ÏÎÐÒÐÅÒËßÐ
MÜSLÜM MAQOMAYEV
– ESTRADA SƏHNƏSININ
SÖNMƏZ ULDUZUDUR

Gülnaz ABDULLAZADƏ
Search

ÏÎÐÒÐÅÒËßÐ
MÜSLÜM MAQOMAYEV
– ESTRADA SƏHNƏSININ
SÖNMƏZ ULDUZUDUR

Gülnaz ABDULLAZADƏ
ZEMFIRA SƏFƏROVANIN
XOŞBƏXTLIK FORMULU

Zümrüd DADAŞZADƏ
BAŞLIĞINI TAPMADIĞIM ÜRƏK SÖZLƏRI
Azad Ozan KƏRIMLI

 


       Məşhur opera müğənnisi Tamara Sinya- vskaya Müslümün həyatını daha mənalı və maraqlı etdi. Onlar bir-birinə olan məhəbbətlərini indiyədək saxlaya biliblər. Müslüm Maqomayevin Azərbay-canla yaradıcılıq münasibətləri özünü təkcə estrada-konsert fəaliyyətində göstərmirdi, o həm də 80-ci illərdə kinoda ölməz Nizami rolunda çəkilməyə təkliflər alır və onları qəbul edir. Dərin məzmunlu Nizami obrazını Müslüm Maqomayev böyük məharətlə oynayır. Onun ifasında Nizami canlı və inandırıcıdır. Babası Müslüm Maqomayevin yaratdığı tarixi Şah Ismayıl obrazını operada canlandırdığı kimi, nəvəsi bu dəfə öz ifasında Nizami obrazını kinofilmdə əbədiləşdirdi.

       Belə obrazların həyatını səhnədə yaşatmaq bir növ öz həyatına kənardan baxmaq deməkdir. Bu dəfə Müslüm Maqomayev qələmi əlinə alıb xatirələrini, düşüncələrini publisist kimi yazıya köçürür. Onun yazıları səmimiliyi ilə fərqlənirdi.

       Onun bir kitabı «Dahi Lansa» adlanır. Kitabı məşhur Italiyan mənşəli Amerika müğənnisi Mario Lansaya həsr etmiş Müslüm, ömrünün bütün çağlarında məşhur tenora qibtə edib. Sanki onun simasında özünü görüb. Mario Lansa da Müslüm kimi gah opera teatrında, gah estrada səhnəsində, gah da kinofilmlərdə çıxışlar etmişdir. Hələ Italiyada oxuyarkən o Mario Lansa haqqında olan fotoarxiv materiallarını, tarixi faktları, musiqi fonotekasını toplamağa başlamışdı və bu işi Amerikaya qastrol səfərlərinə gələrkən davam etdirirdi.

       «Mənim məhəbbətim melodiya» adlı kitab da həmin illərə təsadüf edir. Bu kitabda o özü barədə düşüncələrini, uşaqlıq dövründən başlayaraq da yetkin, hərtərəfli zəngin həyat yolu keçmiş bir insanın yaşadığı mühiti, onu əhatə edən adamları – dövlət başçılarından tutmuş adi insanlara qədər bir sıra şəxsiyyətlərin simasında təsvir edir. Baş vermiş hadisələr, görüşlər, dünya şöhrətini çiynində daşımaq məsuliyyəti və s. kimi maraqlı faktlarla yanaşı oxucunun gözləri qarşısında Müslümün bütün həyat və yaradıcılıq yolu gəlib keçir. Onun simasında biz gözəl insan, istedadlı şəxsiyyət və dünya şöhrətini qazanmış müğənnini, ən əsas isə – vətənpərvər insan, əsl azərbaycanlını görürük!

       Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda dünyaya göz açıb gənclik çağlarını Bakıda yaşayıb. Sonrakı həyat və yaradıcılıq fəaliyyəti Rusiya ilə bağlıdır. Təsadüfi deyil ki, öz xatirələrini bu sözlərlə başlayır: «Azərbaycan mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təsəvvür etmirəm». Bu sözləri onun həmvətənləri-nə isti, səmimi münasibətində özünü aydın büruzə verir – imkansızlara əl uzatmaq, istedadlılara yol açmaq və bununla yanaşı, çalışıb kölgədə qalmamaq və s. bu kimi keyfiyyətlər onun əsil-nəcabətindən xəbər verir. O, babası Müslüm Maqomayevin adının layiqli daşıyıcısıdır.

       Dövlət tərəfindən Müslüm Maqomayev yaradıcılıq fəaliyyətinə görə SSRI və Azərbaycanın ən yüksək ad və ordenlərinə layiq görülmüşdür. Qırmızı Əmək Bayrağı Ordeni (1971), Azərbaycan Respublikasının xalq artisti (1971), SSRI xalq artisti (1973), Xalqlar Dostluğu Ordeni (1980), «Şöhrət» ordeni (1997).

       Sonuncu «Istiqlal» ordeni Müslüm Maqomayevə sentyabrın 6-da Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən təqdim olundu. Təqdimat mərasimindəki çox gözəl və məzmunlu çıxışında prezident Heydər Əliyev Müslüm Maqo-mayevi öz xatirələrində canlandırdı və onun yaradıcılığına dərin mənalı təhlil verdi. Bu mərasimdə respublikanın qabaqcıl ziyalıları və sənət adamları iştirak edirdilər.

       Ertəsi axşam Respublika Sarayanda tanınmış müğənnilər və incəsənət xadimləri Müslüm Maqomayevin şərəfinə öz musiqi töhfələrini ifa etdilər.

       Bakı Musiqi Akademiyasında müğənninin 60 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçirildi. Bunların sırasında elmi-nəzəri konfrans böyük maraq oyatdı. Bu konfransda Akademiyanın professor-müəllim heyəti, görkəmli incəsənət xadimləri, bəstəkarlar, ifaçılar və müğənnilər iştirak etdilər. BMA-nın rektoru, professor Fərhad Şəmsi oğlu Bədəlbəyli öz çıxışında müğənni haqqında, qiymətli fikirlər söylədi. Bu fikirləri dəstəkləyən Azərbaycan Bəstəkarlar Ittifaqının I katibi, professor Vasif Adıgözəlov M.Maqomayev haqqında düşüncələri ilə bölüşdü. «Simli alətlər» kafedrasının müdiri, professor Azər Rzayev müğənni barədə xatirələrini konfrans iştirakçılarına çatdırdı.

       «Musiqi tarixi» kafedrasının professoru, sənətşünaslıq namizədi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Elmira Abbasova müğənninin ifaçılığının üslub xüsusiyyətləri barədə söhbət açdı. «Musiqi nəzəriyyəsi» kafedrasının professoru, sənətşünaslıq namizədi Imruz Əfən-diyeva, «Musiqi tarixi» kafedrasının dosenti, sənətşünaslıq namizədi Zümrüd Dadaşzadə öz elmi çıxışlarında müasir dövr və musiqi tələbatı problemləri ilə bağlı müğənninin rolu haqqında məruzələr etdilər.

       SSRI xalq artisti, «Solo oxuma» kafedrasının professoru Lütfiyar Imanov öz ifası ilə konfrans iştirakçılarını valeh etdi.        Bu tədbirlərin yekunu olaraq sentyabrın 9-da R.Mustafayev adına Incəsənət Muzeyində Müslüm Maqomayevə Bakı Musiqi Akademiyasının fəxri professoru adının verilməsi mərasimi keçirildi. Mərasimdə professor–müəllim heyəti, görkəmli incəsənət xadimləri və gənclər yubilyarı təntənəli surətdə, alqışlarla, gözəl çıxışlarla təbrik etdilər. Pianoçu M.Hüseynovun, müğənni Ə.Əsgərovun, pianoçu M.Adıgözəlzadənin və s. çıxışlarından sonra yubilyar Müslüm Maqomayevə və onun həyat yoldaşı Tamara Sinyavskayaya bayram şirniyyatı təqdim olundu.

       Əlamətdar tədbir qəlbimizdə silinməz izlər qoydu. Biz M.Maqomayevin gələcək yubileylərinin qeyd olunması arzusu ilə müğənni ilə vidalaşdıq.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page