ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
CÖVDƏT HACIYEVIN
FORTEPIANO SONATASININ MUSIQI DILI

Iradə ABDURƏHMANOVA
FERENTS LISTIN SIMFONIK POEMASINDAN
GƏLƏN ƏNƏNƏLƏR

Aytən BABAYEVA
VASIF ADIGÖZƏLOVUN
«MUĞAM FANTAZIYASI»

Gülarə VƏZIROVA
BÜLBÜLÜN NƏĞMƏSI ŞER DEYILMI?
Ceyran SABITOĞLU

 


       Bütövlükdə mahnı bəstəkarın bu janrda yazdığı əsərləri üçün ənənəvi olan koda ilə tamamlanır. Kodada nəqəratın son melodik cümləsi səslənir.

       S. Rüstəmovun mahnı yaradıcılığında maraqlı nümunələrdən biri də H. Hüseynzadənin sözlərinə yazılmış «Dedim-dedi» mahnısıdır. O xalq mahnıları arasında təsadüf olunan və sevilən mahnı-deyişmə janrına aiddir. Məlumdur ki, mahnı-deyişmələr iki və ya bir şəxsin dilindən bəstələnir. S. Rüstəmovun bu mahnısı sonuncu variantda yazılmışdır. Nəqəratlı formada bəstələnmiş bu mahnının istər kupletində, istərsə də nəqəratında səkkiz hecalı misralar 4+4 prinsipi üzrə bölünür:

       Dedim: - Telin nə gözəldir?
       – Yox, yox ona dəymə, – dedi.
       Dedim: - Qonaq gəlim sizə!
       – Qapımızı döymə dedi, – dedi və s.

       Maraqlıdır ki, yuxarıda nəzərdən keçirdiyimiz bir çox mahnılarda olduğu kimi, bu mahnıda da melodik cümlələr həm kupletdə, həm də nəqəratda hərəsi iki dəfə səslənir. Hər melodik cümlədə iki ibarə mövcuddur ki, onlardan birincisi sual, ikincisi isə cavab səciyyəlidir. Melodiyanın belə inkişafı şer mətni ilə birbaşa əlaqədardır. Ilk melodik ibarə yuxarı istiqamətli hərəkətlə başladığı halda, cavab ibarəsi artıq aşağıya doğru istiqamətlənir və bununla da bəstəkar sul-cavab effekti yaratmağa imkan verir:

Nümunə ¹ 24.

       Lakin heç də bütün melodik cümlələrdə sual intonasiyaları yuxarı istiqamətli hərəkətlə müşayət olunmur. Artıq ikinci melodik cümlədə ilk ibarə kulminasiya nöqtəsindən başlayır və bununla da şerdəki misranın məzmunu daha qabarıq səslənir. Şair sevdiyi qızdan onlara qonaq gəlməyə icazə istədikdə, rədd cavabı alır. Qızın cavabı isə eyni melodik ibarənin variant şəklində səslənməsi ilə verilir:

Nümunə ¹ 25.

       Nəqərat bölməsi də kulminasiya anı ilə başlayır. Burada təkcə sual intonasiyalı deyil, cavabverici ibarə də eyni melodik ibarənin variantı kimi səslənərək, emosional gərginliyi göstərir. Onları bir-birindən fərqləndirən yalnız ibarələrin sonluğudur. Sual ibarəsi do diyez, cavab isə lya (tonika) pərdəsində tamamlanır:

Nümunə ¹ 26.

       Mahnının sonunda yenə də nəqəratın son melodik cümləsi təkrarlanır. S. Rüstəmovun mahnıları arasında 11 hecalı poetik mətnli nümunələrin sayı çoxdur. Onların arasında qoşmaya bəstələnmiş mahnılar da az deyil. Nümunə üçün onların bir neçəsini nəzərdən keçirək. «Moskva» mahnısı S. Rüstəmin sözlərinə bəstələnmişdir. Nəqəratsız formada yazılmış bu mahnıda qoşmanın iki bəndindən istifadə olunur. Mahnının diqqəti cəlb edən xüsusiyyətlərindən biri odur ki, buradakı melodik cümlələrin hamısı yuxarı istiqamətli və eyni ritmik quruluşa malik ibarələrlə başlayır. Həmin cümlənin hər biri müxtəlif səslərdən başlayır. Aşağıda biz mahnının birinci bölümündəki ilk iki cümləni təqdim edirik. Bu bölümdə qoşmanın birinci bəndi səslənir:

Nümunə ¹ 27.

       Mahnının ikinci bölümündə qoşmanın ikinci bəndi səslənir. Həmin bölüm «Balam, ey!» nidası ilə başlayır, sonra isə nümunə ¹ 27-də göstərdiyimiz ikinci melodik cümlə təkrarlanır. Nümunədən göründüyü kimi, bu cümlə nisbətən yüksək registrdə səslənərək, bir növ kulminasiya səciyyəsi daşıyır. Sonrakı melodik cümlələrdə melodik hərəkət tədricən aşağıya doğru hərəkət edən cümlələr vasitəsilə əvvəlki registrə qayıdır və mahnının birinci bölümünün son cümləsi onun sonunda bir daha səslənərək, yekunverici rol oynayır. Beləliklə də mahnının hər iki bölümü eyni cümlə ilə tamamlanır. Bəstəkarın qoşma mətnli mahnıları arasında ən maraqlı nümunələrdən biri onun H. Hüseynzadənin sözlərinə bəstələdiyi məşhur «Şeir deyilmi» mahnısıdır. «Moskva» mahnısı kimi, bu mahnı da nəqəratsız formada yazılsa da, ona nəzər saldıqda burada şer ilə melodiyanın bir qədər başqa, daha maraqlı tərzdə qovuşduğunun şahidi oluruq. Ilk növbədə onu qeyd edək ki, əgər «Moskva» mahnısında bütün melodik cümləl ər eyni tərzdə başlayırdısa, «Şeir deyilmi» mahnısında onların sonluqları oxşardır və aşağıya yönəlmiş pilləvari hərəkətlə bitir. Mahnının iki ilk melodik cümləsində bunu aydın görə bilərik:

Nümunə ¹ 28.

       Sonrakı iki melodik cümlə daha böyük əhəmiyyət daşıyır. Belə ki, onlar mahnı boyu bəzi variant dəyişiklikləri ilə bir neçə dəfə təkrarlanaraq, sonuncu dəfə kodada səslənir. Həmin melodik cümlələrin sonunda qoşmanın rədifi olan «şeir deyilmi» ifadəsi də səslənir:

Nümunə ¹ 29.

       Poetik əsasını qoşma təşkil edən mahnılar sırasında Aşıq Qurbanın sözlərinə yazılmış «Bənövşə» mahnısını qeyd etmək lazımdır. Nəqəratsız formada yazılmış bu mahnıda üç qoşma bəndindən istifadə olunur. Həmin bəndlərin hər biri mahnının bir bölməsinə təsadüf edir. Mahnının ilk cümlələri eyni şer misraları ilə iki dəfə təkrar olunur. Bu cümlələrin hər ikisi kvarta sıçrayışları ilə başlayır:

Nümunə ¹ 30.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page