Təsnif və rənglər ya şöbələri tamamlayır, ya da yeni şöbələrə keçid yaradır. Onlar musiqini məhz lad-intonasiya planında ümumiləşdirərək lad-intonasiya əlaqəsinə xidmət edir.
Lad dəyişkənliyi nəticəsində melodiya hər dəfə yeni tonikaya istinad edir. Beləliklə onlar yeni hissələr kimi təqdim edilir. Burada F.Əmirov tərəfindən muğamın simfonikləşdirilməsi özünü büruzə verir.
«Kürd-Ovşarı» muğamı zərbi muğamların musiqi materialına əsaslanır. Zərbi-muğamlar müşayiətdə səslənən metrik cəhətdən dəqiq musiqi ilə sərbəst improvizasiya üsulunu özündə uyğynlaşlıran əsərlərdir. «Kürd-Ovşarı»nın dörd bölməsindən – «Ovşarı», «Şahnaz», «Kürdi», «Mani» – üçü zərbi muğamdır, biri isə – «Şahnaz» muğam bölməsidir. Burada yalnız bir təsnif var. Giriş xalq mahnısına əsaslanan solo klarnetin müşayiəti ilə lirik melodiya ilə başlanır.
Klarnetin solosu girişi məhdudlaşdıraraq onu özünəməxsus üç hissəli formaya çevirir. Surdinalı trubaların və simli alətlərin dəqiq ritmik müşayiəti zərbi muğamın xarakterini qabarıq şəkildə göstərir.
«Ovşarı» şöbəsində refren orkestr tuttisi ilə ifa olunur. Burada qədim aşıq mahnısı olan «Ovşarı»dan dəraməd kimi istifadə edilmişdir. Bu dəramədə bəstəkar «Şur» mağımından «Simai-Şəms» şöbəsinin variantını da əlavə edir. Beləliklə, bir tərəfdən materialın təkrarı dilogiyanın iki hissəsi arasında müəyyən əlaqə yaradır, digər tərəfdən isə tanış mövzunun yeni şəkildə səslənməsi əsəri təbii ki, zənginləşdirir.
«Kürd-Ovşarı»da iki epizod var. Onlardan biri muğam epizodudur, onun melodiyası «Şur»dan götürülmüşdür. Ikincisi isə xalq instrumental mövzuları üzərində qurulumuşdur. Solo-klarnetddə keçir. Bu iki epizod «Ovşarı»da rondo formasını tamamlayırır.
«Ovşarı»dan sonra gələn «Təsnif» lirik xalq mahnısına əsaslanır. Təsnif dəqiq üç hissəli formaya malikdir.
«Şahnaz» şöbəsi xalq ifaqılıq təcrübəsində muğam kimi tanınır.
«Şahnaz»da yenə dinamik obrazlar verilir. Fortepiano daxil edilməsi yeni tembr səslənməsi yaradır. Dinamik şöbəyə lirik mövzu daxil edilir ki, burada yeni lad mərkəzi (kvinta yuxarı) özünü büruzə verir. «Şahnaz» şöbəsinin kulminasiyası «Şur» muğamının materialına əsaslanır (dilogiyanın 1-ci hissəsi, bir qədər yeniləşmiş şəkildə). Şöbə qoboyun improvizasiyası ilə tamamlanır.
«Kürdi» şöbəsi xalq toy melodiyasına əsaslanır. Tamamlayıcı şöbə olan «Mani» də refrenin işıqlı şən musiqisi öz əksini tapır. «Simai-Şəms»də yenidən təkrarlanan kanonda bəstəkar muğam-improvizasiyasını əlavə melodik xəttlə zənginləşdirir.
Koda-repriza bütün dilogiyanın obrazlı məzmununu və inkişafını zənginləşdirir.
Yeni ifadə vasitələrinin daimi axtarışı, xalq sənətinin müxtəlif sahələrinin sintezləşdirilməsi, eyni zamanda onların klassika ilə qovuşdurulması, yeni tembr koloriti axtarışları bəstəkarı «Gülüstan Bayatı-Şiraz» simfonik muğamının yaranmasına gətirib çıxarır. Burada o, öz rəngarəng palitrasında orkestr və vokalın səslənməsini birləşdirir, əlaqələndirir.
Beləliklə, əvvəlki simfonik muğamlarda olduğu kimi yeni əsərdə də bəstəkarın orkestr palitrası öz zərifliyi və koloriti ilə diqqəti cəlb edir. Xalq melosu isə müxtəlif polifonik üsullarla və rəngarəng harmoniyalarla zənginləşdirilir. Lakin bu əsərdə muğam səslənməsi – aşıq melodiyaları ilə qovuşdurulur. Xalq musiqisinin müxtəlif janrlarını sintezləşdirməsi cəhdi «Bayatı-Şiraz» muğamını nəzərə çarpacaq dərəcədə zənginləşdirdi və ona parlaq konsert cizgiləri gətirdi. Əvvəlki nümunələrdən fərqli olaraq burada muğamın quruluşu klassik forma və kompozisiya xüsusiyyətləri ilə daha üzvi surətdə əlaqələndirilir.
Şərqin milli musiqisinin əsasında simfonizmin inkişafı üçün daha geniş yollar acan F.Əmirovun simfonik muğamı öz yeni tembr çaları ilə (orkestr və səs) dünya incəsənətində artıq sintetik janrın əmələ gəlməsi üçün zəmin yaradır.
1973-cü ildə «Gülüstan-Bayatı-Şiraz» simfonik muğamı Moskvada VI beynəlxalq musiqi konqresində ifa olunur və dinləyicilər tərəfindən coşqunluqla qarşılanır.
«Gülüstan Bayatı-Şiraz» – əvvəlki muğamlarla müqayisədə daha müstəqil əsərdir, xalq muğamının obrazlı – emosional əhval-ruhiyyəsini, onun lad intonasiya zənginliyini çox sərbəst istifadə edir.
«Bayatı-Şiraz» Azərbaycan muğamları arasın da ən lirik muğamdır. F.Əmirovun simfonik muğamları arasındada «Gülüstan Bayatı-Şiraz» lirik məzmunu ilə seçilir. Bəstəkar burada lirik obrazların zəngin dünyasını – obyektivlikdən subyektivliyə qədər, «şəffaf» lirikadan epik dramatikliyə qədər – əks etdirmişdir. Şərq şairləri Sədi və Hafizin əsərlərinin obrazlarına əsaslanan «Gülüstan» sevgi haqqında böyük poema, incəsənətin əbədiliyinin rəmzi kimi səslənir, bu da xalq muğamının gizli proqramlığına yaxındır. «Gülüstanın» obrazlı emosional konsepsiyası Sədi və Hafizin əsər lərindəki epiqrafla səsləşir:
Nəyinə lazımdır gül tabaq-tabaq,
Gəl, "Gülüstan"ımdan apar bir varaq.
Bu kiçik poetik giriş proqramm rolunu yerinə yetirir, muğam dünyasına, onun emosional əhval ruhiyyəsinə aparır.
F.Əmirovun partituraya daxil etdiyi vokal partiya (mərkəzi hissədə messo-soprano səslənir)1 elə bil ki, dinləyicidə xalq muğamının obraz-emosional təsirini yaradır. Burada vokal partiya monoloq şəklindədir.
Və bu vokaliz sanki, xalq muğamına xas olan monoloqluğu «yenidən yaradır», lirik obrazın subyektivliyini gücləndirir. Bəstəkar «Gülüstanda» ilk mənbə ilə əlaqəni kəsmir, lakin dramaturgiyanın tipik simfonik vasitələri onun tərəfindən daha cürətli, sərbəst və azad istifadə edilir. Bu deyilənlər hər şeydən əvvəl lad sahəsinə aiddir. Ilk dəfə olaraq simfonik muğamda müxtəlif ladlardan belə geniş və sərbəst istifadə olunur.
Müəyyən obrazlı-emosional və estetik anlamla əlaqədar olaraq musiqi materialının inkişafı prosesində «Gülüstanın» partiturasına «Hümayun», «Segah», «Şur», «Cargah» muğamlarından melodik parçalar daxil edilir. Bundan əlavə epizodlardan birində ənənəvi rəng aşıq rəqs havası ilə əvəz edilmişdir.
Məhz «Gülüstana» intonasiya və janr cəhətdən yeni materialın daxil edilməsi nəticəsində müəllifin hər şeydən əvvəl muğama yaradıcı yanaşması görünür.
Belə ki, məsələn, vokalizdə humayun ladı, təsnifdə – qədim fars mahnısı, rəng əvəzinə-aşıq musiqisi səslənir, burada 5/8 olçüsü 7/8, 8/8 ilə əvəzlənir.
Əvvəlki muğamlar kimi F.Əmirovun «Gülüstanı" parlaq rəngarəng orkestrləş dirməsi, obrazların emosional dolğunluğu, ekspressivliyi, tembrlərin təravətliyi ilə qeyd edilir.
* * *
Gül beş-altı günə saralıb solar,
Mənim Gülüstanım daim xoş olar.
Sədi Şirazi
Xalq arasında lirik müğam kimi tanınan, «Bayatı-Şiraz» F.Əmirovun musiqisində öz həzinliyini, lirik-əfsanəvi xarakterini, lirik-hekayət, lirik dramatik hisslərini və obrazlı emosional məzmunun bütün çalarlarını qoruyub saxlamışdır. Eyni zamanda o, muğamın ruhunun və məzmununun təcəssümü üçün daha bir yaradıcılıq yolunu nümayiş etdirmişdir.
Simfonik muğamlar üzərindəki müşahidələri ümumiləşdirərək bir sıra xüsusiyyətləri qeyd etmək olar.