ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
BÜLBÜLÜN
III-cü AŞIQ QURULTAYINDAKI
MƏRUZƏRI 1961-ci IL

.
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
BÜLBÜLÜN
III-cü AŞIQ QURULTAYINDAKI
MƏRUZƏRI 1961-ci IL

.
AZƏRBAYCAN MUSIQŞÜNASLARININ
TƏDQIQATLARINDA XALQ MUSIQISININ
JANR TƏSNIFATI

Yeganə ƏSƏDOVA
AZƏRBAYCAN XALQ
MUSIQISININ TOPLANILMASI VƏ
YAZIYA ALINMASINDA NIYAZININ ROLU

Fəttah XALIQZADƏ
MIRZƏ FƏRƏC
HAQQINDA XƏTIRƏLƏRIM

Ruqiyyə RZAYEVA

 


       Əziz yoldaşlar! Bildiyiniz kimi keçirdiyimiz qurultay üçüncü dəfədir ki, respublikamızın paytaxtı Bakıda cağrılır. Aşıq yaradıcılığına partiyamızın, hökümətimizin və xalqımızın göstərdiyi böyük qayğı heç təsədüfi deyildir. Əvvəlki məruzələrdən aydındır ki, bu böyük yaradıcılıq xalqımıza çox geniş ədəbi miras saxlamışdır. Çünki aşıq sənəti həm şe’r, həm nəğmə, həm musiqi, həm də ədəbiyyatdır.

       Mən xoşbəxtəm ki, yaradıcılığımın ilk günlərindən bu böyuk sənətkarlıqla birgə böyümüş və üzvi surətdə bu sənətlə bağlı olmuşam. Kecən 30 il ərzində mən üç qurultayda iştirak etmişəm. Mənim bu məruzəm 50 illik geniş bir yaradıcılıq axtarışlarının nəticəsidir.

       Aşıq sənətkarlığı vokal incəsənətimizin ən mühüm tarixi bir hissəsidir. Həm də mürəkkəb bir sənətdir. Aşıq yaradıcılığı tarix etibarilə xalqa ən yaxın və xalqla birgə inkişaf etmiş böyük bir sənətdir. O, xalqın bütün təbəqələrini əhatə edir.

       Xalqımızın nəcib duyğularını, Vətənimizin təbii gözəlliyini, həyatın rəngarəng lövhələrini şe’rdə, çalğıda, səsdə, sözdə, vəzndə ilbəil artırmış, bütün gözəlliyi və məlahətilə bizə çatdırmışdır. Vəzn etibarilə çox zəngin olan bu yaradıcılıq çalmaq, oynamaq, oxumaq, danışmaq kimi birləşmə yaratmışdır.

       Böyük Oktyabr Sosialist inqilabına qədər Azərbaycanın milli musiqisi və musiqi mədəniyyəti 3 böyük ana xəttlə inkişaf etmişdir.

       1. Xalq musiqisi yaradıcılığı;
       2. Xanəndəlik sənətkarlığı;
       3. Aşıq yaradıcılığı və sənətkarlığı.
       Bu 3 mürəkkəb yaradıcılıq sahələri çoxcəhətli, çoxtərəfli olmaqla yanaşı, bir-birini tamamlamış, biri digərinə həmahəng təsir göstərmişdir. Eyni zamanda hər sahə öz orijinallığını mühafizə etmiş və təkmilləşdirmiş sovet dövründə çiçəklənərək bütün musiqi mədəniyyətimizin təməli olmuş və musiqi irsimizin əsasını təşkil etmişdir. Xalq havalarında yaranan yenilikləri aşıqlar mənimsəmiş və öz yaradıcılıqlarına uyğunlaşdırmışlar. Eləcə də aşıq havalarında nə oynaq havalar və xüsusiyyətlər varsa, xanəndələr öz sənətkarlığına uyğunlaşdırıb istədikləri hallarda təsnif kimi oxumuş, muğamları genişləndirmək üçün aşıq formalarını və xalq mahnılarını muğamata daxil etmişlər. Misal üçün: Arazbarı, Kürdü, Ovşarı, Mani, Şikəstə, Bayatı, Kərəmi, Şərili, Kəsmə şikəstə, Şirvan şikəstəsi və buna bənzər aşıq formalarını əsas tutaraq geniş səsə malik olan xanəndələr bu formaları genişləndirmiş, mükəmməlləşdirmiş, muğamata üzvi surətdə aşılayaraq muğamatı xalqa yaxınlaşdırmışlar. Ayrı-ayrı hallarda yeni kadanslar icad edərə k, xanəndəlik sənətinə böyük genişlənmə gətirərək görkəmli yaradıcılıq işi görmüşlər. Nəticədə bu gözəl, qəşəng, ruhi oxşayan təbii havalar yaranmış və ilk Azərbaycan opera dramaturgiyasının inciləri olmuşdur. Maraqlı burasıdır ki, bu iki böyük mənalı sənətkarlıq, yəni xanəndəliklə, aşıqlıq, biri diğərilə çox əlaqədar olmağına baxmayaraq öz xüsusiyyətlərini, sənət çizgilərini həssaslıqla mühafizə etmişlər. Oxumaq qaydalarını, yaradıcılıq tərzini, üsulunu, üslubunu öz yaradıcılıqlarına uyğun bir tərzdə saxlamışlar. Xanəndələr muqamların, dəstgahların quruluşundan, tərtibatından asılı olaraq, təsnif düzəldir, mahnı qoşur, rəng seçir və qəzəllər ayırırlar. Öz səsinin, bacarığının daxilində bilik səviyyəsindən asılı olaraq qəzəllər oxuyur, qaval vurur, guşəxanlıqlar eləyir, gəzişir, zəngülə vurur, məclisi qızışdırır. Aşıqlar isə çoxlu nağıllar bilməli, dastanlar əzbərləməlidirlər. Ustadnamələr, qıfılbəndlər, deyişmələr, qoşmalar, təcnis, müxəmməs, gəraylı, bayatı, dubeyti və buna bənzər bir çox aşıq havalarını öy rənməlidirlər. Bunların hamısını oynamaqla, oxumaqla, saz çalmaqla, danışmaqla əlaqələndirməlidirlər. Xanəndələr özləri qaval vurur. Qaval vasitəsilə vəzn saxlayırlar. Onları isə tar, kamanca, nağara çalanlardan ibarət bir dəstə müşayiət edir. Əgər xanəndə qaval vurmazsa, bir özgəsi də qaval çala bilər. Halbuki, aşıqlar mütləq özü çalmalı, özü oxumalı və özü də oynamalıdır. Aşıq eyni zamanda böyük şair olmalıdır. Xanəndələr, muğamatcılar mətni, qəzəlləri yazılı ədəbiyyatdan alırlar, divanlardan, kitablardan öyrənirlər. Xanəndələrin şair olmağa ehtiyacları yoxdur.

       Bildiyiniz kimi, hər mürəkkəb sənətkarlığın özünə aid ayrı-ayrı xüsusiyyətləri vardır. Biz aşıq yaradıcılığına onun üçün əhəmiyyət veririk ki, bu sənətkarlıq xalqımıza böyük ədəbi irs saxlamış, şifahi ədəbiyyatımızın anası olmuşdur. Yalnız lirik şe’rlər deyil, tariximizlə əlaqədar olan, yaşayışımız, ənənələrimizlə bağlanan nə kimi gözəlliklər, oynaqlıqlar, həyati hadisələr varsa, böyük həssaslıqla telli sazda bizə çatdırılmışlar. Aşıqlarımız tarixi abidə deyil, həmişə çanlı, həmişə təzə, həmişə maraqlı, xoşa gələn yaradıcı qüvvəmizdir. Aşıq el anasıdır. Aşıq gördüyünü çağırır. Bu aşıq haq aşığıdır. Bu aşıq allah vergisidir. Xalq aşıqları belə sözlərlə qiymətləndirilir. Bu təyinlər xalqımızın təyinidir. Bu təyinlər öz-özünə deyil, uzun illərin təcrübəsi əsasında yaranmış xalqın bədii zövqünün məhsuludur. Evlərdə, məclislərdə qalıb oxumaq, xanəndələrə, mərəkə qurmaq, mərəkə açmaq, məclis qızışdırmaq, dinləyiciləri həyəcanlandırmaq aşıqlara məxsusdur. Aşıq Ələsgər deyirdi ki, aşıq sözü mərbud deməsə, cüm ləni çeynəsə, mərəkəni soyudar. Aşığın sazı çiynində, səsi boğazındadır. Harda imkan olsa orada mərəkə qurar. Bütün qapılar aşığın üzünə acıqdır. Azərbaycan aşıqları yaşadıqları mahalın adətinə uygun, məclis qaydalarına görə mərəkə qurar, dastan başlar.

       Yeri gəlmişkən klassik aşıq sənətində sənətkarlığa aid vasitələrdən də danışmaq pis olmaz. Çünki aşıq sənətkarlığında gözəl boyalar, bəzəklər çoxdur. Bunlardan bir-bir danışıb qurultaya yığışan sənətkarların nəzərini bu vasitələrə cəlb etmək istəyirəm. Indi gəlin görək həmin vasitələr hansılardır?

       1. Zəngulə

       2. Güşəxanlıq
       3. Səslə gəzişmək
       4. Səs oynatmaq
       5. Səsbazlıq
       Həzin nəfəs, şirin nəfəs, səs uzatmaq, səs qısaltmaq, səs işlətmək qanunları, musiqi cümləsini bitirmək, səslə şe’r cümləsini tamamlamaq, sözbaşı çümlə, söz axırı cümlə. Səs vasitəsilə musiqi cümləsinin axırını gətirmək. Sonra səsin özü - məlahətli səs, şirin səs, qəşəng səs, zığlı səs, yanıqlı səs, uzun səs, səs gözəlliyi ilə söz gözəlliyinin birləşməsi, açıq səs, qaltanlı səs, zil səs, bəm səs və i.a.

       Bu saydıqlarımız sənətkarlıq vasitələridir. Həmin vasitələrdən şüurlu və yaradıcılıqla istifadə etməklə sənətin zirvəsinə yol açılır.

       Bu vasitələri yaxşı öyrənməyən, bu imkanlardan yerində, gözəl, ahəngdar istifadə edə bilməyənlər yaxşı sənətkar ola bilməzlər?! Hələ bu saydıqlarımızdan başqa nəqarətlar, diringələr, təkrarlar da vardır. Musiqi cümləsini tamamlamaq üçün deyilən ay balam, ay gülüm, ay bülbülüm, ay umudum, ha-ha, hi-hi, he-he və i.a. bunlar hamısı aşıq sənətində möhkəm yer tutan amillərdir.

       Aşıq sənətkarlığında zəngulə vurmaq qaydaları çox orijinaldır. Əgər xanəndələr zəngulə vurmağa çox böyük ustalıq kimi yanaşırlarsa və onu sənətkarlığın böyük bir hissəsi kimi öyrənirlərsə, aşıqlarda zəngulə cümlə tamamlamaq, axırını gətirmək üçün vurulur. Onlar bunu bəzən söz ortasında, bəzən sözün axırında bəzən cümlənin başlanqıcında vururlar. Özü də bu, həmişə ardıcıl olmur. Dilin fonetik qanununa, sövti xüsüsiyyətinə uyğunlaşdıraraq söz cümləsi «iynən» qurtarsa zənguləni «iynən» vururlar, «yeynən» qurtarsa «yeynən» vururlar. Sonra ye, ö, a, o və i.a. necə qurtarırsa elə də zəngulə vurulur.

       Şamaxı aşıqları, Kürdəmir və Salyan qarışığı aşıqlar zəngulə vurmağa çox meyl göstərirlər. Onlar guya məclis qızışdırmaq, məclis tutuşdurmaq üçün zəngulə vurur, muğamat pərdələrinə əl atırlar. Belə zənguləbazlıq XIX əsrin ikinci yarısında yaşayıb-yaradan Qarabağ, Şamaxı və Aran aşıqlarında da təsadüf edilir. Çox gözəl zəngulə vuraraq muğamat xalları işlədən aşıqlar da az olmamışdır. Bu gözəl nəğməkarlıq bəzəyinin aşıq yaradıcılığına daxil olması tarixi hadisədir. Cünki Gəncə, Qarabağ və Şamaxı aşıqları çox gözəl və səsli xanəndələrlə həməsr olmuş və məşhur aşıqlar xanəndəliyin zəngulə kimi bəzəklərini aşıqlığa aşılamışlar. Xanəndələrsə aşıq sənətinin ən yaxşı tərəfləri hesabına muğamatları genişləndirmiş və aşıq xalları, aşıq güşələri hesabına yeni boyalar və yeni məlahətlər tapmışlar. Bu təbii artırmalar vaxtın tələbinə uyğun olmuş, xanəndəliyə yeni təravət gətirmiş və xalq muğamatını yeni guşələrlə bəzəmişdir. Xalqın sevimlisi olan bu məşhur xanəndələr, bu artırmalara çox həssaslıqla yanaşmışlar. Şüu rlu musiqi təfəkkürü kimi bir xalq musiqi məktəbi düzəltmişlər. Şamaxıda Mirzə Məhəmməd Həsən, Qarabağda Qaryağdı oğlu Cabbar bu sahədə çox böyük iş görmüşlər. Cabbar «Kürdü» havasını məclisi başlamaq üçün ən yaxşı muğam hesab edirdi. O, «Kürdü» ilə «Manı» muğamlarını birləşdirib «Kürdü-Şahnaz» etmişdi. Şamaxılı Mirzə Məhəmməd Həsən «Karükürd» havasını «Şur» dəstgahında «Simayi-Şəms»dən əvvəl oxuyaraq dalını «Kürd»üyə döndərib məclisi dizi üstdə gəzə-gəzə zil səslə, ardıcıl zəngulə vurardı. Cabbar «Şur» dəstgahında həmişə «Manı», «Ovşarı» oxuyardı və ardıcıl zəngulələrlə bülbül kimi cəh-cəh vururdu. Onlara bənzər aşıqlardan aşıq Abbasqulu (Gülablı), aşıq Mirzə, aşıq Əsəd, Qaraçı oğlu Ibrahim «Baş müxəmməs», «Qəhrəman Keşiş oğlu», «Yerevan çuxuru», «Misri» və «Koroğlu» havalarında çox gözəl ardıcıl zəngulələr vurardılar. Həmin zəngulələri aşıq havaları üslubunda sözlə əlaqələndirib cümləni tamamlardılar. O zəngulələr aşıq sənəti ilə, aşıq yaradıcılığı ilə cismi surətdə əlaqələndirilirdi. Zəngulələr yerində vu rulub və havalara uyğunlaşdırılırdı. O zəngulələr ki, aşıq havaları ilə həmahəngdir, aşıqlarla həmahəngdir, onlar klassik aşıqlarımızı zənginləşdirir, aşıq səsinə, aşıq formasına bağlanır, onları qəşəng səs yaradıcısı kimi mükəmməlləşdirirdilər. Musiqi cümləsini başlayarkən, ayaq verərkən, həzin nəfəslə, həzin zəngulələr vuraraq guşəxanlıq əmələ gətirir, nəğməkarlığını bəzəyir və musiqinin əsas məqsədini dinləyiciyə catdırırdılar.

       Sual edirəm, indiki aşıqlarımız beləmi eləyirlər? Məncə o qədər də yox. Necə bilirsiniz, yoldaşlar, indi cənəsində zəngulə vuranlar, qırıq-qırıq qayqanaq zənguləsi düzəldənlər, şirin nəfəsi cənədə vuranlar, üst dişləri ilə alt dodaqlarını bir-birinə vurub və-və-və eləyənlər, zənguləni damağında vuranlar, sözün axırını gətirə bilməyib cənəsində guşə işlədənlər yaxşımı eləyirlər? Yoldaşlar, siz necə bilirsiniz, bu qeyri bədii hallar, belə eybəçər sənətkarlıq xalqımıza layiqdirmi? Məncə hamılıqla deyərik yox! Qeyd etməliyəm ki, axır vaxtlarda bəzi cavan aşıqlarımızın çiçəklənən həyatımızdan ilham alaraq bir sıra oynaq havalar düzəltmələri, gözəl, qəşəng, yeni mahnı şe’rləri yaratmaları xalqın xoşuna gəlir, heyif ki, bu pərdənin altında sənətkarlıq məsələsi pərdələnir. Məncə, bu yeniliklər böyük sənətkarlıqla, klassik aşıq ənənələri ilə uyğun surətdə əlaqələndirilsə, həmahəng olsa, çox xeyirli olar. Misal üçün, aşıq Pənahın, aşıq Şakirin və başqa yaxşı səsə malik olan cavan aşıqların sənətkarlıq xüsusiyyət ləri necə genişlənə bilər? Bu bəzi yarımcıq xanəndələrin yaradıcılığı hesabınamı, yoxsa tarixi, böyük sənət ustaları – aşıqları hesabına? Mən deyərdim ki, hər ikinsinin! Hər iki ölməz sənətin gözəl xüsusiyyətlərinin, yaxşı cəhətlərinin mənimsənilməsi və klassik sənət nümunələrini öz yaradıcılıq şüurunun süzgəcindən keçirməsi hesabına!

       Bilirsiniz, yoldaşlar, musiqi, nəğmə insanın ruhi tərbiyəsində-böyük vasitədir. Nəğmə həm musiqidir, həm poeziyadır. Nəğmə şe’r ilə birgə doğulur. Nəğmə şe’rin, vəznin, səsin birləşməsidir. Nəğmə insan ruhunun ən yaxın yoldaşıdır. Nəğmə, musiqi vəzni insan ürəyinin hərəkəti ilə bağlıdır. Nəğmə insan ruhuna böyük təsir göstərən bədii vasitədir. Nəğmə insan əhvali – ruhiyyəsinin barometridir. Tarix boyu nəğmə, musiqi, mahnı, insanı güldürür, ağladır, oynadır, yatırdır. Bu ünsürlərin varlığı musiqidə simfoniya təfəkkürünü yaratmışdır. Belə mürəkkəb musiqi təfəkkürünü yaradan ilk növbədə, xalq mahnıları və aşıq nəğmələridir. Simfoniya sözü qrek sözüdür. Ruscası «sazvuçi» (sozvuçie) deməkdir. Azərbaycanca isə həmavaz. Əgər aşıqlıq şe’rin, çalmağın, oynamağın və danışmağın vəhdətidirsə, demək, beş bədii ünsürün birləşməsidir. Bu gözəl birləşmə simfoniya deyilmi?

       Yoldaşlar, deməliyəm ki, siz bu böyük vəhdətin sahibisiniz. Belə bədii ahəngdar tarixi sənətin sahibi necə şəxsiyyət olmalıdır? Yeni sosialist dünyamızın aşıqları bu yenilikləri necə qavramalıdırlar? Axı niyə biz bugün elə orijinal sintetik sənətin yeniləşməsini, müasirləşməsini qarşıya qoymayaraq, bu yeniliyin nədən ibarət olduğunu deməyək.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page