ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
FIKRƏT ƏMIROVUN
«UŞAQ LÖVHƏLƏRI» PIANO SILSILƏSI

Lalə ƏLIYEVA
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ
BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI

Inara MƏHƏRRƏMOVA
FIKRƏT ƏMIROVUN
«UŞAQ LÖVHƏLƏRI» PIANO SILSILƏSI

Lalə ƏLIYEVA
QEYRI – ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
C.HACIYEVIN
ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ
ƏNƏNƏLƏRI ASPEKTINDƏ

Fərəh TAHIROVA
TOFIQ QULIYEVIN
MAHNILARINDA POETIK MƏTNIN
VƏ MELODIYANIN ƏLAQƏLƏSI

Ceyran SABITOĞLU

 


       Bir çox Azərbaycan bəstəkarları kimi Fikrət Əmirov da hələ tələbə vaxtlarından fortepiano musiqisinə müraciət edir. Fortepiano üçün Variasiyalar və prelyudiyalardan sonra o iki diqqətə layiq silsilə üzərində işləyir. Müəyyyən dövrlərdə yazdığı kiçik fortepiano pyeslərini bəstəkar sonrakı illərdə silsilələr şəklində çap etdirir. Bunlar «Uşaq lövhələri» və «On iki miniatür»dür.

       Məlumdur ki, uşaqlara həsr olunmuş musiqi, onların həyatından, düşüncə və təəssüratlarından, onların oyun və əyləncələrindən bəhs edən mövzular görkəmli bəstəkarların bir çoxunu maraqlandırmış və onların yaradıcılığında həmin mövzular öz əksini tapmışdır.

       Azərbaycanda ilk dəfə uşaq həyatı ilə bağlı mövzuları Asəf Zeynallı öz «Uşaq süitasında» əks etdirir. Ondan sonra yaradıcılığa başlamış milli bəstəkarlarımız üçün A.Zeynallının əsəri nümunə olmuşdur. Eyni zamanda, qeyd etmək lazımdır ki, bütün əsərlərində olduğu kimi pyeslərində də F.Əmirovun musiqi dili olduqca fərdidir, öz dəst xətti ilə seçilir.

       «Uşaq lövhələri» - on iki kiçik pyesdən ibarət, olduqca lakonik, yığcam silsilədir. Bununla belə onların hər biri öz obraz rəngarəngliyi, melodik, harmonik və ritmik ifadəliyi ilə seçilir. Bundan əlavə hər pyesdə aydın şəkildə müəyyən janr ilə bağlılıq hiss olunur. Belə bağlılığı, janrla əlaqəni bəstəkar çox vaxt kiçik detallar vasitəsi ilə əldə edir. Bu detalların əksəriyyəti harmonik və faktura dəyişik-likləridir. Pyesin fakturasını dəyişərək, bəzən hətta adi unison şəklində səs əlavə edərək və ya əksinə-səslərin sayını azaldaraq F.Əmirov ilk obrazı dəyişir, inkişafın yeni xasiyyət əldə etməsinə nail olur.

       Harmonik inkişaf, həmçinin, mikroifadələr vasitəsilə əldə edilir. F.Əmirovun fərdi dəst-xətti özünü əsərin faktura xüsusiyyətlərində də büruzə verir. Silsilədəki pyeslərin fakturası bəzən ikisəsli formasında olub, öz quruluşuna görə sadədir. Misal olaraq silsilədə olan bir sıra pyesləri: period, sadə iki və üç hissəliləri göstərmək olar. Belə pyeslərin kökünü xalq musiqi nümunələrində axtarmaq olar. «Uşaq lövhələri» silsiləsində rəngarəng təsviri musiqi nümunələrinə də rast gəlmək olar, amma belə hallarda da bəstəkar musiqi faktrurasını yüngül, şəffaf etməyə cəhd göstərmiş və onu artıq detallarla ağırlaşdırmamışdır. Silsilənin ümumi quruluşu süita şəklindədir. Pyeslərin ardıcıllığı təzadlıq prinsipi ilə qurulur və əsərin kompozisiyasında əsas rol oynayır. Eyni zamanda Əmirov silsilənin bütövlüyünə, birliyinə çalışıb əsərdə olan pyeslərin ümumi emosional tonda, xasiyyətdə səslənməsi kimi amildən istifadə etmiş və beləliklə bir-birindən seçilən miniatürlər arasında belə bir birlik yaratmışdır. Belə bir ümumilik, emosional birlik pyeslərin əksəriyyətinin lirik janrda, lirik xasiyyətdə olmasındadır. Demək olar ki, «Uşaq lövhələri»ndə lirik tərzdə yazılmış pyeslər üstünlük təşkil edirlər. Sözsüz ki, lirik xasiyyətin, lirik emosionallığın üstünlüyü bəstəkarın fərdi üslubu ilə bağlıdır. Məlumdur ki, F.Əmirov bir sənətkar kimi ilk növbədə lirikdir. Eyni zamanda qeyd etmək lazımdır ki, lirikanın özü də bəstəkarın əsərlərində müxtəlifdir, demək olar ki, rənga-rəngdir. Misal üçün, silsilədə «Mahnı» adlanan 3 saylı pyesdə lirika sadə, mülayim, səlisdir. «Kiçik nağıl» pyesində müəyyən dərəcədə təmkinlik duyulur, sanki müdrik qoça baba və ya nənə aramla, sakit şəkildə nə isə söyləyir. «Lay-lay» pyesində səmimilik, istiqanlılıq duyulur, həzin, zərif melodiya Əmirovun üslubuna xas olan subyektiv tərzdədir.

       Dördünçü və səkkizinci pyeslər – «Sevilin rəqsi» və «Lirik rəqs» bir-birinə yaxındırlar və hər ikisi zərif milli qadın rəqslərini xatırladırlar. Silsilənin onbirinci pyesi «Elegiya» - mülayim xasiyyətli və eyni zamanda dərin fikirlidir.

       Silsilənin birinci pyesi «Kiçik nağıl» əsərdə proloq rolunu oynayır və dinləyicini uşaqların fantaziya aləminə daxil edir. Musiqinin xasiyyətini artıq kiçik altı xanəli girişdə aydın hiss etmək mümkündür – bu epik növlü lirikadır. Aydındır ki, nağıl kiçik olsa da rəvayət xarakteri daşımalıdır. Pyesin əsas interval semantikasını Şur ladının mayesi «e» və yuxarı kvartası «a» səslərindən ibarət interval təşkil edir ki, bu da girişdə təqdim olunur. Girişdən sonrakı yuxarıdan aşağı registrə yönəlmiş hərəkətdə yenə də kvarta intervalına üstünlük verilir. Tonikaya doğru enən hərəkətdə musiqidə artıq kvarta intervalı yeni variantda «a» notundan aşağı «e» notuna tərəf yönəlir. Beləliklə yaranan simmetrik hərəkət obrazın fikirli, düşüncəli xüsusiyyətini artırır.

       Pyesin lirik ifadəsi kiçik Kodada cəmləşib ümumiləşir. Əsərin melodik və harmonik cövhəri – Şur ladının əksilmiş beşinci pilləsinin qabarıq şəkildə iştirakı ilə (bekar) burada plaqal kadans yaranır.

       Misal ¹ 1.








       Ikinci pyes – «Gəzinti» - bir növ oyun xasiyyətlidir. Uşaqların kiçik əsgərləri təmsil edən oyuncaqları marş tərzində yazılmış musiqi də əks olunur. Pyesin kiçik (cəmi 4 xanəli) girişində tezis şəklində əsas musiqi obrazı təsvir olunur. Gələcək izahatda təsvir olunacaq harmonik və faktur əsasları bu girişdə lakonik, yığcam şəkildə səslənir. Pyesin tonal-harmonik əsasında Şur ladının iki dayaq səsləri "g"-moll və "Es"-dur səslənirlər. Həmin səslər (T-VI) növbəşirlər və ardıcıl şəkildə musiqidə iştirak edirlər. Məhz bu lad dəyişkənliyi mövzunun faktura, harmonik məz-mununu təşkil edir.

       Pyesin forması – bənd və nəqərat şəklindədir. Bənd 8 xanəli perioddur. Xalq mahnılarına xas olan cəmləşmə prinsipi ilə yazılıb. Xalq mahnılarında adətən 1+1+1+4 tipli quruluşa tez-tez rast gəlmək olar. F.Əmirov da həmin quruluş prinsipindən istifadə etmişdir. Mövzunun daxilində refrenlilik elementinin ortaya çıxması diqqəti cəlb edir. Xüsusən kadensiya dönmələrində belə hallara tez-tez rast gəlmək olar. Misal üçün formanın orta hissəsində və tamamlayıcı kadensiyasında – si bemol, lya, sol kimi melodik parça səslənir.

       Girişin bir az mürəkkəbləşmiş materialı pyesin nəqərat hissəsini qabaqlayır. Maraqlıdır ki, variasiyaların əsasını təşkil edən tersiya "si J, lya, sol" burada çevrilmiş halda təqdim olunur. Lad nöqteyi – nəzərindən ikinci pillənin koloritliyi (yarım ton dəyişilməsi) "a-as", mövzunun oynaq obrazının zənginləşməsinə kömək edir. Pyesin kodası çox kiçikdirsə də koloristik cəhətdən çox ifadəlidir. Aydın şəkildə yayılması – «əriməsi» hiss olunur, bununla belə Şur ladının aparıcı rolu yenə də öz yerində qalır.

       Üçüncü pyes – «Mahnı» - silsilədə yadda qalan nömrələrdən biridir. «Mahnı» cəzbedici melodiyası ilə yanaşı harmoniyası və hətta quruluşu ilə də cəlb edir. Şur ladında yazılmış pyesin musiqisində müəyyən dərəcədə təsvirilik var. Onu da bəstəkar əks-sədaya oxşar səslə bir daha qeyd edir. Dəfələrlə musiqinin ilk üç xanəli variant təkrarlarla gələcək inkişafın əsasını təşkil edir. Nəticədə «Mahnı»nın sadə forması tonal-variantlıq yolu ilə mürəkkəbləşir.

       Misal ¹ 2.








       Maraqlıdır ki, mövzunun ilk üç xanəsinin və onun variantını re minorda yazılmasına bax-mayaraq bəstəkar onları fərqli şəkildə harmonizə edir. Ilk dəfə o tonikanı (d-moll) əksilmiş subdominantdan sonra verir (major və ya minor şəklində; ikinci dörd taktda isə mövzu fortepianoda «yumşalmış» bütöv kadans kimi səslənir: IV-III-I. Daha bir az sonra isə üçtaktlı mövzu variant şəklində inkişaf edərək və nəhayət iki dəfə plaqal kadansın fonunda variasiyalarla bəzənmiş şəkildə səslənir.

       Kiçikliyinə baxmayaraq Əmirov bu pyesi həcminin harmonik vasitələrlə zənginləşdirir.

       Beləliklə bəstəkarın lirik pyesi daha yeni bir aspekt əldə edərək ondan qabaqkı miniatürlərdən seçilir. Yenilik bu pyesdə ilk növbədə dinamikanın hesabına özünü göstərir, tez-tez mf, p dəyişir, tonallıqların müqayisəsi verilir, bərabər hüquqlu tonal dəyişmələri eşidilir (misal üçün d-moll-g-moll). Nəhayət bundan əvvəlki pyesdə olduğu kimi Kodada əsas ladın (Şur) hakimiyyəti (sol minor) bərpa olunur. Beləliklə biz bir daha Əmirovun kiçik bir pyesinin məntiqli şəkildə tamamlanmasının şahidi oluruq.

       Silsilənin dördüncü və beşinci pyesləri əvvəlkilərlə təzadlıdır. Hər iki nömrədə yeni xarakterli rəqsvari musiqi təqdim edilir. Ona görə də mülayim, zərif xarakterlidir, vəzni də məhz rəqs vəznidir – 6/8. Mövzunun kökünü kvarta intervalını (fis-h) bəstəkar əsas dayaq kimi əsər boyu işlədir. Daha bir xüsusiyyət yenə də özünü büruzə verir: mövzunun kökü variantlar şəklində dəyişilərək bir-birinə zəncirvari bağlanır, elə bil ki, hər yeni intonasiya qabaqcadan əmələ gəlir. Bu pyesdə harmoniyanın əhəmiyyətini qeyd etmək lazım gəlir. Mövzunun lad dayaqları irəliləyərək tez-tez dəyişirlər. Misal üçün I-IV-V-VI pillələrə istinad edirlər. Birinci iki taktda mərkəzi tonika-dayaq (Şüştər «h») səslənir; ikincidə isə ladın aşağı tersiyası. Məhz bunların nəticəsi kimi mövzunun harmonik rənglərinin dəyişikliyi yaranır və biz Şüştərdə «h» klassik kəsik kadensiyası eşidirik.

       «Məzəli rəqs» – silsilənin beşinci pyesidir. Burada kişilər rəqsinin və marşın xüsusiyyətləri gözə çarpır. Bir çox pyeslərdə olduğu kimi ilk iki takt və Şur ladı gələcək inkişaf üçün əsas rol oynayır. Pyesin melodik kökünü kiçik tersiyadan (lya-do) ibarət interval təşkil edir. Melodiya inkişaf edərək ladın dayaq səsi – kulminasiyaya qalxır. Melodik xəttin inkişafını yeni bir xəttin əlavə olması da mürəkkəbləşdirir.

       Zirvəyə qalxan melodiyanın iki taktdan sonra oktava aşağıda bir daha şux skertso şəklində təkrarı pyesə yeni rəng verir. Pyesin mövzusu çoxtərkiblidir və onun xasiyyəti şux və oynaqdır. Pyesin ikinci elementi – ladın VI-cı pilləsi «do» öz çevik, canlı ritmik şəkli ilə diqqəti cəlb edir. Bundan əlavə harmonik müşayiət də diqqətə layiqdir. Bu mü-şayiətdə lya minorun medianta funksiyaları relyefli şəkildə seçilir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page