ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
ƏFRASIYAB BƏDƏLBƏYLININ IZAHLI MONOQRAFIK MUSIQI LÜĞƏTI
Babək QURBANOV, Əhməd ISAZADƏ
MILLI-MƏDƏNI DƏYƏRLƏRIN TƏDQIQINDƏ QIYMƏTLI NAILIYYƏT
Ariz ƏLIOĞLU
ELMDƏ VARISLIYIN TƏZAHÜRÜ
Kamilə DADAŞZADƏ
YENI TƏDQIQAT IŞI
Şəhla MAHMUDOVA
AZƏRBAYCAN MUSIQI MƏDƏNIYYƏTI HAQQINDA YENI ƏSƏRLƏR
Imruz ƏFƏNDIYEVA
SÜLEYMAN ƏLƏSGƏROV XATIRƏLƏRDƏ
Azad ZAHID
|
|
Əfrasiyab müəllimin adı musiqi həvəskarlarına çoxdan tanışdır. Bu iste’dadlı bəstəkar, dirijor və musiqi xadiminin Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri vardır. Xüsüsilə onun 1969-ci ildə «Elm» nəşriyyatında çap olunmuş «Izahlı monoqrafik musiqi lüqəti» çox qiymətli elmi əsərlərindən biridir. Adətən musiqi lüğətlərini tərtib edən müəlliflər terminlərin, anlayışların, oxuçulara dürüst, aydın çatdırılmasına çalışırlar. Müxtəlif xalqların musiqi alətlərinin şəkilləri, onların kökləmə üsulları, musiqi əsərlərində not yazıları ilə verilməsi və s. lüğəti daha da zənginləşdirir və məzmunlu çıxması üçün istifadə edilən üsullardan sayılır. Bu baxımdan Fransada məşhur Lyarus. Pate Markoni nəşriyyatında 10 çildlik səsli lüğətin çap edilməsinə başlanılması xəbəri xüsusi maraq oyadır. Lüğət nadir musiqi alətlərinin səslənməsi, quşların oxuması, heyvanların hənirtisi ilə tanış olmağa imkan verəçək. Bununla belə, dünyanın körkəmli müğənnilərinin, artistlərini
n, yazıçılarının, hətta dövlət xadimlərinin səsləri də lüğətdə öz əksini tapaçaqdır.
Əfrasiyab müəllimin musiqi lüğəti respublikamızda bu sahədə ilk və çox qiymətli təşəbbüslərdən biridir. Son zamanlar Azərbaycan musiqisinin böyük nailiyiyyətləri, xalqımızın dünya peşəkar musiqi mədəniyyətinə marağı tədqiqatçılarımızın, musiqişünaslarımızın qarşısında mühüm və tə’xirəsalınmaz vəzifələr qoyur. Peşəkar və xalq musiqisinin inkişafı, dilimizdə yeni anlayışların, terminlərin yaranması və kök salması ilə xarakterizə olunur.
Respublikamızda musiqi sənətinin tarixini, nəzəri məsələlərini işıqlandıran kitabların azlığı, mətbuatda, radio və televiziya verilişlərində istifadə olunan musiqi terminlərindəki bə’zi qarışıqlıq, dolaşıqlıq halları, yerli-yersiz işlədilməsi müəllifin qarşısında duran mühüm çətinliklərdən sayıla bilər. Musiqi lüğətinin əsas məqsədi bu çatışmamazlığı aradan qaldırmaq, eyni musiqi məfhumunun ifadəsindəki müxtəlifliyə, formal tərçüməçilik hallarına son qoymaq, musiqi terminlərini vahid şəklə salınmış, ümumiləşdirilmiş qaydada oxuculara təqdim etməkdir. Bununla yanaşı, bizdə vaxtı ilə istifadə olunmuş və hazırda musiqişünaslığımızın ehtiyaç duyduğu terminlər də lüğətdə öz əksini və aydın şərhini tapır.
Əfrasiyab müəllimin «Musiqi lüğəti» üç bölmədən ibarətdir. Birinci bölmədə müəllif Azərbayçan musiqi terminləri, ikinci bölmədə musiqi praktikamızda işlənən terminlər (əsasən rus musiqi terminləri), üçüncü bölmədə isə musiqi ədəbiyyatında işlənən xarici söz və terminlər haqda oxucuda geniş təsəvvür yaratmağa çalışır. Lüğətin birinci bölməsi xüsusilə əhəmiyyətlidir və müstəqil istifadə oluna bilər. Həmin hissədə dilimizdə işlənən, xalq musiqimizin bu və ya digər xüsusiyyətlərini əks etdirən terminlər özünün hərtərəfli, dolğun izahını tanır. Müəllif bu hissəni yazmaq üçün çox zəhmət çəkmiş, ərəb-fars mənbələrinə, bir sıra görkəmli Şərq və Azərbaycan musiqişünaslarının, mütəfəkkirlərinin fikirlərinə, müddəalarına əsaslanmışdır.
Bu bölmədə Azərbaycan xalq musiqisi, o cümlədən onun iki ayrılmaz qolu olan aşıq və xanəndə yaradıcılığı haqda bir sıra dəyərli mə’lumatlara rast gəlirik. Müəllifin qədim şərq və Azərbaycan musiqi alətləri, onların xüsusiyyətləri haqda topladığı zəngin mə’lumatlar da bütövlükdə oxuçunu razı salır. Yəqin ki, bir çoxları vaxtı ilə Şərq ölkələrində yayılmış bülban, qaşıcək, qidum, qışək, ərqənun, kərrənay, nayi tənbur, ney, nözhə və bu kimi musiqi alətləri haqda geniş təsəvvürə malik deyillər.
Azərbaycan musiqi mədəniyyəti, tarixi ilə maraqlananlar, onu tədqiq edənlər bu hissədə nəinki yalnız bizim musiqi mədəniyyəti, eyni zamanda Yaxın və Orta Şərq musiqi mədəniyyəti haqda da geniş elmi mə’lumat ala bilərlər.
Muğamatla əlaqədar toplanmış mə’lumatların zənginliyi (müəllif nəinki ayrı-ayrı muğamlar, onların şö’bələri, ifadə vasitələri, ifa üsulları haqda, eyni zamanda muğamların Orta və Yaxın Şərq ölkələrindəki spesifik xüsusiyyətləri haqda mə’lumat verir) xalqımızın klassik muğam yaradıcılığının uzun əsrlik inkişaf yolunu işıqlandırır. Musiqi ədəbiyyatımızda hələ lazımınca əksini tapmamış bu zəngin xəzinə sösüz ki, elmi şərhini, nəzəri tədqiqatını gözləyir. Məhz buna gorədir ki, Əfrəsiyab müəllimin lüğətində muğam yaradıcılığının xüsusiyyətlərinə, muğamatı daha da inkişaf etdirən xalq iste’dadlarına böyük qayğı ilə yanaşılır. Lüğətin sonunda verilmiş «Qeydlər, şərhlər və monoqrafik mə’lumatlar» hissəsində Azərbaycanın iste’dadlı xanəndələri, tarzənləri barədə danışılır, onların musiqi mədəniyyətimizin, xüsusilə muğam sənətinin inkişafındakı müstəsna rolu qeyd olunur. Zənnimizçə bu hissə müəllifin dərin elmi-nəzəri biliyə malik olmasını, tədqiqat obyektinə düzgün mövqedən ya
naşmasını göstərir. Müəllif, oxuçuları orta əsr Azərbaycan musiqişünaslarından Səfiəddin Ədbül-Mö’mün ibn Yusif, ibn Faxir Urməvi və Əbdül Qadir bin Qeybi əl-hafiz əl-Marağayının əsərləri ilə tanış etməklə yanaşı bu mütəfəkkürlərin dünyagörüşlərini, qədim yunan filosoflarına olan münasibətini də aydınlaşdırmağa çalışır, onların nadir elmi əsərlərinin dünyanın hansı kitabxanalarında saxlandığını göstərir; həmin əsərlər haqda fikir soyləyir, bir sıra Şərq və Qərb alimlərinin adını çəkir, bə’zi məsələlərdə onlarla polemikaya girməkdən də çəkinmir.
Lüğətin ikinci bölməsində əsasən musiqi praktikamızda geniş yayılmış rus dilindəki musiqi terminlərinin dilimizdəki məfhumlarla, anlayışlarla qarşılığı müəyyən edilir. Rus dilində çap edilmiş bir sıra lüğət kitablarından istifadə edən müəllif hər bir terminin mə’nasını, semasioloji mövqeyini verməyə çalışır. Maraqlıdır ki, Əfrasiyab müəllim, musiqi praktikamızda kök salmış bir sıra rus terminlərini vaxtı ilə dilimizdə işlənilən beynəlxalq sözlərdən üstün tütür, onları Azərbaycan terminologiyasına daxil edir. Müəllif haqlı olaraq müasir musiqişünaslarımızın mexaniki tərzdə bə’zi rus musiqi terminlərindən istifadə etmələri əleyhinə çıxır və həmin sözlərin daha münasib səslənən qarşılığını verir.
Bu hissədə eyni zamanda bir çox musiqi alətləri, musiqi nəzəriyyəsinə dair, musiqişünaslıqda işlənən mühüm terminlər, anlayışlar haqda təsəvvür verilir. Harmoniya, polifoniya sahəsində bu günə kimi dəqiqləşdirilməmiş və musiqişünaslarımız tərəfindən qeyri dəqiq şəkildə işlənən bə’zi terminlər də lüğətdə özünün dəqiq ifadəsini tapıb. Bir sıra terminlər isə müəllif tərəfindən ilk dəfə irəli sürülür. Peşəkar musiqi məsələlərinə dair tədqiqat aparanlar, musiqi nəzəriyyəsindən, xüsusilə harmoniyadan, poliforniyadan dərs deyən müəllimlər və alimlər yəqin ki, «ikiqat kontrapunkt», «müvazi səs hərəkəti», «aralıq kvartsekstakkordu» və onlarla belə terminlərin elmi dilimizdə kök salmasını bəyənib, təqdir edirlər. Çünki haqqında danışdıqımız terminlər indiyə kimi musiqişünaslığımızda işlənən terminlərdən ən məqsədəuyğundur. Fikrimizə haqq qazandıran çəhətlərdən biri də odur ki, hələ 1956-cı ildə əlyazması hüqüqunda çap olunmuş «Musiqi terminləri lüğəti» respublikamızın musiqi mü
təxəssislərinin, həmçinin musiqi terminləri yaratmaq işində maraq göstərən bəstəkar və musiqişünasların iştirakı ilə Azərbaycan Dövlət Konservatoriyasının elmi şurasında, Me’marlıq və incəsənət institutunun musiqişünaslıq böməsində geniş müzakirə edilmişdir. Lüğətdə göstərilən terminlərin bir çoxu dəqiq işlənməyən, bə’zən mübahisələrə səbəb ola bilən musiqi anlayışlarının tədricən aradan çıxmasına yəqin ki, kömək edəcək. Heç təsadüfi deyil ki, müəllif giriş sözündə «trexqolosnıy» və «trezvuçie» kimi semantik cəhətdən tamamilə başqa-başqa anlayışların eyni termin ilə verilməsi əleyhinə çıxır və birinci sözü haqlı olaraq «üçsəsli», ikinci sözü isə «üç həmsəda» kimi tərcümə edir.
Aydındır ki, müəllif yalnız öz işini haqqında danışdığımız bölmələrdə bitirmiş olsaydı onda lüğət musiqi sənəti ilə bağlı bütün suallara cavab verə bilməzdi. Odur ki, Əfrasiyab müəllim kitabın ücünçü fəslində xarici dillərdən götürülmüş, latın əlifbası ilə yazılan terminlərin izahını verməyə çalışır. Musiqi praktikamızda geniş yayılan bu terminlərin Azərbaycan dilində, demək olar ki, ilk dəfə belə izahlı, dəqiq tərçüməsi xüsusilə qeyd edilməlidir. Həmin terminlərin tərçüməsi adi tərçümədən bununla fərqlənir ki, onlar çox vaxt musiqinin zərif, incə xüsusiyyətlərini dürüstləşdirir, bir sözlə, musiqinin insan emosiyalarına hansı yollarla tə’sir etməsini nəzərə çatdırır. Bu terminləri daha məqsədəuyğun sözlərlə ifadə etməkdən ötrü hər şeydən əvvəl, onların hansı musiqi ifadəliliyini (əsasən peşəkar musiqidə) əks etdirdiyini dərindən bilmək, duymaq lazımdır. Zənnimizcə, bu işdə müəllifin uzun müddət səmərəli dirijorluq fəaliyyəti də müsbət rol oynamışdır.
Bu maraqlı və son dərəcə qiymətli lüğət kitabını hələ tamamilə bitmiş hesab etmək olmaz. Cünki, musiqi sənəti, o cümlədən bu sənətlə bağlı anlayışlar insan fəaliyyətinin digər sahələri kimi bir yerdə donub qalmır. Deməli, həmin inkişafı əks etdirməli olan lüğət də tərtibini, məzmununu buna uyğun zənginləşdirməlidir.
Bununla belə haqqında danışdığımız «Musiqi lüğəti» böyük nəzəri və praktiki mə’na kəsb edir. Ümudvarıq ki, bu sahədə ilk və qiymətli təşəbbüs kimi meydana gələn «Musiqi lüğəti» bəstəkarlarımızın, musiqişünaslarımızın, musiqi həvəskarlarının stolustu kitabı kimi istifadə olunur və zəngin xalq və peşəkar musiqi sənətimizin çiçəklənməsində daha da xidmət edəcəkdir.
|