ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
SÜLEYMAN ƏLƏSGƏROV
XATIRƏLƏRDƏ

Azad ZAHID
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
ƏFRASIYAB BƏDƏLBƏYLININ
IZAHLI MONOQRAFIK MUSIQI LÜĞƏTI

Babək QURBANOV,
Əhməd ISAZADƏ

MILLI-MƏDƏNI DƏYƏRLƏRIN
TƏDQIQINDƏ QIYMƏTLI NAILIYYƏT

Ariz ƏLIOĞLU
ELMDƏ VARISLIYIN TƏZAHÜRÜ
Kamilə DADAŞZADƏ
YENI TƏDQIQAT IŞI
Şəhla MAHMUDOVA
AZƏRBAYCAN MUSIQI
MƏDƏNIYYƏTI HAQQINDA
YENI ƏSƏRLƏR

Imruz ƏFƏNDIYEVA
SÜLEYMAN ƏLƏSGƏROV
XATIRƏLƏRDƏ

Azad ZAHID

 


       2002-ci ildə çap olunan maraqlı kitablar siyahısına «Təfəkkür-poliqrafiya» nəşriyyatında işıq üzü görən «Süleyman Ələsgərov xatirələrdə» kitabı da daxil edildi.

       Kitab gənc musiqişünas-jurnalist Səadət Təhmirazqızının təşəbbüsündən yaranmışdır. O, bu kitabın yalnız tərtibatçısı deyil, həm də müəllifidir. Belə ki, ön söz : «Bəsətəkarın həyat və yaradıcılığına bir nəzər», «Süleyman müəllimin həyat dərsləri» və «Son söz» bölmələri ilə yanaşı həm də kitabda neçə-neçə insanların xatirələrinin öz əksini tapması məhz Səadət xanımın qələminin məhsuludur. Kitabın müfəssəl bir sənət əsəri kimi təqdim olunmasında professor Vidadi Xəlilovun da mühüm xidmətləri olmuşdur. Belə ki, o, kitabın redaktoru olaraq bütün yazıları diqqətlə nəzərdən keçirmiş, bölmələrin və bu bölmələrdəki məqalələrin düzgün seçilməsinə, bəstəkarın həyat və yaradıcılığına aid olan illərin dəqiq qeyd olunmasına və sairə bu kimi xüsusiyyətlərə ciddi nəzər yetirmişdir. Vidadi müəllimin özünün yazdığı «Hər zaman qəlbimizdədir» məqaləsində (səh.86) onun Süleyman Ələsgərov irsinə olan böyük məhəbbəti və bəstəkarla bağlı maraqlı xatirələri öz əksini tapır.

       «Süleyman Ələsgərov xatirələrdə» kitabı görkəmli dövlət xadimi hörmətli Prezidentimiz Heydər Əliyevin bəstəkar haqqında dəyərli fikirləri ilə başlayır. «Ön söz»də kitabın hansı zərurətdən yaranması açıqlanır. Sonra Səadət Təhmirazqızı bir musiqihünas nəzəri ilə bəstəkarın həyat və yaradıcılığının son illərini ətraflı şəkildə şərh edir. Buradan oxucuya bir daha aydın olur ki, daim qəlbi Vətən eşqi ilə döyünən, yüksək xeyirxahlıqla dolu olan bəstəkar ömrünün son on ilində məlum hadisələrlə əlaqədar olaraq yaradıcılığında hərbi-vətənpərvərlik mövzusuna geniş yer vermişdir.

       «Bəstəkarın həyat və yaradıcılığına bir nəzər»dən sonra kitabın əsas mahiyyəti olan «Xatirələr» bir neçə bölmədə təqdim olunur. Indi isə bir qədər həmin bölmələr haqqında:

       1. «Sənət dostları və həmkarlarının ürək sözləri və xatirələri».

Burada bəstəkarla çiyin-çiyinə çalışan sənət dostlarının xatirələri cəmləşir. Onlardan Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Şəfiqə Axundova, Sevda Ibrahimova, Ramiz Mirişli, Tofiq Bakıxanov, Ramiz Zöhrabov, Fərhad Bədəlbəyli, Zeynəb Xanlarova, Nəsibə Zeynalova, Ramiz Mustafayev, Vaqif Məmmədov, Elxan Babayev, Mobil Əhmədov, Yaşar Səfərov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Anar, Zemfira Səfərova, Şəhla Mahmudova, Zenfira Əliyeva, Cabir Novruz, Kürsüm Dadaşova, Əlibaba Məmmədov, Arif Babayev, Yaşar Nuri, Islam Rzayev, Möhlət Müslümov, Yusif Axundzadə, Təhmiraz Şirinov və başqalarının adlarını qeyd etmək olar.

       2. «Müxtəlif peşə-sənət dostlarının ürək sözləri».

       Bu bölmə Süleyman müəllimi yalnız bəstəkar kimi deyil, daha çox xeyirxah bir insan kimi xarakterizə edən xatirələrdən ibarətdir. Burada xatirələri olanlardan Əcdər Ağayev, Nizami Bəhmənov, Elşən Kazımov, Təranə Məmmədova, Yusif Vəliyev, Aliyə Məmmədova, Niyazi Aslanov, Mailə Muradxanlı, Fəridə Aslanbəyova, Kərim Kərimli və daha neçə-neçə xeyirxah insanın adlarını çəkə bilərik. Bu insanlar Süleyman Ələsgərov irsinə olan hörmət və məhəbbətlərini öz xatirələrində ifadə etmişlər.

       3. «Yaxın qoumları və dostlarının ürək sözəri».

       Bu bölmədə bəstəkarın övladları Könül, Arzu və Eyyub Ələsgərovların, nəvələri Təbəssüm, Süleyman, Cabir və Tahirin, eləcə də yaxın qohumlarının xatirələri var. Özü də bütün xatirələrdə Süleyman müəllimi ananlar onun vəfalı ömür-gün yoldaşı Ağgül xanımla qoşa xatırlayırlar.

       Beləliklə, bütün bu xatirələri Süleyman müəllimin həyat və yaradıcılığının müxtəlif tərəflərini kitabda əks etdirən musiqişünas Səadət Təmirazqızı yazdığı «Son söz»də belə yekunlaşdırır:

       «Mən kitabda xatirələri toplananlara və bu kitabın hazırlanmasında zəhməti olanlara öz dərin təşəkkürümü bildirirəm. Bu kitab bizlərin Süleyman müəllimin və Ağgül xanımın ruhu qarşısındakı mənəvi borcumuzun cüzi bir hissəsidir. Bir daha onlara Tanrıdan rəhmət diləyirəm. Qoy onların həyat yolu bizlərə və bizdən sonrakı nəsillərə örnək olsun».

       Mənim qənaətim belədir ki, musiqişünas Səadət Təhmirazqızının nəşr etdirdiyi «Süleyman Ələsgərov xatirələrdə» kitabı doğrudan da gələcək nəslə sənətkarlıq və insanlıq meyarları baxımından əsl örnək ola biləcək bir sənət əsəridir.

       Mən həmkarımıza yaradıcılığında uğurlar diləyir və belə bir təşəbbüsünə görə ona sənətsevərlər adından təşəkkürümü bildirirəm.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page