ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...
YARADICILIQ…
.
MÜSAHIBƏLƏR…
.
TƏHSIL...
.
GÖRÜŞLƏR…
.
|
|
MUSIQIDƏ YAŞANILAN ŞƏRƏFLI ÖMÜR
Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi Vaqif Əbdülqasımovun 60 yaşı tamam olur.
Bu yubiley professor Vaqif Əbdülqasımovun müəllim həmkarları və sənət dostları tərəfindən böyük səmimiyyətlə, hörmətlə qarşılanmış və qeyd edilmişdir. Yubilyara belə bir yüksək səviyyəli münasibət isə səbəbsiz deyildir. Vaqif Əbdülqasımov musiqi ictimaiyyəti, müəllim həmkarları, iş yoldaşları və tələbələr arasında kifayət qədər böyük hörmət və nüfuz qazanmış bir insandır. Qazandığı bu hörmət, bu nüfuz, hesab etmək olar ki, onun 60 illik ömrünün ən böyük dəyəri, ömür tacı, yaşadığı həyatın əsas mahiyyəti və uğurlu nəticəsidir. Məhz qazandığı bu hörmət onun 60 illik ömrünü hədər yaşamadığını, mənalı və dəyərli ömür sürdüyünü sübut edir. Bu böyük hörməti, nüfuzu Vaqif müəllim öz işinə, vəzifəsinə daim yüksək məsuliyyət və ciddi münasibəti, daim işinə və peşəsinə qarşı yüksək mənəvi və peşəkar meyarlarla yanaşması, sənətin və pedaqoji işin tələb etdiyi ali amallara sədaqətli qalması, özünə qarşı tələbkarlığı və həm də şəxsi, insani keyfiyyətləri, iş yoldaşlarına, həmkarlarına və tələbələrinə qarşı həmi
şə səmimi, ədalətli olması ilə, yaxşı işləri və əməlləri, xeyirxah təbiəti qazanmışdır.
Vaqif müəllim əslən Qarabağlıdır! Bu isə Azərbaycanın musiqi ictimaiyyətində heç də az əhəmiyyətli məsələ hesab olunmur. Bu gün Qarabağ yalnız Azərbaycanda, Qafqazda deyil, Azərbaycan mədəniyyətinə maraq gösrətən bütün ölkələrdə musiqi mədəniyyətinin qədim beşiyi, peşəkar sənətçilər yurdu hesab olunur. Bir sözlə, musiqi Vaqif müəllimin canında, qanında, ruhundadır. Burada bir «sirr» də açmaq istəyirəm: Vaqif Əbdülqasımov Qarabağın çox məşhur xanəndəsi, bütün Qafqaz ellərində və Yaxın Şərqdə məşhur olan Məşədi Dadaşın ("Bayatı-Şiraz Məşədi Dadaş"ın) nəvəsidir! Bu göstərici onun musiqiyə genetik bağlılığını, istedadını və sənətə sədaqətini varisliklə əldə etdiyini təsdiqləyir. Başqa sözlə, Vaqif müəllim görkəmli Qarabağ musiqiçisinin yalnız nəsil varisi yox, həm də layiqli sənət varisidir. Belə bir fakt isə özü-özlüyündə istedad adlı fenomenin nəsil-genetik yaddaşla öütürülməsi baxımından və musiqi tarixində varisliyin musiqi mədəniyyətinin inkişafında böyük rol oynaması baxımından böyük əhəmiyyət daşıyı
r.
Vaqif Əbdülqasımovun həyat yoluna nəzər salaq.
1942-ci il avqustun 26-da Ağdamda anadan olub. Ilk musiqi təhsilini Ağdam rayon1 saylı uşaq musiqi məktəbində alıb. Sonra təhsilini 1959-1963-cü illərdə Ü.Hacıbəyov adına Ağdam rayon orta ixtisas musiqi məktəbinin tar şöbəsində davam etdirib. 1961-1963-cü illərdə uşaq musiqi məktəbində və orta ixtisas musiqi məktəbində tar ixtisasından dərs verib. 1963-1968-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsinə daxil olaraq, buranı tar ifaçısı, pedaqoq və xalq çalğı alətləri orkestrinin dirijoru ixtisasları (görkəmli şəxsiyyətlər Səid Rüstəmov və Süleyman Ələsgərovun sinfi) üzrə bitirib. 1963-1967-ci illərdə Azərbaycan Dövlət teleradio komitəsinin xalq çalğı alətləri orkestrinə – respublikanın əməkdar kollektivinə tar ifaçısı kimi işləməyə dəvət olunub. Bədii rəhbər və dirijor, xalq artisti Səid Rüstəmovun rəhbərliyi ilə həmin orkestrdə işləyib. 1967-1971-ci illərdə Bakı mədəniyyət-maarif texnikumunda musiqi fənlərindən dərs verib. 1971-ci ilin aprel ayından etibar
ən müsabiqə yolu ilə Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Bakı Musiqi Akademiyası adlanır –A.A.) xalq musiqisi kafedrasına tar ixtisası və xalq çalğı alətləri orkestri dirijorluğu fənləri üzrə müəllim vəzifəsinə qəbul olunub. 1984-cü ildə kafedranın dosenti, 1995-ci ildə professor elmi adını alıb. Hal-hazırda həmin kafedrada tar ixtisası üzrə professor vəzifəsində çalışır.
V.Əbdülqasımovun musiqi fəaliyyətini əsasən üç istiqamətə bölmək olar: ifaçılıq, müəllimlik, elmi fəaliyyət.
Bu sahələrin hər birində Vaqif müəllimin fəaliyyəti və xidmətləri professionallıq baxımından yüksək səviyyədə olmuş, üstün cəhətləri ilə seçilmişdir.
V.Əbdülqasımov peşəkar fəaliyyətinə ilk dəfə ifaçı kimi başlamışdır. Bu yolda ilk addımlarını o, hələ Ağdam orta ixtisas musiqi məktəbinin tar sinfində oxuduğu illərdə atıbdır. Belə ki, tələbəlik illərində bu musiqi texnikumunun konsertlərində solo çıxışlar edibdir və öz texniki səviyyəsi ilə, musiqi duyumu, istedadı ilə həmişə fərqlənib, diqqət mərkəzində olubdur.
Bundan başqa texnikumda oxuduğu illərdə rayonun musiqi həyatında bir ifaçı kimi fəal iştirak edib. Ağdam rayon mədəniyyət evi nəzdindəki məşhur «Şur» xalq çalğı alətləri ansamblında tarzən kimi çalışıb. Ansamblla birlikdə respublikanın rayonlarında çoxsaylı konsertlərdə iştirak edib. Ansamblın tərkibində respublika müsabiqələrinin, Moskvada və başqa iri şəhərlərdə keçirilən çoxsaylı müsabiqələrin, festivalların, Moskvada keçirilən Azərbaycan incəsənəti günlərinin iştirakçısı olub. SSRI səviyyəsində və respublika miqyasında təşkil olunan özfəaliyyət müsabiqələrində, xalq yaradıcılığı üzrə festivallarda uğurla çıxışlar edib. Bu iştirakının müqabilində çoxlu sayda müxtəlif fəxri fərmanlarla, medallarla, tərifnamələrlə təltif olunub.
Lakin Ağdam orta ixtisas musiqi məktəbində oxuduğu illərdə onun bir ifaçı kimi fəaliyyəti yalnız «Şur» ansamblı ilə bitməyibdir. Belə ki, V.Əbdülqasımov rayonun Dram teatrında bir tarzən kimi də fəaliyyət göstərərək, Ü.Hacıbəyovun «Leyli və Məcnun», M.Maqomayevin «Şah Ismayıl» operalarının və başqa dram əsərlərinin tamaşalarında solist və müşayiətçi tarzən kimi iştirak edibdir. Belə bir fəaliyyət isə, onun ifaçılıq təcrübəsini artırmış və müşayiətçi tarzən kimi də formalaşmasına kömək etmişdi. Konservatoriyaya daxil olana qədər V.Əbdülqasımov peşəkar ifaçı üçün tələb olunan əsas şərtlərin bir çoxunu mənimsəmiş və peşəkar musiqiçilərdə gələcəyin görkəmli bir ifaçısı olacağı barədə qəti əminlik yaratmışdı.
Konservatoriyaya qəbul olunandan sonra V.Əbdülqasımov tələbələr arasında da ifaçılıq istedadı və bacarığı ilə seçilmişdir. Bu illər ərzində Konservatoriyada keçirilən əksər konsertlərdə solo proqramlarla çıxış etmiş və yüksək ifaçılıq məharəti nümayiş etdirmişdir. Konservatoriyanın başqa müəssisələrdə və rayonlarda təşkil etdiyi tədbir və konsertlərdə də V.Əbdülqasımov istedadlı çıxışları ilə yadda qalırdı.
Böyük pedaqoq S.Rüstəmov V.Əbdülqasımovun həm ifaçılıq istedadını, həm də ixtisasına ciddi və məsuliyyətli münasibətini, ifaçılıqdakı üstün cəhətlərini nəzərə alaraq, onu özünün bədii rəhbəri və baş dirijoru olduğu peşəkar kollektivə – tanınmış və nüfuzlu xalq çalğı orkestrinə tarzən kimi işə dəvət edir. Hələ tələbə ikən belə bir nüfuzlu peşəkar kollektivdə işləmək, onun tərkibində çoxsaylı konsertlər vermək və burada samballı ifaçılıq təcrübəsi keçmək Konservatoriyanın tarixində hər tələbəyə nəsib olmamışdır. Üstəlik nəzərə alaq ki, V.Əbdülqasımova belə bir etimad Səid Rüstəmov kimi ustad, böyük sənətkar və pedaqoq, həmin orkestrin rəhbəri, Azərbaycanda «Tar məktəbi»nin – ilk dərsliyin ilk müəllifi tərəfindən göstərilmişdir. Əlbəttə, belə bir böyük etimadı tələbəlik illərində V.Əbdülqasımov öz yüksək ifaçılıq istedadı ilə, peşəkar musiqiçi keyfiyyətləri ilə, ifaçılıq üçün tələb olunan əsas və yüksək tələblərə malik olması ilə qazanmışdı. Tam məsuliyyətlə bildirmək olar ki, Səid Rüstəmovun ixtisas
məktəbini keçmək və belə böyük ustaddan, sənətkardan dərs almaq V.Əbdülqasımovun həyatının ən önəmli səhifəsi, ən vacib məzmunudur.
Vaqif müəllimin bir ifaçı kimi yüksək istedada malik olması, ifaçılıq sahəsində mükəmməl məktəb keçməsi və öz ifaçılıq məharətini, təcrübəsini əsaslı şəkildə təkmilləşdirməsi sonrakı illərdə ona pedaqoji və elmi fəaliyyətində çox kömək etmişdir. Bu amil V.Əbdülqasımovun pedaqoq və tədqiqatçı kimi fəaliyyətində olduqca müsbət rol oynamış və onun pedaqoq kimi kamilləşməsinə, elmdə uğurlar qazanmasına əhəmiyyətli təsir göstərmişdir. Bu isə əsassız deyildir. Musiqi təhsilində və musiqi pedaqogikasında tarix ərzində əldə edilmiş təcrübənin real nəticələri təsdiq edir ki, yaxşı ifaçı olmadan, yaxşı müəllim olmaq da mümkün deyil. Yüksək professional səviyyəli ifaçının yüksək səviyyəli musiqi müəllimi olmaq şansı və göstəriciləri daha böyük, daha üstündür. Ən azı ona görə ki, hər hansı aləti bir ixtisas müəllimi kimi tədris edən şəxs ilk əvvəl bu alətin texniki və bədii imkanlarına bir ifaçı kimi mütləq bələd olmalıdır. Vaqif müəllimdə isə belə bir şans və göstəricilər var idi, həm də yüksək səviyyədə. Lakin
V.Əbdülqasımovun pedaqoji və elmi sahələrdə uğurlarını yalnız onun yüksək ifaçılıq istedadı, məharəti və zəngin ifaçılıq təcrübəsi ilə əlqaləndirmək doğru olmaz. Belə ki, ifaçılıq kimi bu sahələrin də hər biri yüksək bacarıq və istedad, böyük bilik, hazırlıq və məsuliyyət tələb edir. Ən başlıcası isə, Vaqif müəllimin ifaçılıq kimi pedaqoji və elmi sahələrdə qazandığı nailiyyətlər və nüfuz onda məhz bu keyfiyyətlərin də mövcudluğunu təsdiq edir.
Doğrudur, Vaqif müəllim ifaçılıq sahəsində fəaliyyətini sona qədər davam etdirmədi. Əgər etdirsəydi, şübhəsiz bu gün Azərbaycanın ən görkəmli sənətçisi, professional tar ifaçısı kimi tanına bilər və bu sahədə böyük şöhrət qazanardı. O isə, daha çox müəllimlik və elmi fəaliyyət yolunu tutdu və bu sahələrdə də özünü istedadlı, ciddi, nüfuz və hörmətli bir mütəxəssis kimi tanıtdı.
V.Əbdülqasımovun müəllimlik fəaliyyətindən söz açarkən, ilk əvvəl bir məsələni xüsusi vurğulamalıyıq. Tələbə olduğu illər illərdə ustadlarından aldığı dərşlər zamanı onların müəllimliyini də müşahidə etmiş və mənimsəmişdir. O, özünün pedaqoji fəaliyyətində S.Rüstəmov və S.Ələsgərov kimi böyük pedaqoqların müəllimlik prinsipləri ilə hərəkət etmiş, onların müəllimlik tərbiyəsinə işi və əməli ilə sədaqətli olmuş, müəllimliyin istər yüksək mənəvi, istərsə də yüksək təlim-tərbiyə prinsipracılərinə layiq səviyyədə fəaliyyət göstərmişdir.
Ustadlarından gördüyü tərbiyəni o, öz tələbələrinə də aşılayır. Tələbələrinə sənətdə həm mənəvi, həm də professional meyarları eyni dərəcədə yüksək tutmağı öyrədir. Professional sənətin və peşəkarlıq yolunun vacib şərtlərini mənimsətdirir. Vaqif müəllim öz tələbələrini həm səviyyəli peşəkar ifaçı, həm ifaçılığın mənəvi prinsiplərinə əməl edən şəxsiyyət, həm də milli musiqimizin inkişafına sədaqətlə qulluq edən vətəndaş kimi tərbiyə edir.
V.Əbdülqasımovun ümumiyyətlə, 42 illik (!) müəllimlik stajı var. Pedaqoji fəaliyyətinin 31 ilini isə Konservatoriyada müəllimlik təşkil edir. Bu illər yalnız say çoxluğu ilə diqqəti cəlb etmir. Bu illərin arxasında ömrün mahiyyəti, zəhmətləri, mübarizələr, çətinliklər, həyəcanlar, nailiyyətlər, yetişdirilən kadrlar dayanırlar.
1971-ci ilin aprel ayında isə V.Əbdülqasımov müsabiqə yolu ilə Dövlət Konservatoriyasının xalq musiqisi kafedrasına işə götürülmüş və vaxtilə ona dərs deyən tanınmış pedaqoqlarla, sənət xadimləri ilə birlikdə çiyin-çiyinə çalışmışdır. Burada ilk vaxtlar tar ixtisasından, xalq orkestri dirijorluğundan dərs vermişdir. Sonralar isə yalnız tar ixtisası müəllimi kimi fəaliyyət göstərmiş və bu sahədə böyük pedaqoji təcrübə qazanmışdır. Konservatoriyada işlədiyi 31 illik pedaqoji fəaliyyət, ünsiyyətdə olduğu təcrübəli müəllimlər ona pedaqoji işin bütün incəliklərində, bütün sahələrində zəngin təcrübə, zəngin bilik qazandırmışdır. Məlum həqiqətdir ki, illər insana yalnız əmək stajı yox, həm də təcrübə gətirir. Bu gün tam məsuliyyətlə və fəxarətlə demək olar ki, V.Əbdülqasımov respublikada tar ixtisasının təlim-tədrisi sahəsində ən təcrübəli və kamil, ən hörmətli və nüfuzlu, ən öndə gedən pedaqoqlardan biridir.
|