ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
CÖVDƏT HACIYEVIN FORTEPIANO SONATASININ MUSIQI DILI
Iradə ABDURƏHMANOVA
FERENTS LISTIN SIMFONIK POEMASINDAN GƏLƏN ƏNƏNƏLƏR
Aytən BABAYEVA
VASIF ADIGÖZƏLOVUN «MUĞAM FANTAZIYASI»
Gülarə VƏZIROVA
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU
|
|
Bu muğam tematizmi üzərində qurulmuş bir hissəli bəstədir. Demək lazımdır ki, əsər sonata kimi klassik anlayışda deyil, öz ilkin mənasında adlandırılmışdır. Sonata seziləcək dərəcədə fantaziyaya yaxınlaşdırılmışdır ki, bu da müəllifə yeni nəşrdə onu «Muğam-fantaziya» adlandırmağa imkan yaratmışdır. Musiqi materialının şərhi öz-özlüyündə bu ad üçün əsas idi. Fantaziyada sərbəst ardıcıllıqda Şahnaz (Şur), Humayun, Segah, Rast muğamlarının fraqmentləri şərh olunur ki, onların bütün intonasiya-metrik müxtəlifliyinə baxmayaraq kontrastı, təzadı, obraz-məzmun deyil, «zahiri» uydurucu xarakter daşıyır (bax. Nümunə ¹1). Əsərin ümumi emosional-obraz kökü, bir-birinə üslub və məzmunca yaxın olan, intonasiya etibarilə müxtəlif musiqi materiallarının sərbəst ardıcıllığı ilə şərtləndirilir. Tematizmin birliyi, bütövlükdə, bir temanın digərini davam etdirdiyi lad nisbəti onların yaxınlığını göstərir və vəhdət halında qovuşmasına imkan yaradır.
Nümunə ¹ 1.
Muğam prinsipi, muğam qanunlarına riayət edərək, V.Adıgözəlov fantaziyanın hər fraqmentini lad-tonallığı müəyyən edən dayaq-özül əsasında qurur. Bununla yanaşı bəstəkar muğamları sadəcə olaraq təqlid etmir. Muğam, muğam tərzində melodiyaların fraqmentləri (Şahnaz, Humayun, Segah, Rast, Şikəsteyi-fars) biri digərinin ardınca sərbəst, «əlaqələndirici» bənd-uzlaşmanın köməyi olmadan səslənir. Bununla yanaşı, bütün səslənən fraqmentlərə bəstəkar müəyyən yer verir ki, bu da bütövlükdə onları, şərti olaraq, sonata formasının komponentləri kimi nəzərdən keçirməyə imkan verir. Beləliklə, muğam üslublu fraqmentlər, sanki tam qavrayışda nizama salınmış, cəmlənmiş halda təqdim olunurlar və məntiqi şəkildə sonata xüsusiyyətləri kəsb edirlər. Görünür, məhz bu, müəllifə ilkin olaraq əsəri «muğam-sonata» adlandırmağa ixtiyar verir. Bəlkə də buna görə bəstəkar həmçinin musiqinin improvizasiyalı xarakteri zamanı metrin tez-tez dəyişməsinə baxmayaraq xanə hüdudları qoyur. Belə ki, məsə
lən, artıq birinci 4/4 taktdan sonra 5/4 metri gəlir, sonra 4/4, 3/4, 2/4 və s. Tez-tez notların uzunluğu da dəyişir – səkkizlik, onaltılıq, otuzikilik və s. ilə əvəz olunur. Bu cür nəfis xırdalıqlar xalq yaradıcılığına xas melizmatik bəzəkləri, ornamentikanı xatırladır. Fantaziyada muğamın diqqətəlayiq rol oynayan xarakter prinsiplərindən birini – variantlığı xüsusilə qeyd etmək lazımdır. Metroritmik variantlıq, musiqinin qeyri-müntəzəm aksentliyi bizim fikrimizi muğam ifadəsinin instrumental tipinə yönəldir. «Muğam fantaziyanın» musiqi materialının dəyişkənliyini təmin edən variantlı inkişaf ona elə bir mobillik, rəngarənglik bəxş edir ki, musiqi gah epik-nəqli, gah lirik, bəzi hallarda isə dramatik xarakter kəsb edir. Əsas – birinci mövzunun çoxsaylı variantları, tembr-faktura dəyişiklikləri və metro-ritmik rənglərin köməyi ilə yaranır. Hərdən isə əsərin musiqi dilinin ifadəliliyini şərtləndirən muğam fraqmentlərinin dinamikası ön plana çıxır. Muğamda tembr-faktura çalarının nə dərəcədə böyük rol oynadığı
hamıya məlumdur və bəstəkarın bu tendensiyaya riayət etməsi bir daha onun xalq-milli yaradıcılığının ənənələrinə bağlılığını təsdiq edir.
Nümunə ¹ 2.
Musiqinin tembr-faktura tərəfinin xüsusi istifadə olunması, bəstəkara əvvəlki sənətkarlar nəslindən (məsələn, F.Əmirov) miras qalmış, romantik üslub tendensiyası haqda xəbər verir. (bax. Nümunə ¹2) Həmçinin qeyd edək ki, parlaq və illyuzor təzahür- son romantizm üslubu bütövlüklə muğamda iki üsulla əks etdirilir: pedalda rezonans yaradan akkordikada (xalq ifaçılıq təcrübəsini xatırladaraq) və geniş açılmış harmonik fakturada. (bax. Nümunə ¹3). Bəstəkarın S, D lad funksiyalarını major-minorun harmonik vasitələri ilə deyil, dəyişkən lad təşkilatı şəraitində, təbiətcə birsəsli linear melodiyalarla formalaşdırmasını xalq musiqi təfəkkürünün təsiri ilə izah etmək olar. Xalq ifaçılıq prinsipləri klassik metodlarla qovuşaraq, bəstəkara əsərdə lad funksiyalarının təşkilinin melodik prinsiplərini inkişaf etdirməyə imkan verir.
Nümunə ¹ 3.
Bütövlükdə, bəstəkar, milli lad sistemi sferasının gözə çarpan üstünlüyü ilə, funksionallıq hüdudlarından kənara çıxmır. Ilk nəzərdən bir-birinin ardınca sərbəst hərəkət edən muğam planlı epizod-fraqmentlər, müəyyən dərəcədə sonata janrının qanunlarına uyğun olaraq birləşir, idarə olunur.
V.Adıgözəlovun «Muğam fantaziyası» - muğam intonasiya məzmununun istifadəsi ənənəsinə fərdi yenilik xüsusiyyətləri bəxş edən çox maraqlı bir əsərdir.
|