ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
CÖVDƏT HACIYEVIN FORTEPIANO SONATASININ MUSIQI DILI
Iradə ABDURƏHMANOVA
FERENTS LISTIN SIMFONIK POEMASINDAN GƏLƏN ƏNƏNƏLƏR
Aytən BABAYEVA
VASIF ADIGÖZƏLOVUN «MUĞAM FANTAZIYASI»
Gülarə VƏZIROVA
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU
|
|
Sonata janrının təkamülü prosesində maraqlı milli instrumental əsərlər içərisində C.Hacıyevin yaratdığı fortepiano üçün sonata özünəlayiq yerlərdən birini tutur. Bu əsər 1956-cı ildə yazılmış, 1962-ci ildə isə çap edilmişdir. Sonata parlaq, şən xarakterə malik olub, milli fortepiano musiqisinin inkişaf yolunda daha bir yaddaqalan, əlamətdar addımdır. C.Hacıyevin sonatası milli musiqi təfəkkürü qanunauyğunluqları ilə müasir lüğət fondu, müasir pianizm üslubu, xüsusilə də S.Prokofyev pianizmi cizgilərinin üzvi surətdə sintez olunmuş nümunəsidir.
Obrazlı–emosional məzmununa görə işıqlı, parlaq olan bu sonatada üçhissəli silsiləyə məxsus olan cizgilər çox ustalıqla bir hissəli kompozisiyada cəmləşmişdir.
Əsər sonata allegrosu formasında yazılmışdır. Bununla belə, sonata kompozisiyasında və intonasiya-lad ifadəliliyində özünəməxsus fərdi cizgilər özünü büruzə verir. Məsələn, əsərin quruluşunda belə bir xüsusiyyəti görmək olar: çox da böyük həcmi olmayan ekspozisiya, repriza və koda, bir də böyük həcmə malik olan, genişləndirilmiş işlənmə hissəsi. Həmin işlənmə sonatanın tez və ağır hissələrini əvəz edən yeni hissələrə bölünür. Repzizadan əvvəl gələn Andante epizodu xüsusi rol oynayır. Bəstəkar mövzularda xalq musiqisinin janr xüsusiyyətlərindən geniş istifadə edir. Bu baxımdan birinci növbədə bütöv sonatada diqqətəlayiq rol oynayan, dörd xanədən ibarət tematizmə əsaslanan əsas partiyanın giriş hissəsini qeyd etmək lazımdır. Gələcəkdə sonatada mühüm leytmövzu əhəmiyyəti kəsb edən dörd xanəli giriş xoşavaz, ahəngdar saz ifasını xatırladır.
Misal:
Bu frazanın aşıq mənşəyini ölçü dəyişkənliyində (4/4, 2/4, 4/4 və s.), koloritli lad ifadəliliyi zamanı (Çahargah ladı) tez-tez səslənən sekunda-kvartalı səslənmələrdə aydın görmək olar. Mövzu bütün sonata tematizminin tərkib hissəsinə çevrilərək fəal, aktiv, hərtərəfli inkişafa təkan verir. Məhz o, intonasiyalı-harmonik başlanğıcın «özəyini» təşkil edir və bütün əsərin ümumi janr profilini müəyyən edir.
Əsas partiyanın mövzusu əsər boyu «göz önündən» keçərək formanın bir çox mühüm bölmələrində təzahür edir. Məsələn, ilk dəfə əsas partiyanın mərkəzi hissəsində giriş kimi səslənərək, o, birinci cümləni çərçivəyə alır, sanki, onu bu yolla ikinci cümlədən ayırır. Daha sonra qeyd etdiyimiz mövzu qapanaraq, işlənmə hissəsinin finalında səslənir. Məhz bu tematizmin nəticəsində yuxarıda qeyd etdiyimiz hərtərəfli inkişaf yaranır. Həmin tematizm sonatanın bütün hissələrini möhkəmləndirir, əsərin vəhdəti və bütövlüyü haqda olan təsəvvürləri gücləndirir.
Sonata alleqrosunda əsas partiya müxtəlif cizgilərlə ifadə olunmuş parlaq, emosional xarakterli obrazları özündə cəmləşdirir. Bədii məqsəd baxımından bu həyati qüvvələrin, hərəkət enerjisinin, həyata inamın parlaq-emosional, mahnıvari-rəqs, rəqsvari-marşsayağı intonasiyalarla tərənnümüdür.
Misal:
Instrumental xalq melodiyalarını xatırladan əsas partiya kütləvi rəqslərin ruhunu yada salaraq son dərəcə qətiyyətli, inamlı, güclü bir varlıq kimi səslənir. Bununla demək olar ki, əsas partiyada sanki iki lay, iki təbəqə var: birinci marşvari, gümrah, ikinci – rəqsvari. Leytmotivin hər dəfə şəklini dəyişərək müxtəlif çalarlar əldə etməsi xarakter hal alır. Əsas partiyanın ikinci elementi birinciyə kontrast təşkil edir və ondan - «aşıqsayağıdan» rəqs xarakteri ilə fərqlənir.
Bəstəkar bu və sonrakı fraqmentlərlə S.Prokofyevin «proqramlı» musiqisinə uyğun musiqi vasitələrindən istifadə edir və hərçənd çox zaman musiqi vasitələri «proqramdan kənar» traktovkalarda verilir.
Yazı vasitələrinin proqramlı təfsirində mexaniki təkrarlar və məhdudluq yoxdur. Vasitələrin proqramlılığı onların izahını son dərəcə məzmunlu edir. Repetisiya - martellato texnikası və ifadənin zərbəli üsullarının köməyi ilə sonatanın hər yerində musiqi təsiri, musiqi hərəkəti nümayiş olunur. C.Hacıyev sıçrayış, repetisiya texnikası, sonata stilinin virtuoz arsenalı, sekundalar, sekundalı repetisiyalar, kəskin səslənmələr, polifonik məzmun, registrlərin qarşılaşdırılması və ölçü dəyişkənliyindən geniş istifadə edir. Tamamilə qeyri-adi – quru, ciddi fortepiano koloriti əmələ gətirən səslənmənin təşkili çox vacibdir. O, çox vaxt harmoniyanı geniş vəziyyətdə verir.
Köməkçi partiya inkişaf prosesində lirik sahəni təcəssüm etdirir. Əgər əsas partiya güclü təzyiqə malikdirsə, bir varlıq kimi təqdim olunursa, yaxud onun obrazlı məzmunu və xarakteri əvvəlcədən müəyyən edilirsə, ostinatlı ritmik hərəkət fonunda səslənən köməkçi partiya dramaturji inkişaf xəttinə kontrast olan başqa xətti təqdim edir. O, mahnıvari, plastik və lirikdir, əsərin inkişafı prosesində dönə-dönə səslənərək özünü göstərir. Köməkçi partiya ekspozisiya, işlənmə, andante epizodu və reprizada səslənir. Xüsusi kolorit onu xalq musiqisinin intonasiya lad sferası ilə yaxınlaşdırır. Bu hər şeydən əvvəl fa-diyez tonikalı Segah ladında, melodiyanın do-bekar, müşayiətin mi-diyez «uzlaşması» ilə müsiqiyə dözümlü səbir koloriti verir.
Misal:
Bir-birinə kontrastlıq təşkil edən əsas və köməkçi partiyaların hər biri ayrıca dramaturji inkişaf xəttinə malikdir. Bununla belə köməkçi partiya hər dəfə səslənərkən variantlı dəyişikliklərə uğrayır. Bu dəyişiklikləri milli sonata janrına yenilik kimi qəbul edib onları çox da böyük olmayan variasiyalı mikrosilsilədə birləşdirmək olar.
Misal:
Köməkçi mövzu rəngarəng, gah təntənəli, himnsayağı, gah da andantedə incə, zərif akkordlar fonunda parlaq işıqlı səslənir. Qeyd etmək lazımdır ki, andante epizodu, stilistikasına görə bütöv sonatanın xalq janr koloritindən bir qədər uzaqdır. Quruluş-kompozisiya cəhətdən də sonata fərdi-yaradıcılıq xüsusiyyətlərinə malikdir. Ekspozisiya, repriza və koda çox da böyük olmasalar da, işlənmə hissəsi geniş surətdə açılmışdır və sonatada tez və ağır hissələri əvəz etməyə qadir olan bölmələrdən ibarətdir. Işlənmə hissəsindəki əsas partiyanın ikinci elementində melodik intonasiyalar nəzərəçarpacaq dərəcədə sadələşsələr də gərginliyin kifayət qədər artması müşahidə olunur. Aşağı registr səslənməyə qəmli, tutqun xarakter verir. Lakin staccatolu çalğı üsulu musiqiyə bir qədər mübaliğəli səslənmə bəxş edir.
Işlənmə hissəsinin əsas xüsusiyyətlərindən biri mövzuların kontrapunkt şəklində uzlaşmasıdır. Ostinatlı müşayiət işlənmə hissəsinə həyəcanlı kolorit verir.
Sonatada nisbətən müstəqil rol oynayan Andantenin əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Andante sonatada işlənmə hissəsini reprizadan ayıraraq, sanki, ağır hissəni əvəz edir, intonasiyalı-harmonik və faktura cəhətdən özündən əvvəlkilərlə aydın kontrast təşkil edir.
Misal:
Inildəyən sekunda və paralel kvintalarla müşayiət olunan qəmli, qüssəli musiqi marş yürüşünün matəm xarakterli obrazlarını xatırladır.
Sonatanın digər başqa bölmələri kimi repriza da çağırış harayları ilə açılır. Reprizada əsas partiya açıq-aşkar olaraq ixtisarlaşır, köməkçi partiya isə əksinə, böyük həcmli və himnsayağı inkişaf edir. Bununla reprizada köməkçi partiya aparıcı rol oynayaraq, birinci plana keçir1.
Obrazlı kontrast ilk başlanğıc janrı əvəz edən partiyalar arasında açıq-aydın güclənir.
Bəstəkarlar tərəfindən yaradılan birhissəli sonatalar şübhəsiz ki, onların yeni kompozisiya formalarının təkamül edərək irəliləməsinə səbəb olur. C.Hacıyevin sonatasının xüsusiyyəti ondan ibarətdir ki, o formanı əsasən janr obrazları ilə zənginləşdirir, özünəməxsus sonata forması konsepsiyası yaradaraq hərtərəfli inkişafa can atır. Sonatanın obrazlı quruluşunda fortepiano fakturası az rol oynamır. Faktura Prokofyevin pianizminə çox yaxındır. Burada iki və üçsəsli səslənmələrə tez-tez rast gəlinir.
Kəskin akkordlar, sıçrayışlar, aşağı registrdə intonasiyalı ifalar və s.çoxluq təşkil edir.
Bununla, C.Hacıyev milli fortepiano ifaçılıq məktəbini daha bir maraqlı ideya-bədii məzmunlu gözəl sənət əsəri ilə zənginləşdirmiş oldu.
QEYDLƏR
1. Şübhəsiz ki, burada XIX əsrin klassik-romantiklərinin təsiri duyulur.
|