Hacıbəyov sənətinin güclü təsiri ilə A.Rzayeva Azərbaycan şairlərinin qəzəllərinə bir sıra musiqi yazmışdır – «Könlüm» (Nizami), «Afəti cansan» (Füzuli), «Zülfi pərişan olmasın» (Sabir), 70-ci illərdə isə Nəsiminin 600 illik yubileyi münasibətilə dahi şairin sözlərinə eyni qəbildən olan silsilə əsərlər yaranır («Gəl, nigarım», «Bahar oldu», «Gül açıldı»). Bu barədə müəllif deyirdi: «Məni Nəsimi şerinə musiqi bəstələməyə vadar edən şairin incə lirikası, misralarındakı ahəngdar bağlılıq, bir də sərpa soyularkən ağlamayan mərdanəliyidir».

       A.Rzayeva başqa həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə «Sənin xatirən» adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.

       Böyük Vətən müharibəsi illərində sənətkarın rübabı susmamış, xalqımızın qəhrəmanlıq şücaətini və vətənpərvərlik hisslərini tərənnüm etmişdir; «Vətən», «Partizan oğlu», «Qəhrəman ananın qəhrəman oğlu», «Sevgilim əsgər gedir», «Gözləyəcəyəm, sevgilim» doğma Vətənə dərin məhəbbət hissləri ilə aşılanmışdır. Dinc quruculuq illərində yaranan əmək mahnılarından isə «Neftçi Qurban», «Çoban Qara», «Neftçilər mahnısı», «Muğan qızı» tez bir zamanda geniş şöhrət qazanır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page