ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
FIKRƏT ƏMIROV – AZƏRBAYCAN MUSIQISININ KORIFEYI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
AZƏRBAYCANIN ILK QADIN BƏSTƏKARI
Fəttah XALIQZADƏ
BÖYÜK BƏSTƏKAR, ƏSL VƏTƏNDAŞ
Lalə HÜSEYNOVA
RAUF HACIYEV – 80 ONUN MUSIQISI HƏMIŞƏYAŞARDIR
Ramiz ZÖHRABOV
BƏZƏN BIR ÜMID, BƏZƏN GÖZ YAŞI… (Emin Sabitoğlu yarıdıcılığı və şəxsiyyəti haqqında lirik d&uum
Zümrüd DADAŞZADƏ
|
|
1982-ci ildə Moskva operetta teatrında «Yolayrıcında» operettası öz səhnə təcəssümünü tapdı. Rejissorlar – Y.Petrov, F.Hacıyev, Z.Hacıyeva, dirijor – E. Abusəlimov, rəssam – F.Qafarov idi.
Operetta janrının başlıca xüsusiyyətlərini dərindən bilən R.Hacıyev «Yolayrıcında» əsərini də yüksək zövqlə yazmışdır. Bu operettanın musiqisi demək olar ki, Qafqaz xalqlarının milli musiqi folkloruna əsaslanır.
R.Hacıyevin axırınçı operettası Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş «Ordan-burdan» əsəridir. Xüsusi olaraq Azərbaycan televiziyası və radio verilişləri şirkətinin sifarişi ilə yazılmış və televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə oldu.
Operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınamışdır. 60-cı illərdə o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür – «Ləzgihəngi» və «Yallı»nı bəstələyir. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də ritmik məziyyətləri qabarıqlıqla acıb göstərə bilmişdir.
1969-cu ildə «Ləzgihəngi» (quruluşçu-baletmeysterlər – R.Axundova və M.Məmmədovdur) Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksenburq və Monakoda göstərilmiş və tamaşaçıların rəğbətini qazanmışdır. Bu zaman Fransada VII Beynəlxalq rəqs festivalı keçirilirdir. Və bu əsər Azərbaycan Dövlət opera və balet teatrının balet truppasının proqramına salınmışdı.
1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.
Əlcəzairdə işlərkən R.Hacıyev eyni zamanda bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir.
Onu da deyək ki, Əlcəzairdə ilk dram teatrı acıldıqdan sonra orada Milli musiqi teatrı da fəaliyyət göstərirdi. Həmin teatrın nəzdində balet truppası və milli xalq rəqsləri ansamblı da var idi. Bu milli teatr kollektivi üçün ilk baleti R.Hacıyev özü yazır. «Üç inqilab» adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnmişdir.
Bu baleti Əlcəzair tamaşaçıları böyük rəğbətlə qarşıladılar. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xaqlının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır.
Ilk baletin uğurlarından ruhlanan R.Hacıyev bir ildən sonra ikinçi baletini tamamlayır. «Alov» adlanan bu balet də inqilabi mövzuda yazılmışdır. Baletdə Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsindən söz açılır. Bu əsər Əlcəzair inqilabının tarixinə həsr olunmuşdur. Tamaşanın özünəməxsus musiqisi də diqqəti çəlb edir. Müəllif baletdə xalq mahnılarından, inqilabi mahnılardan, milli himndən sitat şəklində istifadə etmişdir.
«Alov» baletini teatrın truppası Tunis, Mərakeş, Paris, Havanada göstərmişdir.
«Hürriyyət» bəstəkarın üçünçü baletidir. Əsər Əlcəzairin bu günündən, yeni həyat quruculuğundan bəhs edir.
R.Hacıyevin baletləri haqqında belə nəticəyə gəlmək olar ki, onların mövzusunu Əlcəzairin azadlıq uğrunda mübarizəsi, bu günkü yeni həyat quruculuğu təşkil edir. Bu səhnə əsərlərinin zəngin və şəffaf partituraları vasitəsilə bəstəkar yüksək dərəcədə sənətkarlığını və səriştəliyini göstərdi.
Müəllif özü bu haqda belə yazır: «Ən əvvəl mən musiqi folklorunun öyrənilməsinə başladım. Ölkə üzrə səyahət zamanı tanınmış müğənni və instrumental musiqiçilərlə görüşlər, xalq mahnılarının və nubaların öyrənilməsi və təhlili mənə bu materialı mənimsəməyə kömək etdi. Bu cür hazırlıq işindən sonra mən «Əlcəzair silsiləsi»ndən bir neçə əsər yazmağı qərarlaşdırdım. Bu silsiləyə skripka ilə orkestr üçün Konsert, fortepiano ilə müxtəlif musiqi alətləri üçün Pyeslər, orkestr və xor üçün 15 xalq mahnılarının işlənməsi, Əlcəzair süitası daxildir."
Yeri gəlmişkən onu da deyək ki, R.Hacıyev 60-cı illərdən başlayaraq ictimai işlərdə də fəal çalışmışdır. O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır.
Azərbaycan Bəstəkarlar Ittifaqının V qupultayında o, idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilmişdir.
Azərbaycan professional musiqisi görkəmli bəstəkarımız Rauf Hacıyevi səkkiz il əvvəl itirmişdir. Lakin o, dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, Azərbaycan nə qədər varsa Rauf Hacıyevin musiqisi, səhnə əsərləri daim yaşayacaqdır. Çünki, onun yaradıcılığı ölməzdir.
|