ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI
Inara MƏHƏRRƏMOVA
FIKRƏT ƏMIROVUN «UŞAQ LÖVHƏLƏRI» PIANO SILSILƏSI
Lalə ƏLIYEVA
QEYRI – ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
C.HACIYEVIN ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ ƏNƏNƏLƏRI ASPEKTINDƏ
Fərəh TAHIROVA
TOFIQ QULIYEVIN MAHNILARINDA POETIK MƏTNIN VƏ MELODIYANIN ƏLAQƏLƏSI
Ceyran SABITOĞLU
|
|
Nəqərat isə, artıq qeyd olunduğu kimi, üç bölümdən ibarətdir. Kənar bölümlərdə qısa melodik ibarələr səsləndiyi halda, orta bölüm öz xarakteri etibarilə kupletə daha yaxındır:
Nümunə ¹ 24
Göründüyü kimi, araşdırılan mahnıda nəqərat mürəkkəb bir formaya malikdir, onun quruluşunda simmetriya cizgiləri nəzərə çarpır. Buna oxşar hal ilə bəstəkarın digər mahnısı – Z. Cabbarzadənin sözlərinə yazılmış «Tez gəl» mahnısında rastlaşırıq. Nəqəratsız formada olan həmin mahnıda sətirlərin heca ölçüsü aşağıdakı kimi göstərilməlidir:
11+10+7+8+7+5 7+6+6 7+6+6 10+7+8+7+5
Sxemdən göründüyü kimi, qıraq bölümlərdə, cüzi dəyişikliklərlə də olsa, eyni heca sayı, orta bölümdə isə tam eyni quruluşlu misralar səslənir. Melodik cümlələr də şerin xüsusiyyətlərinə tam uyğun şəkildə qurulmuşdur. Belə ki, birinci və sonuncu bölümlərin melodik cümlələri də bir-birinin variantını təşkil edir. Orta bölümdəki iki melodik cümlə isə eyni sekvensiyanın elementlərini təşkil edir. Nümunə üçün orta bölümdən bir fraqment göstərək:
Nümunə ¹ 25
Sonuncu nəzərdən keçirəcəyimiz mahnı Z. Cabbarzadənin sözlərinə bəstələnmiş «Yox, yox, yox» məzəli mahnısıdır. Həmin mahnı deyişmə janrına aiddir. Məlum olduğu kimi, mahnı-deyişmələr iki cür olur – onların bir qismində mahnı iki ifaçı tərəfindən, digərində isə bir şəxs tərəfindən ifa olunur. «Yox, yox, yox» mahnısı bir ifaçı üçün nəzərdə tutulmuşdur. Nəqəratlı formada bəstələnmiş bu mahnının kuplet bəndlərində sual cümlələri 6 hecalı, cavab cümlələri isə 7 hecalıdır. Mahnıda ikinci şəxs kimi göstərilmiş gənc qızın dilindən ifa olunan nəqəratda isə 9 və 13 hecalı misralar növbələşir:
Qara gözün badam?
O dedi: - yox, yox, yox, yox.
Mənə gəlsin qadan?
O dedi: - yox, yox, yox, yox.
Dedim: Insaf elə?
Dedi: gülə-gülə
Səndən yar olmaz mənə.
NƏQƏRAT
Düz dolan, düz otur, ay kişi,
Yaş ötüb, deyəsən yetmişi,
Bir dənə ağzında yox dişi.
Bir utan, qızına aşiq olarmı adam?
Mahnının melodiyası da özünəməxsus cizgilərə malikdir. Burada sual cümlələri yuxarı istiqamətli, cavablar isə aşağı istiqamətli hərəkətlidir. Bundan əlavə, mətndəki «yox, yox» nidaları bir-birindən pauza ilə ayrılmış notların səslənməsi ilə daha qabarıq verilmişdir:
Nümunə ¹ 26
Nəqəratın melodik cümlələri aşağı yönəlmiş sekvensiya şəklində hərəkət edir:
Nümunə ¹ 27
Beləliklə, qısa da olsa, Tofiq Quliyevin mahnılarında söz ilə musiqinin qarşılıqlı münasibətlərini nəzərdən keçirdik. Araşdırdığımız nümunələrin sayını bir neçə dəfə artırmaq da olardı – bəstəkarın zəngin yaradıcılığı buna yetərincə imkan verir. Lakin göstərilən nümunələr də bəzi nəticələrə gəlmək imkanı verir. T. Quliyevin mahnıları arasında istər sabit, istər dəyişkən heca sayına malik mətnlərə rast gəlmək olar. Onların quruluş, məzmun və heca xüsusiyyətləri melodiyada tam olaraq öz əksini tapır. Mahnıların təhlili göstərir ki, bir çox nümunələrdə kupletin mətnində hecaların sayı nəqərat bölümünə nisbətən daha artıq olur. Nəqərat bölümünə gəldikdə isə qeyd etmək lazımdır ki, burada misraların ölçüsü, bir qayda olaraq, dəyişkən olur, nəqərat bölmələri təkcə poetik mətnin quruluşuna görə deyil, melodik cümlələrin məzmununa görə də çox zaman kupletdən fərqlənir. Bunu əldə etmək üçün bəstəkar bir çox üsullardan istifadə edir – məsələn, kupletdə melodik cümlələr təkrarla
nırsa, nəqəratda buna yol verilmir, kupletdə melodik ibarələr qısadırsa, nəqəratda onlar birləşdirilir və əksinə,nəqəratın həcmi bəzən geniş olur və s. Nəzərdən keçirdiyimiz mahnıların bir qismində bəstəkar bir heca - bir not prinsipindən istifadə edir, bu da musiqi dilinin lakonikliyinə səbəb olur. Buna baxmayaraq, bəstəkar öz ifadəliliyinə görə unikal melodiyalar yaratmağa müvəffəq olmuşdur. Zənnimizcə, bu işdə o mətnlə musiqini ən yüksək səviyyədə əlaqələndirmək bacarığını nümayiş etdirmişdir. Bir sözlə, həmişəlik yaddaşlarda həkk olunmuş mahnıların sirri, yəqin ki, məhz bundadır – fitri istedad, ifadəli melodiya yazmaq bacarığı, unikal şer duyumu. Bütün bunlar Tofiq Quliyevin mahnı yaradıcılığını daim maraqlı araşdarma mövzusu edəcəkdir.
|