ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
MILLI KONSERVATORIYA: REALLIQLAR VƏ PERSPEKTIVLƏR
.
Ü.HACIBƏYOV ADINA AZƏRBAYCAN DÖVLƏT KONSERVATORIYASINDA XOR DIRIJORLUĞU KAFEDRASININ YARADILMASI TARIXINDƏN
Leyla FƏRƏCOVA
QARA QARAYEVIN PEDAQOJI PRINSIPLƏRI
Yuri SAYUTKIN
AZƏRBAYCANDA PROFESSIONAL MUSIQI TƏHSILININ YARANMASINA DAIR
Minirə DILBAZI
ŞÖVKƏT ƏLƏKBƏROVA ADINA MUSIQI MƏKTƏBI BU GÜN
Fəxriyyə QULIYEVA
|
|
Haqqında söhbət açacağım musiqi ocağı bu il öz yubileyini qeyd etməyə hazırlaşan 20 saylı uşaq musiqi məktəbidir. 1967-ci ildən fəaliyyətə başlayan bu məktəb indiyədək keçirilən bütün festival və müsabiqələrdə çıxış etmiş, müxtəlif yerlərə, mükafatlara layiq görülmüşdür.
Ən böyük nailiyyətimizi isə bu gün yaşayırıq. Belə ki, mart ayının 26-dan 29-dək keçirilən H.Məmmədov adına müsabiqədə məktəbimizin V sinif şagirdi Qasımova Aynur (kanon) ən yüksək nəticə əldə edərək Qran priyə, digər şagirdimiz Cəfərova Zərqələm (III s. kamança) isə III yerə layiq görülmüşdür.
Qeyd etməliyəm ki, bu yüksək nəticələrin qazanılmasında məktəbin Xalq çalğı alətləri şöbəsinin müəllimləri Kəmalə Cahangirova (kanon) və Salman Əzizov (kamança), böyük əmək sərf etmişlər. Onların şagirdləri H.Məmmədov adına müsabiqənin daimi iştirakçısı və qalibləri kimi tanınır.
Hələ, 1993-cü ildə keçirilmiş ilk müsabiqədə Salman müəllimin şagirdi Qurbanova Vəfa I yerə layiq görülmüşdü. Deməliyiəm ki, çoxillik pedaqoji fəaliyyəti ərzində onun hazırladığı şagirdlər sonrakı illərdə keçirilən müsabiqələrdə də müxtəlif yerlər qazanmışlar. Son müsabiqədə III yerə layiq görülmüş Cəfərova Zərqələm üçün bu ilk sınaq və qələbə idi. Ümidvarıq ki, bu gözəl başlanğıc gələcək müsabiqələrdə də davamını tapacaq.
Musiqi aləmində kimi professional ifaçı, kimi də gözəl pedaqoq kimi tanınır. Gəlin razılaşaq ki, nadir hallarda hər iki keyfiyyəti bir şəxsin simasında tapmaq mümkündür. Kəmalə xanım Cahangirova istedadlı bir kanon ifaçısı kimi tanınır, istər məktəbdə, istərsə də Mədəniyyət Nazirliyi tərəfindən keçirilən müəllimlərin konsertində dəfələrlə çıxış edib. 1997-ci ildə isə ilk dəfə H.Məmmədov adına III müsabiqədə şagirdi ilə çıxış edib və III yerə layiq görülüb. Həmin ildən etibarən onun hazırladığı şagirdlər sonrakı müsabiqələrin də daimi iştirakçıları və qalibləri olub.
Ilk dəfə H.Məmmədov adına müsabiqədə (2001-ci il) iştirak edən Qasımova Aynur III yer qazanmışdı. Bir il sonra keçirilən «Qönçə» uşaq festivalında o, diplomla təltif olundu. Kəmalə xanımın səyi, çalışqanlığı Aynurun hər çıxışında, hər ifasında hiss olunurdu. Aynur istər məktəbdə, istərsə də məktəbdən kənar keçirilən bütün tədbirlərə cəlb olunurdu. Belə tədriblərdən biri 2002-ci ildə hörmətli nazirimiz Polad Bülbüloğlunun iştirakı ilə Mədəniyyət Nazirliyinin Musiqi alətləri muzeyində keçirdiyi Ş.Ələkbərovanın 80 illiyinə həsr olunmuş konsertdə Aynurun uğurlu çıxışı oldu. Bundan əlavə o, dekabr ayında Bütün Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş açıq konsertdə də çıxış etdi. Bütün bunlar zirvəyə, qələbəyə aparan yollar idi desək, yanılmarıq. Bu qələbə isə müsabiqədə qazanılan «Qran pri» oldu.
Bu günlər Kəmalə xanımın sevincinin həddi-hüdudu yoxdur. Çünki Aynurun qələbəsi onun qələbəsidir, bütövlükdə məktəbimizin qələbəsidir. Bu qələbənin qazanılmasında daim Aynurla bir olan, onu müşayiət edən konsertmeyster – Mehmanə Ümidovanın da rolu böyükdür. Məktəbdə çalışdığı müddətdə o özünü gözəl pianoçu, təcrübəli konsertmeyster kimi tanıdıb. Onun bu işi pedaqoji fəaliyyətinə də müsbət təsir göstərir.
Söhbətimizə XÇA şöbəsində çalışan müəllimlərimizin H.Məmmədov adına müsabiqədəki uğurları ilə başladıq. Bu müsabiqənin daimi iştirakçıları və qalibləri sırasında Abbasov Oqtay (tar) və Məmmədov Əflaruz (tar) və başqa müəllimlərin şagirdləri də olub.
Ümumiyyətlə, şöbə haqqında danışarkən deməliyəm ki, bürada çalışan müəllimlər professional musiqiçilərdir. Məmmədov Kamil (şöbə müdiri), Əzizov Salman, Abbasov Qabil, Məmmədov Əflaruz, Cahangirova Kəmalə, Mirzəbəyov Ilqar, Musayev Rəftar, Quliyeva Sara şöbənin aparıcı müəllimləridir.
Məktəbimizin şagirdləri keçirilən müxtəlif festivallarda da həvəslə iştirak edir. Buna Bakı şəhər Mədəniyyət Idarəsi tərəfindən keçirilən «Qönçə» uşaq festivalı (1999-cu ildə II yer, 1992-ci, 1996-cı illərdə III yer, 1998-ci ildə IV yer), Mədəniyyət Nazirliyinin 1994-cü ildə ansambllar üzrə keçirdiyi «Novruz» festivalı (II yer) parlaq sübutdur.
Fərəhləndirici haldır ki, nazirliyin 1999-cu ildə keçirdiyi I Respublika müsabiqəsində məktəb qazandığı III yerə görə Mədəniyyət Naziri P.Bülbüloğlu tərəfindən diplomla təltif edilmişdir.
Məktəbimiz 1993-cü ildən ölməz sənətkarımız Şövkət Ələkbərovanın adını daşıyır.
Musiqi aləmində öz səsi və dəsti-xətti ilə iz qoymuş korifey müğənni Ş.Ələkbərovanın 80 illik yubileyi ötən il məktəbin keçirdiyi xatirə gecəsində qeyd olundu. Gecəyə Bakı şəhər Mədəniyyət Idarəsinin rəisi Həsənağa Qurbanov, Novruz Aydəmirli və başqaları dəvət olunmuşdu.
Məktəbin nəzəriyyə şöbəsinin müəllimi Fəxriyyə xanım Quliyeva böyük sənətkarımızın həyat və yaradıcılığı haqqında gözəl məruzə etdi. Məruzədən sonra məktəbin şagirdləri konsert proqramı ilə çıxış etdilər. Proqrama Şövkət xanımın repertuarından götürülmüş Azərbaycan bəstəkarlarının əsərləri daxil idi.
Onu da deyək ki, belə tədbirlərin, yekun konsertlərin keçirilməsi üçün dinləyicilərin təşkil edilməsində, şagirdlərin seçimində məktəbin Tədris hissə müdiri Iradə xanım Ibrahimovanın rolu böyükdür. Bu vəzifəyə yenicə təyin edilməsinə baxmayaraq, o, peşəkarlığı, işgüzarlığı ilə özünə hörmət qazanıb. Bu işdə ona ömrünün 36 ilini məktəbə həsr etmiş məktəbin direktoru Sevda xanım Məmmədova kömək edir. Axı o da fəaliyyətinə 70-ci illərdə müəllim kimi başlamış, sonralar fortepiano şöbəsinin müdiri, Tədris hissə müdiri, 1988-ci ildə direktor təyin edilmişdir. Yüksək professionallıq, tələbkarlıq onun fəaliyyətini səciyyələndirən əsas meyardır.
|