ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
BÜLBÜLÜN III-cü AŞIQ QURULTAYINDAKI MƏRUZƏRI 1961-ci IL
.
AZƏRBAYCAN MUSIQŞÜNASLARININ TƏDQIQATLARINDA XALQ MUSIQISININ JANR TƏSNIFATI
Yeganə ƏSƏDOVA
AZƏRBAYCAN XALQ MUSIQISININ TOPLANILMASI VƏ YAZIYA ALINMASINDA NIYAZININ ROLU
Fəttah XALIQZADƏ
MIRZƏ FƏRƏC HAQQINDA XƏTIRƏLƏRIM
Ruqiyyə RZAYEVA
|
|
I Dəftər eyni mürəkkəb-qələmlə yazıldığından bütövlükdə 1934-cü il ekspedisiyasına aiddir (10 nümunə). Lakin toplanılan və yazılan havaların daha çox olduğunu düşünmək olar. Buna baxmayaraq, onların, demək olar ki, hamısı məhəlli koloriti ilə seçilən nadir folklor nümunələridir. Respublikamızın Cənub-Şərq bölgəsində keçirilmiş sahə araşdırmalarının əsas qiyməti də elə ondadır ki, bu zaman Lənkəran-Astara musiqi dialekti üçün səciyyəvi olan, başqa bölgələrdə və ya not nəşrlərində isə rast gəlinməyən maraqlı xalq melodiyaları təsbit olunmuşdur – «Gilas gəlir», «Şirinəm», «Sonalar», «Sevdim dolana», «Laçın nome» (?), «Çəmənə gəl, gül oğlan», «Çoban mahnısı». Bundan başqa, «Aman nənə» və «Dili, dil-dil» («Ay dili-dili») mahnılarının da ilk dəfə yazıya alınması Niyazinin adı ilə bağlıdır.
Növbəti – 1935-ci il Niyazi tərəfindən ilk dəfə muğamların nota köçürülməsi ilə yadda qalmışdır. «Rast» və «Şur» muğamlarının görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun səsindən Avropa not sistemi vasitəsi ilə müvəffəqiyyətlə qələmə alınması o dövrün mətbuatında — «Kommunist» qəzeti (1) və «Literaturnıy Azerbaydjan» jurnalında müsbət rə’y almış (9), xüsusilə də Üzeyir Hacıbəyov tərəfindən yüksək qiymətləndirilmişdir. Bu faktı Niyazinin tədqiqatçıları da həmçinin qeyd edirlər (məsələn, L.Karagiçeva, E.Abasova, S.Kərimov). S.Kərimov yazır ki, «iyirmi üç yaşlı bəstəkar müasir Azərbaycan musiqi tarixində ilk dəfə mühüm nəzəri və praktiki əhəmiyyəti olan çox mürəkkəb yaradıcılıq məsələsini həll edir» (4, 20).
Yuxarıda deyildiyi kimi, II Dəftər əlifba islahatından sonra tərtib olunsa da, burada 3 Lənkəran havası bir daha təkrar edilmişdir («Aman nənə», «Gilas gəlir», «Vallah şirinəm»). Bu və başqa variantlar (IV vərəqdən «Aman nənə» və «Sonalar») nümunələrin tutuşdurulması və bərpası üçün köməyə gələ bilər. Digər məşhur el havalarının harada qeydə alınması isə hələ mə’lum deyil. Belə ki, «Şalaxo» oyun havası, «Yeri, dam üstə, yeri», «Əhd eyləmişəm» («Şur təsnifi»), «Evləri var, oy aman», «Qalanın dibində», «Gül bağçalar», «Bülbülün geydiyi sarı» o qədər geniş yayılmışdır ki, onlar Azərbaycanın hər bir bölgəsində (nəinki Lənkəranda) yazıla bilərdi.
Niyazinin folklor yazıları ilə bağlı başqa bir qaynaqdakı ötəri qeydə müraciət edək. I.Sviridova özünün «Azərbaycan musiqi folklorunun yazıya alınması və nəşri tarixindən» adlı zəngin informasiyalı məqaləsində ET Musiqi Kabinetinin Qarabağ ekspedisiyasını (1932-ci il) nəzərdə tutaraq yazmışdır: «Birinci ekspedisiya fonoqramlarının bir hissəsi (48 nömrə) 1936-cı ildə Niyazi tərəfindən nota köçürülmüş və hazırda NIKMUZ-un arxivində saxlanılır» (5.195). Eyni məqalədə bir az sonra həmçinin qeyd olunur ki, Niyazi Bülbülün ifasından daha 13 xalq mahnısını notlaşdırmışdır (doğrudur, onlardan ikisinin kim tərəfindən oxunması qeyd olunmamışdır) (5.199).
I.Sviridovanın gətirdiyi rəqəmlərlə (48+13) mənzil-muzeyin folklor əlyazmalarını (27) cəmləsək, hal-hazırda tədqiqatçının diqqəti mərkəzində 88 nümunənin dayanmalı olması aydınlaşır. Həmin rəqəmin bir az da artması ehtimalı vardır. Bu yazıların istər musiqi mətni, istərsə edə ən kiçik ştrixləri olduqca maraqlı və gözlənilməz bilgilər daşıya bilər.
Məsələn, «Dünya pənc» adlı kiçik bir nəğməyə aid zaman və məkan göstəriciləri son dərəcə diqqəti çəkir. – Ləş, 1926. Buradan da aydın olur ki, 14 yaşlı gənc musiqiçidə folklor nümunələrini nota yazmaq həvəsi kifayət qədər erkən oyanmış və bunun üçün ailə mühitinin rolu çox əhəmiyyətli olmuşdur. Atası Zülfüqar bəyin yaxından iştirakı ilə Ü.Hacıbəyov və M.Maqomayevin, üzərində işlədikləri məcmuə – «Azərbaycan türk el nəğmələri» bir il sonra işıq üzü görəcəkdi (1927). Milli musiqi folkloru məcmuələrinin bu ilk qaranquşu çılğın təbiətli iste’dadlı oğlanın gözləri qarşısında yaranırdı və o, həmin mövzuda gedən maraqlı söhbətlərin, canlı fikir mübadilələrinin şahidi olurdu. Niyazi Abşeronun şimal sahillərində yerləşən səfalı Ləş bağlarında eşitdiyi bu havanı, görünür, çox bəyənmiş və nota köçürməyə təşəbbüs göstərmişdir. Bu qiymətli təcrübə parlaq gələcəkli gəncin yaradıcılıq həyatında əlamətdar bir hadisə olmuş və şübhəsiz, onu həmin istiqamətdə faydalı işlər görməyə həv
əsləndirmişdir.
Beləliklə, Niyazinin doğma musiqi folklorunu toplayıb yazıya alması kimi maraqlı bir fəaliyyət sahəsi 20-ci illərdən başlanmış (1926) və növbəti onilliyin üç ili ərzində (1934-1936) intensiv xarakter almışdır. Bu fəaliyyət musiqi-etnoqrafik ekspedisiyada (Lənkəran 1934), iki muğamın not yazısında (1935) və onlarla xalq mahnısının notlaşdırılmasında öz ifadəsini tapmışdır.
Bu kimi səmərəli işlər dahi musiqiçinin şəxsi fəaliyyətindən başqa öz dövrünün müəyyən təmayüllərini, ET Musiqi Kabinetinin əzmkar axtarışlarını və bütövlükdə, Azərbaycan musiqi folklorşünaslığı tarixinin parlaq və özünəməxsus bir dövrünü (ötən əsrin 20-30-cu illərini) daha aydın işıqlandırmağa kömək edir.
Bununla əlaqədar, belə bir cəhəti də göstərmək lazımdır ki, Azərbaycan xalq musiqisinin toplanılması və notlaşdırılması işinə cəlb olunmuş və bu musiqinin incəliklərinə dərindən nüfuz etmiş digər adlı-sanlı bəstəkarlarımız kimi (Q.Qarayev, C.Hacıyev, F.Əmirov, Z.Bağırov, T.Quliyev və başqaları) Niyazinin də gələcək fəaliyyətində bədii yaradıcılıq məsələləri, xüsusilə də, onun bir dirijor kimi parlaq sənəti hakim mövqeyə çıxmışdır. Iste’dadlı sənətkarlarımız xalq musiqisinin elmi tədqiqi ilə də müntəzəm və ardıcıl surətdə məşğul olsaydılar, şübhəsiz, musiqi folklorşünaslığımızın səviyyəsi indikindən qat-qat yüksək olardı.
Muğam musiqisinin nota yazılmasından fərqli olaraq, Niyazinin folklor çalışmaları 30-cu illərdə bir o qədər də diqqəti cəlb etməmiş, adı çəkilən bəstəkarlar və onların tədqiqatçıları kiçik və sadə el havalarının qələmə alınmasına adi bir şey kimi baxmışdılar. Halbuki, həmin yazılar zaman keçdikcə daha artıq qiymət kəsb edir və keçən əsrin ilk yarısında mövcud olmuş musiqi folkloru mühitini konkret misallarla gələcək nəsillərə ötürür. Buna görə də elmi institutlarda, muzey və arxivlərdə saxlanılan ilkin qaynaqların yorulmadan axtarılması, araşdırılması və nəşrə hazırlanaraq geniş musiqi ictimaiyyətinin ixtiyarına verilməsi bizim ən şərəfli vəzifələrimizdən biri olmalıdır.
ƏDƏBIYYAT
1. Ü.Hacıbəyov. Azərbaycan muğamlarının yazı (?) məsələləri. «Kommunist» qəzeti, 1935, 22 iyul.
2. Ü.Hacıbəyov. El musiqisi haqqında. Seçilmiş əsərləri. Bakı, 1985, s.183-184.
3. G.Abbasova. Niəzi. Baku. Azerneşr, 1965.
4. S.Kerimov. Niəzi (ciznğ i tvorçestvo). Baku. 1982.
5.I.K.Sviridova. Iz istorii zapisey i publikaüiy azerbaydcanskoqo muzıkalğnoqo folğklora. V kn. Muzıkalğnaə folğkloristika, vıp. I, M., 1973.
6. G.Abasova, L.Karaqiçeva, B.Mamedova, K.Safaralieva. Azerbaydcanskaə Qosudarstvennaə Konservatoriə imeni U.Qadcibekova. Baku, 1972.
7. S.Aleskerov, B.Quseynli. Muzıkalğnaə folğkloristika v Azerbaydcanskoy qosudarstvennoy konservatorii im. Uz.Qadcibekova. Uçenıe zapiski AQK, ser. XIII, 1 (10), 1972.
8. Ə.Isazadə, N.Məmmədov. Xalq mahnıları və oyun havaları. Bakı, 1975.
9. V.Çebanenko. Ehe odna pobeda. «Literaturnıy Azerbaydcan», 1935, ¹ 4-5.
10.L.Karaqiçeva. Niəzi (Oçerk tvorçestva kompozitora i diricera). M., 1959.
|