ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
C.HACIYEVIN
ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ
ƏNƏNƏLƏRI ASPEKTINDƏ

Fərəh TAHIROVA
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ
BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI

Inara MƏHƏRRƏMOVA
FIKRƏT ƏMIROVUN
«UŞAQ LÖVHƏLƏRI» PIANO SILSILƏSI

Lalə ƏLIYEVA
QEYRI – ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
C.HACIYEVIN
ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ
ƏNƏNƏLƏRI ASPEKTINDƏ

Fərəh TAHIROVA
TOFIQ QULIYEVIN
MAHNILARINDA POETIK MƏTNIN
VƏ MELODIYANIN ƏLAQƏLƏSI

Ceyran SABITOĞLU

 


       Kvinta intonasiyası skerso xarakterli II hissənin (Allegro con brio) mövzusuna da daxil olur. V fəslin (Andante cantabile) sonunda «fa» orqan punktunda səslənən sinkoplu kvinta simfoniyanı tamamlayır; beləliklə, bu interval özünün leytintonasiya olduğunu təsdiqləyərək, əsərin faciəvi konsepsiyası ilə bağlı olan kədərli ifadəsinə xidmət edir.5

       C.Hacıyevin milli ladlara müraciəti (monoqrammadan başqa) simfoniyanın başqa fraqmentlərində də özünü büruzə verir. I hissədə əsas mövzunun ikinci elementində – rast, I hissənin köməkçi partiyasında, Piu mosso epizodunda qoboyun solosunda verilən köməkçi mövzu - şur, I hissənin II fəslində, mövzu eyni vaxtda ingilis sümsüsü və solo trubada səslənən zaman – si şur ladının intonasiyalarından istifadə edilmişdir.

       Misal 7.

       Sonra bu intonasiyaların inkişafı davam edir. Simfoniya şur intonasiyaları ilə tamamlanır.

       Zənnimizcə, VI simfoniyanın quruluşu (I hissənin II-yə, II-nin III-yə rəvan keçməsi, kəskin kontrastlılığın olmaması, kulminasiyaya gətirib çıxaran aramlı inkişaf) müəyyən dərəcədə çoxbölməli muğam kompozisiyasını xatırladır. Simfoniyanın III hissəsi bütün əsərin reprizası6 rolunu oynayır ki, bu da onu sonata formasına əsaslanan birhissəli kompozisiya hesab etməyə əsas verir.

       VI simfoniyada seriya xüsusiyyətləri var. Lakin bəstəkar dodekafoniyadan ciddi qaydada istifadə etmir. Burada seriya texnikası simfoniyanın musiqi materialının bütövlüyünə xidmət edir. Seriya bəzən üfqi istiqamətdə melodiyanın quruluşuna daxil olur, bəzən də bütün fakturaya «səpələnir». Məsələn, artıq I hissənin ekspozisiyasındakı monoqramma və bunun inkişafından ibarət olan melodiyada C.Hacıyev seriyadan istifadə edir (melodiya skripkalarda keçir). Seriyanın növbəti keçirilməsi I hissənin reprizasında (Andante cantabile) özünü göstərir: köməkçi mövzu səslənən zaman, arfa və simlilərdə seriya keçir. Simfoniyanın II hissəsində, orta bölmədə tokkatanın mövzusu həmçinin seriya sırası əsasında qurulur. Simfoniyada klassik ənənələrdən başlayaraq, müasir bəstəkarlıq texnikasına qədər bəstəkarın istifadə etdiyi bütün ifadə vasitələri əsərin tamlığı və bitkinliyinə xidmət edir.

       Fikrimizcə, faciəvi obrazların dərinliyi, sənətkarın ifadə tərzinin səmimiyyəti, şər qüvvəsinə qarşı etirazının qüdrəti etibarilə bu əsər bəstəkarın başqa simfoniyalarından üstündür. Hissə və fəsillərin tənasübünün məntiqiliyi, tamlığı, bitkinliyi cəhətdən isə bu, Hacıyevin simfoniya janrında «yeni sözü»dür.

       «Faciəviliyin» açılması qüvvəsinə görə VI simfoniya müəyyən mənada Şostakoviçin VIII «faciəvi» simfoniyasını xatırladır – həmin əsər də fasiləsiz – attacca ifa olunan beş hissədən ibarət monolit dramaturji silsilədir. B.Asafyev Şostakoviçin VIII simfoniyasını belə səciyyələndirir: «…insaniyyətin yenicə yaşadığı zamanın möhtəşəm, faciəvi eposudur. Ədalətli demokratiya şüarları altında bütün dünyanın sülhə doğru meylli zamanında, qəhrəmani şücaətlər və qələbəyə aparan yolda insanlardan böyük daxili gərginlik, səbr tələb etmiş bir dövrdən söhbət gedir».7 C.Hacıyevin VI simfoniyasını, həmçinin, yenicə yaşanılmış faciə barədə epik-fəlsəfi düşüncələr, müdhiş hadisələrin canlı şahidi olan sənətkarın etirafı adlandırmaq olar.

       Altıncı simfoniyanın daha bir xüsusiyyətini qeyd etmək istərdik ki, bu da II fəslin ikinci mövzusunda C.Hacıyevin «Musiqi lövhələri» adlı uşaq silsiləsindən «Nağıl» pyesinin musiqisindən istifadə etməsidir.8 Bu, təsadüfi deyil. Simfoniyaya uşaq aləmi ilə bağlı olan bir mövzunu daxil etməklə, bəstəkar həqiqi faciəni uşaq sadəlövhlüyünə qarşı qoyur ki, bu da əsərin məzmununu, mənasını daha dərindən açmağa imkan verir.

       Hesab edirik ki, C.Hacıyevin uşaq obrazlılığına müraciəti müəyyən dərəcədə Şostakoviç simfonizmindən irəli gəlir – uşaqlıq və gənclik obrazlarının daxil edilməsi Şostakoviçin simfoniyaları üçün də səciyyəvidir. Uşaqlıq obrazı Şostakoviç tərəfindən ümid mövzusu, insan həyatının dəyərinin təcəssümü kimi təfsir edilir. (VIII, IX simfoniyalar)

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page