ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
...HƏMIŞƏ YARADASAN, HƏMIŞƏ YAŞADASAN...
ONUN ÖLMƏZ SIMASI...

Gülnarə QURBANOVA
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
QARA QARAYEVIN PORTRET CIZGILƏRI
(bəstəkarın anadan olmasının 85 illiyi münasibətilə)

.
ÜRƏKLƏRI FƏTH EDƏN BƏSTƏKAR
.
CAVIDIN MUSIQI DÜNYASI
Sərdar FƏRƏCOV
AZƏRBAYCAN VIOLONÇEL MƏKTƏBININ BANISI
Ülviyyə IMANOVA
...HƏMIŞƏ YARADASAN, HƏMIŞƏ YAŞADASAN...
ONUN ÖLMƏZ SIMASI...

Gülnarə QURBANOVA
BAYRAM HÜSEYNLI – ALIM, PEDAQOQ, BƏSTƏKAR
Ariz ABDULƏLIYEV

 


       O dövrdə elə bir bəstəkar tapılmazdı ki, yazdığı mahnını ilk növbədə Şövkət xanıma təqdim etməsin. Şövkət xanım da ustad təcrübəsindən istifadə edərək həmişə bu əsərləri yaşatmağa çalışardı və istəyinə də nail olardı. O zaman yazılan bir çox mahnıların uzun ömürlü olması və bu gün də xalqın ürəyinə yol axtaran müğənnilərimizin Azərbaycan bəstəkarlarının keçən əsrin 40-60-cı illərində dünyaya gələn mahnılarını sevə-sevə öz repertuarlarına daxil etməsi buna sübutdur.

       Azərbaycan muğamlarını və Azərbaycan bəstəkarlarının mahnılarını yaşatmaq Şövkət Ələkbərovanın sənətdə qarşısına qoyduğu əsas məqsəd idi və o, bu məqsədə nail oldu. Şövkət xanımın vallara və kino lentlərinə yazdırdığı mahnılar müğənninin daima yaddaşlarda qalmasına kömək edir və bu mahnıların tarixdə yaşamasına imkan yaradır.

       Şövkət Ələkbərova bir çox tanınmış bəstəkarlarımızın yaradıcılığında mühüm rol oynamışdı. Misal kimi təkcə Tofiq Quliyev yaradıcılığını gətirmək kifayətdir. Tofiq müəllimin özü bu barədə belə deyirdi: «Şövkət Ələkbərova Azərbaycan sovet musiqisinin ən görkəmli sənətkarlarından biridir. Təbiət Şövkət Ələkbərovaya gözəl, çox məlahətli səs, istedad bağışlayıb. Bəstəkarların əksəriyyəti çalışır ki, onların yeni mahnılarının ifaçısı Şövkət xanım olsun. Cəsarətlə demək olar ki, bəstəkarlarımızın çoxunu xalqımıza o tanıtdırıbdır. Mən də özümü xoşbəxt hesab edirəm ki, mahnılarımın ilk ifaçısı Şövkət xanım olub. Mən həmişə çalışmışam ki, mahnılarımı Şövkət xanım oxusun5».

       Şövkət xanım Tofiq Quliyevin bir çox mahnıları ilə yanaşı, bəstəkarın kinofilmlər («Bəxtiyar», «Görüş», «Onu bağışlamaq olarmı» və b.) və teatr tamaşaları üçün yazdığı mahnılarının («Qızılaxtaranlar» operettasından «Ilk bahar» mahnısı) da təkrarolunmaz ifaçısı olmuşdur.

       Şövkət xanımın gördüyü ən mühüm işlərdən biri də gənc nəslin musiqi tərbiyəsi ilə məşğul olmasıydı. Məhz bu iş Şövkət Ələkbərova yaradıcılığının dördüncü dövrünə təsadüf edir. Azərbaycan muğamlarına dərin hörmət bəsləyən və onları qəlbən sevən müğənni bu ehtiram və məhəbbəti gənc nəslə də aşılaya bilmişdi.

        Böyük müğənni yaradıcı gənc nəslin nümayəndələrində öz gəncliyini görərək, onların sənət və həyat himayəsinə böyük ehtiyac duyduqlarını çox gözəl bilərək, doğma balaları kimi sevdiyi tələbələrilə 50 illik sənət yolunda qazandığı təcrübəsini böyük səxavətlə paylaşırdı.

       Şövkət xanımın şagirdlərinin böyük müğənni haqqında xatirələri də dediklərimizin əyani sübutudur. Bu nəcib xanımın simasında böyüklükdə təkrarı olmayan «ana» və «müəllim» məfhumları cəmləşmişdi. Bu isə çətin olduğu qədər şərəfli idi.

       Sevimli müəlliminin xatirəsini əziz tutan tələbəsi Aybəniz Haşımova Şövkət xanımla bağlı verdiyi müsahibələrdə dəfələrlə Şövkət xanımın internat yetirmələrinə ana nəvazişiylə yanaşdığını, uşağlara yanlarında valideynlərinin olmamasını hiss etdirmədiyini, bayramlarda onları evinə çağırıb, süfrə açdığını və öz əliylə uşağlar üçün plov dəmlədiyini qeyd edib. Bununla yanaşı, minnətdar tələbə olan Aybəniz xanım Şövkət xanımın bir müəllim kimi çox tələbkar olduğunu, onun baxışlarından belə qorxduqlarını, amma buna baxmayaraq, tələbələrin müəllimlərini çox sevdiklərini vurğulayıb.

       Şövkət xanımın sənətdə gördüyü işlərin, xalqına verdiyi mənəvi qidanın müqabilində, yaşadığı dövrün imkanlarına uyğun olaraq o, SSRI xalq artisti fəxri adına da layiq görülməliydi, SSRI Ali Sovetinin deputatı da seçilməliydi, Azərbaycan Dövlət Konservatoriyasının muğam sinfində dərs də deməliydi... Bəli, bunlar hamısı olmalıydı, lakin... heç biri olmadı. Əvəzində isə böyük sənətkarın sənət yoluna çəpərlər düzüldü, süni çətinliklər yarandı... Niyə? Bəlkə də ona görə ki, Şövkət xanımın təbiətində olan qürur onu ayrı-ayrı vəzifə sahiblərinin qarşısında baş əyməyə qoymadı. Şövkət xanım elə bir qürurlu el qızı idi ki, başını ancaq tamaşaçılarının, dinləyicilərinin, bir sözlə desək millətin, xalqın qarşısında əyərdi. O, sözünü həmişə düşünüb, dik deyənlərdən idi, amma heç bir zaman ona ehtiyac duyan insanların xətrinə dəyməzdi, könül sındırmazdı.

       Şövkət xanım sənətdə və həyatda paxıllığın və qısqanclığın əleyhinə olardı. Hesab edirdi ki, insana ali bir nemət olan istedadı Allah verir və kiminsə ayağından çəkməklə başqa bir sənətçinin istedadı arta bilməz. Şövkət xanım heç bir vaxt sənət yoldaşları haqqında xoşa gəlməyən söz danışmazdı. Buna sübut kimi, müğənniyə qız əvəzi olan gəlini Gülnarə xanım da həmişə xüsusi olaraq qeyd edir: «Şövkət xanımla on il bir mənzildə yaşadıq, amma mən onun bir dəfə də olsun kiminsə haqqında mənfi fikir söylədiyini eşitmədim». Şübhəsiz ki, bu da Şövkət xanımın şəxsiyyətini, simasını müsbət xarakterizə edir.

       Şövkət xanımı səciyyələndirən cəhət onun sözünün arxasında dura bilməsidir. Balalarıyla da, əqidə yoldaşlarıyla da, seçiciləriylə də... Həmişə lətafətli və nəzakətliydi bu xanım.

       Şövkət xanım çox nikbin bir insan idi. Ona baxanlar elə bilərdilər ki, heç vaxt heç nədən narazı qalmır. Amma əslində o, sadəcə olaraq, qarşısında duranların könlünə dəymək istəməzdi, hamını şirin dillə dindirərdi. Geniş ürəyə malik bir insan idi. Bunu təsdiq edən misallar sonsuzdur. Elə götürək onun öz qardaşlarının balalarına göstərdiyi münasibəti. «Bibi»lik nümunəsi olan Şövkət xanım Böyük Vətən Müharibəsində həlak olan qardaşı Ələkbərin qızı Validəni səkkiz aylığından öz yanına götürüb, ona ana olmuşdu. O biri qardaşı Şəfinin qızı Sevdanı, oğlu Eldarı da bibi böyütmüşdü. Onların hamısına savad verib, ailə qurmaqda göməklik göstərmişdi. Daima qohum-əqrəbanın, dost-tanışın dadına çatan bir insan idi Şövkət xanım.

       Şövkət xanım təbiətcə həddən artıq sadə və təvazökar idi. Onun xasiyyətinə məxsus bu xüsusiyyətlər insanlarla ünsiyyətində özünü çox qabarıq şəkildə biruzə verirdi.

       Haşiyə: Yadımdadır, 70-ci illərdə Zuğulbadakı pansionatda dincələrkən Şovkət xanımla tez-tez görüşürdük və hər dəfə onunla ünsiyyətdə olduqda hiss edirdim ki, bu insanın bizim ailəmizə böyük sevgi və ehtiramı var. O, anam - Xavər xanımla görüşəndə şirin-şirin söhbət edərdi, keçmişi xatırlayardı, atam - Şıx-Əli Qurbanovun onun özünə və mərhum həyat yoldaşı istedadlı kinorejissor Lətif Səfərova olan diqqət və nəvazişindən ağızdolusu danışardı. Mən də bu söhbətlərin şahidi olduğum üçün özümü xoşbəxt bilirdim, çünki Şövkət xanıma uşaqlıqdan böyük ehtiram və məhəbbətlə yanaşırdım, axı o, hər şeydən əvvəl atamın sözlərinə yazılan «Şəki» (Şəfiqə Axundovanın Şıx-Əli Qurbanovun sözlərinə yazdığı «Şəki» mahnısı özündə lirizmlə yanaşı vətənpərvərlik ruhunu da yaşadır. Şövkət xanım həmişə olduğu kimi bu mahnıya da doğmalıqla yanaşmışdı. Qırx ildən artıq səslənən bu mahnı Şəki sakinləri tərəfindən doğma şəhərlərinin himni kimi qəbul edilmişdir) və «Bayram şamları» (Cahangir Cahangirov bu mahnının musiqisini Şıx-Əli Qurbanovun Novruz bayramına həsr etdiyi eyni adlı şerinə yazmışdı) mahnılarının təkrarsız ifaçısı idi.

        Şövkət xanımın nadir xüsusiyyətlərindən biri o idi ki, əsl xanım olan bu insan böyüklə-böyük, uşaqla – uşaq olmağı bacarırdı. Buna sübut - Şövkət xanımın mənimlə də (o zaman çox gənc olduğuma baxmayaraq) görüşəndə münasib mövzu tapıb danışmağı idi, müəyyən məsələlərə aid mənim fikrimi öyrənməsi idi. Indi, aradan illər keçdikdə, başa düşürəm ki, yaşıma baxmayaraq, Şövkət xanım məni şəxsiyyət kimi qəbul edirdi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page