ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
FERENTS LISTIN SIMFONIK POEMASINDAN
GƏLƏN ƏNƏNƏLƏR

Aytən BABAYEVA
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
CÖVDƏT HACIYEVIN
FORTEPIANO SONATASININ MUSIQI DILI

Iradə ABDURƏHMANOVA
FERENTS LISTIN SIMFONIK POEMASINDAN
GƏLƏN ƏNƏNƏLƏR

Aytən BABAYEVA
VASIF ADIGÖZƏLOVUN
«MUĞAM FANTAZIYASI»

Gülarə VƏZIROVA
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU

 


       Ümumiyyətlə, List ənənələrini məzmun cəhətdən davam etdirən Azərbaycan bəstəkarları bunu daim öz əsərlərində büruzə vermişlər. Eyni zamanda bu xüsusiyyət bəzən əsərin məzmun cəhətdən quruluşunda da nəzərə çarpır. M.Mirzəyev yaradıcılığının parlaq nümunəsi olan “Sədini oxuyarkən” poemasında bəstəkar ədəbi mənbəyə istinad edərkən List yaradıcılığı ilə assosiasiya yaradır. Bu M.Mirzəyevin Sədinin konkret əsəri ilə deyil, onun bütün şer aləminin işıqlandırılması ilə bağlıdır. Azərbaycan bəstəkarlarının proqramlı musiqiyə, daha doğrusu simfonik poemaya müraciət etməsi dövrün tələbləri ilə də bağlı idi. Baş verən quruculuq işlərini, insana, Vətənə məhəbbət hissləri, əməyin tərənnümü və digər aktual mövzular simfonik poemanın həm məzmunu, həm də quruluş xüsusiyyətləri ilə uyğunlaşdığı üçün bu janr olduqca əhəmiyyətli mövqiyə malik idi. Məhz bəstəkarlarımız dövrün əqidəsinə uyğun gələn mövzuları işıqlandırmağa nail olurdular. Lakin bu o demək deyil ki, simfonik poema yalnız i ctimai siyasi mövzularla zəngin idi. Əksinə, lirik mövzuya malik poemalar daha çox üstünlük təşkil edirdi və dahi sənətkarları xatırlarkən simfonik poema daha samballı janr hesab oluna bilər. Beləliklə, əsası List tərəfindən qoyulan simfonik poema janrının məzmun xüsusiyyətlərinə nəzər saldıqdan sonra forma və quruluşu üzərində dayanmaq istərdik.

       Bəstəkarın proqramlı musiqiyə müraciəti onun fərdi xüsusiyyətləri, proqramlı məzmunun xarakteri ilə bağlıdır. Hər hansı bir formanın üstünlük təşkil etməsi də məhz məzmunla bağlıdır. Məzmundan irəli gələrək, ənənəvi, klassik və yaxud sərbəst formalara daha çox müraciət edilir. Əgər məzmun ümumiləşmiş şəkildə verilmişsə, mürəkkəb və çoxplanlı sujet inkişafına məruz qalmırsa, bəstəkar musiqiyə özünəməxsus tərzdə obrazlı emosional quruluşu bəxş edərək, hər hansı bir ənənəvi, klassik formalardan istifadə edə bilər. Burada proqramlı başlıq əsərin bütün aparıcı xüsusiyyətlərini, yəni həm məzmunu, həm də formanı müəyyənləşdirəcək. Bu növ əsərlər ədəbi süjetin qəhrəmanlarını müəyyən şəkildə mənimsəyərək, “sonata uvertürası”nın tipik konturlarını saxlayır.

       Sadaladığımız bütün bu xüsusiyyətlər Azərbaycan müsuqisindən də yan keçməmiş, müxtəlif onilliklər boyu bəstəkarlarımızın yaradıcılığında özünəməxsus şəkildə təmsil olunmuşdur. Azərbaycan bəstəkarları List ənənələrini forma, quruluş cəhətdən davam etdirərək öz əsərlərində List prinsiplərini, xüsusiyyətlərini tətbiq etməyə çalışmışlar. Onlar simfonik poema sahəsində məzmundan irəli gələn formalar yazmağa çalışmış və buna nail olmuşlar. Doğrudur, F.List simfonik poemalarını daha çox sonata formasında yazmış və bu formanın möhkəmliyindən irəli gələrək məzmunu açmağa müvəffəq olmuşdur. Milli bəstəkarlıq məktəbimizdə sonata formasından başqa digər formalara da müraciət edilmişdir. Hər hansı bir formaya üstünlük verilməsi əsərin məzmunu ilə, bəstəkarın fərdi üslub xüsusiyyətləri ilə bağlıdır. Bəstəkarlarımızın yaratdıqları simfonik poemalara nəzər salarkən onların bir sıra maraqlı əsərlər yazdıqlarını müşahidə edirik. Müxtəlif formalarda, müxtəlif məzmunlarda da yazılan əsər ləri isə bir əsas meyar birləşdirir. Bu bəstəkarların List ənənələrinə, o cümlədən monotematizm prinsipinə sadiq qalmasından irəli gəlir. Belə ki, M.Mirzəyevin üçhissəli formada yazılmış “Sədini oxuyarkən” simfonik poemasında monotematizmdən istifadə olunmuşdur.

       Indi nəzərdən keçirəcəyimiz bir neçə poema üzərində biz bu janrın müasir dövrdə yaranan nümunələri ilə tanış olacağıq.

       Lirik xarakterə malik olan M.Mirzəyevin “Sədini oxuyarkən” əsərinin quruluşu bir mövzu əsasında qurulan 3 hissəli formada yazılmışdır. Doğrudur, bu üç hissəlilik o qədər də nəzərə çarpmır. Əsas diqqəti sabit materialın eyni mövzunun müxtəlif orkestr qiyafəsində verilməsi cəlb edir. Formanın hərəkətverici qüvvəsi də bundan ibarətdir. Poema janrının özünəməxsus təfsirini verən daha bir milli nümunə Ə.Abbasovun 3 ¹-li simfonik poemasıdır. Onu digər poemalardan fərqləndirən əsas cəhətlərdən biri formaca lakonik, yığcam olmasıdır. Bu yığcamlıq, məqsədyönlülük təkcə əsərin forması ilə bağlı deyil. Güzgülü repriza formasında yazılan poema sonata alleqrosunun başlıca mövzularının qarşılıqlı münasibətini lirik-dramatik, aktiv obrazı təsvir edən əsas mövzusu ilə axımlı, həlin, eyni zamanda ekspressiv köməkçi mövzunun təzadını klassik ənənələrdən irəli gələn cəhətlərdə əks etdirir. Poemanın musiqi dramaturgiyası da bu təzadın inkişafına əsaslanır. A.Rzayevin atasının xatirəsinə həsr etdiyi “Kamera orkestri üçün poema” ən xəfif və subyektiv duyğuların ifadəsidir. Subyektiv-ekspressiv fikirləri, həyəcanları bəstəkar quruluşca yığcam olan formada yerləşdirir. Sonata alleqrosu formasında yazılmış bu əsərdə improvizasiyalılığın xüsusi rolu vardır. Bu cəhət həm tematizmin sərbəst inkişafında, həm də əsərin xüsusiyyətlərində özünü biruzə verir. M.Mirzəyevin əsəri ilə müqayisədə deyə bilərik ki, əgər “Sədini oxuyarkən” bir melodik özəkdən doğan tematizmlə seçilirdisə və onun quruluşunda üç hissəli forma ilə variasiyalılığın qovuşduğunu görürdüksə, A.Rzayevin poeması lirik-faciəvi planda verilən (yəni insanın daxili düşüncələri, yaşantılarına aid olan) təzadlı mövzular üzərində qurulmuş sonata formasındadır. Hər iki halda kompozisiya və formanın əsərin başlıca məzmunu, müəllif qayəsi ilə müəyyənləşdiyini görürük. Həm aktual mövzunun təfsiri, həm də ifadə vasitələrinin konkret təcəssümü baxımından Azərbaycan musiqisində simfonik poema janrının təkamülünün daha bir parlaq səhifəsi olan V.Adıgö zəlovun “Afrika mübarizə edir” poeması klassik ənənələrin və milli simfonizm üçün əsas olan prinsiplərin hifz olunması şərtilə həyata keçirilir. Müəllif sonata formasında yazılmış poema janrının qanunauyğunluqlarına riayət edərək, eyni zamanda öz fərdi musiqi dilini, təravətli harmonik səslənmələri, xüsusən, milli zəmində möhkəm dayanan intonasiya məzmununun köməyilə mövzudan söhbət açır.

       Azərbaycan musiqisində simfonik poemanın müxtəlif tiplərinə rast gəlinir. Əgər poemalarda əks olunan mövzu cəhətini əsas götürsək, rəngbərəng süjet variantlarını qeyd edə bilərik. Poema janrında ədəbi obrazlar, assosiasiyalardan doğan lirik düşüncə və duyğulardan tutmuş (M.Mirzəyev “Sədini oxuyarkən”), zəmanəmizin aktual problemlərinə toxunan, xalqların istiqlaliyyət uğrunda mübarizəsini əks etdirən mövzularadək (V.Adıgözəlovun “Afrika mübarizə edir”), sənətkarı daxildən parçalayıb sarsıdan həyəcan və yaşantılardan tutmuş (Ə.Abbasov 3 ¹-li poema, A.Rzayev “Atamın xatirəsinə”), dərin psixoloji ümumiləşdirmələrədək (A.Məlikov “Metamorfozlar”) ən müxtəlif nümunələrə rast gəlinir.

       Simfonik poemaların təfsirindəki müxtəliflik də çox vaxt məzmunla şərtləndirilir. Məsələn, dramatik mübarizə obrazları adətən sonata formasının dramaturji imkanlarına istinadla təcəssüm etdirilir (V.Adıgözəlov “Afrika mübarizə edir”, A.Rzayev “Atamın xatirəsinə” və s.). Obyektiv hadisələrdən daha çox, daxili düşüncələr, dəyişən əhval-rühiyyələri əks etdirən nümunələrdə isə forma, eyni bir intonasiya özəyindən doğaraq, ilkin materialın dəyişilməsinə və yeni mənalar kəsb etməsinə əsaslanır (M.Mirzəyev “Sədini oxuyarkən”, A.Məlikov “Metamorfozlar”). Şübhəsiz, bu təsnifatın özü də dəqiq ola bilməz, belə ki, poemanın müəyyən edilən tiplərinin öz aralarında yaxınlıq vardır. Bu təkcə Azərbaycan musiqisində meydana çıxmamışdır – birhissəli proqramlı əsərlərin yaxınlığı Avropa musiqisində də olmuşdur. Məsələn, M.Mirzəyevin “Bayram poeması”nda təntənəli, əzəmətli xarakterin, şənlik əhval-ruhiyyəsinin lakonik, yığcam sonata formasında həkk olunması, əsərin dinamikliyi, ümumi “to nusun”, hərarətin sabitliyi bu poemaya uvertüraya xas cizgilər verir, halbuki onun janr aidiyyəti şübhəsizdir.

       Azərbaycan bəstəkarlarının simfonik poemaya gətirdiyi yeniliklərdən ən ümdəsi musiqi dili ilə bağlıdır. Listin musiqi dili özünü Qərb ruhunda biruzə verir. Major və minor qarşılaşması, sakit və həyəcanlı dissonans səslənişlər, qədim ladların diatonikasına istinad, parlaq tonal qarşılaşmaları və digər xüsusiyyətlər Listin maraqlı və özünəməxsus musiqi dilini təsdiqləyir. Azərbaycan bəstəkarları bu xüsusiyyətləri davam etdirərək, eyni zamanda öz fərdi cəhətlərini buraya əlavə edirlər. Xalq musiqisinə bağlılıq, xalq qaynaqlarından istifadə burada dərhal nəzərə çarpır. Xalq musiqisinə bağlılıq List yaradıcılığında da özünü göstərir. Bu bəstəkarın macar elementlərindən, macar intonasiyalarından istifadəsində rast gəlinir. Milli bəstəkarlıq məktəbimizin nümayəndələrinin yaradıcılığında muğam intonasiyaları, muğama istinad, muğamın inkişaf qanunlarına riayət etmə Avropa təfəkkürünün məhsulu olan simfonik poemanın milliləşməsində mühüm amildir. Demək olar ki, yaranan hər bir əsərdə muğama, ən əsası xalq qaynaqlarına bağlılıq hiss olunur. M.Mirzəyevin “Sədini oxuyarkən”, Ə.Abbasovun 3 ¹-li simfonik poemasında şur intonasiyaları nəzərə çarpır və bu dinləyicidə milli ruhlu simfonik poema təəssüratı yaradır. Bir tərəfdən Azərbaycan xalq musiqisi və şifahi ənənəli janrların qanunauyğunluqları bu yeni musiqi dilini birləşdirən və ona bənzərsizlik verən cəhətdir. Mövzuların parlaq pad intonasiyasıı ilə aşılanması (adətən elə giriş mövzularında bu cəhət nəzərə çarpır) və inkişaf prosesində getdikcə açılması, kiçik xarakter intonasiya mayasından bütöv əsərin tematizminin qurulması müşahidə edilir ki, bu da milli köklərdən irəli gəlir. Çoxmövzululuqdan daha çox, bir özəkdən doğulmuş mövzular irəli çıxır və bu cəhət List monotematizminin davamıdır.

       Beləliklə, Listin yeni obrazları, musiqi fikrinin subyektiv yönlü istiqaməti artıq yeni, fərdi formaların yaranmasına təkan vermiş oldu. List öz əsərlərində insan həyatının dərin və həyəcanlandırıcı problemlərinə müraciət edərək, problemləri bütöv xalq, bəşəriyyət üzərində birləşdirir, fərdi taleləri, rast gəlinən keçməkeşli yolları əks etdirərək, onları humanizm ideyaları ilə qovuşdurur. Təsadüfi deyil ki, məzmunun rolunu qabardan Listin sözləri ilə desək “Proqramlı musiqidə ... motivlərin təkrarı”, yerdəyişmələri və modulyasiyaları onların poetik fikrə münasibətləri ilə təyin olunur”2 . Məhz buna görə də forma da məzmundan irəli gələrək müxtəlifləşir, yeniləşir və dəyişilir. Azərbaycan musiqisində davam etdirilən bu xüsusiyyətlər daim bəstəkarların əsərlərində rast gəlinir. Ümumiyyətlə, Listin bir çox poemaları hər hansı klassik formayaradıcı prinsipin (məsələn, sonata və variasiya) sərbəst təfsiri ilə nümayiş etdirilməsi, birhissəlilik çərçivəsində müxtəlif prinsiplərin, daha çox sonata ilə silsiləviliyin variasiyalılıqla birləşməsi əsası üzərində qurulmuşdur. Azərbaycan bəstəkarları da klassik ənənələrə əsaslanaraq əsərlər yaratmağa çalışmış və buna nail olmuşlar.


QEYDLƏR

1. Beləliklə, ənənələr daxilində öz istiqamətlərini, yönümlərini, baxışlarını formalaşdıran Azərbaycan bəstəkarları bu gün də List yoluna sadiq qalaraq, müxtəlif səpkili əsərlər yaratmaqda davam edirlər. 1. Abezqauz I. Simfoniçeskaə pogma K.Karaeva “Leyli i Medcnun” M., 1958

2. Krauklis Q. Simfoniçeskie pogmı F.Lista. M. M., 1974, s. 8

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page