ÏÎÐÒÐÅÒËßÐ
ZEMFIRA SƏFƏROVANIN
XOŞBƏXTLIK FORMULU

Zümrüd DADAŞZADƏ
Search

ÏÎÐÒÐÅÒËßÐ
MÜSLÜM MAQOMAYEV
– ESTRADA SƏHNƏSININ
SÖNMƏZ ULDUZUDUR

Gülnaz ABDULLAZADƏ
ZEMFIRA SƏFƏROVANIN
XOŞBƏXTLIK FORMULU

Zümrüd DADAŞZADƏ
BAŞLIĞINI TAPMADIĞIM ÜRƏK SÖZLƏRI
Azad Ozan KƏRIMLI

 


       Bu məqamda alimin özünə söz verək: «Hər hansı bir iri layihəni tamamladıqdan sonra öz-özümə deyirəm: bəsdir, son durğu işarəsini qoymaq vaxtı yetişib. Lakin işdən, elmi qayğılardan kənar sakit və rəvan həyat məni bezikdirir və mən əzmlə yeni tədqiqatlara girişirəm, planlar qurmağa başlayıram».

       Doğrudan da, Zemfira xanım doktorluq dissertasiyasını parlaq şəkildə mudafiə edib dayanmamış, işinə ara verməmiş, yeni layihələr üzərində çalışmışdır. «Azərbaycanın musiqi elmi» kitabının nəşrindən sonra alimin daha dörd kitabı işıq üzü görmüşdür. «Həmişəyaşar ənənələr» məqalələr toplusuna, habelə, «Ardı yaşanılır» xatirələr kitabına jurnal xüsusi məqalə həsr etmişdir. (Bax: Z.Dadaşzadə. Ənənələri yaşadan alim. Musiqi dünyası, 2000, ¹ 3-4).

       Öz ad gününü Zemfira xanım daha iki kitabla qarşılamışdır. Onlardan biri – «Bilik, xeyirxahlıq, əbədilik toxumalarını səpmək» - alimin müxtəlif illərdə respublika və Moskva mətbuatında rus dilində dərc etdirdiyi məqalələrdən ibarətdir. Geniş zaman diapazonunu əhatə edən bu kitab – «Dədə Qorqud»un sənət dünyasından Ü.Hacıbəyov və Q.Qarayevə kimi – rusdilli oxucuya Azərbaycan musiqi tarixinin ən önəmli hadisələri haqqında gözəl, elmi cəhətdən əsaslandırılmış məlumatlar verir. Mənə elə gəlir ki, bu gün Azərbaycan sənətini ölkəmizdən xaricdə tanıtdırmaq baxımından həmin kitabın əhəmiyyəti əvəzsizdir. Onu başqa xarici dillərə çevirib geniş yaymaq necə də yaxşı olardı.

       Topluya daxil olan məqalələr Zemfira xanımın tədqiqatlarının əsas problematikası ilə bağlı olduğu və, deməli, müxtəlif rəylərdə, o cümlədən, «Musiqi dünyası»nın müvafiq materiallarında ətraflı işıqlandırıldığı üçün mən onları burada bir daha dəyərləndirmək istəməzdim. Lakin Z.Səfərovanın tanınmış rus musiqişünası I.Rıjkinlə birgə yazdığı «30-cu illərdə sovet musiqisinin estetikası» məqaləsinin bəzi prinsipial məqamlarına oxucuların diqqətini yönəltməyi lazım bildim. Burada musiqi tarixinin ayrı-ayrı mərhələlərinə, cərəyanlarına, bəstəkarlarına dürüst elmi münasibətin müəyyənləşdirilməsi (20-30-cu illərdə - proletkultçuluq dövründə bu, çox vacib məsələ idi) zəruriyyətindən danışılır, ayrı-ayrı görüşlərin ifratçılığı kəskin tənqid olunur və ən əsası, musiqinin tədqiqiqndə avroposentrist mövqe, Qərb və Şərq mədəniyyətlərinin qərəzli şəkildə qarşı-qarşıya qoyulması - biri alidir, o biri ibtidai – qətiyyən pislənilir. Bu baxımdan aşağıdakı müşahidələr səciyyəvidir. Alimlər yazırlar ki, insanın getdikcə mürəkkəbləşən mənəvi dünyasını əks etdirmək istəyi Avropada «çoxplanlı və genişhəcmli melosa, polifonik, daha sonra polifonik-harmonik çoxsəsliliyə gətirib çıxardısa, Asiya və Afrika xalqlarının bir çoxunda bu, melosun intonasiya – ritm baxımından zənginləşməsi, onun qəliz differensiasiyası ilə nəticələndi. Musiqi – estetik terminologiyadan istifadə etsək, deyə bilərik ki, kompozisiya, ifadə vasitələri baxımından bütün fərqlərə baxmayaraq, hər iki halda musiqi yaradıcılığının obraz kompozisiyasının vahid tipi – musiqi obrazının əyani şəkildə hərtərəfli açılışı tipi mənimsənilmişdir».

       Məqalədə XX əsrdə Azərbaycanda bəstəkar yaradıcılığının sürətli inkişafı, Qərb və Şərq təfəkkür tipləri arasında heç bir keçilməz səddin olmaması fikrini inandırıcı şəkildə isbat etmiş Ü.Hacıbəyovun prinsipial qələbələri, onların bütün Şərq dünyası bəstəkarları üçün örnək olması məhz yuxarıdakı tezisləri əsaslandırmaq üçün əyani nümunə kimi istifadə olunur. Şübhəsiz, burada Z.Səfərovanın Ü.Hacıbəyovun musiqi-estetik konsepsiyası haqqında müfəssəl araşdırması məsələyə aydınlıq gətirir.

       Ikinci kitab – «Qara Qarayevi anarkən» toplusu (tərtibçi və redaktor Z.Səfərovadır) dahi bəstəkar və şəxsiyyətin sənət dünyasını, çoxcəhətli obrazını açıqlayır. Burada Qarayev xalq musiqisinin bilicisi (Ə.Isazadənin məqaləsi), alim, mütəfəkkir (Z.Səfərova), simfonist (N.Axundova), dram teatrı üçün musiqinin müəllifi (L.Kazımova) kimi təqdim olunur, Qarayevin vokal yaradıcılığında musiqi və mətnin qarşılıqlı əlaqəsi (Ü.Talıbzadə), «Çılğın qaskoniyalı» müziklinin üslub məxsusiliyi də (A.Əmrahova) araşdırılır. Nəfis tərtib edilmiş, fotoillüstrasiyalarla təchiz edilmiş bu kitabın həm rus, həm Azərbaycan dilində çapı onun yayımlanma imkanlarını artırır və, deməli, son nəticədə sənətkarın yaradıcılığının təbliği işinə xidmət edir.

       Zemfira xanımın daha bir keyfiyyətindən də heç cür vaz keçmək olmaz. O, çox vəfalı insandır: dostlarına, həmkarlarına, ən önəmlisi – elmə, işlədiyi ocağa qarşı. Belə ki, alim Milli Elmlər Akademiyasının Memarlıq və Incəsənət Institutunda nə az, nə çox – 40 ildir ki, çalışır. Burada o, şərəfli bir yol keçmişdir: aspirantdan sənətşünaslıq doktoru, professora kimi. 20 ildən artıq müddətdə Z.Səfərova «musiqi sənəti» şöbəsinə (hal-hazırda həmin şöbə «musiqinin tarixi və nəzəriyyəsi» adını daşıyır) rəhbərlik edir. Zemfira xanım öz iş yerinə nadir bir bağlılıq, sədaqət nümayiş etdirir. Ona görə ki, alim kimi məhz Akademiyada püxtələşib, kədər, sevinc anlarını, yaradıcılıq qələbələrini burada yaşayıbdır, ona görə ki, özünü fundamental araşdırmalardan kənarda- Elmlər Akademiyası isə məhz belə araşdırmalarla məşğul olur – təsəvvür etmir.

       Bu gün Z.Səfərovanın rəhbərlik etdiyi şöbənin əməkdaşları «Azərbaycanın musiqi tarixi» çoxcildliyi üzərində çalışırlar. «Öz tarixini hərtərəfli tədqiq etməyən xalq hörmətə layiq deyildir» - deyə Zemfira xanım qətiyyətlə söyləyir. Alimin fərdi planları da musiqişünaslığımızın önəmli problemləri ilə bağlıdır. O, musiqi irsimizin gələcək nəsillərə mümkün qədər bütöv və dəqiq şəkildə çatdırılmasından, Azərbaycanda nisbətən zəif inkişaf etmiş sahə – mənbəşünaslığa diqqətin artırılması, məşhur musiqişünas – alimlərin risalələrinin Azərbaycan dilində çap olunması labüdlüyündən həyəcanla danışır. Əgər bu işlər vaxtlı-vaxtında həyata keçirilsə idi, musiqi dəyərlərimizə, xalq musiqi nümunələrinə, Ü.Hacıbəyovun əsərlərinə göz dikənlərin sayı xeyli azalardı. Indi həmin nəhəng işləri reallaşdırmaq məqsədilə müasir poliqrafik bazaya malik nəşriyyatın yaradılması çox vacibdir.

       Öz söhbətlərində Zemfira xanım musiqişünas peşəsinin statusu, nüfuzu məsələsinə də dönə-dönə qayıdır. O, cəmiyyətdə musiqişünasa bu və ya digər konsertə dair resenziya yazan jurnalist kimi deyil, mühüm elmi məsələləri araşdıran, öz rə’yi ilə musiqi prosesini tənzimləyən şəxs kimi münasibətin formalaşmasını labüd hesab edir. Bu məqsədlə elmi tədqiqatların aktuallığına diqqəti artırmaq, tələm-tələsik yapılan dissertasiyaların qarşısına sədd çəkmək gərəkdir. «Lakin mən nikbin adamam. Moskvada, «Muzıkalnaya akademiya» jurnalında dərc olunan yüksək səviyyəli materiallar – onların müəllifləri əsasən gənc və orta nəslə mənsub musiqişünaslarımızdır - mənə gələcəyə ümidlə baxmaq imkanı verir» - deyə Zemfira xanım fikrini tamamlayır.

       Z.Səfərova gözəl, tələbkar və ciddi pedaqoqdur. O, bir çox gənc musiqişünası elmə cəlb etmiş, nəzarətdən qoymayaraq yaradıcılıq yolunda bələdçilik etmişdir. Özümü də fərəhlə Zemfira xanımın yetirmələri sırasına aid edirəm. Dəqiq bilirəm ki, onun daimi diqqəti, dəyərli məsləhətləri, qeyri-adi təlqinedici inadkarlığı olmasaydı nə mən, nə də başqa dissertantlar bəlkə də indiyədək öz tədqiqatlarını tamamlaya bilməzdilər.

       Bəzən elə olur ki, kimdənsə inciyirsən – haqsız söz, hərəkət, münasibət ürəyinə toxunur və başlayırsan gileylənməyə, şikayətlənməyə. Zemfira xanım səni səbrlə dinləyib bir qayda olaraq aşağıdakı məsləhəti verir: «Fikir vermə, xırda məsələlərə baş qoşma. Yaxşısı budur, get, işini gör. Adama həyatda ancaq iş qalır.»

       Doğrudan da, bu sadə məsləhətdə bir çox dərdlərin çarəsi gizlənib. Özü də Zemfira xanımın belə söyləməyə tam haqqı çatır, çünki dediyini həyatda dəfələrlə sınaqdan keçirib. O, əsas hədəfi müəyyənləşdirib, ikinci dərəcəli, xırda olanı təcrid etməyi bacarıb. Dolğun həyatla yaşayır bu gün Zemfira xanım. Evdən də işə həvəslə gedir, işdən də evə həvəslə qayıdır. Mücərrəd bir anlam – xoşbəxtliyi Nazim Hikmət belə başa düşür və onun bu formulunu tam mənasında məqaləmizin qəhrəmanına şamil etmək olar.

       Z. Səfərovanın son kitabının adı çox rəmzi məna daşıyır: Bilik, gözəllik, əbədilik toxumalarını səpmək… Əslinə qalsa alimin bütün yaratmaları elə həmin ali məqsədə xidmət edir: insanlara bilik, gözəllik aşılayır, onları əbədi mətləblər haqqında düşünməyə çağırır. Bu işdə Zemfira xanıma onun çoxsaylı həmkarları, dostları, tələbələri adından ancaq ilham, enerji və qüvvə diləmək istərdim.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page