ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
CÖVDƏT HACIYEVIN
FORTEPIANO SONATASININ MUSIQI DILI

Iradə ABDURƏHMANOVA
FERENTS LISTIN SIMFONIK POEMASINDAN
GƏLƏN ƏNƏNƏLƏR

Aytən BABAYEVA
VASIF ADIGÖZƏLOVUN
«MUĞAM FANTAZIYASI»

Gülarə VƏZIROVA
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU

 


       Səid Rüstəmovun bəstəkarı olduğu bayatı mətnli digər nümunə «Aydın olsun» mahnısıdır. Həmin mahnı nəqəratsız formada yazılmışdır. Mahnıda üç bayatı bəndindən istifadə olunur. Dörd melodik cümlədən ibarət bu mahnıda ilk iki cümlə bir-birinin variantını təşkil edir və yuxarı-aşağı istiqamətli hərəkətlidir. Onlar nisbətən yüksək registrdə səslənir:

Nümunə ¹ 7.

       Sonrakı iki cümlə isə tədicən aşağıya doğru hərəkət edir və mahnının bəstələndiyi Bayatı-Şiraz ladının mayə pərdəsində dayanmaqla tamamlanır:

Nümunə ¹ 8.

       Səid Rüstəmovun bayatı mətnli mahnıları sırasında «Getmə» mahnısını xüsusi olaraq qeyd etmək lazımdır. S. Rüstəmov lirikasının ən parlaq səhifələrindən biri olan bu mahnıda bayatıdan orijinal şəkildə istifadə olunur. Belə ki, burada bayatı misraları səkkiz və beş hecalı əlavə misralarla növbələşir. Həmin misralar mahnının poetik «refrenini» təşkil edir və sonradan nəqərat bölümündə də bayatı bəndindən sonra səslənir. Həmin misradan götürülmüş «getmə» sözü isə bütövlükdə mahnının adını müəyyənləşdirir:

Gözlərin aldı məni,
Kəməndə saldı məni,
Getmə, getmə, gəl, gözəl yar,
Getmə, getmə, gəl.

Amandır qoymayın,
Yar gözdən saldı məni,
Getmə, getmə, gəl, gözəl yar,
Getmə, getmə, gəl.


NƏQƏRAT

Qurbanam xan gözünə,
Nazla baxan gözünə,
Yenə sürmə çəkmisən,
Evlər yıxan gözünə,
Getmə, getmə, gəl.


       Mahnının melodiyasına nəzər saldıqda aydın olur ki, təkrarlanan «getmə, getmə, gəl» misrası onun səsləndiyi melodik gümlə ilə birlikdə həm kupletdə, həm də nəqərat bölümündə səslənir. Bununla da həmin melodik cümlə istər kompozisiya, istərsə də məzmun baxımından əsas ideyanın daşıyıcısına çevrilir. Indi həmin cümlənin birinci kupletin sonundakı səslənməsini göstərək:

Nümunə ¹ 9.

       Melodik inkişaf nöqteyi-nəzərincə «Getmə» mahnısında melodik cümlələrin əksəriyyətində aşağıya doğru hərəkət üstünlük təşkil edir. Hətta nəqəratda da melodik cümlələr aşağı yönümlü sekvensiyaya əsaslanır:

Nümunə ¹ 10.

       Bəstəkarın çoxsaylı mahnıları arasında xüsusilə sevilən mahnılardan biri də «Alagöz» mahnısıdır. Şair Z. Cabbarzadənin sözlərinə yazılmış bu mahnının ilk kupleti bayatı kimi, digər kupletləri isə başqa qafiyə düzülüşü ilə yazılsa da, birinci kupletin əsas qafiyəsi – «alagöz» sözü sonrakı bəndlərin tamamlayıcı misralarının sonunda səslənir və, bununla da, mahnını bütün poetik bəndlərini qafiyə və məzmun baxımından birləşdirir:

Düşər üzdə xala göz,
Şirin canım alagöz.
Qara gözə can qurban,
Yaman olur alagöz.

NƏQƏRAT

Alagöz, ay alagöz,
Mənim ola alagöz.
Yar bağını gəzərəm,
Güllərini üzərəm.
Hər dərdinə dözərəm,
Mənim ola alagöz


və s.
       Maraqlıdır ki, müəllifin bir çox mahnılarında olduğu kimi, «Alagöz» də də aşağı istiqamətli tersiya intonasiyası bir növ «leytintonasiya» rolunu yerinə yetirir. Həmin tersiyalar mahnının hələ ilk melodik cümləsində özünü biruzə verir və, bitişik səslənirək, kvarta intervalı əmələ gətirir:

Nümunə ¹ 11.

       Həmin intonasiya nəqəratın da melodik əsasını təşkil edir:

Nümunə ¹ 12.

       Mahnının kodasında aşağı istiqamətli ibarə bölünərək belə səslənir:

Nümunə ¹ 13.

       Bayatı formasının maraqlı təcəssümü ilə «Haralısan» mahnısında rastlaşırıq. Burada kupletdə səslənən hər bayatı misrasına «yar, haralısan?» ifadəsi əlavə olunur. Həmin ifadə nəqərat bölümündə də bir neçə dəfə səslənir. Lakin nəqəratda «poetik refren» bir qədər başqa şəkildə istifadə olunur. Əvvəlcə «yar, haralısan» ifadəsi birinci bayatı bəndindən sonra, ikinci bayatı bəndində isə misraların arasında səslənir:

A gözəl hərəlısan, yar, haralısan?
Qaşları qaralısan, yar, haralısan?


       Gözlərindən tanıram, yar, bu yerin maralısan!

Bu yerin maralısan, yar, haralısan?

NƏQƏRAT

Su gəlir arxa nə var?
Dolanır çarxa nə var?
Səni yar, mən sevirəm,
Bilmirəm xalqa nə var?
Yar, haralısan?


və s.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page