ÈÐÑÈÌÈÇ
ŞƏRQIN 95 YAŞLI ILK OPERASI
Səadət QARABAĞLI
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM (əvvəli jurnalım&
Ruqiyə RZAYEVA
BAKININ MUSIQI TARIXINI VƏRƏQLƏYƏRKƏN...
Minirə DILBAZI
XX ƏSR AZƏRBAYCAN MUSIQISININ DÖVRLƏŞDIRILMƏSINƏ DAIR MÜLAHIZƏLƏR
Fərəh ƏLIYEVA
|
|
Bu illər ərzində Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışları klassik avropa janr sisteminin bütün parametrlərini əhatə edir. Milli opera klassikası, klassik musiqili komediya, ilk simfonik əsərləri, yeni vokal janrlar – romans, kantata, oratoriya, simfoniya, birhissəli simfonik əsərlər, kamera-instrumental əsərlər və s. Əlbəttə, bütün janrlarda yazılan əsərlərin bədii səviyyəsi, keyfiyyəti, tarixi əhəmiyyətinə görə eyni deyildi. Şübhəsiz, bu dövrün ən böyük nailiyyətləri yaradıcılıq axtarışlarının musiqili-səhnə janrları – opera, musiqili komediya ilə bağlıdır. 1908-ci ildə Ü.Hacıbəyovun ilk operası – «Leyli və Məcnun»dan klassik avropa tipli «Koroğlu»ya gedən yol bütöv bir tarixi mərhələdə milli musiqi təfəkküründə baş vermiş böyük təkamülü əks etdirirdi. Bu mərhələdə ən çox müraciət edilən sahə şübhəsiz, opera idi. Operada bəstəkar yaradıcılığının bütün parametrlərində mövcud olan problemlər, axtarışlar, irəliləyişlər, əsas üslub fondu formalaşırdı. Ümumili
kdə, bu sahədə tarixi addımları əks etdirən əsərlər «Leyli və Məcnun»(1908 ), «Şah Ismayıl» (1919), «Şahsənəm»(1927), «Nərgiz»(1935) və «Koroğlu»dur (1937). «Leyli və Məcnun» - ilk milli muğam operasıdır. «Əsli və Kərəm»,( 1912) «Şah Abbas və Xurşidbanu»(1912) milli opera çərçivəsində avropa üslub və formalarının tədricən daxil edilməsi cəhdlərini əks etdirir. Muğam operasının avropalaşdırılması prosesinin perspektivi və nəticələrini «Şah Ismayıl» operasının çoxsaylı redaksiyaları üzərində izləmək olar. 20-30-cu illərdə yazılmış üç opera Azərbaycan musiqisinin inkişafında sanki üç inkişaf istəqamətini təqdim edirdi – «Şahsənəm» milli musiqi materialına əsaslanaraq bəstəkarlıq üslubunun oriyentalizmin hazır «reseptləri» ilə inkişafı xətti, «Nərgiz» - sadələşdirilmiş «mahnı üslubiyyatı» ilə yoğrulmuş bəstəkarlıq üslubu xətti, «Koroğlu» -milli musiqi qaynaqlarının əsas janrlarından qidalanaraq, milli musiqi təfəkkürünün qanunauyğunluqlarının klassik avropa üslubu parametrləri ilə ifadəsi. Musiqili komediya janr
ının təməli qoyulmaqla yanaşı bu dövrdə janrın klassik nümunələri yaradılır: «O olmasın, bu olsun»(1910), «Arşın mal alan»(1913). Musiqili komediya sahəsində yazılan çoxsaylı əsərlər daha çox vodevilə yaxındır. S.Rüstəmovun «Beşmanatlıq gəlin» musiqili komediyasının tarixi əhəmiyyətinin dəqiqləşdirməyə ehtiyacı var. Ü.Hacıbəyovun da musiqili komediyalarının muasir həyatdan götürülmüş mövzulara yazıldığı faktından çıxış edərək, S.Rüstəmovun əsərinin yeniliyini «müasir mövzuda ilk Azərbaycan operettası» deyil, sovet mövzusunda ilk operetta kimi müəyyənləşdirilməsi daha düzgün olardı. Bu mərhələdə bəstəkar mahnısı, ilk romanslar, ilk xor əsərləri, simfonik əsərlər, kino və teatr musiqisi, xalq çalğı alətləri üçün əsərlər yaranır. Musiqi təhsili sistemi avropa musiqi təhsili stantdartları üzrə qurulur. 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyası orta ixtisas musiqi məktəbləri, uşaq musiqi məktəbləri, Azərbaycanın rayonlarında texnikumlar və məktəblər ,. Opera teatrında islahatlar keçirilərək rus və Azərbayca
n truppası birləşdirilir, Azərbaycan radiosu nəzdində ilk notlu xalq çalğı alətləri orkestri yaradılır. Azərbaycan Dövlət Filarmoniyası, Dövlət simfonik orkestri təşkil edilir. Musiqi folkloristikasının, milli musiqi pedaqogikasının əsası qoyulur.
Bu mərhələ milli bəstəkarlıq uslubunun formalaşmasında yaranma, təşükkül və klassik səviyyənin əldə olunması ilə əlamətdar. Milli klassik üslub dedikdə, «klassik» sözünün mənasında milli musiqi ənənələrinin məhz klassisist üslub kontekstində əxz olunaraq yeni keyfiyyət səviyyəsində təzahürünü nəzərdə tuturuq. Əlbəttə, bu mərhələ «Hacıbəyov mərhələsi» də adlandırıla bilər. Ü.Hacıbəyovun üslubunun «klassik» məğzi və əsasları haqda tədqiqatlardan E.Abasova, Ü.Imanova, F.Əlizadə, Ş.Mahmudova və b. ətraflı yazırlar. Onların müddəalarına dayaqlanaraq bir sıra məqamları ümumiləşdirmə səviyyəsində şərh edək. Klassisist kompleks Ü.Hacıbəyov musiqisində üslubun təməlyüklü komponentidir. Hacıbəyov ənənələrini davam etdirən A.Zeynallının da üslubu bu istiqamətdə formalaşırdı. Tədqiqatçı L.Rzayeva A.Zeynallı üslubunun «klassisist» xarakteri haqda maraqlı müşahidələr irəli sürür. 20-30-cu illərdə S.Rüstəmov, Ə.Bədəlbəyli, C.Hacıyev, Q.Qarayev və s. bəstəkarların yaradıcılığı
nda da Hacıbəyov üslubunun əsas tapıntıları emal olunurdu. Eyni zamanda məhz bu mərhələdə artıq gənc bəstəkarların yaradıcılıq maraqlarında formalaşmaqda olan dəst-xətlərində, zövqlərində (S.Prokofyev, D.Şostakoviç, impressionizm, yeni klassisizm, romantik ifadə vasitələri) milli üslubun aktivinə sonrakı mərhələdə daxil olacaq üslub prioritetləri də işarələnirdi. Q.Qarayevin, C.Hacıyevin, Niyazinin ilk qələm təşəbbüslərində, A.Zeynallının əsərlərində dünya musiqi ənənələrinin yeni qatlarının təsiri aydın hiss olunur. Bu istiqamətdə A.Zeynallının əsərləri bu üslub yeniləşməsinin ilk nümunələri – polifoniya, romantizmlə bağlı dil, janr və forma prinsiplərindən bəhrələnmə ilə diqqəti cəlb edir. Q.Qarayevin «Tsarkoye selo heykəli» fortepiano pyesində, sonatinada Prokofyev üslubu, impressionizm cizgiləri, C.Hacıyevin Simfoniyasında S.Prokofyev, D.Şostakoviç üslubunun dramatik simfonizm əlamətləri, Niyazinin fortepiano əsərlərində List-Şopen ənənələri və s. misal ola bilər. Əlbəttə, bu tendensiya həm gənc Azərba
ycan bəstəkarlarının ciddi, mükəmməl musiqi təhsili almasının obyektiv nəticəsi,həm də onların fərdi istedad və zövqünün ifadəsi idi.
II mərhələ üçün 1941-1965-ci illəri xronoloji sərhəd kimi götürmək olar. Bu mərhələnin aşağı həddi Böyük Vətən Müharibəsinin ilk ilidir. Burada əvvəlki mərhələ ilə varislik saxlansa da, bəstəkar yaradıcılığında yeni cəhətlər, yeni səviyyəli inkişaf dinamikası nəzərə çarpır. Bu mərhələni Azərbaycan musiqisinin «qızıl əsri» adlandırmaq olardı. Diqqəti çəkən ən yeni cəhət musiqili – səhnə janrları ilə yanaşı ön plana simfonik musiqinin çıxmasıdır. Məhz bu sahədə bəstəkarlar böyük nailiyyətlər əldə edərək milli simfonizmin ən yüksək nümunələrini yaradır. Milli üslubda baş verən yeniləşmə prosesləri də məhz simfonizm sahəsində cəmləşirdi. Ənənəvi Avropa simfonik janr sisteminə aid əsərlərlə yanaşı, milli və Avropa ənənələrini yeni janr səviyyəsində ümumiləşdirən simfonik muğam yaranır. Azərbaycan bəstəkarlarının böyük qismi simfoniya, bir hissəli simfonik poema, üvertüra, lövhə, süita janrında nümunələr yaradır (C.Hacıyevin «IV simfoniyası», R.Hacıyevin «Gənclik simfoniy
ası», C.Hacıyevin «Sülh uğrunda», Q.Qarayevin «Leyli və Məcnun» simfonik poemaları, F.Əmirovun və Niyazinin simfonik muğamları, F.Əmirovun «Nizami» simfoniyası, Q.Qarayevin balet süitaları, «Don Kixot» simfonik qravürləri, S.Hacıbəyovun «Karvan», «Uvetüra» simfonik əsərləri və s.).
Balet janrında klassik nümunələr yaranır. Q.Qarayevin «Yeddi gözəl», «Ilıdırımlı yollarla», A.Məlikovun «Məhəbbət əfsanəsi» baletlərinin tarixi əhəmiyyəti Azərbaycan musiqisi ilə məhdudlaşmır. Opera janrı, yenə də bəstəkar diqqətinin mərkəzindədir. «Koroğlu»dan sonra F.Əmirovun «Sevil» operası yüksək qiymətləndirilir. Musiqili komediya, operetta janrında S.Ələsgərovun, R.Hacıyevin, T.Quliyevin əsərləri ilə yeni səhifə açılır.Yeni estrada mahnısı ənənəsi, ümumiyyətlə milli estrada musiqisinin təməli qoyulur. Azərbaycan kino musiqisinin qızıl fondu da elə bu illər formalaşır. Bəstəkar yaradıcılığında dil-üslub mündəricəsi baxımından da mühüm dəyişikliklər baş verir. Musiqi yaradıcılığında Ü.Hacıbəyov ənənələri ilə yanaşı, dünya musiqi ədəbiyyatının yeni ənənələrinin təsiri ilə ümumən romantik səciyyəli milli üslub formalaşır: lirikanın vüsət alması, proqramlılıq, romantik səciyyəli harmonik vasitələr, orkestrovka dəst-xətti, romantik obrazlar, poetikləşmiş mövz
uları qeyd etmək olar, Musiqi üslubuna rus romantizmi ənənələri, XX əsrə artıq xronoloji deyil, mahiyyəti etibarilə aid olan təbəqələr – (D.Şostakoviç, S.Prokofyev, impressionizm, neoklassisizm daxil olur).
I mərhələdə üslub axtarışları, fərdi dəst-xətt Ü.Hacıbəyovun güclü təsiri ilə formalaşırdısa, II mərhələdə Azərbaycan musiqisinə bir neçə parlaq özünəməxsus fərdi üsluba malik bəstəkarlar daxil olur. Onlar arasında Q.Qarayev və F.Əmirov – iki müxtəlif, lakin çox güclü cazibə və təsir qüvvəsinə malik idilər. Hər iki sənətkarın (eləcə də Niyazi, C.Hacıyev, R.Hacıyev, Ə.Abasov, Z.Bağırov, A.Rzayev, T.Bakıxanov, A.Məlikov, M.Mirzəyev və başqalarının) üslubunda romantik xüsusiyyətlər müəyyələşdirici xassədir. Bu mərhələni biz Azərbaycan musiqisində milli romantizmin çiçəkləndiyi illər kimi səciyyələndirə bilərik. Q.Qarayevin, F.Əmirovun yaradıcılığında bu keyfiyyətin müxtəlif təzahür formaları haqqında L.Karagiçeva, I.Abezqauz, E.Abasova, S.Qasımova, V.Əlixanova-Şərifova, L.Mehdiyeva ətraflı yazmışlar. Qarayev məktəbinin də formalaşması məhz bu dövrə aiddir.
Milli ənənələrə münasibət formaları da yeni vasitələr və imkanlarla zənginləşmiş bəstəkar təfəkkürü mövqelərindən diqtə edilir. Bəstəkar yaradıcılığında fərqil mövqelər, estetik platformalar, bir sözlə yetkin, genişmiqyaslı bəstəkarlıq məktəbi anlayışı təsdiqlənir.
II mərhələdə nəzərə çarpan mühüm yeni keyfiyyət – Azərbaycan bəstəkarlarının geniş miqyaslı beynəlxalq səviyyəyə çıxmasıdır. Azərbaycan bəstəkarlarının opera, balet, simfonik musiqi, mahnı sahəsində yaradıcılıq nailiyyətləri təkcə SSRI məkanını deyil, bütün dünyanı əhatə edir. Bəstəkarlıq məktəbinin yüksək səviyyəsi qeyri-milli mövzuların işlənməsində də özünü büruzə verir . Beləliklə II mərhələnin bəzi əsas yenilikçi cəhətlərini ümumiləşdirək.
1) simfonik musiqi janrlarının vüsət alması və ön plana çıxması
2) mövzu – obraz dairəsinin genişlənməsi
3) bəstəkarlıq üslubunun yeni ənənələrin əxzi hesabına rəngarəngləşməsi- milli romantizm kimi ümümiləşdirilə biləcək üslub dairəsinin və prinsiplərinin formalaşması.
Bu mərhələ daxilində sonrakı illərin xarakterini və istiqamətini müəyyənləşdirən bir sıra cəhətlər formalaşır. Q.Qarayev və C.Hacıyevin 40-cı illərdə üz tutduğu neoklassisizm təmayülü 60-cı illərdən Azərbaycan musiqisində ayrıca nüfuzlu istiqamətə təkan verir. Qarayev yaradıcılığında 60-cı illərin əvvəllərində ilk əlamətləri «24 prelüd» silsiləsindən axırıncı dəftər, skripka və fortepiano üçün sonata, «Don Kixot» simfonik qravürlərində sezilən üslub dəyişiklikləri – yeni mərhələni açan III simfoniya ilə nəticələnir. Azərbaycan bəstəkarlarının Xruşov mülayimləşməsi nəticəsində XX əsrin yeni üslub qatları və informasıyası ilə tanışlığının «laboratoriya» mərhələsi başlanır.
1965-ci ildə ifa olunmuş Q.Qarayevin III simfoniyası ilə «yeni Azərbaycan» musiqisinin təməli qoyulur. Bu əsər Azərbaycan bəstəkarları tərəfindən XX əsrin bədii təfəkkürü və dünyagörüşünü əks etdirən ənənələrin fəal mənimsənilməsinə təkan verir. Azərbaycan avanqardı da elə bu illərdə formalaşır. (10)
QEYDLƏR
1. Istoriə muzıki narodov SSSR.t. 1-5 M. Sovetskiy kompozitor.1970, 1972, 1973,1974
2. G.Abasova, Q.Kasimov. Oçerki muzıkalğnoqo iskusstva Sovetskoqo Azerbaydcana. B.Glm.1970
3. I.Abezqauz. O xudocestvennıx otkrıtiəx operı «Keroqlu» Uzeira Qadcibekova. M.Sovetskiy kompozitor.
4. Bu mövzuya biz ayrıca məqalədə toxunacağıq,
5. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin 1932-ci il 23 aprel tarixli «Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında» qərarı.
6. Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1948-ci il 10 fevral tarixli «V.Muradelinin «Böyük dostluq» operası … haqqında»
7. Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1948-ci il 10 fevral tarixli «V.Muradelinin «Böyük dostluq» operası … haqqında» qərarı
8. Muzıka XX veka.Oçerki. Moskva, «Muzıka» 1977, 1980
9.I.Semenova. Razvitie simfoniçeskoy kulğturı Azerbaydcana v 20-30-e qodı. Materialı konferenüii «Opıt istoriçeskoqo razvitiə muzıkalğnoy kulğturı v Sovetskom Azerbaydcane», B. 1991.
10. Nizami Cəfərov. Azərbaycanşünaslığa qiriş. Bakı, AzAtaM.2002. s.470. XX əsrin 60-cı illərindən başlanan yeni inkişaf mərhələsi haqda məqalə müəllifinin monoqrafiyasında ətraflı yazılmışdır.
|