ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ
BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI

Inara MƏHƏRRƏMOVA
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ
BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI

Inara MƏHƏRRƏMOVA
FIKRƏT ƏMIROVUN
«UŞAQ LÖVHƏLƏRI» PIANO SILSILƏSI

Lalə ƏLIYEVA
QEYRI – ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
C.HACIYEVIN
ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ
ƏNƏNƏLƏRI ASPEKTINDƏ

Fərəh TAHIROVA
TOFIQ QULIYEVIN
MAHNILARINDA POETIK MƏTNIN
VƏ MELODIYANIN ƏLAQƏLƏSI

Ceyran SABITOĞLU

 


       Muğamın yeni, o zamana qədər tanış olmayan orkestr səslənməsində təqdim edilməsi ideyası bəstəkara tarixi əhəmiyyətə malik bir məsələni - xalq musiqisinin bədii formalarını avropa musiqisi prinsipləri ilə üzvi surətdə qovuşdurulmasını həyata keçirməyə imkan verdi. Bu, folklor ənənələri əsasında yetişərək dünya miqyaslı əsərlər səviyyəsinə yüksələn milli simfonizmin yeni, müstəqil bir sahəsinin bünövrəsini qoymuş simfonik muğamların yaranmasına təkan verdi. Öz musiqi təfəkkürünü xalq musiqisinin janr və formalarından ayırmayan, bu formalarda öz ideyalarını, poetik duyğularını və hisslərini ifadə edən F.Əmirovun yaratdığı simfonik əsərlər Şərq simfonik musiqisinin inkişafında keçilməz yollardan birini açmışdır.

       F.Əmirovun muğamları şifahi ənənəli musiqinin bu janrının bəstəkar yaradıcılığında tətbiqi yollarında ən mühüm mərhələdir. F.Əmirov musiqi təfəkkürünün iki tipinin – milli muğam və avropa üslubunun yüksək bədii sintezinə nail olmuşdur. Bu sintezin nəticəsində muğam janrı ilə bağlı olan yeni üslub, yəni janr üslubu təsdiq olundu. Beləliklə, simfonik muğamlarda spesifik və ümumi üslub əlamətləri uyğunlaşmış və öz obrazlı-dramaturji konsepsiyasına malik yeni müstəqil janr yaranmışdır. Bu yeni janrın öz üslubu və öz konstruktiv cizgiləri mövcuddur.

       F.Əmirovun «Şur» və «Kürd-ovşarı» simfonik muğamları dilogiyadır, burada iki müstəqil əsər arasında müəyyən əlaqələr mövcuddur və onlar silsilə yaradır.

       Bu silsilədə «Şur» əsas, «Kürd-ovşarı» isə köməkçi funksiya daşıyır. Belə ki, «Kürd-ovşarı» başqa əsas muğamın da tərkib hissəsi ola bilər. Şurun lirik-dramatik obrazlarından fərqli olaraq «Kürd-ovşarı»da mahnı-rəqs xarakterli coşğun obrazlara daha çox diqqət verilir. F.Əmirov dilogiyida iki muğamın daha çox qovuşdurulmasına cəhd göstərir və bunun üçün muğamın ənənəvi üsullarından – məsələn, lad-tonal dayağına qayıdış, ilk ifadənin başlanğıc registrdə səslənməsi kimi üsullardan istifadə edir. Eyni zamanda bəstəkar simfonik muğamlara ümumavropa klassik musiqisinə xas olan materialın təşkili prinsiplərini daxil edir. Bunlar melodik əlaqələr, mövzuların ümumiliyi, lad əlaqələri, leyttembrlərdir. Belə ki, «Şur»da (giriş hissəsində) melodiyanın başlanğıc dönməsi xüsusi əhəmiyyət kəsb edir. «Şur»un kompozisiyasında bu dönmə leyttema rolunu oynayaraq, bütün dilogiyanı çərçivəyə alır. Maraqlıdır ki, bəstəkar mövzunu klarnetə tapşıraraq onun tembr səslənməsini də saxlayır.

       Xalq ifaçılıq praktikasında mövcud olan «Şur» muğamının bölmələri bunlardır: «Bərdaşt», «Mayə-Şur», «Şur-Şahnaz», «Şikəsteyi-fars», «Hicaz», «Sarənc».

       Muğam «Bərdaşt» ilə başlanır, bu, dinləyicini ladın emosional tonusuna daxil edir və sonra əsas «Mayə» bölməsi gəlir. Adı çəkilən bölmələr arasında xanəndə və müşayiətçi ansambl tərəfindən təsniflər ifa edilir və ya instrumental rənglər səslənir. F.Əmirovun muğamları milli musiqi üçün yeni olan simfonik səslənmədə adi simfonizmin qanunlarına tabedir, lakin bununla belə onlar ənənəvi muğam sənətinin prinsiplərini qoruyub saxlamışdır. Məlum olduğu kimi, xalq ifaçılığı təcrübəsində muğamların intonasiya-melodik quruluşu muğamın bölmələrində dayaq nöqtələrinin dəyişilməsi prinsipi ilə yaradılır. Lad dəyişilməsini əks etdirən bu prinsip muğamın bütün kompozisiyasının əsasını təşkil edir. Bu halda bir-biri ilə bağlı obrazların variant şəklində dəyişilərək açıqlanması özünü büruzə verir.

       F.Əmirovun əsərlərində muğam intonasiyaları qorunub saxlanılaraq, simfonizm qanunlarına tabe edilir. Bu, çox zəruridir. F.Əmirovun «Şur» simfonik muğamında «Mayə-Şur», «Şur», «Şur-Şahnaz» və «Bayatı» şöbələri saxlanılır. Bəstəkar «Bayatı» şöbəsinin intonasiya tərkibindən improvizasiya bölmələrindən sonra da istifadə edir («Iraq» bölməsi istisna olmaqla).

       F.Əmirov simfonik muğamın məzmununu gözə çarpacaq dərəcədə dərinləşdirir və zənginləşdirir. Ilkin mənbə ilə müqayisədə F.Əmirovun simfonik muğamı daha dramatik və möhtəşəm səslənir. Bundan əlavə F.Əmirov orijinal mövzu da bəstələyir ki, muğamın giriş bölməsi bu mövzu ilə başlanır. Ilk mənbənin (muğamın) səciyyəvi dönmələrindən yaranan bu kiçik mövzu üç hissəli formadadır. Yəni tipik homofon üslublu mövzuya çevrilmişdir, belə ki, əsas mövzunun geri qayıtması (III hissə) tamamlayıcı funksiya daşıyır və beləliklə girişi sonrakı materialdan ayırır.

       Silsilənin vahidliyinə xidmət edən iki intonasiya da qeyd olunmalıdır. Burada ilk, başlanğıc intonasiya və kadensiya dönməsinə daxil olan intonasiya böyük əhəmiyyət kəsb edir. Intonasiya bağlılığı sayəsində bəstəkar əsərdə tamlığa, bütövlüyə nail olur. Intonasiya bağlılığı özünü uzaq məsafədə də göstərir. «Mayə» bölməsi girişdəki kulminasiya nöqtəsindən başlanır.

       F.Əmirovun simfonik muğamlarındakı bir çox cəhətlər xalq muğamlarını xatırladır: belə ki, "Mayə"nin kulminasiyadan başlanması, instrumental prelyudiyadan sonra xanəndənin solo çıxışı və s. F.Əmirov bu ənənəyə riayət edərək dəqiq metrli orkestr tuttisindən sonra solo klarnet ifasında improvizasiyalı mövzunu səsləndirir. Beləliklə, «Şur»un əvvəlindən bəstəkar fakturanın iki kontrast qatını ön plana çəkir – homofon (metrik) və improvizasiyalı. Onların hər ikisi «Şur»un «Giriş» hissəsinin tamamlayıcı bölməsində cəmləşdirilir və ümumiləşdirilir.

       Beləliklə, xalq ifaçılığı təcrübəsində muğama xas olan cəhətləri F.Əmirov ənənəvi klassik üçhissəliklə uyğunlaşdırır. Əsasən qeyd etmək lazımdır ki, yaranmış simmetriya hissələrlə münasibətində özünü göstərir. Muğam materialının bu kimi istifadəsi, şübhəsiz, F.Əmirovun muğama olan novator münasibətindən irəli gəlir. Daha bir faktor mühüm əhəmiyyət kəsb edir: artıq «Şur»un «Mayə» bölməsində sonrakı mərhələ intonasiya, metrik, melodik cəhətdən hazırlanır, inkişafın digər bölməyə doğru istiqamətlənməsi əsas yer tutur (təsnif). Bütün bunlar, şübhəsiz, bəstəkarın simfonik təfəkkürünün təzahürüdür.

       Simfonik muğamın birinçi hissəsini «Təsnif» tamamlayır. «Təsnif»-mahnı-rəqs xarakterlidir. Bu fraqment özündən əvvəl və sonra gələn bölmələrlə kontrastdır. Xalq təcrübəsində olduğu kimi kuplet-nəqarət prinsipindən istifadə edərək F.Əmirov təsnifi iki hissəli quruluşda verir.

       Növbəti bölmə «Şur-Şahnaz»dır. Xalq ifaçılıq təcrübəsində olduğu kimi, bu, F.Əmirovun muğamında da ən iri bölmədir və üç hissəli quruluşa malikdir. Burada kənar hissələr improvizasiyalıdır, orta hissədə isə «Ay qadası» xalq mahnısı bəstəkar tərəfindən «Rəng» adı ilə səsləndirilmişdir.

       «Şur-Şahnaz»ın quruluşuna iki hissəli kodalı quruluş kimi baxmaq olar, lakin "rəng"ə qayıtma asan olmaq üçün açıq (si tonikalı) iki hissəli forma kimi şərh etmək olar. «Şur-Şahnaz» daxili modulyasiyalılığı ilə fərqlənir, yeni tonikaya əsaslanan lirik epizoddan əlavə burada – orijinal müəllif bölməsi də var ki, bu da lirik kodanı daha aydın nəzərə çatdırır. Bununla belə qeyd edək ki, bu lirik epizod intonasiya cəhətdən özündən əvvəl gələn bölmənin variasiyasıdır.

       «Bayatı» musiqinin ifadə tərzini başqa bir istiqamətə yönəldir. Obrazlar və intonasiya əsası dəyişilir. Musiqi dinləyicini lirikadan eposa aparır. Bayatının üç böyük bölməsində subdominanta sahəsinə yönəlmə özünü göstərir.

       «Iraq» bölməsində reçitativ deklamasiya başlanğicı diqqəti cəlb edir. Əvvəlki bölmənin lirikası "Iraq"da epik cəsur xarakterlə əvəz olunur. Burada registr ən yüksək həddinə çatan zaman "Rast" muğamının cizgiləri musiqi materialına daxil edilir.

       «Iraq» ilə «Bayatı» bölmələrinin arasında intonasiya əlaqəsi vardır. Bu əlaqə təsnif vasitəsilə həyata keçirilir. O, bütün muğamın reprizasını da lad cəhətdən hazırlayır. Bu reprizanın cizgilərinə hələ təsnifdən əvvəl də rast gəlirik. Sözsüz ki, bütün bunlar müəllifin simfonik təfəkkürünün genişliyini sübut edir.

       "Iraq"dan sonra «Simai-Şəms» bölməsi səslənir. Simfonik muğamda o, mayedən bir oktava yuxarı səslənir. «Simai-Şəmsi»n musiqisi dəqiq metro-ritmə əsaslanır. Müəllif «Maye-Şur»dan ikixanəli motiv götürür və onu ostinato şəklində bütün şöbə boyu saxlayır. Beləliklə xalq ifaçılığına xas olan zərb alətlərinin səslənməsini yaradaraq, həmçinin, ladın dayaq pilləsini qabarıq gəstərir. Bu ostinato motivi «Simai-Şəms»də əvvəl fon kimi səslənir və kulminasiya anında orkestrin tuttisində keçir.

       Beləliklə, «Simai-Şəm»sin əsasını «Zərbi-Muğam» mövzusunda zınqırovların və ksilofonların ifasında səslənən kanon təşkil edir. Bu kanon «Simai-Şəmsin» əvvəlində, orta hissəsində və tamamlayıcı hissəsində səslənir. Daha sonra o, "Kürd-Ovşarı»da səslənərək iki muğam arasında əlaqə yaradır.

       F.Əmirov polifonik üsullardan geniş istifadə edir. Buna misal olaraq, ayrı-ayrı alətlər qrupu və orkestr tuttisı arasındakı dialoq-səsləşməni göstərmək olar. Bu üsul ilə bəstəkar çox vaxt yeni bölmənin başlanğıcını qeyd edir.

       Simfonik muğamın kodası ğiriş hissədən götürülmüş mövzuya əsaslanaraq muğamı haşıyələndirir. Beləliklə, F.Əmirov kodada həm lad, həm də tematik cəhətdən sintez yaradır. Bütün bunlar əsərə bütövlük və bədii tamlıq gətirir. «Şur» simfonik muğamı – süitadır. Onun hissələri ayrı-ayrı, həcmcə daha kiçik şöbələrə bölünür. F.Əmirov simfonik muğamda metrik dəqiq şöbələrin funksiyalarını gözə çarpacaq dərəcədə artırır. Bu metrik cəhətdən dəqiq şöbələr (təsniflər, rənglər) özündə əsas dramaturji yükü daşıyır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page