ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
AZƏRBAYCANIN ILK
QADIN BƏSTƏKARI

Fəttah XALIQZADƏ
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
FIKRƏT ƏMIROV –
AZƏRBAYCAN MUSIQISININ KORIFEYI

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
AZƏRBAYCANIN ILK
QADIN BƏSTƏKARI

Fəttah XALIQZADƏ
BÖYÜK BƏSTƏKAR, ƏSL VƏTƏNDAŞ
Lalə HÜSEYNOVA
RAUF HACIYEV – 80
ONUN MUSIQISI HƏMIŞƏYAŞARDIR

Ramiz ZÖHRABOV
BƏZƏN BIR ÜMID, BƏZƏN GÖZ YAŞI…
(Emin Sabitoğlu yarıdıcılığı
və şəxsiyyəti haqqında lirik d&uum

Zümrüd DADAŞZADƏ

 


       Maraqlıdır ki, Azərbaycan bəstəkarı rus poeziyasının əlçatmaz zirvəsində möhkəm dayanan A.Puşkin və M.Lermontovdan edilmiş tərcümələrdən də ilham almış, Balakirev və Raxmaninov kimi «Oxuma, gözəl» şerinə müraciət etmişdir. Romans böyük müğənni Bülbülün təfsirində geniş dinləyici rəğbəti qazanmışdır.

       
A.Rzayeva öz yaradıcılığının janr diapazonunu genişləndirməyə də can atmışdır. Bu mənada onun musiqili səhnə əsərlərini («Günəş eşqi», «Höcət eləmə»), variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyesləri, xalq çalğı alətləri üçün «Şənlik» süitasını da qeyd etmək olar. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır. Bunun da maraqlı tarixçəsi vardır.

       Məlum olduğu kimi, «Sənsiz» və «Sevgili canan» klavır şəklində (yəni fortepiano ilə müşayiət olunmaq üçün) bəstələnmişdir. A.Rzayeva bu məşhur qəzəl-romansları Üzeyir bəyin təkidi ilə orkestr üçün işləyir, lakin vokal partiyasını səsdən başqa həm də mülayim tembrli klarnet alətinə həvalə edir. Beləliklə də, bu gözəl alət o vaxtdan orkestrdə öz yerini tutur.

       A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz – Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.Ismayılova, L.Imanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini xor üçün bəstələmişdi («Çiçəklənən yurdum», «Azərbaycan», «Bəxtiyar ellər», «Dilbərim»). Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət etmiş, məsələn, «Ey pəri» və «Evimizə gəlin gəlir» kimi məşhur mahnılarına bənzərsiz möhür vurmuşdur. Elə bir azərbaycanlı tapmaq olarmı ki, Vaqifin ifasında bu mahnıları, xüsusilə də, ikincisini dinləyərkən qəlbi ehtizaza gəlməsin? Elə bu özü xalqdan aldığını xalqa qaytaran Ağabacı sənətini çox gözəl səciyyələndirir.

       Bəstəkarın yaradıcılığından danışarkən onun dillər əzbəri olmuş bir çox uşaq mahnılarını da mütləq qeyd etmək lazımdır. Həssas qəlbli bir qadın kimi, A.Rzayeva müxtəlif yaşlı uşaqların psixologiyasını çox gözəl tuta bilmiş, mahnılarının böyük bir qismini (60-dan artıq) bizim gələcəyimiz olan yeni nəsil nümayəndələrinə – bağça və məktəb uşaqlarına, gənc və yeniyetmələrə həsr etmişdir. «Kukla», «Qaranquş», «Ağ göyərçinim», «Sabahın ustaları», «Balaca kapitan», «Qərənfiləm mən» və s. və i.a. Uşaqlıq illərimizin sevimli nəğmələri olmuş bu və başqa nümunələr özünün böyük estetik-tərbiyəvi əhəmiyyətini indi də qoruyub saxlamaqdadır. Çox təəssüf ki, bəzi mahnılar bu gün lazımi dərəcədə təbliğ oulnmur.

       ...Hələ 50 il bundan qabaq A.Rzayevanın qanadlı mahnıları ilə birlikdə şer aləmində yeni bir ad tanınmağa başlayır: tez bir zamanda məşhurlaşmış «Kukla» mahnısının həmmüəllifi Cahangir Məmmədov. Bəstəkar bir çox mahnılarını, o cümlədən 30-a qədər uşaq mahnısını onun ürəyə yatan sözlərinə yazmış («Mişar», «Şarım uçdu havaya», «Anamın bayramı», «Bala ceyran», «Buzovum» və s.) və Bədii şuralarda həmişə istedadlı qələm sahibinin tərəfini saxlamışdır.

       A.Rzayeva gəncliyindən başlayaraq ömrünün sonuna kimi ictimai işlərdə də fəal iştirak etmişdir. O, dəfələrlə Bakı Sovetinə və Ali Sovetə deputat seçilmiş, öz xalqı qarşısında vəzifə borcunu canla-başla yerinə yetirmiş, rayon mədəniyyət evləri ilə sıx əlaqə saxlayaraq gənc istedadların üzə çıxmasına böyük yardım göstərmişdir. Bəstəkar, Dünya sülh tərəfdarlarının Moskva konfransına dəvət olunmuş, bu mühüm və aktual mövzuya qarşı öz münasibətini yaradıcılığında da ifadə etmişdir. A.Rzayeva Azərbaycan Bəstəkarlar Ittifaqının xalq yaradıcılığı şöbəsinin xətti ilə tez-tez müxtəlif rayonlara ezam olunar, xalq istedadlarının üzə çıxarılmasına diqqət və qayğı göstərərdi. Məsələn, bəstəkar Salyanda olarkən, tar çalıb gözəl səslə oxuyan o zaman Aşıq Qulu adı ilə tanınan bir gəncin şirin nəğmələrini eşidir və ona məsləhət görür ki, Bakıya gəlib peşəkar musiqi təhsili alsın. Tezliklə, bütün xalqın sevimlisinə çevrilən həmin gənc unudulmaz xanəndəmiz Qulu Əsgərov idi. Əlbəttə, A.Rzayevanın xeyirxahlığını və insanpər vərliyini göstərən çoxlu misal çəkmək olar.

       Respublikamızın əməkdar incəsənət xadimi kimi yüksək fəxri ada layiq görülmüş bəstəkar Ağabacı Rzayeva «Qırmızı Əmək Bayrağı» və «Şərəf nişanı» ordenləri ilə təltif olunmuşdur.

       Hər bir sahədə birinci olmaq nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli sayılır. Vaxtikən ilk qadın bəstəkarımızın göstərdiyi misli görünməmiş bu hünəri bütün Sovetlər Birliyində əks-səda doğurmuş, Moskva və Ukraynanın mətbuat orqanları, hətta ingilis dilində çıxan «Moskove news» qəzeti bu hadisəyə böyük maraq göstərmişdir. Indi xarici tədqiqatlar hətta bütün Şərq aləmində ilk qadın bəstəkar olmaq şərəfini Azərbaycan sənətkarı Ağabacı Rzayevaya şamil edir.

       Iftixar hissi ilə qeyd etmək lazımdır ki, bu gün ən müasir üslublarda yazıb-yaradan, əsərlərinin sorağı uzaq ölkələrdən gələn gənc qadın bəstəkarlarımız üçün hələ ötən əsrin I yarısında gözəl örnəklər olmuşdur. Həmin tarixi inkişaf yolunun başında isə 90 yaşı bu il tamam olan xalqın sevimli sənətkarı Ağabacı Rzayeva gəlir.



____________
       1.Məqalədəki bütün sitatlar bəstəkarın bacısı Ruqiyyə Rzayevanın xatirələrindən alınmışdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page