ÏÎĞÒĞÅÒËßĞ
MILLI MUSIQI IRSIMIZIN GÖRKƏMLI TƏDQIQATÇISI
Ariz ABDULƏLIYEV
AQŞIN ƏLIZADƏ
Fərəh Əliyeva
DƏYƏRLI ÖMRÜN SƏHIFƏLƏRINDƏN
Kamilə Dadaşzadə
YENILIYIN EHTIRASLI MÜDAFIƏÇISI
Səadət SEYIDOVA
|
|
Yəqin ki, çoxları aşağıdakı fikir ilə razılaşarlar: yubiley məqaləsini yazmaq o qədər də asan iş deyil. Burada müəllifi sualtı maneələr kimi iki təhlükə gözləyə bilər: yubilyarın fəaliyyətini və şəxsiyyətini kifayət qədər dolğun, bütün çalarları ilə işıqlandırmağa nail olmamaq, yaxud da mədhiyyə əhval-ruhiyyəsinə aludə olaraq onun reallıqdan uzaq portretini yaratmaq.
Düzü, bu il 60 illik yubileyini qeyd etdiyimiz professor Tərlan Seyidov haqqında məqalə yazılması mənə təklif olunanda, düşündüm ki, 10 ildən artıq tanıdığım, gündəlik həyatını, fəaliyyətini izlədiyim bir insan barəsində fikir söyləmək o qədər də çətin olmayacaq. Lakin yubilyarın bu günə qədər keçdiyi yaradıcılıq yoluna nəzər salanda aydın oldu ki, onun tam portretini yaratmaq, bir pianoçu və pedaqoq, tədqiqatçı və təşkilatçı kimi çoxşaxəli fəaliyyətini işıqlandırmaq məsələsini bir məqalə çərçivəsində həll etmək mümkün deyil. Diqqətinizə təklif olunan məqaləni bu portretin yalnız ayrı-ayrı eskizləri kimi qavramaq daha düzgün olardı.
Müasir antropologiyanın elmi müddəalarına görə, hər bir insanın həyatı əsasən onun genetik kodu ilə proqnozlaşdırılır. Bu baxımdan önəmlidir ki, məqaləmizin qəhrəmanı vaxtilə Bakıda tanınmış ziyalı-həkimlər Məryam xanımın və Mir-Əşrəf müəllimin ailəsində dünyaya göz açmışdır. Lakin Tərlan müəllimin etirafına görə, onun bir şəxsiyyət kimi formalaşmasında konservatoriyada dərs aldığı, sonra isə sinifində asisstent olduğu Azərbaycanın xalq artisti, professor M.Brennerin də rolu az olmamuşdur. Burada bir daha qeyd etmək yerinə düşərdi ki, Azərbaycan fortepiano mədəniyyətinin təşəkkülündə önəmli rol oynamış professor Brennerin məktəbinə yüksək peşəkarlıq, dünya və ilk növbədə, rus fortepiano məktəbi üçün səciyyəvi olan ən qabaqcıl ənənələrin inkşafı xasdır.
Professor T.Seyidovun yaradıcılıq yolunun ilkin mərhələsini izləyəndə, aydın olur ki, artıq o dövrdə onun fəaliyyəti üçün bir növ dualistik başlanğıc xas olmuşdur. Hələ o illərdə gənc musiqiçi həm bir pianoçu, həm də klassik musiqisinin tədqiqatçısı və təbliğatçısı kimi çıxış etməyə həvəs göstərmişdir. Məhz bu daxili tələbatın nəticəsi kimi T.Seyidov, L.Bethovenin, R.Şumanın, F.Şopenin, Q.Qarayevin, Ç.Hacıyevin yaradıcılığına həsr olunmuş silsilə konsert-mühazirələr keçirmişdir. Bu konsertlərdə həm pianoçu, həm də mühazirəçi kimi çıxış edən T.Seyidov bir tərəfdən özünəxas ifaçılıq dəsti-xəttini, digər tərəfdən isə yüksək nitq mədəniyyətini, mühazirəçilik qabiliyyətini nümayiş etdirə bilmişdir.
Ifaçılıq və müsiqişünaslıq… Musiqi fəaliyyətinin bu iki qolunun çarpazlaşmasından tamamilə yeni bir anlayış-ifaçılıq musiqişünaslığı meydana gəlmişdir. Son zamanlar Azərbaycan musiqişünaslığında bu sahədə bir çox elmi işlərin meydana gəlməsini nəzərə alaraq xatırlatmaq istərdik ki, göstərilən istiqamətdə aparılan ilk araşdırmalardan birinin müəllifi öz namizədlik dissertasiyasını Azərbaycan fortepiano sənətinin mədəniyyətinə həsr etmiş T.Seyidov olmuşdur. T.Seyidov müəllifi olduğu «Azərbaycan fortepiano musiqisi», «Azərbaycan fortepiano musiqi janrlarının inkişafı», «Azərbaycan fortepiano mədəniyyətinin görkəmli nümayəndələri» monoqrafiyaları, «Fərhad Bədəlbəyli. Məqalələr. Materiallar», «Rauf Atakişiyev. Məqalələr. Xatirələr. Materiallar» kitabları ifaçılıq musiqişünaslığının dəyərli nümunələri sayıla bilər. Lakin T.Seyidovun yaradıcılıq portretinin ən önəmli cizgilərindən biri də ondan ibarətdir ki, onun nəzəri bilikləri və elmi mülahizələri heç vaxt kağız üzərində qalmamış, əksinə dərhal gündəlik p
edaqoji təcrübədə sınaqdan keçmişdir. Yaxud əksinə, hərdən həyat özü onda bəzi ideyaların yaramasına təkan vermişdir. Məsələn, uzun illər konservatoriyada çalışan T.Seyidovun müşahidələrinə görə çox vaxt tələbələr ifa etdikləri əsərin janr, üslub, forma xüsusiyyətlərinə varmadan, onları səthi ifa edirlər. Bu mənfi halları aradan qaldırmaq üçün T.Seyidov keçmiş SSRI-də o dövrdə analoqu olmayan elmi-ifaçılıq konfranslarının keçirilməsi qərarına gəlir. Çox keçmədən ifaçıların analitik təfəkkürünün inkşafına yönəlmiş bu konfransların təcrübəsini digər tədris müəssisələrində də tətbiq etməyə başlayırlar.
Yəqin ki, professor T.Seyidovun portreti onun təşkilatçılıq fəaliyyətindən təcrid olunmuş halda təsvir edilsəydi, o, natamam olardı. Vaxtı ilə T.Seyidovla çiyin-çiyinə çalışan, sonralar isə öz fəaliyyətini müxtəlif idarələrdə davam etdirən əməkdaşlar təsdiqləyə bilərlər ki, təşkilati işin düzgün qurulması və aparılması baxımından Tərlan müəllim onlar üçün həmişə bir örnək olmuşdur. Həqiqətən o vaxtlı-vaxtında düzgün qərarlar qəbul edən, onların operativ şəkildə icrasını təmin edən, tədris prosesində müasir tələblərə uyğun yeniliklər həyata keçirən bir idarə rəhbəridir. Bu təşkilatçılıq keyfiyyətləri T.Seyidovun çalışdığı bütün sahələrdə, ilk növbədə, Azərbaycan Dövlət Konservatoriyasının birinci prorektoru, məktəb-studiyanın direktoru vəzifələrində özünü büruzə vermişdir. Əlamətdar haldır ki, çalışdığı bütün sahələrdə T.Seyidov yeni, mütərəqqi nə varsa, onun ehtiraslı müdafiəçisi olmuşdur. Təsadüfi deyil ki, respublikada analoqu olmayan məktəb-studiyanın yaranması da məhz T.Seyidovun adı ilə bağlıdır
. Bu tədris ocağının tarixçəsini vərəqləyərkən biz bir daha onun hansı çətinliklər bahasına ərsəyə gəldiyinin şahidi oluruq. Lakin məktəb-studiyanın yaranmas ilə konservatoriya tələbələrinin bir problemi də öz həllini tapdı-istehsalat təcrübəsinin səmərəli və məzmunlu keçirilməsi. Onlarca musiqi məktəbləri arasında öz “qeyri-adi sima”sı ilə seçilən bu tədris ocağı 20 ildən artıq sürən fəaliyyəti dövründə xeyli uğurlar əldə etmişdir. Bu gün məktəb-studiyanın şagirdlərinin sorağı hətta Beynəlxalq müsabiqələrdən və konsert salonlarından da gəlir. Burada aparılan elmi-metodiki işin səmərəliliyi özünü Respublika konfranslarının, seminarlarının keçirilməsində, neçə-neçə metodiki vəsaitlərin, dərsliklərin, elmi məqalə toplularının işıq üzü görməsində büruzə verir. Məktəb-studiyanın nəzdində fəaliyyət göstərən Uşaq Opera Teatrı bu gün də bizi öz qeyri-standart tamaşaları ilə heyrətləndirir. Lakin bu heç də o demək deyil ki, məktəb-studiyada idillik bir durum hökm sürür. Əsla. Əksinə, burada keçirilən imtahanlar, kol
lokviumlar bir qayda olaraq qızğın mübahisələr, əsl “Şekspir ehtirasları” ilə müşahidə olunur. Fikrimizcə, bu da təbii bir haldır. Vaxtı ilə yazıçı Q.Süleymenov yazmışdı: “Elmi kollektiv o vaxta qədər işləməyə qabildir ki, orada ideyalar ziddiyyəti mövcud olsun. Əgər bütün kollektiv bir nəfər kimi “bəli” söyləyirsə, bu o deməkdir ki,ya mövzunun axırına çıxıblar, ya da kolektivin öz imkanları büsbütün tükənib”.
Məqalənin bu məqamında aydın oldu ki, yubilyardan daha çox məktəb-studiyanın problemlərindən bəhs edirik. Sonra da düşündük ki, əgər söhbət Tərlan müəllimdən gedirsə, bu, təbii bir haldır. Çünki artıq uzun illərdir ki, tədris problemləri, məktəb-studiyanın gündəlik qayğıları və yaradıcılıq işləri Tərlan müəllimin ömrünün ayrılmaz hissəsinə, daha dəqiq desək, həyatının mənasına çevrilmişdir. Təzadlarla dolu gerçəkliyimizdə biz Tərlan müəllimə həyatının bu müdrik çağında yeni-yeni ideyalar, axtarışlar və tapıntılarla zəngin olan uzun ömür arzulayrıq.
|